TƏBRİK EDİRİK!.. Vəli Xramçaylı - 60

TƏBRİK EDİRİK!.. Vəli Xramçaylı - 60
Əziz qardaşımız, dəyərli dostumuz,
səmimi və mehriban həmkarımız,
uzaq Sibirdə dünyaya göz açan,
mənbəyini qədim Oğuz yurdu
Ulu Borçalının başı qarlı dağlarından,
bum-buz dişgöynədən büllur kimi
saf bulaqlarından götürən
Şahənşah Xram çayının adını
özünə ədəbi təxəllüs götürən,
hazırda Bakıda yaşayıb-yaradan,
"Ocaq" qəzetinin Baş redaktoru,
istedadlı şair, jurnalist,
vətənpərvər və yurdsevər soydaşımız,
sözün əsl mənasında ZİYALI,
xeyirxah və gözəl İNSAN,
Çox Hörmətli Vəli Xramçaylı!..

Sizi anadan olmanızın 60 illik Yubileyi münasibətilə ürəkdən təbrik edirik!
Sizə palıd qədər uzun ömür, polad kimi möhkəm cansağlığı,
şəxsi həyatınızda və bədii yaradıcılığınızda yeni-yeni uğurlar arzulayırıq!..
Dünyanın butun yaxşılıqları və gözəllikləri sizinlə olsun!...
100 yaşınızı əzizlərinizlə, sevdiklərinizlə və
sizi sevənlərlə birlikdə qeyd edəsiniz!...
Və böyük məmnuniyyətlə aşağıda
sizin bir neçə şeirinizi oxucularımıza ərmağan edirik!...​

Dərin hörmətlə,
Müşfiq BORÇALI,
06.04.2015.


TƏBRİK EDİRİK!.. Vəli Xramçaylı - 60Vəli Xramçaylı 1955-ci il aprel ayının 27-də Sibirdə anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. «Azərbaycan təbiəti» jurnalında şöbə müdiri, məsul katib, baş redaktorun müavini vəzifəsində çalışıb. Hal-hazırda «Ocaq» qəzetinin təsisçisi və baş redaktorudur. 80-ci illərdən dövri mətbuatda şeirlərlə çıxış edib. Beş şeir kitabının müəllifidir.
Vəli Xramçaylının son illərdə yazdığı kitablardan biri də «Şairin kitabı»dır. Şair bu kitabda vətən həsrətindən, yar sevgisindən, dostluğa vəfadan, uşaqlığın ən gözəl çağlarından yazıb.
Kitabdakı şeirlər Oxucunun qəlbinin dərin tellərinə toxunur. Ələlxüsus kitabdakı vətən həsrəti ilə bağlı şeirlər hər bir insanın vətənini, doğulduğu yerləri xatırlamasına, vətəni haqda dərin düşüncələrə dalmasına səbəb olur.
Şairin sevgi ilə bağlı şeirlərində yar həsrəti, sevgi acısı daha qabarıq hiss olunur. Yarına qovuşmayan aşiqin yarsız keçirdiyi günlərdə çəkdiyi əzablar öz əksini tapır.

TƏBRİK EDİRİK!.. Vəli Xramçaylı - 60BİR GÜN ASACAQLAR
DİLİMDƏN MƏNİ


Bu yurda yeganə gəm ağacıyam,
Dərdim puçurlayar budaqlarında.
Bayatı, oxşama, nəğmə acıyam,
Nəğməm pıçıldayar dodaqlarımda.

Soruşma halımı, halım necədi?
Köksümün altında ürək çat verib.
Dərdimin bilinməz sayı neçədi?
Dərdim üstü-üstə neçə qat verib?

Ele bu dərd ile tənhayam, təkəm,
Yağar gözlərimdən qəm narın-narın.
Gərək ağrısını mən özüm alam,
Gözümnən könlümə bu yağan qarın.

Yelkənli gəminin dor agacıyam,
Küləklər qovacax əlimdən məni.
Bu yurdda yegane dar ağacıyam,
Bir gün asacaqlar dilimnən məni.

Dərviş Vəli haqq aşığı
Düşdükcə sözün sehrinə,
Ilham sinəmi teyləyər.
Yatdıqca sözün mehrinə,
Sözü sinəmdə əyləyər.

Tanrım yazıb bu yazını,
Nə çoxunu, nə azını.
Yol gedərəm yol uzunu,
Yol məni yoldan eyləyər.

Nə olub, zəmanə uşağı,
Eşit, gözümün işığı.
Dərviş Vəli haqq aşığı,
Haqqdan gələni söyləyər.

Damcı damcı söz könlümə süzülür,
Misra-misra söz sinəmə düzülür.
Söz əlindən yazıq canım üzülür,
Yol ver, əcəl, yol ver, Dərviş Vəliyə.

Əcəl köhlənində gəlir, yoldadı,
yenəmi ilğımı məni aldadır?
Qaymaq havadıdı, bu yaz bal dadır,
Yol ver, əcəl, yol ver, Dərviş Vəliyə.

***

TƏBRİK EDİRİK!.. Vəli Xramçaylı - 60Mən Dərvişəm yer üzündə
Sel-su tək boşalıb dolan,
Yaş quruyub bu gözümdə.
Bu yollara yoldaş olan,
Bir dərvişəm yer üzündə.

Yolum çox uzaqdı, paşam,
Ayağına qəm dolaşan.
Dərə keçib dağlar aşan,
Bir dərvişəm yer üzündə.

Yurdun qəmilə yüklənən,
Elə bu yüklə təklənən.
Üçtelli sazda köklənən,
Bir dərvişəm yer üzündə.

Sazam, sözəm, deyişməyəm,
Amalında dəyişməyən,
Bu dünyaya uyuşmayan,
Bir dərvişəm yer üzündə.

Eh, nə deyim belə ömrə,
Yanıb-yanıb dönüb kömrə,
Gözün aydın, Yunus İmrə,
Bir dərvişəm yer üzündə.

***

TƏBRİK EDİRİK!.. Vəli Xramçaylı - 60 Mən dərvişə yiyə durar, söylə, kim?
Bu bədəndə buz bağlayar qanım da,
Dərd sızlayar, qəm çağlayar canımda,
Inan vallah, sən olmasan yanımda,
Mən dərvişə yiyə durar, söylə, kim?

Sənsiz məni dərd budayıb dil açar,
Sinəm üstən söz perikər, söz qaçar.
Sən açmasan bu qapımı, kim açar,
Mən dərvişə yiyə durar, söylə, kim?

Kədər məni haqlayıbdı, nə vaxtdı,
Boran gəlib, can evimdə sazaqdı.
Kim deyər ki, ölüm məndən uzaqdı?
Mən dərvişə yiyə durar, söylə, kim?

Qolunu aç, uğuruna gəlim mən,
Qapını aç, ayağında ölüm mən.
Bu dərdimi söylə kimlə bölüm mən,
Mən dərvişə yiyə durar, söylə, kim?

***

Bir qərib dərvişəm bu yer üzündə
Indi adamları gəl, özün tanı,
Məni anlayanım, duyanım hanı.
Şair sücaətin torpağı, sanı,
Mənə qərib demə, qərib qardaşım,
Bir qərib dərvişəm bu yer üzündə

Kim anlar bu yurdda, torpağı,daşı,
İndi meydan sular, hər nadan, naşı.
Mən elə qəribəm hər addımbaşı,
Mənə qərib demə, qərib qardaşım,
Bir qərib dərvişəm bu yer üzündə

Çoxdandı, bu ömrü yelə vermişəm,
Nə olsun, daşqına selə vermişəm.
Nədə ki, bir kəsə ələ vermişəm,
Mənə qərib demə, qərib qardaşım,
Bir qərib dərvişəm bu yer üzündə.

Dağın dağ dərdi var mənim sinəmdə,
Dağ çəkib sinəmə neçə sənəm də.
Içimdə kükrəyib daşı senəndə,
Mənə qərib demə, qərib qardaşım,
Bir qərib dərvişəm bu yer üzündə.

Söz desən, sözünü kəsən deyiləm,
Incəyən deyiləm, küsən deyiləm.
Mən də sizinkiyəm özgə deyiləm,
Mənə qərib demə, qərib qardaşım,
Bir qərib dərvişəm bu yer üzündə.

***

Xramçayın sahilində
Bu çay mənə körpəlikdən tanışdı,
Pıçıltısı dünənimdən danışdı.
Sinəm üstü körükləndi, alışdı,
Keçən günü keçəidikcə gözümdən.

Səhər tezdən sahilində bitərdim,
Dalğasında gizlənərdim, itərdim.
Sinə gərib dalğasını ötərdim,
Sevinc, fərəh tökülərdi üzümdən.

Ürəyimdə təkcə bu çay yaşardı,
Hər yaz ağzı qəzəblənib daşardı.
Sısqa gördüm, gözüm, könlüm yaşardı,
Dərin yerlər aşağıydı dizimdən.

Qızılqaya karıxmışdı elə bil,
Sınıq körpü sınıxmışdı elə bil.
Buraxmırdı, darıxmışdı, elə bil,
Oxuyurdum hər daşının üzündən.

***

Ürəyim göynəyir, Dədə Ələsgər
Bu kədər qəlbimi didir, dağıdır,
Hissimin, duyğumun kövrək çağıdır.
Qəbrinə əl vuran alçaq yağıdır.
Ürəyim göynəyir, Dədə Ələsgər.

O Göyçədə bir kimsənə qalmadı,
Kim deyər ki, bizə olan olmadı.
Azərbaycan hey bölünən almadı,
Ürəyim göynəyir, Dədə Ələsgər,
Məzarın dağılıb ulu Göyçədə.

Tarix boyu soyuuzdan silindik,
Haqq yolunda biz günahkar bilindik.
Illər boyu içimizdən bölündük,
Ürəyim göynəyir, Dədə Ələsgər,
Məzarın dağılıb ulu Göyçədə.

Çəkə bilməz gözüm yaşı bu dağı,
Qala bilməz nə qarası, nə ağı.
Qismət olmaz yada elin bulağı,
Ürəyim göynəyir, Dədə Ələsgər,
Məzarın dağılıb ulu Göyçədə.

Dağlar özü qarıyacaq bu dərddən,
Göyçə gölüm quruyacaq bu dərddən.
Bəs kim məni qoruyacaq bu dərddən,
Ürəyim göynəyir, Dədə Ələsgər,
Məzarın dağılıb ulu Göyçədə.

***

Dərviş Vəli

Bil, bilmək istəsən sözün düzünü,
Sən allah, nahqdan üzmə özünü.
Arayıb axtarıb gəzmə özünü,
Sən daha dərvişsən, ay dərviş Vəli.

Gəl elə bilmə ki, bu yol keçilib,
Yüz yol ölçülüb, bir yol biçilib.
Tanrıdan baxtına bu yol seçilib,
Sən daha dərvişsən, ay dərviş Vəli.

Bu nə dövran, nə zəmanə, nə gərdiş,
Ulu Tanrım özü dedi; a dərdiş.
Ya QAZİ ol, YA ŞƏHİD ol, ya dərviş,
Sən daha dərvişsən, ay dərviş Vəli.



VƏ BİR DOST TƏBRİKİ:

Vəli Xıramçaylının – Dərviş Vəlinin kalendarnan 60 yaşı tamam oldu.
Mübarək olsun! Gərək ki, Dərviş üçün yaşın altımışmı yoxsa altımı olmasının elə bir əhəmiyyəti olmasın.
Dərviş də kalendarla işlədisə onda heç.
Dərviş olan yaranıbdır qəm daşıya, dərd çəkə.
Mənim tanıdığım Dərviş Vəli də dərd əhlidir.
Dərd Vəli ilə bir doğulub (Təkcə ərkimə görə Vəli demirəm, həm də onun böyüklüyünə görə Vəli deyirəm).
Vəlinin yaşı dərdin, qəmin yaşı qədərdir. İndi buyurub Vəlinin yaşını hesablayın.
Vəli həm də gözəl dost məclislərinin yaraşığıdır.
Məclissiz günü yoxdur Dərviş Vəlinin.
Dərvişin sahadı (qol sahadını demirəm) yatsa da məclisi həmişə qurulu olur.
Dərvişin məclisi qurulursa demək ki, hardasa-hardasa bir bulanıq durulur.
Mənim üçün Bakıda Kürdən əsən külək kimidir, doğma yurddakı ocaq kimidir,
torpaq kimidir, bulaq kimidir, ağac kimi, daş kimidir, quş kimidir,... Vəli Xıramçaylı.
Vəlidən doymaq yoxdur.
İllah da ki, Bakıda. Tanrı Vəli Xıramçaylımızı qorusun.
Bir azca da ömür versin.
Ömür versin ki, Vəli qağamız da ölümsüzlük qazananlardan olsun.

Hörmətnən,mərfətnən
Həmid ORMANLI.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Laçın Cəfərli:

Laçın Cəfərli: "QƏRİB"

"SAZLI-SÖZLÜ BORÇALI"
Darvazlı VƏLİ ABBASOV vəfat edib

Darvazlı VƏLİ ABBASOV vəfat edib

Darvaz, Nekroloqlar
Priofessor Vəli Osmanlının 80 illik yubiley – anım mərasimi

Priofessor Vəli Osmanlının 80 illik yubiley – anım mərasimi

Elm, Borçalı
Nemət VƏLİOĞLU:

Nemət VƏLİOĞLU: "Könlümə ruh verən Borçalım mənim!.."

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə
Dilarə Süleyman Çarıqçı

Dilarə Süleyman Çarıqçı

Müsabiqə
VƏLİ TOMAYEV (1923-1964)

VƏLİ TOMAYEV (1923-1964)

Qarayazı, UNUTSAQ, UNUDULARIQ!...., Müşfiq Borçalı
Tahir Həkimli: ''Bir qoca dərvişəm''

Tahir Həkimli: ''Bir qoca dərvişəm''

Yeni nəşrlər, Borçalı
Allah rəhmət eləsin, Səlim Vəli oğlu İsgəndərov!..

Allah rəhmət eləsin, Səlim Vəli oğlu İsgəndərov!..

Bolus, Nekroloqlar
ALLAH SİZƏ RƏHMƏT ELƏSİN VƏLİ MÜƏLLİM!!!...

ALLAH SİZƏ RƏHMƏT ELƏSİN VƏLİ MÜƏLLİM!!!...

Başkeçid, Nekroloqlar
Telli Sənəm BORÇALI (MAHMUDLU): Õldürür dünyanın dərd-səri məni...

Telli Sənəm BORÇALI (MAHMUDLU): Õldürür dünyanın dərd-səri məni...

Başkeçid
Müşfiqim...

Müşfiqim...

TDPİ-nin Azərbaycan bölməsi, Poeziya, Borçalı, Darvaz, Arxiv, Müşfiq Borçalı
Leyla Mətin (1986)

Leyla Mətin (1986)

Müsabiqə, Turan
SOLMAZ QƏRİBEL HƏSƏNOVA:

SOLMAZ QƏRİBEL HƏSƏNOVA: "Qan qoxur dünyanın üzündən yenə..."

Müsabiqə
ADİLƏ NƏZƏR POEZİYASI

ADİLƏ NƏZƏR POEZİYASI

Poeziya, Müsabiqə
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ AĞABALI VƏLİ OĞLU XEYİRXƏBƏROV!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ AĞABALI VƏLİ OĞLU XEYİRXƏBƏROV!..

Fond, "SAZLI-SÖZLÜ BORÇALI", Qaraçöp, Təbriklər
İLQAR  KƏPƏNƏKÇİ: Bir dərvişəm, əlim paysız...

İLQAR KƏPƏNƏKÇİ: Bir dərvişəm, əlim paysız...

Poeziya, Müsabiqə, Qarayazı
Səadət Qərib Rzayeva:

Səadət Qərib Rzayeva: "MƏN BİR HƏYAT HEKAYƏSİ"

Müsabiqə
Doğum gününüz mübarək, hörmətli Sədi müəllim!...

Doğum gününüz mübarək, hörmətli Sədi müəllim!...

"SAZLI-SÖZLÜ BORÇALI", Başkeçid, Təbriklər
AzTU-nun rektoru Vilayət Vəliyevə ağır itki üz verib

AzTU-nun rektoru Vilayət Vəliyevə ağır itki üz verib

AzTU, Nekroloqlar
Polşada polkovnik Vəli bəy Yadigar haqqında kitab nəşr olunub

Polşada polkovnik Vəli bəy Yadigar haqqında kitab nəşr olunub

Diaspora, Dünya, Borçalı
Rəy yazın: