Azәrbaycan Aşıqlar Birliyinә yeni sәdr seçilib

Azәrbaycan Aşıqlar Birliyinә yeni sәdr seçilib Mart ayının 3-­dә Azәrbaycan Aşıqlar Birliyi İdәrә heyәtinin növbәdәn kәnar iclası keçirilib.

Xalq şairi Zәlimxan Yaqubun vәfatından sonra ilk dәfә toplanan idarә heyәtinin iclasını professor Qәzәnfәr Paşayev açıb.

Azәrbaycan Aşıqlar Birliyinin sәdri Zәlimxan Yaqubun xatirәsi bir dәqiqәlik sükutla
yad edilib.

Sonra gündәlikdә duran әsas mәsәlәyә ­ Azәrbaycan Aşıqlar Birliyinin yeni sәdrinin seçilmәsi mәsәlәsinә baxılıb.

Ustad aşıq, Әmәkdar incәsәnәt xadimi, Prezident tәqaüdçüsü Әdalәt Nәsibov çıxış edәrәk bu vәzifәyә Dövlәt mükafatı laureatı, Әmәkdar elm xadimi, professor Mәhәrrәm Qasımlının namizәdliyini irәli sürüb.

Ustad aşıqlardan İsfәndiyar Rüstәmov, Mahmud Mәmmәdov, Ulduz Quliyeva, Ağamurad Şirvanlı, Gülarә Azaflı
digәrlәri dә bu tәklifi dәstәklәyiblәr.
Tәklif sәsә qoyulub vә yekdilliklә qәbul olunub.

Sonra professor Mәhәrrәm Qasımlı yeni vәzifәdә görәcәyi işlәrdәn, qarşıda duran vәzifәlәrdәn danışıb, yeni tәyinatlar haqda mәlumat verib.

İclasın qәrarıyla Mәhәmmәdәli Mәşәdiyev yaradıcılıq mәsәlәlәri üzrә, Sәnubәr Bağırova beynәlxalq mәsәlәlәr üzrә, Musa Nәbioğlu mәtbuat, informasiya vә nәşriyyat mәsәlәri üzrә, Ağamurad Şirvanlı regionlarla iş üzrә, Altay Mәmmәdli tәşkilat vә gәnclәrlә iş üzrә katiblәr, professor Qәzәnfәr Paşayev Ağsaqqallar şurasının sәdri, Elxan Mәmmәdli elmi işlәr, Gülarә Azaflı isә qadın aşıqlarla iş üzrә sәdrin müşavirlәri, Abbas MusaxanoğluNemәt Qasımlı bәdii şuranın hәmsәdrlәri vәzifәlәrinә tәsdiq olunublar.

İclasda Mәdәniyyәt vә Turizm nazirliyinin şöbә müdiri Fikrәt Babayev iştirak edib.


Xatırladaq ki, Azərbaycan Aşıqlar Birliyinin 2008-ci il avqust ayının 29-da Azərbaycan Aşıqlarının V Qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifəsinə mərhum xalq şairi Zəlimxan Yaqub seçilmişdi. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib. Allah rəhmət eləsin...

Qeyd edək ki, Məhərrəm Qasımlı 1958-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya ixtisasını bitirib.

1992-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) Ədəbiyyat institutunda elmi işlər üzrə direktor müavini təyin olunub.
1994-cü ildən "Azərbaycan ədəbiyyatı tarixi" oncildliyi hazırlayanlardandır.
1996-2002-ci illərdə İnstitutun "Xaricdə Azərbaycan Ədəbiyyatı", 2002-ci ildən "Şifahi xalq ədəbiyyatı" şöbəsinə rəhbərlik edir.
2003-cü ildən nəşr olunan "Folklor və etnoqrafiya" jurnalının baş redaktorudur.

O, 2008-ci ildən Azərbaycan Aşıqlar Birliyinin I katibidir.

M.Qasımlı 2008-ci ildə "Novruz" ensiklopediyasını hazırlayıb və onun baş elmi redaktorudur.
2010-cu ildə Türkiyədə "Ozan-aşık sanatı" adlı kitabı çap olunub.

Orxan Paşa təxəllüsü ilə şeirlər də yazır. "Sənə sözüm var" (2004) adlı şeirlər kitabı çap olunub.

Azərbaycanda 250-dən çox elmi məqalələri və 2 monoqrafiyası, xaricdə isə 20 məqaləsi çapdan çıxıb.


Professor Məhərrəm Qasımlı başda olmaqla, Azərbaycan Aşıqlar Birliyinin yeni seçilmiş rəhbərliyini
ürəkdən təbrik edir və onlara yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-da BAYRAM TƏDBİRİ

AzTU-da BAYRAM TƏDBİRİ

AzTU
Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Folklor
Xalq şairi Zəlimxan Yaqubun məzarı üstündə abidəsi ucaldılıb

Xalq şairi Zəlimxan Yaqubun məzarı üstündə abidəsi ucaldılıb

Azərbaycan, Borçalı
Professor MƏHƏRRƏM QASIMLIya BAŞSAĞLIĞI

Professor MƏHƏRRƏM QASIMLIya BAŞSAĞLIĞI

Nekroloqlar
Təbrik edirik, MUSA MÜƏLLİM!..

Təbrik edirik, MUSA MÜƏLLİM!..

Darvaz, Təbriklər
RUHUN ŞAD OLSUN, HÖRMƏTLİ TOFİQ MİRZƏYEV!..

RUHUN ŞAD OLSUN, HÖRMƏTLİ TOFİQ MİRZƏYEV!..

Nekroloqlar
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MUSA MÜƏLLİM!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MUSA MÜƏLLİM!..

Darvaz, Təbriklər, "Borçalı" Cəmiyyəti
Aşıq Mahmud Məmmədovun 80 illik yubileyi

Aşıq Mahmud Məmmədovun 80 illik yubileyi

Mədəniyyət, Folklor
Borçalı aşıqları Bakıda. 1979-cu il.

Borçalı aşıqları Bakıda. 1979-cu il.

Borçalı
Fransada “Azərbaycan aşıqları və fransız truverləri” mövzusunda beynəlxalq  ...

Fransada “Azərbaycan aşıqları və fransız truverləri” mövzusunda beynəlxalq ...

Folklor, Avropa
Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Elm, Ədəbi əlaqələr, Tiflis
Azərbaycan Aşıqlar Birliyi VI Qurultayını keçirib

Azərbaycan Aşıqlar Birliyi VI Qurultayını keçirib

Folklor

"Nazir müavinin qeydlәri" kitabı çap olunub

Borçalı

"ZƏLİMXANIN ÖZÜ VAR XATİRƏLƏRDƏ"

Borçalı, Bolus
Gülnar Səma şöbə müdiri təyin edilib

Gülnar Səma şöbə müdiri təyin edilib

Humanitar elmlər
HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ

HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ

Folklor, Bolus
Zəlimxan Yaqubun “Peyğəmbər” poeması Təbrizdə nəşr olunub

Zəlimxan Yaqubun “Peyğəmbər” poeması Təbrizdə nəşr olunub

Yeni nəşrlər, Bolus, Cənubi Azərbaycan
Borçalıda aşıqlarla görüş keçirilib

Borçalıda aşıqlarla görüş keçirilib

Borçalı
Aşıq Hüseyn Saraclının 100 illiyinə həsr olunan xatirə gecəsi keçirildi

Aşıq Hüseyn Saraclının 100 illiyinə həsr olunan xatirə gecəsi keçirildi

Mədəniyyət, Folklor, Bolus
Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalı
Rəy yazın: