ESMİRALDA BİNNƏT QIZI ƏHMƏDOVA (1985) Səhiyyə, Başkeçid 16 января 2025 41 100 1 2 3 4 5 Əslən Borçalı kökənli Əhmədova Esmiralda Binnət qızı - 1985-ci il martın 7-də Moskva şəhərində dünyaya gəlib. 851 saylı məktəbdə oxuyub. 2002-ci ildə N.I.Piraqova adına Russiya Dövlət Tibb Universitetinə qəbul olub. 2008-ci ildə Tibb Universitetini bitirib. 2008-2010-cu illərdə A.L.Myasnikov adına Elmi-Kardioloji İnstitutda rezidentura keçib. Daha sonra həmin institutda beş il aspirantura təhsili aldıqdan sonra, dissertasiya müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.Esmiralda Binnət qızı hazırda Moskva şəhərində Akademik Q.M.Cavelyeva adına 31 saylı xəstəxanada kardioloq işləyir. O, kardioloq həkimi olmaqla bərabər, həm də ürək daxili nahiyələrin ağrı-acısını təyin edən müasir elektririk aparatların, yəni pasiyentlərinin xəstəliklərinin dəqiq və olduğu kimi müayinə və müalicə etmək üçün UZİ-dən, EXO-dan belə hamısını şəxsən özü idarə edir.Kardioloq!.. Bizim anlamımızda - ürək həkimi. Nə gözəl sözdü. Necə də gözəl sözdü - ürəklərin həkimi! İnsan orqanizminin sağlıq keşiyində duran bütün həkimlərimizə can sağlığı arzulayıram! Hazırda elə reaktiv zəmanədə yaşayırıq ki, böyükdən kiçiyə hamının ehtiyacı var sizin müayinəlırinizə, müalicələrinizə, məsləhətlərinizə. Siz insanların sağlığını - sağlamlığını qoruyursunuz. Allah da sizləri qorusun. Amin.Bir də ki, biz yer üstündə elə-belə yaşayırıq. Qüdrətli Ordumuzun, güvənli polisimizin, fədakar həkimlərimizin sayəsində ayaq üstə dayanırıq. Bu Üçlük bizim Sac ayağı dayağımızdır.Bu Üçlük bizimlə canlı ünsiyyətdə olan, yer üzündəki qoruyucu mələyimizdir.Dr. Esmiralda sizin simanızda qoruyucu mələklərimizin hamısına ayrı-ayrı təşəkkür edirəm. Kardioloqumuza isə xüsusi alqışlar edirəm. Bəzən insan öz-özünə düşünı-düşünə qalır, deyir görəsən həyatın üçün bu qədər əhəmiyyətli olan ÜrəyimNiyə digər orqanlarım - gözlərim, qulaqlarım, böyrəklərim, ağciyərlərim kimi cüt deyil, təkdir. Zəki insanlar bu barədə çox düşünüb, çox daşındıqdan sonra belə qənaətə gəliblər ki, elə ürəklər cürdür, tək deyil. Onlar belə deyiblər: Ürəyin biri insanın özündə, ikinci ürəyi isə həyatını həyatına bağlayacağı insanın sinəsindədir.Dr. Esmiralda, ürək o qədər gözəl varlıqdır ki, bu mövzudan ayrıla bilməsəm də ayrılığın zamanı gəldi artıq. Fədakar hamısı can mələyimizdir. Ancaq ürək həkimi başqadır. Bütün can ağrıları dəhşətlidir, adanın ümidini həyatdan üzərək qədər, amma ürək ağrısı tam bir başqadır, yəni ömrün sonuncu dayanacağı kimidir. Ürək hər orqanın ağrısını-acısını çəkə bilir, lakin öz ağrısına dözə bilmir. Ona görə hər zaman dua edirəm, deyirəm ki, heç kim deməsin ürəyim ağrıyır. Əziz Esmiralda, Sən də...Bacın Dr. Samirə də xalqımızın, el-obamızın fəxri vətəndaşlarının sırasındasınız. Var olun, sağ olun. Sağlıq və sağlamlığın keşiyində dayanmaq müəllimlikdən sonra sayılan ilk samballı peşədir Sizin kimi müqəddəs peşə sahiblərinin iş vaxtı bilinməz, istirahət günü olmaz. Siz özünüzə elə peşə seçmisiniz ki, adama nəfəs kimi gərəksiniz. Siz insanlarla elə doğmalaşmısınız ki, onlar gecənin, günün hər anında çəkinmədən sizə müraciət edə bilir. Xəstələr Dədə qapısı kimi döyür qapınızı. Şəfqət anası kimi arayıb-axtarırlar sizi. Ərk edərək doğma bacı, peşəkar həkim kimi zəng edirlər sizə. P.S.: Dr. Esmiralda xanım 2009-cu ildə ailə qurub. Emil adlı bir oğlu var. Çox yəqin ki, Emil də anasının davamçısı olacaq. O, da gələcəkdə çox bacarıqlı bir kardioloq kimi tanınacaq...Gözəl Dr. Esmiralda xanım, sizə və oğlunuz Emil balaya möhkəm can sağlığı, uzun ömür, türklər demiş mutlu bir ürək arzulayıram...Sevgül SƏFƏRLİ,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.