Milli qürur və milli qeyrət rəmzi (Borçalıdan məktub)

Milli qürur və milli qeyrət rəmzi  (Borçalıdan məktub) Əsrlər boyu başı qovğalar çəkmiş, taleyikəm ulu Borçalımızın başı qarlı uca dağları, çiçəkli-çəmənli düzləri, mer-meyvə ətri ilə dolu olan bağları, başı qarlı uca dağların köksündən sızıb gələn sərin sulu bulaqları və bu bulaqların birləşərək əmələ gətirdiyi şaqraq nəğməli çayları, bərəkətli torpaqları olduğu kimi, ürəkdən, qəlbən bu mahala bağlı olan oğulları-qızları da var ki, dünyanın hansı səmtində, hansı ölkəsində olsalar da, heç vaxt onu yaddan çıxarmır, unutmurlar.

Bütün varlığı ilə Borçalıya bağlı olan, onun adı və ünvanı ilə nəfəs alan, sevinən, şadlanan onlarla oğul və qızlarımız var. Birinin səsi Rusiyanın çox uzaq küncündən, Avropanın adlı-sanlı şəhərlərindən, Orta doğunun, Şərqin hikmət dolu əyalətlərindən gəlirsə, birisinin də səsi hamımızın fəxri-fəxarəti sayılan “Sınıq körpü” dən sınırı başlanan Azərbaycandan eşidilir... Daha doğrusu o Azərbaycandan ki, onun sınırı “Sınıq körpü”dən deyil, Borçalıda yaşayan hər bir Azəri Türkünün qəlbindən-ürəyindən başlanır. Borçalını unutmayan, onun adını hər an qəlbində, yaddaşında yaşadan hər kəs bizim üçün ideal olmaqla bərabər məxsusi hörmət pilləsində dayanır...

Bu şəxslərdən biri də xaricdə yaşayan ziyalı xanımlarımızın ön cərgəsində adına ünvan tutmuş, Azərbaycan Dövlət İqtisad Universitetinin fəxri professoru Aysəba Şəmsi qızı Əlizadədir.

Aysəba xanım 1941-ci il mart ayının 29-da öz şirin və füsunkar nəğməsi ilə Borçalıya nəğmə çalan Ehram çayın sahilində məskən salmış Lecbədin kəndində, ziyalı ailəsində dünyaya göz açmışdır. Atası Şəmsi Əlizadə Borçalı maarifpərvər ziyalıları içərisində xüsusi hörmət sahibi olmaqla bərabər həm də yaradıcı insan idi. O, həm də o dövr maarif ocaqlarımızın ilkin ziyası saydığımız Qazax seminariyasını bitirmişdir. Böyük maarifçi, ədəbiyyatşünas Firudin bəy Köçərlidən, Mirzə Mehdi Vəlizadədən dərs almışdır.
Seminariyada oxuduğu illər sonralar Azərbaycan ədəbiyyatının korifeyləri olmuş Səməd Vurğunla, Osman Sarıvəlli, Mehdixan Vəkilovla, Əlyar Qarabağlı və başqaları ilə bərabər tələbəlik həyatı keçirmiş, poeziya məclislərində fəal iştirak etmişdir. Onda ədəbi yaradıcılığa böyük maraq da buradan yaranmışdır. Yeri gəlmişkən qeyd edim ki, keçən əsrin əvvəllərində yaşamış, Borçalı maarifində xüsusi xidməti və zəhməti olmuş Şəmsi Əlizadənin haqqında, onun görmüş olduğu işlər barədə, bu bölgənin maarifinin inkişafı üçün əldə etdiyi bütün nailiyyətləri özündə əks etdirən məqalə artıq hazırdır və bu günlərdə mətbuatımızda öz əksini tapacaq.

Aysəba xanımın anası Həcər xanım Borçalının əməksevər, qonaqpərvər, ismətli xanımlarından biri olub. Bu gün Lecbədin kəndində ömrünü sürməkdə olan ağsaqqallarımız, 95 yaşlı Hafiz Osmanov, Həcər xanımı tanıyan ana-bacılarımız onun haqqında xoş sözlər deyir, isməti, ləyaqəti, əməksevərliyi, ailə canlı olması ilə ağız dolusu danışırlar. Kişi qeyrətli Həcər xanım çətin illərdə kirpikləri ilə od götürmüş, beş övladını böyüdərək boya-başa çatdırmışdır. Onlardan biri də bu gün haqqında yazmaq istədiyimiz istedadlı alim, iqtisad elmi üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin fəxri professoru Aysəba Əlizadədir. O, 1948-ci ildə doğma kəndi Lecbədində ibtidai məktəbə getmiş, 1958-ci ildə Böyük Muğanlı orta məktəbini əla qiymətlərlə başa vurmuş, iki il sonra ADU-nun iqtisad fakültəsinə qəbul olmuşdur. Universitet illərində o, dinclik nə olduğunu bilmir və ali təhsilini fərqlənmə diplomu ilə başa vurur. Təlim-tərbiyəsi, həyata düzgün baxışı, əməksevərliyi və xanımyana hərəkəti bir qrupda oxuduğu qız yoldaşları üçün nümunə olur. Elə buna görə də qrup yoldaşı, əslən Borçalıdan olan Əsəd Mirzəyevlə ailə həyatı qurur. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan iqtisadiyyatın tədrisində və tədrisinin proqramlaşmasında xidməti çox olub və bu sahədə elmi əsərləri, kitabları iqtisadiyyat elmi ilə məşğul olan alimlər tərəfindən tam qəbul edilib. Oxuculara məlum olsun ki, Aysəba xanım da, Əsəd müəllim də 1967-ci ildə Moskva İqtisadiyyat-Statistika İnstitutunun məqsədli aspiranturasına daxil olurlar. Ancaq Aysəba xanım məlum səbəblər ucabatından rayona qayıdır. Düz dörd il sevib ailə qurduğu Əsəd müəllimin ata-anasının yanında yaşayır, onların ən yaxın köməkçisi olur.

Amma, ixtisası üzrə təhsilini davam etdirmək, arzusunda olduğu alimlik dərəcəsini almaq bir an da olsun yadından çıxmır və o, bu arzusunu reallaşdırmaq üçün 1972-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda işə düzəlir. Məlum səbəblərdən həmin institutda deyil, 1981-ci ildə Kiyev şəhərində namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi adına layiq görülür.
Bu gün o, Azərbaycan Dövlət İqtisad Universitetinin fəxri professorudur. Əməksevərliyi, xanımyanalığı, ətrafında olan qohum-əqrabaya, dost-yoldaşa səmimi və mehriban münasibətinə rəğmən Aysəba xanım bu gün işlədiyi universitetdə hörmətin ən yüksək pilləsində dayanır...
Aysəba Əlizadə iqtisad üzrə alim olsa da ədəbi ictimaiyyətin diqqət mərkəzindədir. Onun özü də ədəbiyyata böyük maraq göstərmiş, daxildən gələn bir istəklə dağlarımıza, bağlarımıza, öz şirin zümzüməsi ilə Borçalıya layla çalan bol sulu çaylarımıza şeirlər yazmış, səmimi, şirin, bədii kəlmələrlə onları vəsf etmişdir. Bu, belə də olmalıdır. Borçalıda dünyaya göz açıb, Ehram çayın sahilində gəncliyini keçirmiş, Borçalının Vena damarı adlanan bu çayın ləpələrindən qopan şirin layla səsi ilə arzularının axtarışına çıxan hörmətli bacımız Aysəba xanım şair təbiətli bir xanımdır. Onun publisist yazılarından, şeir və deyimlərindən ibarət iki nəfis kitab nəşr edilib, oxucuların ixtiyarına vermişdir:

Əriyib şam kimi hey gilə-gilə.
Neçə kitab yazdım mən qalaq-qalaq,
Nə gözüm qaraldı, nə döndüm külə,
Ömrümdən illərə gün calayaraq.


İnsan yaşadığı torpağa bənzəyir - deyiblər. Onun gözəlliyi o torpağın güllərinə-çiçəklərinə, vüqarı dağlarına, ağayana və ya xanımyanalığı bərəkətli torpağına, əməksevər və mehribanlığı havasına bənzər. İstəkli və çox hörmətli bacımız Aysəba xanımın ömür səlnaməsinə nəzər salanda onun xanımyana, səmimi və mehriban hərəkətlərində bu dediklərimizi görür və hiss edirəm.
Onun bu günlərdə “Yurd yeri”, “Milli qürur və milli qeyrət rəmzi” adlı iki kitabı həyat üzü görüb. Bu kitablarda ona həsr edilmiş məqalələrlə bərabər özünün yazmış olduğu şeirlər, xatirələr, deyimlər də öz əksini tapıb.
Bu kitablarla tanış olana qədər mən elə düşünürdüm ki, başqa sənət sahibləri, xüsusən də dəqiq elmə yiyələnmiş insanlar ədəbiyyata o qədər də meyilli olmazlar. Amma, etiraf edim ki, Aysəba xanımın yuxarıda adları çəkilən kitabları ilə tanış olduqdan sonra belə qərara gəldim ki, istedad heç vaxt ölmür. İstedad üstünü kül basmış közə bənzəyir. Zəyif olan istedad kül topasının altında sönür, atəşi çox olan köz isə uzun illər keçdikcə daha da güclənir. Aysəba xanımda bu dediklərimiz güclü olduğu üçün el-obaya, böyüyüb boya-başa çatdığı doğma kəndinə, doğmalarına olan məhəbbəti sayəsində daha da güclənir. O, nənə olandan sonra bu adı daşıdığı üçün fərəhindən qanad açıb uçmaq istəyir. 1996-cı ildə nəvəsi Ayan dünyaya gələndə yazır:

Şükür olsun Xudaya,
Nəvəm gəldi dünyaya!
Ayan qoyduq adını,
Daddıq nəvə dadını!


Bu gün nənə adını daşıyan, bir mahalın fəxrinə-fəxarətinə çevrilmiş, rəfiqələrinin iftixarı olan Aysəba xanım alim kimi, şair kimi, publisist kimi, ən əsası isə müdrik bir ağbirçək kimi tanışlarının, dostlarının hörmətini qazanıb. Onu bir bacımız, anamız, nənəmiz kimi sevir, görmüş olduğu xeyriyyə işləri ilə fəxr edirik.
1999-cu il mart ayının 19-da xəstə anasının başı üstə dayanaraq qəlbindən keçən ən incə, saf, təravətli sözləri misralara düzərək yazır:

O soyuq əllərin əlim içində,
Yarımçıq sözlərin dilim içində,
O gözəl vücudun ölüm içində
Qəlbimi qoparıb apardın, ana!


Onun dünyaya gəlim, boya-başa çatdığı ailədə ana-ataya, ağbirçək və ağsaqqala böyük hörmət və sayğını görüb. Ona görə də şeirlərinin hamısında böyüklərə hörmət, adət-ənənələrimizə xoş münasibət əsas yerlərdən birini tutur - yaradıcılığının əsas məhzini təşkil edir. O, hamını ahıllara, yaşa dolmuş adamlara hörmət etməyə, onların qədr-qiymətini bilib sağkən qiymətləndirməyə çağırır. Deyimlərində qoca adamlar haqqında maraqlı mesajlar verir, elə bil ki, oxucunu ayıq olmağa çağırır.

“Qocalıq - aclıqdan və soyuqdan titrəmə kimi bir şeydir. Bircə fərqi var ki, aclıq və üşütməni dəf etmək mümkündür. Qocalığı isə yox! - Bu dəhşətdir!”
“Qoca - qarşıda keçilməz bir səddi olan, arxaya isə yolu olmayan bir yolçudur!”
“Qoca adam - sahilə atılmış diri balıq kimidir. Nə qədər çabalasa da sonu birdir”.


Qocalar haqqında demiş olduğu bu hikmətli sözlərdən sonra onun məntiqi cəhətdən çox dərin, hikmət baxımından mənalı, tövsiyə və məsləhət xarakterli deyimləri də oxucu tərəfindən müsbət qarşılanır. Bu hikmətli, dərin mənalı deyimləri ilə o, istedadlı qələm sahibi kimi diqqətimizi çəkir.
“İnsan ömrü müəyyən zaman kəsiyindən - illərdən, aylardan, saatlardan, dəqiqə və saniyələrdən ibarətdir. Təsəvvür edin ki, bu dövrənin hər biri, bal kötüyünə şirə aparan arılara bənzəyir. Bunlar arasında boş gedən arılar da olur. Lakin onları “nəzarətçi” döyüb öldürür. Bax, insan ömründən keçən o boş anlar da həmin döyülüb öldürülmüş arılara bənzəyir və “mənasız ömür günləri” kimi həyatımıza daxil olur. Ona görə də, insan varlığını təşkil edən hər saniyədən elə səmərəli istifadə etmək lazımdır ki, onlar hədər ötüb keçməsin, daha mənalı olsun - bu, əsl müdriklik yoludur!”
Yeri gəlmişkən deyim ki, Aysəba xanımın deyimləri insan ömrünün irəliyə doğru gedişində mənəvi kompas rolunu oynayır. İnanıram ki, onun yaradıcılığı ilə tanış olan hər kəs mənimlə razılaşar... və bu belədir. İqtisadçı ola-ola ədəbiyyata bu qədər güclü meyilli olması məndə heyrət doğurur. Özü demişkən, İlahi bəxş etdiyi nemətlərin və fərasətin ən yaxşısını səxavətli adamlara verir ki, insanlar arasında xoş münasibətlərin yaranmasında onlardan istifadə edə bildinlər.
İlahinin bəxş etdiyi ən gözəl nemətlərdən biri də gözü toxluq, ətrafdakılara xeyriyyə əlini uzatmaq, mənəvi-maddi kömək etmək, səni bu gözəl dünyaya bəxş edən ata-ananın əbədi uyuduğu son ünvana təmənnasız hörmət etməyi bacarmaqdır.

Bunların hamısı Aysəba xanımda var. Onun “Yurd yeri” kitabını oxuyanda orada çox möhkəm mənəvi saplarla yurda bağlılıq görürəm. Onun “Kənd və uşaqlıq illəri” şeirində bir lövhəni oxuyan zaman oxucu istər-istəməz uşaqlıq illərinə qayıdır. Təsvir bədii cəhətdən güclü və səmimi olduğu üçün oxucuda rəğbət yaradır.

Damğaçının düzündə,
Boylu bağın özündə,
Xan arxının izində,
Qulun kişmişi, şomu
Dərib evə gələrdik.
Bişirilən kətədən
Çox ləzzətlə yeyərdik.


Oxucuların nəzərinə çatdırıram ki, Aysəba xanımın həyat və fəaliyyətinə, görmüş olduğu işlər dostları, tanışları tərəfindən qiymətləndirilmiş, ona şeirlər yazılmışdır. İndiyə qədər Aysəba xanımın adına əlliyə yaxın şeir həsr edilmişdir. Bu şeirlərin əksəriyyətində onun mehriban, səmimi və sadə olması önə çəkilir. Tanışlığımızın və dostluğumuzun tarixi az olsa da mən Aysəba xanımın insanlara xoş münasibətinin şahidi olmuşam. Sadəlik və səmimiyyət onun həyatının əsasını təşkil edir. Aysəba xanım həm də təsvir edilməyəcək dərəcədə xeyriyyəçidir. Bu sahədə müasir ziyalı xanımlarımızın bayraqdarı hesab olunur.
Aysəba xanımın şeirlərini oxuyanda onu şair kimi qəbul edirik. Nəsr yaradıcılığı onu bir yazıçı pilləsinə qaldırır. Publisistik yazıları onun müasir dünyamızda savadlı bir xanım olduğunu təsdiq edir. Amma, bu dediklərimizdən öncə Aysəba xanım tanınmış bir iqtisadçıdır...
Borçalıda yaşayan ziyalı xanımlar arasında Aysəba xanımın xüsusi hörməti var. Doğrudur o, bakıda yaşayır, orada onun özünə məxsus hörməti var. Onu bir ziyalı xanım kimi sevir, hörmət edirlər. Amma gördüyü işlər, yazmış olduğu kitablar, elmi əsərlər, məqalələr, tərtib etdiyi proqramlar bir daha təsdiq edir ki, anamız-bacımız səviyyəsində könlümüzdə özünə yer almış Aysəba xanım müasir dünyagörüşə malik olan Azərbaycan xanımları içərisində adı, ünvanı olan ziyalı, alim, xeyriyyəçi xanımdır.
Biz ona həyatda can sağlığı, ailədə mehribanlıq, yaradıcılıqda müvəffəqiyyət, dost-yoldaş arasında böyük hörmət arzulayır - Böyük Tanrı yardımçınız olsun! - deyirik...

Əli Abbas,
Azərbaycan Yazıçılar
Birliyinin fəxri üzvü.


"Şərqin səsi" qəzeti, N: 68 (298),
Oktyabr, 2014-cü il, səh. 2.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Əsas xəbər, Borçalı, Darvaz, Arxiv
Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflis, Borçalı, Darvaz, Arxiv
Folklorşünas Elxan Məmmədlinin ömür-gün yoldaşı vəfat edib

Folklorşünas Elxan Məmmədlinin ömür-gün yoldaşı vəfat edib

Nekroloqlar
Rövşən Gəncəliyə I AÇIQ MƏKTUB

Rövşən Gəncəliyə I AÇIQ MƏKTUB

Ədəbi tənqid, Müsabiqə
M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

Yeni nəşrlər, Müşfiq Borçalı
AYSƏBA (Poema)

AYSƏBA (Poema)

Borçalı
Ömrümün 60- cı akkordu

Ömrümün 60- cı akkordu

"XXI əsrin Ziyalıları", Borçalı
Ulu Borçalının Ulu Oğlu!..

Ulu Borçalının Ulu Oğlu!..

"SAZLI-SÖZLÜ BORÇALI", TDPİ-nin Azərbaycan bölməsi, "Şərqin səsi", Bolus, Darvaz, Arxiv, Müşfiq Borçalı
Borçalıda yaşayıb-yaradan dəyərli ziyalımız YUSİF YUSİFOV vəfat edib

Borçalıda yaşayıb-yaradan dəyərli ziyalımız YUSİF YUSİFOV vəfat edib

Nekroloqlar
Müəllimliyi ilə həmişə fəxr edən Nənəxanım Bayramova

Müəllimliyi ilə həmişə fəxr edən Nənəxanım Bayramova

"Elm və Təhsil", "XXI əsrin Ziyalıları", Bolus
Mikayıl Müşfiq Dilbər Axundzadənin Dili ilə

Mikayıl Müşfiq Dilbər Axundzadənin Dili ilə

Köşə yazılar
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ SÜSƏN XANIM!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ SÜSƏN XANIM!..

Borçalı, Təbriklər
SƏRQİN  İLK  OPERA  YAZAN  QADIN  BƏSTƏKARI  ŞƏFİQƏ XANIM AXUNDOVANIN TALEH ...

SƏRQİN İLK OPERA YAZAN QADIN BƏSTƏKARI ŞƏFİQƏ XANIM AXUNDOVANIN TALEH ...

Mədəniyyət
AYSƏBA  (poema)

AYSƏBA (poema)

Borçalı
Məşhurların yadigarı, müasirlərin qürur mənbəyi – doğma məktəb!..

Məşhurların yadigarı, müasirlərin qürur mənbəyi – doğma məktəb!..

Gürcüstan, Borçalı
Üzeyir Hacıbəyov və Müslüm Maqomayev həm də bacanaq idilər...

Üzeyir Hacıbəyov və Müslüm Maqomayev həm də bacanaq idilər...

Azərbaycan, Mədəniyyət, Tiflis
AYSƏBA XANIM -75

AYSƏBA XANIM -75

Borçalı
BACARIQLI TİBB İŞÇİSİ

BACARIQLI TİBB İŞÇİSİ

Qarabağ, Səhiyyə
Dəyərli ziyalı, müdrik el ağsaqqalı BAĞMAN FƏRZALI oğlu PİRİYEV (1933-2020)

Dəyərli ziyalı, müdrik el ağsaqqalı BAĞMAN FƏRZALI oğlu PİRİYEV (1933-2020)

"XXI əsrin Ziyalıları", UNUTSAQ, UNUDULARIQ!...., Qərbi Azərbaycan
Mənəvi dəyərlərimizin keşiyində dayanan fədakar xanım

Mənəvi dəyərlərimizin keşiyində dayanan fədakar xanım

Bolus
Rəy yazın: