BORÇALININ UNUDULMAZ BÜLBÜLÜ – SSRİ XALQ ARTİSTİ, Azərbaycanın İLK peşəkar qadın opera müğənnisi -- ŞÖVKƏT XANIM MƏMMƏDOVA (1897-1981)

BORÇALININ UNUDULMAZ BÜLBÜLÜ – SSRİ XALQ ARTİSTİ, Azərbaycanın İLK peşəkar qadın opera müğənnisi -- ŞÖVKƏT XANIM MƏMMƏDOVA (1897-1981) Bildiyimiz kimi, "Azərbaycan” adlanan
Ana Vətənimiz Od­­­lar Yur­dunun torpaqları
tarixən yalnız in­di­ki Azərbay­can Respubli­ka­sı­nın
sər­hədləri hüdudlarında olmadığı kimi,
Azərbaycan ədəbiyyatı, Azərbaycan mədəniyyəti,
Azərbaycan incəsənəti, Azərbaycan musiqisi,
Azərbaycan fəlsəfi və bədii dü­şüncəsi də ta­­ri­xən
yalnız bu gün mənsub olduğu coğrafiya ilə
məh­dud­laşmamış, onun sər­həd­lə­rini aşa­raq
daha geniş bir əra­­­zini əhatə etmişdir.

Se­vim­li şai­ri­miz Sə­məd Qara­çöpün
“Və­tənin qıraqda qalan yer­ləri” ad­landırdığı -
Borçalı, Göy­çə, Dəmirqapı Dərbənd ma­hal­ları da
ən qədim dövr­­­lərdən türk tor­paqları olmuş,
burada tarixən Azərbaycan Türkləri yaşayıb-yaratmışlar. Bu elə bir teo­rem­­­dir ki, isbatını
min illərdən bəri yaşayan türk mənşəli
ono­mastik vahidlər par­laq şəkildə sübut edir.
Həmin toponimlər son 100 ildə nə qədər dəyiş­dirilsə də, yenə öz tarixiliyini qoruyub saxlayır.

Deyərdik ki, vaxtı ilə həmin ərazilərdə doğulub boya-başa çatmış və həmin ərazilərdə
yaşayıb-yaradaraq öz adlarını tarixə qızıl hərflərlə yazmış görkəmli tarixi şəxsiyyətlər də,
məhz elə toponimlərimiz qədər dəyərli və qiymətlidirlər...

Bir həqiqəti bəri başdan deməyi özü­müzə borc bilirik:
Vətənin qıraqda qalan yeri - Borçalı ma­halı tarixən Azərbay­can ədəbiyyatına, mə­­dəniyyətinə,
in­­cə­­sənətinə çox böyük dühalar bəxş edib. Bu, da­nıl­maz gerçəklikdir.

Zəngin və keşməkeşli tarixə malik olan qədim Borçalı mahalı lap qə­dim dövrlərdən özünün
bol ne­mətli münbit torpaqları və qo­naqlı-qaralı, sərin bu­laqlı dağları, yayda yay­laqları,
qışda qışlaqları ilə, özünəməxsus qədim adət-ənənələri, qaynar ictimai həyatı və ədəbi-bə­dii mü­hiti,
sazı və sözü, qara zurnası və dəfi (nağarası) ilə məşhur olmuş, eləcə də,
bu mahalda dünyaya göz açmış, sazın və sözün işığında boy atıb şan-şö­hrət qazan­mış,
saz çalıb-söz qoşub, adı bəlli, sazı-sözü bəlli, Ozanlar oza­­nı, Ustadlar Us­tadı olan aşıq sə­nət­kar­ları,
dün­ya şöh­rət­­li xanəndələri və müğənniləri, ədibləri, yazıçıları, şeirləri nəğmələrə çev­ri­lə­rək
konül­lər oxşayan şairlə­ri, nəsr ustaları, alimləri, ədə­­biyyat­şü­nas-alim­lə­ri, zəh­mət­keş təd­qi­qat­çıları­,
prin­si­pial tən­qid­çiləri, qə­ləm­­lə­ri qı­lınc­dan da kəsərli olan pub­­li­sistləri,
həqiqət­sevər jur­­­nalist­lə­ri, dostluq car­çıları olan bədii tərcü­mə us­taları­, bir sözlə, çağdaş ədəbiy­yatımızın
və mədəniyyətimizin Bor­çalı qo­lunu layi­qin­cə təm­sil edənlər, Bor­ça­lı ədəbi-mədəni-ictimai mühitini
daha da zən­ginləş­dirən görkəmli ədəbiyyat, mədəniyyət və incə­sənət xadimləri, el ağ­saqqalları və
məsləhətçiləri, daim at be­lində cövlan edən adlı-sanlı igid­ləri ilə böyük qürurla fəxr etmişdir.


Təcrübəli pedaqoq, istedadlı şair və tanınmış publisist Sə­məndər Məmmə­do­vun dili ilə desək,
Qoca Şərqin incisi olan Azər­bay­­canın gör­kəm­li dövlət və si­ya­sət xadimi Nəriman Nəri­ma­novdan başlamış
Əli­mər­dan bəy Topçubaşova qədər; nur-ipək ki­mi kişilərdən olan, Bor­ça­lıda ay­rı-ayrı kənd­lərin maarif­lənməsində,
məktəblərin açıl­masında böyük xid­mətləri olmuş, N.Jorda­niyanın çox eti­barlı və səda­qət­li dostu,
Gür­cüstan təh­sil nazirinin (Azər­bay­can) mək­təbləri üzrə müavini Mirzə Rza Əliza­dədən başlamış,
çox güc­lü bir mü­həndis, Gürcüstanda xüsusi əhəmiyyətli inf­rastruktur la­yi­hə­lərin müəl­lifi olan,
körpülər, tunellər inşa edən, XX əsrin 30-cu illərində Tür­kiyənin energetika naziri işləmiş Hidayət Tu­rana qədər;
Görkəmli şair-yazıçımız Abdulla Şaiqdən başla­mış heç vaxt kürəyi yerə gəlməyən,
Azər­baycanın xalq artisti adını al­mış Rəşid pəhləvana qə­dər; şöhrətli alimimiz,
Azər­bay­can da fun­ksional riyaziyyatın əsasını qoyan aka­demik Za­hid Xəli­lovdan tutmuş,
Türk dünyasının böyük alimi Şamil Qur­­ba­nova qədər, bö­yük söz fatehi Zəlimxan Yaqubdan baş­lamış,
Ey­vaz Borçalıya, Abbas Ab­dullaya qədər məşhur şəxsiy­yətlərin siya­hı­sında özü­nəməxsus yeri olan
daha bir böyük insan haqqında söz aç­maq istəyirik.

Həmin şəxs - bizim Ulu Borçalımızın bülbülündən, Şərqin ilk opera sənətçisi,
Azər­­baycanın ilk peşəkar qadın vokalçısı, Azərbaycan Musiqi mədəniyyəti tarixində
özünəməxsus yeri və böyük xidmətləri olan qadın müğənnilərimiz arasında
ilk peşəkar qadın opera ifaçımız, əslən Bolnisi rayonunun Qo­şa­kilsə kən­­­dindən olan
SSRİ Xalq artisti Şövkət Məmmədova­dır.


BORÇALININ UNUDULMAZ BÜLBÜLÜ – SSRİ XALQ ARTİSTİ, Azərbaycanın İLK peşəkar qadın opera müğənnisi -- ŞÖVKƏT XANIM MƏMMƏDOVA (1897-1981) Şövkət Həsən qızı Məmmədo­va - 1897-ci il aprelin 18-də qədim Tiflis şəhərində əslən Borçalının Qoşakilsə kəndindən olan pinəçi Həsən Məm­­­məd­oğlu­nun ailəsində dünyaya göz açıb.
Atası Həsən Məm­­­məd­oğlu­ sadə peşə adamı olsa da, daxilən ziyalı, açıq fi­kirli, dün­yagö­rüşlü bir insan kimi tanınırdı.
O, Sənətə, musiqiyə yüksək qiymət verirdi. Elə buna görə də, Həsən Məmmədoğlu Tiflisdə general Yadigarov nəslinə yaxın ailədən Xurşud Sul­tanova ilə ailə qurmuş və Borçalı qəzasının mərkəzindən 30-40 km ara­lıda yerləşən və hazırda Bolnisi bələdiyyəsinə daxil olan Qo­şa­kilsə kəndin­dən Tiflis şəhərinə köçmüşdür. Bu izdivacdan onların Şövkət və Muqbil adlı övladları dünyaya gəlmişlər.

Şövkət Məmmədovanın həyatı və fəaliyyəti barədə jurnalist Tahirə Məm­­mədqızının “Şərq” qə­zetinin 5 fev­ral 2014-ci il tarixli sayında “Avro­pada tanınan səs” başlıqlı gözəl təhlili mə­qa­ləsi dərc olunub. Müəllif Şöv­kət xanımı klassik Avropa üs­­lu­bunda oxuyan və opera partiyaları ifa edən ilk peşəkar milli sə­nətkarımız, görkəmli musiqi xadimi, pedadoq və təş­kilatçı ki­mi təqdim edir, yüksək səhnə mədəniyyətinin və çoxlarından fərq­ləndirən bir çox xüsusiyyətlərinin altını cızır, həssas və zə­rif musiqi duyumunu, səsinin lirik axıcılığını qeyd edir: “Mu­si­qi istedadı ona ana sü­düylə keçmişdir. Dayısı və xalası qarmon və dəf çalır, çoxlu Azərbaycan xalq mahnıları bilirdilər. Anası Xur­şud xanım və qardaşı Muqbil də qar­mon­­da çalırdılar. Ba­laca Şövkət, necə deyərlər, gözünü nəğməylə açıb mahnı ilə yu­xuya gedirdi və buna görə də 6 yaşından peşəkar müsiqi ilə məş­ğul olmağa başlamışdı”.

6 yaşından musiqi ilə məşğul olmağa başlayan bu qızcı­ğa­zın qeyri-adi istedada malik olduğunu görən xeyirxah insanlar, özünün yaxınları, onun bu qabiliyyətinin itib-batma­sını istəmə­diklərindən, düzgün istiqamətə yö­nəlt­­məyə müvəf­fəq olmuşlar.
O zaman Tiflis Qafqaz canişinliyinin mərkəzi olduğundan mütərəqqi fi­kirli ziyalılar və sənətkarlar bura axışıb gəlirdi. Şəhər bir növ Qafqaz xalq­larının mədəniyyət mərkəzinə çevril­mişdi. Balaca Şövkət belə bir mü­hitdə böyüyür. Həsən kişi övladlarının düzgün tərbiyə alması, əsl ziyalı ki­mi böyüməsi üçün əlindən gələni edir. Şövkət əvvəlcə A.Kitesanın maliy­­yə­ləş­dirdiyi özəl məktəbdə təhsil almışdır. Lakin məktəbdə təhsil sə­viyyəsi qa­needici olmadığından valideynləri ona fərdi müəllim tutmuş­lar.
"Müqəddəs Nina" məktəbinin müəlliməsi Yelena Nesterovna Kandelaki onların evinə gəlir və balaca qızcığazla fərdi məşğul olur. Şövkətin musiqi qabiliyyətini ilk dəfə hiss edən də o olur. Kandelakinin məsləhəti ilə uşaq musiqi məktəbinin fortepiano sinfinə qoyulur. Balaca qızın qeyri-adi mu­si­qi duyumu elə ilk gündən müəllimlərinin diqqətini çəkir. Şövkət V.A.Mot­sartın, İ.S.Baxın əsərlərini məharətlə ifa etməyə başlayır.
Bir dəfə italyan müğənnisi Aida Qonzaqa Tiflisə qastrola gəlir. Bu konsertdə balaca Şövkət də iştirak edir. O, böyük müğənninin çıxışlarını sonsuz maraq və məftunluqla dinləyir.
Şövkətin atası Həsən 1910-cu ilin əvvəlində vəfat edir. O, bu itkidən bərk sarsılır. Anasının və müəlliməsinin hədsiz qayğısı nəticəsində o, musiqi təhsilindən ayrılmır. Novruz bayramında Tiflisin Artistlər Cəmiyyətində qrafinya Vorontsova-Daşkova­nın təşkil etdiyi bayram konsertinə dəvət olunur. Orada italyan və rus romansları, Azərbaycan xalq mahnısı oxuyur və böyük uğur qazanır. Həmin il musiqi məktəbini bitirir.
Tiflis Musiqi Məktəbini bitirdikdən sonra Şöv­­kət Məmmədova təhsilini davam etdirmək məqsədilə 1911-ci ildə Bakıya gəlmişdir. Bu gəliş Ta­ğı­yev teatrının 30 illik yubileyi ərəfəsinə təsadüf etmişdir.
Şövkət Məmmədova ilk dəfə olaraq ilk azərbaycanlı qa­dın aktrisa - ilk professional ifaçı kimi məhz elə həmin vaxt Bakının Tağıyev teatrında çıxış etmiş, Üzeyir Hacıbəylinin “Ər və arvad” operettasından bir neçə parça ifa etmişdir. Bu, Azərbaycan mədə­niyyəti tarixində mühüm hadisə olmuşdur.
Kon­sertdən əldə olunacaq pulun Şövkət xanımın İtaliyada təh­silini da­vam etdirməsi üçün sərf olunacağı nəzərdə tutulsa da, Qızın bu cə­sa­rəti - qadı­nın səhnədə örtüksüz oxuması Bakının Müsəlman icma­sı­nın ra­dikal baxışlı adamlarını - şəhər qoçularını bərk qəzəbləndirmişdir. Qoçu­lar həm Şöv­­kət Məmmədovanı, həm də onu səhnəyə buraxan dahi bəs­təkar Ha­cıbəylini öldürmək istəsələr də, konsertdən sonra dostları onları gizli yol­la teatrın binasından çıxartmış və faytona mindiriib qaçır­­­ma­ğa müvəf­fəq olmuşlar.
Hacı Zey­nalabdin Tağıyev yaxşı bilirdi ki, Bakı teatrında qadın rolla­rını hələ kişilər oyna­yır. Belə bir vaxtda Şövkətin İtaliyada oxu­maq arzusunu bəyə­nmiş və onun təhsil haqqını öh­dəsinə götürmüşdür.
Beləliklə də, Şövkət Məmmədova əvvəlcə İtaliyada, sonra isə Ukray­nada təhsil almışdır.

1911-ci ildə İtaliyaya gedən Şövkət Məm­mədo­va Milan Konserva­toriyasında məş­hur müğənni D.Am­broziodan dərs almışdır.
Ş.Məmmədova daha sonra isə təhisilini yenə də məhz o dövrün bö­yük xeyriy­yəçisi Hacı Zeynalabdin Tağıyevin mad­di yardımı ilə Kiyev Kon­servatoriya­sında davam etdirmiş, A.Şperlinqin vokal sinfində oxumuşdur.
Şövkət Məmmədova Kiyev Konservatoriyasında oxuyar­kən təhsil oca­ğının rektoru, tanınmış bəstəkar Reynqold Qlierlə tanış olmuş, Qlierlə birlik­də ver­­diyi konsertlərdə həm klassik Avropa operalarından ari­yalar, həm də Azərbaycan xalq mahnıları ifa etmişdir.
Sonradan Qlier müğənninin ecazkar səsinə pərəstiş edərək özün­ün məş­hur “Şahsənəm"ində Şahsənəm obrazını ona həsr etmişdir.
Şövkət xanım 1915-ci ildə Kiyevdə oxuyarkən vaxtılə Milanda tanış ol­­duğu mü­həndis Yakov Lyubarski ilə ailə həyatı qurmuşdur.
Kiyev mədəni icti­maiy­yətində Şövkət xanım böyük musiqi xadimləri ilə, o cümlədən, Reynold Qlierlə, opera solistləri Flora Paşk­se­ni­ya Dzerjin­skaya, Vorents Motvid, gələcəyin yazçısı, tələbə Yu­sif Vəzir Çəmən­zə­minli ilə tanış olmuş, bir qədər sonra isə N.Nərimanov ilə dostlaşmışdır.
Şövkət onların təşkil etdiyi "Qafqaz birliyi" klubuna üzv ya­zılmışdır.
Klub əsa­sən xeyriyyəçiliklə məşğul olmuşdur. O, klubun işində fəal iştirak etmişdir. Şöv­kət xanım solo konsertlərdən yığılan vəsaiti tələbə təşki­latlarına, yoxsul ailələrinə köçürmüşdür.

Azərbaycanda Sovet haki­miyyəti qurul­duq­dan sonra Şövkət Məmmə­do­va 1921-ci ildə Bakıya qayıtmış, Azərbaycanın mədəni həyatında fəal işti­rak etmiş, milli musiqi mədəniy­yəti­nin tə­rəq­qisi üçün geniş fəa­liy­yət gös­tərmişdir. 1923-cü ildə Azər­baycanda ilk not nəş­riy­yat idarəsini təsis et­mişdir.
Dahi opera solistliyindən, görkəmli vokal ustalığından əlavə, həm də məş­­hur teatr xadimi olan Şövkət xanımın təşəbbüsü ilə Bakıda Mirzə Fətəli Axundzadə adına ilk ali Döv­lət Türk Teatr Məktəbi (Texnikumu) açıl­mışdır. Həmin mək­təbin (İndiki Azər­bay­can Dövlət Mədəniyyət və İn­cə­sənət Uni­ver­siteti) ilk direktoru da 1923-1925-ci illərdə o, özü ol­muş­­­dur. Respublikamızdan savayı, həmçinin Öz­bəkistanın, Türkə­mista­nın və Da­ğıstanın ən məşhur səhnə usta­ları məhz həmin məktəbin yetirmələri olmuş­lar.

Şöv­­kət Məmmədova, eyni zamanda, elə həmin illərdən başlayaraq, Ru­si­yada, Fran­sada, İta­liyada, İranda və Gürcüstanda qastrol səfərlərində ol­muş, bir-birindən maraqlı çıxışlar etmişdir.
Üzeyir Ha­cı­bəyli, Müslüm Maqomayev, Zülfüqar Hacıbəyov, Hüseyn­qu­lu Sarabski, Mir­zəağa Əliyev, Əbdülrəhim bəy Haqverdi­yev, Hü­seyn Cavid Cəfər Cabbarlı və başqaları ilə yaradıcılıq ünsiyyəti Şövkət Məm­mədovanın geniş sənət yoluna çıxmasına zəmin yaratmışdır. O illərdə Azər­baycan opera truppası Milli Dram Teatrın nəzdində fəaliyyət göstərdi. Əvvəlcə Rus Operası, sonra Böyük Dövlət Opera Teat­rosu adlanan kol­lektiv indiki Opera və Balet Teatrı­nın binasında fəaliyyət göstərir, yalnız Avropa və rus opera­la­rını tamaşaya hazırlayırdı.
Azərbaycan truppası yalnız 1925-ci ildə bu kollektivə daxil edi­lib, daha bir neçə il keçəndən sonra balet truppası təşkil olu­nub və sənət ocağı Azər­baycan Dövlət Opera Teatrı adını alıb. Bu teatrın səhnəsində ilk dəfə Cü­zeppe Verdinin “Traviata” ope­­rasında Viomninanın partiyasını oxuyan Şövkət Məmmə­do­va 1948-ci ilə qədər müxtəlif fasilələrlə teatrın solisti olmuşdur.

Şövkət Məm­mədova 1927-1929-cu illərdə ikinci dəfə İtaliyaya gedərək həm peşə­kar­­lığını təkmilləşdirib, həm də Roma, Venetsiya, Neapol, Flo­rensiya, Piza şəhər­lərinin musiqi və memarlıq incəsənətini gö­rüb, sevib, öyrənib. Dünyanın ən məşhur klassik və müasir bəs­tə­karlarının əsərlərində, milli xalq mahnı­larından ibarət zən­gin kon­sert repertuarı yaradıb. Azərbay­can qadın peşə­kar vokal mək­­təbinin bünövrəsini qoyub, onu inkişaf etdirib, forma­laş­dı­rıb. Bununla belə, opera teatrının solisti kimi keçdiyi yara­dıcı­lıq yolu öz əzə­məti və vüsəti, monumental sənət nailiy­yət­ləri ilə dünya səviyyəsində tanınıb, sevilib və şöhrətlənib.
1927-1930-cu illərdə İtali­ya­­ya səfəri zamanı yenidən Milan Musiqi Mək­­təbinə daxil olub, orada 1912-ci ildə axıra çatdıra bilmədiyi təhsilini tamamilə bitirib.
Daha sonralar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çıxışlar edib.

BORÇALININ UNUDULMAZ BÜLBÜLÜ – SSRİ XALQ ARTİSTİ, Azərbaycanın İLK peşəkar qadın opera müğənnisi -- ŞÖVKƏT XANIM MƏMMƏDOVA (1897-1981) 1938-ci ilin aprelin­də Mos­kva­da keçirilən Azərbaycan Ədəbiyyatı və İn­cəsənəti de­ka­da­sında göstərilən Müslüm Maqomayevin “Nərgiz” və Reyn­­qold Qlierin “Şahsənəm” opera­larında Şövkət xanım Nərgiz və Şah­sə­­nə­min partiyalarını özünəməxsus ustalıqla misilsiz füsunkarlıqla ifa edib. De­kadada böyük nailiyyətlərinə və musiqi yaradıcılığı fəa­liy­­yət­lərinə görə 17 aprel 1938-ci ildə Şövkət xanım Məm­mə­­do­va "SSRİ Xalq artisti" fəxri adına layiq görülüb.

Şövkət xanım 1939-1945-ci illərdə Mirzə Fətəli Axundzadə adına Azər­bay­can Dövlət Opera və Balet Teatrında direktor işləyib.
Həm­­çi­nin, Bakıda dünyasını dəyişdiyi 1981-ci ilin iyun ayı­nın 8-dək, Azərbaycan Dövlət Konservatoriyasında tələbələ­rə pro­fe­sional vokal dərs­ləri verib.

Məhz onun təşəbbüsü ilə 18 aprel 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin ilk Azərbaycan ba­leti “Qız Qalası”nın ilk tamaşası olub və tamaşa bayram tən­tənəsi ilə keçib.

1945-ci ildə o vaxta qədər Azərbaycanda fəaliyyət göstərən müx­­təlif teatr cəmiyyəti və ittifaqları birləşərək Azərbaycan Teatr Cəmiyyəti adı al­tın­da yenidən təsis edilmiş və onun ilk səd­ri Şövkət xanım olmuşdur. Bu vəzifədə 1952-ci ilə qədər yorulmadan çalışan Şövkət Məmmədova eyni zamanda pedaqoji fəaliyyətlə də məşqul olubmuşdur. O, əvvəlcə Üzeyir bəy Hacı­bə­yovun rek­­­­tor ol­duğu, sonra isə onun adını daşıyan Azərbaycan Dövlət Konser­vatoriyasın­da vokal sənətindən dərs demiş (1945-1981) Vo­kal kafed­rasının mü­diri (1946-1947) və dekanı (1946-1950) vəzifələ­rində çalışmışdır.
SSRİ xalq artistləri Firəngiz Əh­­mə­dovanın və Müslüm Maqomayevin ye­­tişib formalaşmasın­da Şöv­kət xanımın müstəsna rolu və xidmətləri olub.
Xalq təhsili sisteminin dünya sənət meyarları səviyyəsin­də qurul­ma­sında böyük işlər gör Şövkət Məmmədova 2 iyul 1949-cu ildə pro­fes­­sor elmi rütbəsinə yiyə­lənmişdir.
Kon­serva­toriyada işinin çoxluğu və vaxtının azlığı ilə bağlı Şövkət xa­nım 1948-ci ildə Opera Teatrının solistliyindən çıxmışdır. O, özü­nün “Ön nəğ­məsi” üçün Cüzeppe Verdinin “Traviata” operasını se­­çib. Teatra gəlişi və vidası Violettanın partiyası olan sənət­kar, böyük konsertlərdə müğənni kimi nümunəvi çıxışlar etmiş­dir.

Azərbaycan vokal təhsil sisteminin dünya sənət ölçüləri səviy­yəsində qurulmasında böyük işlər görür.
Müxtəlif beynəl­xalq festivallarda və müsabiqələrdə münsiflər heyətinin üzvü olub. O, dünyanın bir sıra opera səhnələrində (Mos­­kva, Kiyev, Sankt-Peterburq, Paris və s.) çıxış edib.
Onun ifa etdiyi Gülçöhrə ("Arşın mal alan", Üzeyir bəy Hacıbəyli), Nərgiz ("Nərgiz", Müslüm bəy Maqomayev), Gülzar-Şahsənəm ("Şahsənəm", Reynqold Qlier), Rozina ("Sevilya bərbəri", Coakkino Rossini), Lakme ("Lakme", Leo Delib), Olimpiya ("Hofmanm nağılları", Jak Offenbax), Qar qız ("Qar qız", Nikolay Rimski-Korsakov), Marqarito ("Qugenotlar" Coakomo Meyerber), Antonida ("İvan Susanin", Mixail Qlinka), Violetta, Cilda ("Traviata" və "Riqoletto", Cüzeppe Verdi) və digər partiyaları Azərbaycanın opera sənəti tarixində yeni səhifələr açmışdır.

Şövkət Məmmədova keçmiş SSRİ-nin böyük şəhərlərinin - Tif­lisin, Moskvanın, Kiyevin, Peterburqun, Daşkən­din, Odes­­sanın, eləcə də Parisin, Təbrizin ən böyük opera teatrlarında və nə­­həng konsert salonlarında ka­mera-vokal nümunələri ifa et­miş, opera qəhrəmanlarının partiyalarını oxu­muşdur.
Azərbay­can və dünya klassik bəstəkarlarının müxtəlif janırlı vokal əsər­ləri Şöv­­kət xanımın ifasında lentə alınmış və vallara yazılmışdır.

“Şövkət xanım öz yaradıcılığında, həmçinin şəxsi həyatında əsl bey­nəl­mi­ləlçi kimi çıxış etmişdir. O, dünya, rus, başqa xalq­la­rın musiqi mədə­niy­yətinin geniş təbliği, milli mədəniy­yətlərin qar­şılıqlı zəngin­ləş­məsi yolun­da məhsuldar çalışmışdır. Digər xalq­ların musiqi mədəniyyət­lərinə geniş ma­raq, öz ta­maşaçı və din­ləyicilərini dünya musiqisinin ən gözəl nümu­nə­lə­ri ilə tanış etmək arzusu Şövkət xanımı böyük işgüzarlığa, mü­taliəyə, pro­­­­­fessional vakol sənətinin sirlərini daha dərindən öy­rənməyə ça­ğır­­maqla yanaşı, son nəticədə onun repertuar pa­litrasını geniş­lən­­­dirmişdir.”

1933-cü ildə "Azərbaycan SSR əməkdar artisti", 1934-cü ildə "Azərbaycan SSR xalq artisti" və 17 aprel 1938-ci ildə "SSRİ xalq artisti" fəxri adları ilə təltif olunan Şövkət Məmmədovanın uğurları bunlarla bitmir. O, həm də dövrünün ən görkəmli ictimai xadimlərindən biri kimi tanınmışdır.
Birincidən başlayaraq 4 ça­ğırış Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin de­putatı olan Ş.Məmmədova ən müxtəlif beynəlxalq festival­larda və müsabiqələrdə münsiflər heyətinin üzvü seçilmişdir. 2 dəfə "Lenin" ordeni, 2 dəfə "Qırmızı Əmək Bayrağı" və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir.

Görkəmli müğənni və ictimai xadim Şövkət Məmmədova 1981-ci il iyunun 8-də Ba­­­kıda vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur.
Allah rəhmət eləsin.
Adına pay­­taxtda Opera studiyası və küçə var.


“Şərq” qəzeti yazır: “Zəmanəsinin canlı klassiklərinin incilə­rin­­­dən oxu­duğu əsas partiyalardakı ifa mədəniyyəti günü bu gündə çağdaşlıq təra­və­tini, sənət hüsnünü qoruyub saxlayır. Gənc­lər ondan bir məktəb, bir xəzinə kimi bəhrələnirlər.”

S.Məmmədov isə özünün "Faxralılar və tarix yaradanlar" kitabının II cildində dərc olunan "Borçalı bülbülü" adlı məqaləsini (səh.35.-39) belə bir arzu-xahiş ilə bitirmişdir:

“Sonda Borçalının bir övladı kimi, Şövkət xanımın adını uca tu­tan Azərbaycan dövlətinin rəhbərliyinə bütün Borçalılar adın­dan minnət­darlı­ğımı bildi­rirəm. Mədəniyyətimizin təəssüb­keşi kimi arzu­mu ifadə edirəm ki, Gürcüs­tan höküməti Borça­lının mər­kəzində, Mar­neuli­də, Bol­nisi­də do­ğulub boya-başa çat­­dığı Qo­şakilsə kəndində Şövkət Məm­mə­do­vanın xati­rəsini əbədi­ləş­dirsin, onun adına kitabxana və ya başqa bir mədə­niyyət abi­­­dəsi qu­rulsun. Bu həm Azərbaycanda, həm Borçalıda yaşa­yan soydaş­ları­mı­zın ürəyincə olardı.”

Bəli, Azərbaycanı Avropada tanıdan sə­sin sa­hibi, Şərqin ilk opera sənətçisi,
Azər­­baycanın ilk peşəkar qadın vokalçısı, Azərbaycan Musiqi mədəniyyəti tarixində
özünəməxsus yeri və böyük xidmətləri olan qadın müğənnilərimiz arasında ilk peşəkar
qadın opera ifaçımız, əslən Gürcüstanın Bolnisi rayonundakı Qo­şa­kilsə kən­­­dindən olan
Ulu Borçalımızın unudulmaz bülbülü, SSRİ Xalq artisti Şövkət Məm­mə­do­­vanın
əziz xa­ti­rəsinin Gürcüs­tanda da əbədiləş­di­rilməsi arzuolun­nandır.

Biz də çox hörmətli Səməndər müəllimin bu gözəl təşəbbüsünü bəyənir və al­qışlayırıq!


Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Şövkət Dağlar qızı: Ay Səyavuş

Şövkət Dağlar qızı: Ay Səyavuş

Borçalı, Başkeçid, Təbriklər
Üzeyir Hacıbəyov və Müslüm Maqomayev həm də bacanaq idilər...

Üzeyir Hacıbəyov və Müslüm Maqomayev həm də bacanaq idilər...

Azərbaycan, Mədəniyyət, Tiflis
SƏRQİN  İLK  OPERA  YAZAN  QADIN  BƏSTƏKARI  ŞƏFİQƏ XANIM AXUNDOVANIN TALEH ...

SƏRQİN İLK OPERA YAZAN QADIN BƏSTƏKARI ŞƏFİQƏ XANIM AXUNDOVANIN TALEH ...

Mədəniyyət
Səhnəmizin gözəl Karmeni – Fatma Muxtarova

Səhnəmizin gözəl Karmeni – Fatma Muxtarova

Mədəniyyət, Tiflis
DAĞLARQIZI ŞÖVKƏT XANIMDAN BİR NAMƏ

DAĞLARQIZI ŞÖVKƏT XANIMDAN BİR NAMƏ

"SAZLI-SÖZLÜ BORÇALI", Başkeçid, Darvaz, Müşfiq Borçalı

"AİLƏMİZDƏ YEGANƏ MÜĞƏNNİYƏM"

Mədəniyyət, "Elm və Təhsil"
AzTU-da dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik  ...

AzTU-da dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik ...

AzTU

"Bacarıqlı Əllər Dünyası"

QHT
Tahir Əkbər doğum gününü 26 ildir qeyd etmir

Tahir Əkbər doğum gününü 26 ildir qeyd etmir

Şou
Gülyaz - Gülyanaq bacıları

Gülyaz - Gülyanaq bacıları

Mədəniyyət
Tiflisdə

Tiflisdə "Körük" və "Şəfəq-Sxivi" ədəbiyyat və sənət jurnallarının növb ...

Yeni nəşrlər, Tiflis
MÖCÜZƏVİ

MÖCÜZƏVİ "ORXAN" MƏLHƏMİ

Səhiyyə, Köşə yazılar
Tbilisidə azərbaycanlılar üçün teatr məktəbi fəaliyyətə başlayır

Tbilisidə azərbaycanlılar üçün teatr məktəbi fəaliyyətə başlayır

"Varlıq", Tiflis
Teatr tariximizdən: Abbas Qurbanov

Teatr tariximizdən: Abbas Qurbanov

Mədəniyyət, Tiflis
Səhnəmizin fədakar xadimi İbrahim İsfahanlı (1897 - 1967)

Səhnəmizin fədakar xadimi İbrahim İsfahanlı (1897 - 1967)

Mədəniyyət, Tiflis, Tarix, Müşfiq Borçalı
ÖLÜM SEVİNMƏSİN QOY - Ziyafət Hüseynov

ÖLÜM SEVİNMƏSİN QOY - Ziyafət Hüseynov

Regionlar, "Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
AZƏRBAYCAN  MƏDƏNİYYƏT TARİXİNDƏ İLK CƏSARƏTLİ QADIN AKTRİSA GÖYƏRÇİN XANIM ...

AZƏRBAYCAN MƏDƏNİYYƏT TARİXİNDƏ İLK CƏSARƏTLİ QADIN AKTRİSA GÖYƏRÇİN XANIM ...

Elmi Məqalələr, "Elm və Təhsil"
Güllələnən ilk azərbaycanlı pianoçu xanım... O, əslən TİFLİSLİ idi...

Güllələnən ilk azərbaycanlı pianoçu xanım... O, əslən TİFLİSLİ idi...

---
Güllələnən ilk azərbaycanlı pianoçu xanım... O, əslən TİFLİSLİ idi...

Güllələnən ilk azərbaycanlı pianoçu xanım... O, əslən TİFLİSLİ idi...

Mədəniyyət, Tiflis, Tarix, UNUTSAQ, UNUDULARIQ!....
Timuçin Əfəndiyev:

Timuçin Əfəndiyev: "Akademiyanın buna çox böyük ehtiyacı var"

Mədəniyyət
Rəy yazın: