Şəhid Sərxan Eldar oğlu Hacıyev Qızılkilsə (08.07.1990- 23.10.2020)

Şəhid Sərxan Eldar oğlu Hacıyev Qızılkilsə (08.07.1990- 23.10.2020) Sərxan Eldar oğlu Hacıyev - 1990-cı il iyulun 8-də
Qobustan şəhərində anadan olub.
Əslən qədim Borçalı mahalının Başkeçid elindəki
(indiki Gürcüstanın Dmanisi rayonundakı)
Qızılkilsə kəndindən idi.

Sərxan Hacıyev Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə gedib,
“MAXE” kimi xidmət göstərib, igidliklə döyüşüb.

Təəssüflər olsun ki, 2020-ci il oktyabrın 23-də Füzuli uğrunda gedən doyüşlərdə qəlpə yarası alıb və qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
Nəşini bir həftə neytral ərazidə qaldıqdan sonra götürmək mümkün olub.
Allah rəhmət eləsin.

P.S.:
Sərxan Eldar oğlu Hacıyev Vətən müharibəsində göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”“Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.



Şəhid Sərxan Eldar oğlu Hacıyev Qızılkilsə (08.07.1990- 23.10.2020) Qobustanda şəhidin doğum günü
məzarı yanında qeyd olunub


2021-ci il iyulun 8-də torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Qobustan şəhər sakini Sərxan Eldar oğlu Hacıyevin doğum günü şəhidin məzarı yanında qeyd olunub.

ZiM.Az xəbər verir ki, mərasimdə rayon icra hakimiyyətinin məsul işçiləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları iştirak ediblər. Əvvəlcə şəhidin məzarı üstünə gül dəstələri düzülüb, torpaqlarımızın azadlığı uğurunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhidin şərəfli həyat yolundan danışılıb.

Qeyd edilib ki, Sərxan Hacıyev 1990-cı il iyulun 8-də Qobustan şəhərində anadan olub. Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə gedib, igidliklə döyüşüb. Təəssüf ki, döyüşlərin birində şəhidlik zirvəsinə yüksəlib. Göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Çıxışlarda ötən ilin sentyabrın 27-də başlanan və qırx dörd gün davam edən Vətən müharıbəsinin tarixi əhəmiyyətindən danışılıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan ordusunun şücaətindən bəhs edilib, Sərxan və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı söylənilib. Vurğulanıb ki, şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad olunacaq.

Şəhidin atası Eldar Hacıyev dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıdan razılıq edib, Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.

Şəhid Sərxan Eldar oğlu Hacıyev Qızılkilsə (08.07.1990- 23.10.2020) * * *

Həmin gün Qobustan Mədəniyyət Mərkəzinin və MKS-nin əməkdaşları da 2-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Qobustan rayon sakini Hacıyev Sərxan Eldar oğlunun doğum günü ilə əlaqədar, şəhidin məzarını ziyarət etmiş və ailəsinə baş sağlığı vermişlər.
Allah şəhid eloğlumuza rəhmət eləsin.

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Şəhid Səlimxan Vüqar oğlu Bayramov QARAYAZI (13.07.1998-19.10.2020)

Şəhid Səlimxan Vüqar oğlu Bayramov QARAYAZI (13.07.1998-19.10.2020)

Qarabağ, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Alı Həsənli Başkeçid (22.06.1995-20.10.2020)

Şəhid Alı Həsənli Başkeçid (22.06.1995-20.10.2020)

Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Dönəsən ŞƏHİD nağıla, Bir ovuc VƏTƏN olasan!!!

Dönəsən ŞƏHİD nağıla, Bir ovuc VƏTƏN olasan!!!

Borçalı, Qaraçöp
Şəhid ELVİN ƏLİMƏRDANOV  (SARAÇLI) (12.12.1994-16.10.2020)

Şəhid ELVİN ƏLİMƏRDANOV (SARAÇLI) (12.12.1994-16.10.2020)

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Anar Həmzə oğlu Vəliyev (21.07.2002 - 11.10.2020)

Şəhid Anar Həmzə oğlu Vəliyev (21.07.2002 - 11.10.2020)

Qarabağ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
AzTU-nun rektoru universitetin şəhid məzunu Natiq Baxşəliyevin ailəsini ziy ...

AzTU-nun rektoru universitetin şəhid məzunu Natiq Baxşəliyevin ailəsini ziy ...

YAP, AzTU
Şəhid leytenant Fərid Vəlhəd oğlu Məmmədov - Kosalı (29.04.1990-25.10.2020)

Şəhid leytenant Fərid Vəlhəd oğlu Məmmədov - Kosalı (29.04.1990-25.10.2020)

Qarabağ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Əvəz Elnur oğlu Məmmədov Sadaxlı (01.06.2001-07.10.2020)

Şəhid Əvəz Elnur oğlu Məmmədov Sadaxlı (01.06.2001-07.10.2020)

Qarabağ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Gürcüstan: Azərbaycanlı şəhidin xatirəsi doğulduğu kənddə anılıb

Gürcüstan: Azərbaycanlı şəhidin xatirəsi doğulduğu kənddə anılıb

---
Şəhid Babəkin ailə üzvləri ziyarət edildi

Şəhid Babəkin ailə üzvləri ziyarət edildi

Qarabağ
Gürcüstan: Azərbaycanlı şəhidin xatirəsi doğulduğu kənddə anılıb

Gürcüstan: Azərbaycanlı şəhidin xatirəsi doğulduğu kənddə anılıb

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Gürcüstanda 20 Yanvar şəhidlərinin ailələrinə yardım edilib

Gürcüstanda 20 Yanvar şəhidlərinin ailələrinə yardım edilib

ŞƏHİDLƏRİMİZ, Gürcüstan, Borçalı, Bolus, Qaraçöp, UNUTSAQ, UNUDULARIQ!...., Diaspora
Şəhid Alik Şakir oğlu İsayev - Hamamlı (23.02.2001-07.11.2020)

Şəhid Alik Şakir oğlu İsayev - Hamamlı (23.02.2001-07.11.2020)

Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD QƏLƏNDƏR ALIYEV (31.10.2001-10.10.2020)

ŞƏHİD QƏLƏNDƏR ALIYEV (31.10.2001-10.10.2020)

ŞƏHİDLƏRİMİZ, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD AKİF EYVAZ oğlu MUSTAFAYEV YIRĞANÇAYLI  (1975-1994)

ŞƏHİD AKİF EYVAZ oğlu MUSTAFAYEV YIRĞANÇAYLI (1975-1994)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
AzTU-da Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub

AzTU-da Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub

AzTU
AzTU-nun məzunu şəhid Çingiz Qurbanovun xatirəsi anılıb

AzTU-nun məzunu şəhid Çingiz Qurbanovun xatirəsi anılıb

AzTU
Şəhid İSABALA HÜSEYNOV  (BAŞKEÇİD) (15.09.2001-04.10.2020)

Şəhid İSABALA HÜSEYNOV (BAŞKEÇİD) (15.09.2001-04.10.2020)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Vətən müharibəsində şəhid olan AzTU-nun tələbə və məzunları haqqında kitabı ...

Vətən müharibəsində şəhid olan AzTU-nun tələbə və məzunları haqqında kitabı ...

AzTU
Şəhid kapitan SAHİB DAŞDƏMİROV SARAÇLI (06.05.1995-20.09.2023)

Şəhid kapitan SAHİB DAŞDƏMİROV SARAÇLI (06.05.1995-20.09.2023)

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: