Akademik İsa Həbibbəyli mənzil bölgüsü ilə bağlı mətbuatda yayılmış fikirlərə aydınlıq gətirib

Akademik İsa Həbibbəyli mənzil bölgüsü ilə bağlı mətbuatda yayılmış fikirlərə aydınlıq gətirib Azərbaycan Milli Elmlər Akademiyasında mənzil bölgüsü ilə əlaqədar narahatlıq keçirən elm adamlarının vəziyyətini dərindən başa düşürəm.

Uzun illər kirayədə və yataqxanada yaşayan əməkdaşların elmi fəaliyyətlə də səmərəli şəkildə məşğul olmalarını müsbət qiymətləndirirəm. İmkanım daxilində onlardan bir neçəsinə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi qazanmaqda yaxından köməklik göstərmiş və dəstək vermişəm.


Milli Elmlər Akademiyası elm adamlarının sosial vəziyyətinin yaxşılaşdırılması, bu sahədə illərdən bəri yığılıb qalmış problemlərin həll edilməsi üçün addımlar atmaqda davam edir. Alimlərimizdən 54 ailəyə mənzil verilməsi son on ildə bu istiqamətdə həyata keçirilmiş ilk mühüm addımlardan biridir. Bütün narazılıqlara baxmayaraq, bu addımı həm də dəyərləndirmək lazımdır.

Hazırda əməkdaşların məznzillə təmin edilməsi istiqamətində yeni imkanlar araşdırılır. Akademiyaya məxsus torpaq sahələrində çoxmərtəbəli binaların tikilməsi və elm adamları üçün münasib ipoteka yolu ilə əməkdaşlara verilməsi üçün müxtəlif təşkilatlarla iş aparılır.

Kütləvi informasiya vasitələrində mənzil bölgüsü ilə əlaqədar verdiyim müsahibənin fərqli anlaşılmasına da aydınlıq gətirmək istəyirəm. Məsələ belə olmuşdu: mənzil bölgüsündən dərhal sonra fərqli institutlardan olan 2 nəfər əməkdaş mənə ciddi narazılıqlarını bildirmişdilər. Onlardan biri kirayədə yaşasa da, hələ də mənzil növbəsinə dayanmamışdı. Mən də bunu nəzərə alaraq mənzil məsələsi ilə əlaqədar kirayədə olanların heç də hamısının haqlı olmadığını qeyd etməli olmuşdum.

“Haqlı deyil ki” ifadəsinin “ağıllı deyil ki” kimi səslənməsini çox təsadüfi fonetik səsləşmə hesab edir, üzürlü qarşılanacağını düşünürəm. Fikrimcə, müsahibəmdəki məntiqi mənada şikayətçilərin bir qisminə, mənim nəzərimdə isə konkret olaraq mənə müraciət edən haqsız şikayətçiyə ünvanlandığı aşkar görünən “hamısı deyil ki” ifadəsinin ümumiləşdirilib hamıya aid edilməsi də qeyri-elmidir.

Əlbətdə, arzu edərdik ki, ehtiyacı olanların hamısı mənzillə təmin olunsunlar. Təəssüf ki, illərdən bəri AMEA-da mənzil almaq üçün qeydiyyatı olanların sayı mənzil almış ailələrdən bir neçə dəfə çoxdur. Ona görə də yenə də o fikirdəyəm ki, ilk növbədə daha haqlı olan əməkdaşlar mərhələli şəkildə mənzil almaq imkanı əldə etməlidirlər.

İsa Həbibbəyli
AMEA-nın vitse-prezidenti, akademik

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Azərbaycan Milli Elmlər Akademiyasında sosial məsələlərin həlli istiqamətin ...

Azərbaycan Milli Elmlər Akademiyasında sosial məsələlərin həlli istiqamətin ...

Digər bölmələr
AMEA-nın İşlər İdarəsinin müdir müavini, komissiyanın katibi Sərdar Əliyevi ...

AMEA-nın İşlər İdarəsinin müdir müavini, komissiyanın katibi Sərdar Əliyevi ...

Digər bölmələr
Yeni bina jurnalistlərə bu qaydalarla veriləcək - AÇIQLAMA

Yeni bina jurnalistlərə bu qaydalarla veriləcək - AÇIQLAMA

MEDİA
Şəhid ailəsinə mənzil verilib

Şəhid ailəsinə mənzil verilib

Qarabağ
Marneulidə yaşayan qaçqınlara nazirlik 50 mənzil aldı

Marneulidə yaşayan qaçqınlara nazirlik 50 mənzil aldı

Borçalı
Kitabxananın əməkdaşları Abdulla Şaiqin mənzil muzeyinə ekskursiya təşkil e ...

Kitabxananın əməkdaşları Abdulla Şaiqin mənzil muzeyinə ekskursiya təşkil e ...

Mədəniyyət
AMEA-nın SOSİAL SİYASƏTİNİN VƏZİFƏLƏRİ VƏ PRİORİTETLƏRİNƏ HƏSR OLUNMUŞ TOPL ...

AMEA-nın SOSİAL SİYASƏTİNİN VƏZİFƏLƏRİ VƏ PRİORİTETLƏRİNƏ HƏSR OLUNMUŞ TOPL ...

Elm, Biologiya və tibb elmləri, Digər bölmələr
Jurnalist Zülfüqar  Xeyirxəbər Prezidentə müracət edib

Jurnalist Zülfüqar Xeyirxəbər Prezidentə müracət edib

Qaraçöp
AMEA ELMİ MÜƏSSİSƏLƏRİNİN DİREKTORLARI ŞURASININ İCLASI KEÇİRİLİB

AMEA ELMİ MÜƏSSİSƏLƏRİNİN DİREKTORLARI ŞURASININ İCLASI KEÇİRİLİB

Elm
AMEA-nın Azad Həmkarlar İttifaqının VII Qurultayı keçirilib

AMEA-nın Azad Həmkarlar İttifaqının VII Qurultayı keçirilib

Elm
Ruhun şad olsun, Ərəstun müəllim!..

Ruhun şad olsun, Ərəstun müəllim!..

Nekroloqlar
AMEA Polimer Materialları İnstitutu tərəfindən     AÇIQLAMA

AMEA Polimer Materialları İnstitutu tərəfindən AÇIQLAMA

Digər bölmələr
Abdulla Şaiqin Mənzil Muzeyində kitab təqdimatı

Abdulla Şaiqin Mənzil Muzeyində kitab təqdimatı

Mədəniyyət
Rövşən Rzayev geniş iclas keçirib, tapşırıqlar verib

Rövşən Rzayev geniş iclas keçirib, tapşırıqlar verib

Qarabağ

"Bu ilin “Könüllülər ili” elan olunmasından faydalanmalı və yararlanmalıyı ...

AzTU
İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleks ...

İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleks ...

Azərbaycan, Qarabağ
AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Əsas xəbər, Elm
Dövlət Komitəsində Xankəndinin işğal günü ilə bağlı tədbir keçirilib

Dövlət Komitəsində Xankəndinin işğal günü ilə bağlı tədbir keçirilib

Qarabağ
Yasamal rayon İH-də Prezident İlham Əliyevin iqtisadi və sosial məsələlərlə ...

Yasamal rayon İH-də Prezident İlham Əliyevin iqtisadi və sosial məsələlərlə ...

YAP, Bakı
Əflatun AMAŞOVun Milli Məclisin iclasındakı çıxışı:

Əflatun AMAŞOVun Milli Məclisin iclasındakı çıxışı:

Milli Məclis, MEDİA
Rəy yazın: