Ölümün şöhrətin zirvəsində yaxaladığı SƏNƏTKAR

Ölümün şöhrətin zirvəsində yaxaladığı SƏNƏTKAR Səsinin ecazkar sehri ilə insanları, dinləyiciləri ovsunlamışdı. İlahinin verdiyi bu səs onu milyonların qəlbinə hakim kəsmişdi. Dinləyici, pərəstişkar rəğbəti qazanmışdı. Uğurun, şöhrətin zirvəsinə inamla addımlayırdı. Heç xəyalına belə gəlməzdi ki, çox da zil olmayan, orta səs tembri ilə, məlahətli, həlim səsi ilə dinləyicinin mənəvi dünyasına nüfuz edəcək, onlara məhrəm olacaq. Hər dəfə konsertlərdən, televiziya və radio çəkilişlərindən, el şənliklərindən evə qayıdanda, uğurlu ifalarını yadına salanda Allah – təala şükür etməyi də unutmurdu. Zarafat deyildi, öz zamanında həmyaşıdları arasında ən çox sevilən, populyarlıq qazanan, başqa sözlə, dəbdə olan məhz o idi. İlham pərisi, tale quşu sanki onun üzərinə qonmuşdu. Bu təsadüf idimi? Əlbəttə ki, yox. Bu, Allah – təalanın ona bəxş etdiyi hədiyyəsi idi. Böyük yaradan ona az ömür əta elədi – cəmi 48 yaş, lakin mənalı, şərəfli, hamının həsəd apara biləcəyi bir ömür. Əbədiyaşarlıq...

Haqqında söhbət açdığım bu xoşbəxt taleli insanı yada salmaq üçün fikirlərimi hörmətli oxucularımla bölüşürəm. Təbii ki, haqqında bəhs etdiyim o insan ötən əsrin 70-90-cı illərində Azərbaycan musiqi ifaçılığı sənətində parlaq səhifələr qoymuş, milyonlarla tamaşaçı, dinləyici, pərəstişkar məhəbbəti, rəğbəti qazanmış, yaşadığı qısa ömürlə sənətinin böyüklüyü ilə ölməzlik qazanmış, gözəl müğənnimiz Hüseynağa Hadıyevdir...

Keçən əsrin ortalarında – 1946-cı il noyabr ayının 19-da Bakı şəhərində məhşur Dağlı məhəlləsində dünyaya göz açmışdı Hüseynağa. Elə bir məhəllədə ki, dahi dramaturq Cəfər Cabbarlı, ölməz şair Mikayıl Müşfiq, virtuoz sənətkarlar Mehdi və Ələkbər Nəzərli qardaşları, Akademik Məmməd Arif Dadaşzadə, əməkdar rəssam Hacıağa Nəzərli, yazıçı – dramaturq Seyfəddin Dağlı, xalq şairi Cabir Novruz, məşhur diktorlar Gültəkin Cabbarlı, Aydın Qaradağlı, tanınmış jurnalistlər Tofiq Əhmədli, Eldar Eyvazov, Firuz Əhmədli və s. yaşayıb – yaratmışdılar.

Hələ uşaq ikən Hüseynağa bu adları əzbər bilirdi. Onların sənəti ilə, yaradıcılığı ilə daim maraqlanırdı. Onlarla fəxr edir, qürur hissi keçirirdi. Təbii ki, belə bir ədəbi – mədəni mühit balaca Hüseynağanın həyatına işıq saçmaya bilməzdi. O, 1965-ci ildəməhşurluğu ilə seçilən, Azərbaycan elminə, mədəniyyətinə, incəsənətinə, ictimai fikir tarixinə dahilər, böyük şəxsiyyətlər yetirən, hazırda fəaliyyətinə son qoyulmuş Yasamal rayonundakı C.Cabbarlı adına orta məktəbə daxil oldu. Həmyaşıdlarından sənətə, musiqiyə daha çox bağlılığı, vurğunluğu ilə fərqlənirdi. Məktəbə gedərkən, oradan evədönərkən doğma məhəllənin küçələrini dolaşaraq zümzümə edirdi. Mahnılar oxumaq qabiliyyətini gizlətməzdi. Məhəllədəki həmyaşıdlarını ətrafına toplayır, onlar üçün oxuyardı. C.Cabbarlının evini özünə sənət məbədgahı sayardı. Tez-tez bu həyətə gələr, orada zümzümə edərdi. Böyük ədibin ömür-gün yoldaşı Sona xanım Hüseynağanın bu qabiliyyətini görcək ona deyərdi ki, məhz Cəfər Cabbarlı da vaxtilə yazdığı pyesləri üçün musiqilər bəstələyər, yeri gələndə özü ifa edərdi. Bu, balaca Hüseynağanı sənətə daha da həvəsləndirirdi. Elə həmin məhəllədə yaşayıb – yaradan SSRİ Xalq artisti Zeynəb Xanlarovanın sənətinə vurğunluq sonralar onu Mədəniyyət və İncəsənət Universitetinin mədəni – maarif fakültəsinə gətirdi. Istedadı və dərin biliyi ilə oranı 1972-ci ildə fərqlənmə diplomu ilə bitirdi, sənətə vəsiqə aldı...

Hələ tələbə ikən musiqi aləminə baş vurdu, müğənni kimi fəaliyyət göstərdi. 70-ci illərdə, belə demək mümkünsə, estradada yeni bir nəfəs, yeni bir sima parladı. Bəli, Hüseynağa Hadıyev sənətə qədəm qoyduğu ilk gündən sevildi, böyük populyarlıq qazandı, heç bir müğənnini yamsılamadı, özü kimi oxudu. O zaman sənətdə olan həmyaşıdlarının heç biri onun qədər populyarlıq qazana bilmədi. 1970-ci ildə “Dan Ulduzu” instrumental ansamblının rəhbəri Gülarə xanım Əliyeva onu məmnuniyyətlə ansambla dəvət etdi. O gündən Hüseynağa Hadıyev həmin ansamblın aparıcı solisti kimi daha çox tanınmağa başladı. El şənlikləri, konsertlər onsuz keçmirdi. Hüseynağa Hadıyev “Dan Ulduzu” instrumental ansamblı ilə tez-tez xarici səfərlərdə, qastrollarda oldu.Əlcəzair, Bolqarıstan, Hindistan, İsveçdə və s. Azərbaycan Respublikasını layiqincə təmsil etdi,öz həlim, gözəl səsi ilə tamaşaçıları heyran qoydu. “Mənim dünyam”, “Bu gecə”, “Nərgizim”, “Gecələr bulaq başı”, “Xalidə”, “Arzular”, “Sən olmuşam”, “Ay köçəri quşlar”, “Gəl barışaq”, “Bir xumar baxışla”, “Unuda bilmirəm”, “Al məndən gülüşlərini”, “Ürək”, “Gözəl”, Çiçəklər açmasa”, “Nə gözəldir, Azərbaycan”, “Cəmilə” və s.mahnıları pərəstişkarları tərəfindən sevildi, dillər əzbərinə çevrildi...
Hüseynağa Hadıyev şöhrətin zirvəsinə doğru yüksək templə addımlamağa başlarkən, qəflətən düçar olduğu ağır xəstəlik, ardınca vaxtsız ölüm onu bu yolda yarı qoydu. O, 1994-cü ildə 48 yaşında dünyaya vida etdi. Arzuları yarımçıq qaldı, ölməzliyə vəsiqə aldı.

Lakin o zamandan bəri qədirbilən xalqımız, sənətə, sənətkara böyük dəyər verən dövlətimiz bu ölməz sənətkarı heç bir zaman unutmadı. Tez-tez radio,televiziyalarda onun mahnıları yer aldı, mətbuat səhifələrində barəsində yazılar dərc olundu. Belə bir doğma münasibət bu gün də davam etməkdədir. Başlıcası isə odur ki, son zamanlar sənətə ilk qədəmlərini qoyanlar məhz Hüseynağa Hadıyev sənətindən bəhrələnir, onun repertuarına, ifa tərzinə dönə - dönə müraciət edərək, həm özləri uğurlar qazanır, həm də ölməz sənətkarı yaşadırlar. Bu, sənətkar xoşbəxtliyi deyilmi?

Bu günlərdə Hüseynağa Hadıyev sənətinin, şəxsiyyətinin aşiqləri, sevdalıları bu ölməz sənətkarın ruhuna hörmət əlaməti olaraq, onun anadan olmasının 70 illiyinə həsr olunmuş “Mənim dünyam” adlı xatirə gecəsini keçirəcəklər. Bu tədbir sənətkarın adına layiq səviyyədə Xırdalan şəhərinin əzəmətli mədəniyyət sarayında təntənə ilə qeyd ediləcəkdir.

70 yaşlı Hüseynağa Hadıyev xatirimizdə, yaddaşımızda daim elə 48 yaşlı yaraşıqlı, üzü nurlu, həyat sevər bir gənc kimi qalacaq.

İnanıram ki, musiqi ifaçılığı sənətinin nadir nümayəndələrindən sayılan, ömrünü, həyatını Azərbaycan musiqisinin, mədəniyyətinin, incəsənətinin inkişafına həsr edən Hüseynağa Hadıyevin adı, sənəti əbədiləşdiriləcəkdir.

Ruhun şad olsun böyük sənətkar!


Sənətkarın ruhunu şad etdi

Qafar ƏSGƏRZADƏ,
Əməkdar jurnalist,
pedaqogika üzrə fəlsəfə doktoru
“Tərəqqi” medalçısı



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib

Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib

Təbriklər

"Bahar oğlu" adlı ədəbi-bədii gecə keçirilib

Mədəniyyət
AzTU-da Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub

AzTU-da Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub

AzTU
CƏFƏR CABBARLININ 120 İLLİYİNƏ HƏSR OLUNMUŞ ƏDƏBİ-BƏDİİ GECƏ KEÇİRİLİB

CƏFƏR CABBARLININ 120 İLLİYİNƏ HƏSR OLUNMUŞ ƏDƏBİ-BƏDİİ GECƏ KEÇİRİLİB

Məktəblər

"Cəfər Cabbarlı-2015" mükafatları təqdim edilib

"Şərqin səsi"

"AİLƏMİZDƏ YEGANƏ MÜĞƏNNİYƏM"

Mədəniyyət, "Elm və Təhsil"
Nəğməli obanın nəğməkar oğlu

Nəğməli obanın nəğməkar oğlu

Mədəniyyət, Borçalı
SƏRQİN  İLK  OPERA  YAZAN  QADIN  BƏSTƏKARI  ŞƏFİQƏ XANIM AXUNDOVANIN TALEH ...

SƏRQİN İLK OPERA YAZAN QADIN BƏSTƏKARI ŞƏFİQƏ XANIM AXUNDOVANIN TALEH ...

Mədəniyyət
Ruhun şad olsun, Ramiz Mirişli!..

Ruhun şad olsun, Ramiz Mirişli!..

Mədəniyyət, Nekroloqlar
Aşıq Mahmud Məmmədovun 80 illik yubileyi

Aşıq Mahmud Məmmədovun 80 illik yubileyi

Mədəniyyət, Folklor
Peşəsinin vurğunu - Pərvanə Əliyeva

Peşəsinin vurğunu - Pərvanə Əliyeva

Məktəblər
ADLI TƏQAÜDÇÜ

ADLI TƏQAÜDÇÜ

ADPU, Müşfiq Borçalı
ATU Tədris Cərrahiyyə Klinikasının illik hesabatı

ATU Tədris Cərrahiyyə Klinikasının illik hesabatı

Səhiyyə
Həsən Həsənov: YUXULARIMDA YAŞAYAN TEATR...

Həsən Həsənov: YUXULARIMDA YAŞAYAN TEATR...

Mədəniyyət, Tv, Bolus
Tanınmış müğənni, sevimli muğam ifaçısı Nuriyyə  Hüseynova

Tanınmış müğənni, sevimli muğam ifaçısı Nuriyyə Hüseynova

Mədəniyyət
Ruhun şad olsun, Zəhra xanım!

Ruhun şad olsun, Zəhra xanım!

Azərbaycan, Nekroloqlar
Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş ikidilli videoçarx Rusi ...

Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş ikidilli videoçarx Rusi ...

Mədəniyyət, Rusiya
Var ol, Marat Darvazlı!...

Var ol, Marat Darvazlı!...

Tv, Darvaz, Təbriklər
Aşıq Hüseyn Saraclının 100 illiyinə həsr olunan xatirə gecəsi keçirildi

Aşıq Hüseyn Saraclının 100 illiyinə həsr olunan xatirə gecəsi keçirildi

Mədəniyyət, Folklor, Bolus
“Zəlimxan özü var xatirələrdə” mövzusunda ədəbi-bədii gecə

“Zəlimxan özü var xatirələrdə” mövzusunda ədəbi-bədii gecə

Mədəniyyət
Rəy yazın: