ELMLƏ ZƏHMƏTİN VƏHDƏTİ

ELMLƏ ZƏHMƏTİN VƏHDƏTİ TƏBRİK EDİRİK!..

Professor Səyyarə Cəmşid qızı İbadullayeva – 65 il

Müasir dövrdə bəzi insanlar haqqında, xüsusilə elmlə məşğul olanlar barədə söz demək, onlar haqqında fikir bildirmək, onlara layiq olduqları qiyməti vermək heç də asan deyil. Tanınmış və özünü təsdiq etmiş əsil elm insanları öz iş fəaliyyətlərində bilik və zəhmətin vəhdətini yaratdıqda daha böyük uğurlar qazanırlar. Bu söz və fikir xüsusi olaraq xanımlar haqqında olduqda daha məhsuliyyətli olmağı, onları olduğu kimi dəyərləndirməyi vacib edir.
Bu gün elm və zəhmətin vəhdətini özündə birləşdirən, biliyi, bacarığı ilə insanların, elmi ictimayyətin böyük hörmətini qazanan insanlardan biri professor Səyyarə İbadullayeva haqqında söz demək olduqca məsuliyyətlidir. Səyyarə xanım ömürünün 40 ilini botanika elminə, onun inkişafına həsr edibdir.

Biliyi və zəhməti ilə botanika elmi sahəsində respublikada və beynəlxalq elmi ictimayyətdə tanınmış alim, AMEA Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə Cəmşid qızı İbadullayevanın 2022-ci il fevral ayının 22-də anadan olmasının 65 ili tamam olur.


Səyyarə İbadullayeva 22 fevral 1957-ci ildə Naxçıvan şəhərində anadan оlub.
O, 1980-ci ildə Naxçıvan Dövlət Universitetinin Təbiət-Coğrafiya fakültəsini bitirib.

Botanika, geobotaniki, etnobotanika və bitki ehtiyyatları üzrə tanınmış görkəmli alim uzun illərdir Botanika İnstitutunda çalışır. O, 1994-cü ildə fəlsəfə doktorluğu, 2005-ci ildə elmlər doktorluğu dissertasiyalarını müvəffəqiyyətlə müdafiə etmişdir. 2002-ci ildə dosent, 2012-ci ildə professor elmi adlarını almışdır. Botanika sahəsində geniş elmi diapazona malik olan alim Azərbaycan flora və bitkiliyində formasiya və assosiasiyaların tərkibini öyrənib, genezisi və formalaşması yollarını araşdırıb, itmək təhlükəsində оlan bitkilərin mühafizəsi və bərpası istiqamətində populyasiyaları senoloji və beynəlxalq qırmızı siyahıya uyğun qiymətləndirmişdir. O, bu sahədə indiyədək 500-ə qədər çöl tədqiqatları aparıb, xüsusən Qoruq və Yasaqlıqlarda flora biomüxtəlifliyinin ekoloji qiymətləndirilməsini həyata keçirib, mühüm xalq təsərrüfat əhəmiyyətli növləri

aşkara çıxarıb, onların regionlar üzrə ehtiyatını öyrənib və itməkdə olan bitkilərin mühafizəsi üzrə tədbirlər kompleksi işləyib hazırlayıb. O cümlədən Şahbuz Dövlət Təbiət Qoruğunda, Şahdağ Milli Parkında bitkilərin təbiətdə qurşaqlar üzrə yayılma qanunauyğunluqlarını, torpaqlara münasibətini öyrənib, Kür-Araz və Arazboyu düzənliklərdə səhralaşmanın yaranma səbəblərini araşdırıb və bu sahədə bir neçə beynəlxalq impakt faktorlu jurnallarda məqalə nəşr etdirmişdir. Qeyd olunanlarla yanaşı rəhbərlik etdiyi “Etnobotanika” şöbəsinin əsas elmi fəaliyyət istiqaməti isə Azərbaycan florasının etnobotaniki təftişi və bitkilərin istifadəsinin yeni imkan və yollarının araşdırılması, biomüxtəlifliyin etnobotaniki invertarlaşdırılması, nadir və nəslikəsilməkdə olan faydalı resursların qorunması üçün davamlı istifadəsinə nəzarət edilməsi, populyasiyaların qiymətləndirilməsi, ehtiyatların təyini və müasir monitorinq metodikalarının hazırlanıb tətbiq edilməsidir.

Xanım olmasına baxmayaraq ölkəmizin hər yerini piyada gəzən, onun florasının, bitki örtüyünün dərin bilicisi olan S.C. İbadullayeva tərəfindən Azərbaycan florasında bir sıra bitki fəsilələrinin taksоnоmik tərkibi və biоеkоlоji xüsusiyyətləri müəyyənləşdirmiş, mühüm xalq təsərrüfat əhəmiyyətli növlərin bölgələr üzrə ehtiyatı öyrənilmiş və ilk dəfə olaraq nəsli kəsilməkdə olan 70-dən çox növün mühafizəsi üzrə tədbirlər kompleksi işlənib hazırlamışdır. Həmçinin onun tərəfindən 36 növ Azərbaycanın “Qırmızı kitab”ının II nəşrinə daxil edilmiş, 30-dan çox növ barədə III nəşr üçün əlavə tövsiyyə verilmiş, Qafqaz və Azərbaycan florasına 5 növ ilk dəfə daxil edilmişdir. Alim bəzi fəsilələrin təyinedicilərini tərtib etmiş, bioekologiyasını, fitosenologiyasını və təsərrüfat əhəmiyyətini öyrənmiş, 300-ə qədər növün areal xəritəsini tərtib etmiş, həmçinin Azərbaycan biomüxtəlifliyində dərman preparatlarında istifadə edilən bəzi maddələrin xammal mənbəyini aşkar etmişdir. Azərbaycan florasında 85 növdə efir yağı müəyyən etmiş, onların ekoloji şəraitdən asılı olaraq dinamikada öyrənmiş, komponent tərkibini aşkar etmişdir.

S.C. İbadullayeva Azərbaycan florasında faydalı bitkiləri etnobotaniki təhlil etmiş, yabanı tərəvəzlərə aid 200, yem kimi istifadə edilən 330, dərman bitkilərindən 500-ə qədər növün areallarını, populyasiyalarının müasir vəziyyətini və bitkilik tipində rolunu müəyyənləşdirmiş, təbii fitosenozlarda antropogen amillərə məruz qalan növləri ilk dəfə olaraq reintroduksiya etmiş, təbiətdəki ilkin vəziyyətlərinə qaytarmışdır. Eləcə də xalq təbabətində etnik üsullarla istifadə edilən bitkilər barədə bölgələrdən məlumatlar toplamış və buna aid onlarla indeksləşmiş jurnallarda məqalə nəşr etdirmiş, onların elektron məlumat kataloqunu hazırlamışdır. S.C. İbadullayeva tarixi Bütöv Azərbaycanı (Cənubi Azərbaycanda daxil olmaqla) özündə əks etdirən xalq təbabəti üsullarının eyniliyini sübut edən "Folk medicine" kitabını nəşr etmişdir.

S.C. İbadullayeva məhsuldar elmi fəaliyyəti dövründə 300-dən çox elmi əsərin, o cümlədən 5 monoqrafiya, 7 kitab, 3 dərslik, 2 ixtiranın müəllifidir. Eyni zamanda alimin xaricdə 100 elmi məqaləsi və 4 şpringer kitab fəsli çap olunmuşdur. Onun rəhbərliyi altında 14 fəlsəfə doktoru və 4 elmlər doktoru hazırlanmışdır.

S.C. İbadullayeva Bitki Genetik Ehtiyatları üzrə Avropa Əməkdaşlıq Proqramında (ECPGR) işçi qrupunun üzvü (Azərbaycan təmsilçisi), 2001-ci ildən Nyu York Elmlər Akademiyasının üzvü, BGE üzrə Mərkəzi Asiya və Cənubi

Qafqaz Regional Şəbəkəsinin eksperti, Azərbaycanda biomüxtəlifliyin qorunması ilə əlaqəli Embriofita üzrə elmi məsləhətçisi, ECPGR-ın «Dərman, Aromatik və Yabanı qida bitkilərinin öyrənilməsi və qоrunması» üzrə işçi qrupunun üzvü (Azərbaycan təmsilçisi), Gürcüstan, Tiflis, Multidissipliniar “Black Sea” jurnalında Beynəlxalq redaktorlar kollegiyasının üzvü, “London jurnalları” Rosalind-in fəxri üzvüdür (Üzvlük İD:HH32160). O həmçinin Botanika cəmiyyətinin üzvüdür.

S.C. İbadullayeva Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən müdafiə şurasının 1999-2018-ci illərdə elmi katibi, AMEA Botanika İnstitutunun elmi əsərlər toplusunun redaktor müavin (2012-2015), redaksiya heyyətinin üzvü (2016-2020), Əlaqələndirmə Şurası Biologiya seksiyası üzrə problem şurasının sədri, Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın Biologiya və Aqrar elmləri üzrə eksperti (2017-2019), AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi Şurasının üzvü (2018-2020), AMEA Botanika İnstitutunda Müdafiə şurasının üzvü (2019-2020), 2021-ci ildən sədri olaraq fəaliyyət göstərir.

S.C. İbadullayeva əldə etdiyi nailiyyətlərə görə AMEA-nın Fəxri fərmanları (2005; 2012), AMEA-nın Təşəkkürnamələri (2007; 2012), AMEA Biologiya, Tibb və Aqrar elmləri Bölməsinin Fəxri fərmanı (2017), İnterxəbər layihəsi əsasında Elm Fədaisi Fəxri diplomu və Azərbaycan Kütləvi İnformasiya vasitələri Həmkarlar İttifaqının “İlin nüfuzlu Ziyalısı” Ali Mediya mükafatına layiq görülmüşdür. Həmçinin o, 2021-ci ildə Türk Dünyası Elmlər Akademiyasının həqiqi üzvü və qızıl medal mükafatı və Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü və taclı Ordeni ilə təltif edilmişdir.

Hal-hazırda b.e.d., professor S.C. İbadullayeva Botanika İnstitutunun baş direktoru kimi məhsuldar elmi-təşkilati və pedaqoji fəaliyyətini uğurla davam etdirir. Belə ki, İnstitutun elmi fəaliyyətini müasir dövrün tələblərinə uyğun qurulması, ölkəmizin həyatında və işğaldan azad olunmuş ərazilərin bərpa olunması prosesində kollektivə uğurla rəhbərlik edir. Biz, Botanika İnstitutunun kollektivi olaraq görkəmli alimə şəxsi həyatında və elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

AMEA Botanika İnstitutunun icraçı direktoru,
b.e.d. Şakir Nəbi oğlu Qasımov


REDAKSİYADAN:
Biz də bu səmimi təbrikə və xoş arzulara qoşuluruq!

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Botanik alim Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib

Botanik alim Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib

Biologiya və tibb elmləri, Təbriklər
AMEA Botanika İnstitutunun yeni direktoru kollektivə təqdim edilib

AMEA Botanika İnstitutunun yeni direktoru kollektivə təqdim edilib

Biologiya və tibb elmləri
GÖRKƏMLİ BİOLOQ-ALİM və XEYİRXAH İNSAN

GÖRKƏMLİ BİOLOQ-ALİM və XEYİRXAH İNSAN

Biologiya və tibb elmləri
“Xalq təbabətinin unudulmuş reseptləri (Qərbi Azərbaycan, Şərqi Zəngəzur və ...

“Xalq təbabətinin unudulmuş reseptləri (Qərbi Azərbaycan, Şərqi Zəngəzur və ...

Yeni nəşrlər, Biologiya və tibb elmləri
Akademik İRADƏ MƏMMƏD QIZI HÜSEYNOVA – 55

Akademik İRADƏ MƏMMƏD QIZI HÜSEYNOVA – 55

Biologiya və tibb elmləri, Təbriklər
Botanika İnstitutu əməkdaşlığa dair memorandum imzalayıb

Botanika İnstitutu əməkdaşlığa dair memorandum imzalayıb

Biologiya və tibb elmləri
TƏBRİK EDİRİK, VALİDƏ XANIM ƏLİZADƏ!..

TƏBRİK EDİRİK, VALİDƏ XANIM ƏLİZADƏ!..

Elm, Biologiya və tibb elmləri, Təbriklər
Biologiya problemləri üzrə elmi şuranın növbəti iclası keçirilib

Biologiya problemləri üzrə elmi şuranın növbəti iclası keçirilib

Biologiya və tibb elmləri
Botanika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ild ...

Botanika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ild ...

Biologiya və tibb elmləri
AMEA Botanika İnstitutu beynəlxalq əməkdaşlıqları uğurla davam etdirir

AMEA Botanika İnstitutu beynəlxalq əməkdaşlıqları uğurla davam etdirir

Biologiya və tibb elmləri
Validə xanım Əlizadə AMEA-nın həqiqi üzvü seçilib

Validə xanım Əlizadə AMEA-nın həqiqi üzvü seçilib

Biologiya və tibb elmləri
Akademik İradə Hüseynovanın 50 yaşı tamam olur

Akademik İradə Hüseynovanın 50 yaşı tamam olur

Elm, Biologiya və tibb elmləri, Təbriklər
Azərbaycanın görkəmli botanik alimi Tofiq Məmmədovun 60 yaşı tamam olur...

Azərbaycanın görkəmli botanik alimi Tofiq Məmmədovun 60 yaşı tamam olur...

Biologiya və tibb elmləri, Təbriklər
“Qafqazın etnobotanikası” kitabı “Springer” nəşriyyatında çap edilib

“Qafqazın etnobotanikası” kitabı “Springer” nəşriyyatında çap edilib

Yeni nəşrlər, Biologiya və tibb elmləri, Dünya, Avropa
Hacettepe Universitetinin professoru AMEA Botanika İnstitutunun qonağı olub

Hacettepe Universitetinin professoru AMEA Botanika İnstitutunun qonağı olub

Elm, Biologiya və tibb elmləri
Botanika İnstitutunun doktorantı Almaniyada molekulyar sistematika üzrə təl ...

Botanika İnstitutunun doktorantı Almaniyada molekulyar sistematika üzrə təl ...

Biologiya və tibb elmləri
“Acta Botanica Caucasica” elmi jurnalının təqdimatı olub

“Acta Botanica Caucasica” elmi jurnalının təqdimatı olub

Biologiya və tibb elmləri
Ad gününüz mübarək, hörmətli akademik Validə xanım Əlizadə!..

Ad gününüz mübarək, hörmətli akademik Validə xanım Əlizadə!..

Biologiya və tibb elmləri, Təbriklər
AMEA Botanika İnstitutu  İtaliya Tədqiqat Şurasının Davamlı Bitki Mühafizə  ...

AMEA Botanika İnstitutu İtaliya Tədqiqat Şurasının Davamlı Bitki Mühafizə ...

Biologiya və tibb elmləri
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ İRADƏ XANIM!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ İRADƏ XANIM!..

Biologiya və tibb elmləri, Təbriklər
Rəy yazın: