Ağarəhim Rəhimov - 70

Ağarəhim Rəhimov - 70
TƏBRİK EDİRİK!..

Həyatda elə insanlar var ki,
Ulu Tanrının verdiyi ömür payını yalnız özü üçün deyil, cəmiyyətə fayda vermək üçün yaşayır. Onlar yaşadıqları bir ömür boyu faydalı işlər görürlər. Həqiqətdir ki, ictiamiyyət arasında tanınmaq, nüfuz qazanmaq, hörmət sahibi olmaq, xalqın maariflənməsinə nail olmaq hər adama nəsib deyil.
Bunun üçün gərək böyük zəhmətə qatlaşasan.
Belə insanlardan biri də professor Ağarəhim Rəhimovdur.


Taleyin böyük lütfləri var.
Bu lütflərdən biri də budur ki,
sən öz müəllimin haqqında yazasan. Mən Ağarəhim Rəhimovu ilk dəfə Bakı Qızlar Universitetində görmüşməm. Həqiqət və ədalətin daşıyıcısı olduğunu universitetdə müəllim olduğum illərdə şahid olmuşam. Həmişə düşünmüşəm ki, bu universitetdə nə yaxşı ki, Ağarəhim Rəhimov var. Bütün həyatını öyrənməyə, öyrətməyə həsr edən Ağarəhim müəllimin bu kimi nəcib əməlləri onun ömür səhifəsini rövnəqləşdirir.

A.Rəhimov təhsilə yüksək qiymət verməyi bacaran şəxsiyyətdir. O, Hacı Zeynalabdin Tağıyev ənənəsini davam etdirmiş Bakı Qızlar Universitetini açdırmışdır. Ağarəhim müəllim inanırdı ki, təhsilli qız təhsilli ana olacaq, övladlarına daha geniş imkanlar yaradacaq və onları gələcək həyata daha yaxşı hazırlaya biləcək. Hesab edirəm ki, Bakı Qızlar Universitetini yaratmaq, onu yaşatmaq Ağarəhim Rəhimovun bacarığıdır.

Ağarəhim Rəhimov elm adamıdır. O, bir pedaqoq alim olaraq fəaliyyət göstərdiyi tədqiqat sahəsinin əsl bilicisidir. Alimin əsas tədqiqat obyekti “Ana dili tədrisinin aktual problemləri”nə həsr olunub. Ali pedaqoji məktəblərin pedaqoji fakültələri üçün "Ana dilinin tədrisi metodikası" dərslikləri, "Azərbaycan dilindən sintaksisin tədrisinin nəzəri və praktiki əsasları" və "İbtidai siniflərdə oxu təlimi", “Azərbaycan dili dərslərində şagirdlərdə monoloji nitqin inkişafı”, “Şagirdlərin obrazlı nitqinin inkişafı” monoqrafiyaları çap olunub.

A.Rəhimovun elm və təhsil təşkilatçısı olaraq xidmətləri böyükdür. O, tək yaradıcılığı ilə yox, bütün tərcümeyi-halı ilə 70 yaşa yaxındır. Onun qələmində ədəbiyyat heç vaxt donuq deyil. “Əsgər anası”, “Məhəbbət və cinayət”, “Uçurum və qəzab”, “Qızıl əllər” və s. əsərlərində yazıçı kimi öz sözünü deyib. O, sözə dəyər verən insandır.

Bu əsərlərin oxucusu dərk edir ki, insanın həyatında baş verən ən təsadüfi epizod belə əslində təsadüf deyil; yuxu da, xəyal da, mif də bəzən yaşananların, bəzən isə yaşanmaq arzusunun əksi, aynasıdır.

Ağarəhim müəllimin 70 yaşı tamam olur. O bir yazıçı, alim kimi xalqımız üçün dəyərlidir.

Bu yaşın elmə, sənətə, ədəbiyyata faydası böyükdür. Arzu edirəm ki, bundan sonra da Azərbaycan oxucusu Ağarəhim Rəhimovla üzbəsurət təmasda olsun.

Ağarəhim müəllimi təbrik edir, ona cansağlığı, yeni-yeni uğurlar arzulayıram! Həyat və yaradıcılığı həmişə səliqəli-sahmanlı, məhsuldar və xoşovqatlı olsun!..


Təranə Şükürlü
Filologiya üzrə fəlsəfə doktoru, dosent

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-da görkəmli alim Mirzə Rəhimovun 90 illiyinə həsr olunan tədbir keçiri ...

AMEA-da görkəmli alim Mirzə Rəhimovun 90 illiyinə həsr olunan tədbir keçiri ...

Humanitar elmlər
Şəki REM-nin şöbə rəhbəri Yusif Rəhimovun 65 yaşı tamam olur

Şəki REM-nin şöbə rəhbəri Yusif Rəhimovun 65 yaşı tamam olur

Digər bölmələr, Təbriklər
Dosent Mütəllim Rəhimov:

Dosent Mütəllim Rəhimov: "Müəllimə olan ögey münasibət təhsilimizin səviyy ...

"SALDO"
Mənalı ömür yolu -- Bayram Abbasov - 65

Mənalı ömür yolu -- Bayram Abbasov - 65

"XXI əsrin Ziyalıları", Bolus
Tanınmış alim, şair-publisist və nəcib insan

Tanınmış alim, şair-publisist və nəcib insan

Knyaz Aslan, BDU, Başkeçid
ƏDƏBİYYATŞÜNASLIQ ELMİ ÜÇÜN YENİ BİR TÖHFƏ

ƏDƏBİYYATŞÜNASLIQ ELMİ ÜÇÜN YENİ BİR TÖHFƏ

Yeni nəşrlər, Humanitar elmlər
TƏBRİK EDİRİK, HƏQİQƏT İBRAHİMLİ!..

TƏBRİK EDİRİK, HƏQİQƏT İBRAHİMLİ!..

Təbriklər
Tanınmış filosof alim Solmaz Rzaquluzadənin 85 illik yubileyi qeyd olunub

Tanınmış filosof alim Solmaz Rzaquluzadənin 85 illik yubileyi qeyd olunub

İctimai elmlər
YUBİLEYİNİZ MÜBARƏK, ƏŞRƏF MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, ƏŞRƏF MÜƏLLİM!..

Təbriklər
Elimizin fəxri - Eyvaz Rəhimov

Elimizin fəxri - Eyvaz Rəhimov

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏMİSTAN MÜƏLLİMİ, AD GÜNU MÜNASİBƏTİLƏ TƏBRİK EDİRİK!..

ŞƏMİSTAN MÜƏLLİMİ, AD GÜNU MÜNASİBƏTİLƏ TƏBRİK EDİRİK!..

Bolus, Təbriklər
Pedaqoji Universitetində “Professor Əmrulla Paşayev” kitabının təqdimatı ol ...

Pedaqoji Universitetində “Professor Əmrulla Paşayev” kitabının təqdimatı ol ...

TDPİ-nin Azərbaycan bölməsi, ADPU
Qadin nə üçün təhsil almalıdır?..

Qadin nə üçün təhsil almalıdır?..

Borçalı, Köşə yazılar
5 oktyabr - Beynəlxalq müəllimlər günüdür!..

5 oktyabr - Beynəlxalq müəllimlər günüdür!..

Məktəblər, Təbriklər
Qaranlığa işıq saçan müəllim ailəsi

Qaranlığa işıq saçan müəllim ailəsi

"Elm və Təhsil", "XXI əsrin Ziyalıları"
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ TAĞI MÜƏLLİM!...

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ TAĞI MÜƏLLİM!...

YAP, Naxçıvan, Təbriklər
Fəxrəddin YUSİFOV (1956)

Fəxrəddin YUSİFOV (1956)

ADPU, Başkeçid, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ QƏZƏNFƏR MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ QƏZƏNFƏR MÜƏLLİM!..

Humanitar elmlər, ADPU, Təbriklər
Qafqaz Universitetinin rektoru, təcürbə keçəcək  tələbələrlə görüşdü

Qafqaz Universitetinin rektoru, təcürbə keçəcək tələbələrlə görüşdü

BMU
İZİ, SÖZÜ VƏ ƏMƏLLƏRİ İLƏ YAŞAYAN MÜƏLLİM - ƏBDÜL BAYRAMOV

İZİ, SÖZÜ VƏ ƏMƏLLƏRİ İLƏ YAŞAYAN MÜƏLLİM - ƏBDÜL BAYRAMOV

Darvaz
Rəy yazın: