MƏLAHƏT QULİYEVA: "Sənsən qəlbimin sultanı, xanı..."

MƏLAHƏT QULİYEVA: "Sənsən qəlbimin sultanı, xanı..." Məlahət Sahib qızı Quliyeva -
1958-ci il oktyabrın 1-də
Ağcabədi rayonunun
Boyad kəndində
anadan olub.

1979-cu ildən 2013-cü ilə kimi
respublika Daxili İşlər Nazirliyinin
Yanğından mühafizə idarəsində
(indiki Fövqəladə Hallar Nazirliyində)
çalışıb.

Hazırda təqaüddədir.
Kərbəlayi xanımdır.
2 oğlu, 8 nəvəsi var.

Məlahət xanım gənc yaşlarından
bədii yaradıcılıqla da məşqul olur.
Gözəl müğənni və istedadlı şairə kimi tanınır.
Bir-birindən gözəl şerləri müxtəlif mətbuat orqanlarında,
ədəbi məcmuələrdə, o cümlədən, "Zirvə" poeziya antologiyasında,
"Vətən", "Canım Azərbaycanım", "Buta", "Turan", "Zəfər", "Bakı-Təbriz", "Poeziya çələngi" və s. ədəbi məcmuələrində dərc olunub.

İki kitab müəllifidir.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.

"Abdulla Şaiq", "Xanqızı Natəvan", "Qızıl qələm"
"Zirvə" mükafatları laureatıdır.

Biz də hörmətli Məlahət xanıma
yeni-yeni uğurlar arzulayır
və aşağıda onun bir neçə şeirini
dəyərli oxucularımıza təqdim edirik.


ZiM.Az



ANA VƏTƏN MƏLAHƏT QULİYEVA: "Sənsən qəlbimin sultanı, xanı..."

Azad oldu ellərimiz,
Çiçəkləndi çöllərimiz.
Buta oldu güllırimiz,
Gözün aydın Ana Vətən.

Bağ-bağçamız gül açır,
Bağda bülbüllər uçur.
Hər tərəf şəfəq saçır,
Gözün aydın Ana Vətən.

Nə gözəldi Ana Vətən,
Bir-birinə könül verən.
Göz oxşayır yaşıl çəmən.
Gözün aydın Ana Vətə.

Gül -çiçəkdi hər tərəfin,
Açıldı düyün-kələfin.
Bayram edir millətin,
Gözün aydın AnaVətən.

Qəhrəmanlar yurdusan,
Sən Müzəffər ordusan.
Dəmir yumruq vurmusan,
Gözün aydın Ana Vətən.

Zəfər çaldı ordumuz,
Hər an keşikdə dürdunuz.
Tarixə möhür vurdunuz
Gözün aydın Ana Vətən.

Şuşada bayraq ucaldı,
İgidlərin qələbə çaldı.
Düşməndən qisas aldı,
Gözün aydın Ana Vətən.

Al-əlvandı bağlarımız,
Səfalıdı dağlarımız.
Can dərmanı bulaqlarımız,
Gözün aydın Ana Vətən.

Nəğmə deyir dillərimuz,
Yallı gedir ellərimiz.
Şəfalıdır əllərimiz,
Gözün aydın Ana Vətən.

Övladları mərd, igiddi,
Meydana ərtək girdi.
Düşmənin dərsin verdi,
Gözün aydın Ana Vətən.

Göz oxşayır bütün hər yan,
Nə gözəldir bizim dövran.
Günəşlidir Azərbaycan,
Gözün aydın Ana Vətən.

İlhamımız baş ucaltdı,
Xalqımız arzuya çatdı.
Bayramı bayrama qatdı,
Gözün aydın Ana Vətən.


VƏTƏNİM

Şuşanın dağları, İsa bulağı,
Mənə xatırladır gənclik çağı.
Unuda bilmirəm mən Qarabağı,
Şirin yuxularımdan gəlir sorağı.

Gözəldir Vətənimin uçu, bucağı,
Göy-gölü, Xan Arazı, Kürün qırağı.
Cənnət məkanıdır bağça-bağları,
Hər dərdə dərmandır Vətən torpağı.

Dünyaya qol açır geniş qucağı,
Bir özgə varlıqdır isti ocağı.
Hər bir diyardan gəlir sorağı,
Ucalır göylərə Vətən bayrağı.
2006


AZƏRBAYCAN, TÜRKİYƏ

Bir ananın övladsız,
Göyə ucalır adınız.
Qoşa uçan qanadsız,
Azərbaycan, Türkiyə.

Ürəyiniz bir, canınız bir,
Damardakı qanınız bir.
Şöhrətiniz, şanınız bir,
Azərbaycan, Türkiyə

Ərdoğanın, İlhamın,
Xalqa qurban verir canın.
Bəzəyisiz dünyanın,
Azərbaycan, Türkiyə.

Çətin gündə, çətin anda,
Siz yetirsiz imdada.
Layiqsiz gözəl ada,
Azərbaycan, Türkiyə.

Atatürkün, Elçibəyin
Xalqın döyünən ürəyi.
Bölünməzdi çörəyin,
Azərbaycan, Türkiyə.

Arzularınız bir oldu,
Ürəklə sevinc doldu.
Ayrılmayan bir qoldu,
Azərbaycan, Türkiyə.

Sərhədlərin açılsın,
Millət qaynayıb, qarışsın.
Könüllər də gül açsın,
Azərbaycan, Türkiyə.

Yurdunuz bir, ordunuz bir,
Yaradıb da, qurdunuz bir.
Meydanlara girdiniz bir,
Azərbaycan, Türkiyə.

Səngərlərə sinə gərdiz,
Düşmənlərin dərsin verdiz.
Gündən, günə yüksəldiniz,
Azərbaycan, Türkiyə.

Könül seven göyçək olur,
Əməllərin gerçək olur.
Arzuların çiçək olur,
Azərbaycan, Türkiyə.

Tanrı vermiş gözəl nemət
Hər tərəfi sankı cənnət.
İki Dövlət, bir millət
Azərbaycan, Türkiyə.


HEYDƏR OLUBDU

Xoşbəxt həyatı, xoş güzəranı,
Müstəqil ölkəni, gözəl dövranı,
Güclü dövləti, Yeni Azərbaycanı,
Qurub, yaradanı Heydər olubdu.

Azərbaycanı dünyaya tanıdan,
Kiçik bir dövləti göyə qaldıran,
Günəşli Azərbaycan adını alan,
Ulu öndərimiz Heydər olubdu.

Ölkələr arasında dostluq yaradan,
Hər zaman onlardan yüksəkdə duran,
Vətən bayrağını hər an ucaldan,
Dahi rəhbərimiz Heydər olubdu.

Hər çətin anlara sinə gəriçi,
Ordunun silahı, dövlətin gücü,
Azad ölkəmizin başının tacı,
Xalqın böyük oğlu Heydər olubdu.

Qurtuluş gününün təməlin qoyan,
Tökülən qanların qarşısın alan,
Hər bir insanın dərdinə yanan,
Xalqın xilaskarı Heydər olubdu.

Qürurlu yaradan odlar ölkəsin,
Dünyaya bəyan edən gözəl bəhrəsin,
Şərəfli ömrünün qalan hissəsin,
Xalqa bağışlayan Heydər olubdu.


MƏDƏD MÜƏLLİM
(Professor Mədəd Çobanova həsr edirəm)


Dünən bir ağsaqqal ata gördüm,
Həm sevindim, həm kövrəldim.
Atamı xatırlatdı Mədəd müəllim,
Həm sevindim, həm kövrəldim.

O, böyük bir Ata, böyük bir alim,
Qarşısında səcdə edib baş əydim.
Ürəyimi istəsəydi ona verərdim,
Elin ağsaqqalı Mədəd müəllim.

Üzündən nur ələnib, nur səpilrdi,
Qəddi, qaməti qəlbə fərəh verirdi.
Böyük atadan mənə ilham gəlirdi,
Elin ağsaqqalı Mədəd müəllim.

O böyük bir varlıq, böyük bir qüvvə,
Mən nurani ağsaqqal görmədim belə.
Mən onu bənzətdim bir peyğəmbərə,
Elin ağsaqqalı Mədəd müəllim.

Mən bir ata gördüm qəlbim sevindi,
Elə bil, doğma atam məni dindirdi.
Dünyanın sevgisini o mənə verdi,
Elin ağsaqqalı Mədəd müəllim.

Nə qədər gözəl çöhrəsi var atanın,
Onunla bəxtəvər olar hər anın.
Sənə qurban olsun ürəyim, canım,
Elin ağsaqqalı Mədəd müəllim.


AD GÜNÜN MÜBARƏK, MƏDƏD MÜƏLLİM

Professor Mədəd Çobanovun anadan olmasının
85 illik yubileyinə həsr edirəm


Səksən beş yaşıdı böyük alimin,
Mübarəkdi deyək xoş qədəmlərin.
Fəxrisən, qürurusan böyük bir elin,
Ad günün mübarək Mədəd müəllim.

Sağlam ömür versin Ulu yaradan,
Ağrısız, acısız, xoşbəxt, firavan.
Sağlam canı olsun, hər zaman cavan,
Hər kəs ilham alsın böyük Atadan.

Yüz il yaşasın o sağlam, gümrah,
Açılsın üzünə hər gün xoş sabah.
Görməsin həyatda bir nalə, bir ah,
Atasız yaşmaq əzabdı vallah.

Sən qoru atanı, ey böyük Allah.
Mən sənə sığınıb, apardım pənah.
Yalvarıram sənə hər axşam-sabah,
Ata yaşasın çox sağlam, gümrah.

Təbrik edirəm mən onun Ad günün,
Çox yaşa, ay ata, başına dönüm.
Sənsiz olmasın mənim bir günüm,
Gözümün nuru sənsən, bil, ömrüm.


ATAMA BƏNZƏYIR MƏDƏD MÜƏLLİM

Atasız yaşamaq çox ağlr dərddi
Bir xəstə ata məni yaman kövrəltdi.
Sanki mənim həyatımı alt-üst etdi.
Qəlbimin sevgisi, sevinci bitdi.

Xəstədir yataqda Mədəd müəllim,
Onun qayğısına çatmayır əlim.
Yetməyir ataya heç bir köməyim.
Az qalır çatlayıb, çıxsın ürəyim.

Onun çöhrəsində atamı gördüm,
Atam geri dönüb mən elə bildim.
Onun varlığından təsəlli aldım,
Atama bənzəyir Mədəd müəllim.

Atanın əhvalı çox pərişandı,
Allahım ataya qıyma amandı.
Köksümdə ciyərim alışdı, yandı,
Elə bil dünya başıma fırlandı.

Ata çox xəstədir, fənadlr halım,
Taqətim qalmayıb, yox ixtiyarım.
Tez sağal, ay ata, qadanı alım,
O xəstə canının qurbanı olum.


ULU BORÇALININ

Əzəmətli dağ vüqarlı,
Dağlarının başı qarlı
Bağ-bağatı daim barlı,
Bizim Ulu Borçalının.

Gül-çiçəkli yaylağı var,
Diş göynədən bulağı var.
Yayda, qışda qonağı var,
Bizim Ulu Borçalının.

Havası var dərdə məlhəm,
Dörd bir yanı cənnət-gülşən.
Yoxdur ona bərabər, tən,
Bizim Ulu Borçalının.

Oğul-qızı qəhrəmandı,
Hər birisi bəydi, xandı.
Salnamədir, o dastandı,
Bizim Ulu Borçalının.

Gəzməlidi hər bir yanı,
Vardı böyük Zəlimxanı.
Mehribandı hər insanı,
Bizim Ulu Borçalının.

Sazlı, sözlü elləri var,
Nəğməli bülbülləri var.
Şöhrətli alimləri var,
Bizim Ulu Borçalının.

Zirvələrdə qartalları,
Tarix yazan övladları.
Xandı, bəydi soyadları,
Bizim Ulu Borçalının.

Yaylağında qoyun-quzu,
Gülüstandı çölü-düzü.
Tarixlərdən silinməzdi,
Borçalının qədim izi.

Dağ kəndləri yaraşıqdı,
Hər tərəfi gur işıqdı.
Söz-söhbəti saz-aşıqdı,
Bizim Ulu Borçalının.

Sazlı-sözlü elləri var,
Qönçə-qönçə gülləri var,
Şirin-şəkər dilləri var,
Bizim Ulu Borçalının.

Doğmadı mənə hər yandan,
Var orada canımdan can.
Damarımdan bir damla qan,
Bizim Ulu Borçalının.


MÜŞFİQ BORÇALI

Gözəl alim atanın, alim övladı,
Müşfiq oldu o şirin payın adı,
Bir sevdanın, gözəl sevgi paydı,
Borçalı oğlu Müşfiq Borçalı

Atanın böyük bir ailəsi vardı,
Bir-birindən gözəl dörd qızlardı.
Boşuna qalmadı alimin yurdu,
Müşfiq daşıdı gözəl soyadı.

Dörd bacının madar qardaşı,
Hələ çox cavandı, əlildir yaşı,
Gözəl ailə başçısı, ömür yoldaşı,
Borçalı oğlu, Müşfiq Borçalı.

Tanrıdan ailəyə oğul ərmağan,
Atanın qəlbi sevinsin hər zaman
Səninlə qürur duyur böyük el-oban,
Borçalı oğlu Müşfiq Borçalı.

Sankı zirvədə qoşa qartaldı,
Şərəfi, şöhrəti dünyaya yayıldı.
Elmlə, savadla göylərə ucaldı
Borçalı oğlu Müşfiq Borçalı.

Qədim Darvazadı eşqi, ürəyi,
Halal zəhmətidi duzu, çörəyi,
Xalqa xidmətidi arzu , diləyi,
Borçalı oğlu Müşfiq Borçalı

Gözəl bir ailənin sönməz çırağı,
Onları yetirib Borçalı torpağı,
Hər yandan gəlir qoşa sorağı,
Borçalı oğlu, Müşfiq Borçalı.

Böyük Alimin tək oğul övladı,
Müşfiq Borçalı oldu onun adı
Sonsuz zirvədi, uca bir dağdı,
Borçalı oğlu Müşfiq Borçalı.


BAYRAMLARIMIZ
MÜBARƏK OLSUN !


Günün xeyir olsun könül sultanım
Xoşbəxt olsun sənin bütün dövranın,
Sevinclə, şadlıqla keçsin hər bir anın.
Mübarəkdir sənin zəfər bayramın.
.
Bayramların bayramlara qarşısın,
Zəfərlə, barağın dünya dolaşan.
Sevincin şadlığın çağlayıb, coşsun,
Hər iki Bayramın mübarək olsun.

Hər zaman ömrün ilk bahar olsun,
Qəlbin sevinclə, fərəhlə dolsun.
Sevdalı yolların gül, çiçək olsun.
Sənin bayramların mübarək olsun.


Qəlbimin sultanı, xanı

Dəli sevdamın çılğın ünvanı,
Sənsən qəlbimin sultanı, xanı.
Sənsiz yaşamam inan bir anı.
Sənsən qəlbimin sultanı, xanı.

Sənin eşqindi məni yaşadan,
Mən ondan alıram hər an ilham .
Bil ki, unutmam səni heç zaman,
Sənsən qəlbimin sultanı, xanı.

Çılğın məhəbbətin odlayır məni,
Daha çox sevirəm hər gün səni.
Bil kı, sevə bilməm mən bir özgəni,
Sənsən qəlbimin sultanı, xanı.

Mən səndə tapdım özüm, özümü,
Sən saldın qəlbimə eşqin izini,
Bal kimi yeyirəm hər acı sözünü,
Sənsən qəlbimin sultanı, xanı.

Sevgidə nə hədd, nə sərhəd yoxdu,
Boşuna sevənlər dünyada çoxdu.
Sənə olan sevgim sonsuzdu, sondu,
Sənsən qəlbimin sultanı, xanı.


HARDASAN

Sən, ey gözləri yaz gunəşim,
Bahar gözlüm hardasan?
Yanır yenə ürəyimin başi,
Saçları ağ qarım hardasan?

Atəşinlə, alovunla süründüm,
Hər gün çarmıxa gərildim.
Gündə min yol öldüm, dirildim
Bir sor, bir axtar hardasan?

Yorgunluq çöktü artıq dizimə,
Həsrətdən ağ da gəldi gözümə.
Bircə yol gülmədin heç üzümə,
Gözəl gözlum sən hardasan?

Dünya mənə lap dar göründü,
Əhvalım da geyri hal göründü.
Gedər gəlməz bir yol göründü.
Sənə bir sözum var hardasan?


VURULMUŞAM

Ümid verən, qəlb oxşayan,
Baxışına vurulmuşam.
Bənzərsiz bir həyat olan,
Göz, qaşına vurulmuşam.

Bəyaz telin canım alıb,
Sevən qəlbi dərdə salıb.
Gəl əlacım səndə qalıb,
Naxışına vurulmuşam.

Tək bir arzum var dünyada,
Sənə qovuşmaqdı o, da.
Sən aşiqi salma oda,
Qarğışına vurulmuşam.


Gözləyirəm

Yaman darıxır ürəyim,
Sənsiz dözə bilmirəm.
Gözüm qalıb yollarda,
Hey səni düşünürəm.

Sən düşəndə yadıma,
Gözlərim yaşla dolur.
Sənin həsrətinə gülüm,
Qəlbim də gül tək solur.

Sənsizlik də üzür məni,
Həsrətin yandırlr qəlbimi.
İstəyirəm görəm səni,
Sən sevindir ürəyimi.

Sənsən arzum, amalım,
Gəl, eşqindən ilham alım.
Mənə bəsdir bir vüsalın.
Di, dur gəl qurbanın olum.

Unutmaq istədim səni,
Mən unuda bilmədim.
Bil ki, unutmaq çətindir,
Ötüb keçən günləri.

Senin xəyalınla gəzirəm,
Dağları, dərələri, düzləri,
Yollarına güllər düzüb,
Həsrətlə gözləyirəm.


Könül istədim

Səndən könül istədim,
Dərdimə dərman olsun.
Baxışlarından sevgin,
Ürəyimə axıb, dolsun.

Səndən könül istədim,
Qəlbim sevinclə dolsun.
Saf eşqimin bal vüsalı,
İllərlə qəlbimdə qalsın.

Səndən könül istədim,
Od, atəşi canımı alsın.
Yatmış hisslər oyansın,
Sədası dünyaya yayılsın.

Səndən könül istədim,
Gündən günə ucalsın.
Bu sevdanın hərarəti,
Günəşi qoynuna alsın.

Səndən könül istədim,
Qəlbimi yandırıb, yaxsın.
Gözum gözünə baxsın.
Oldu baxış şimşək çaxsın.


Dəymişəm əgər

Gözümün nuru, qəlbimin tacı,
Sənsən dünyada dərdim əlacı.
Bəlkə, bir söz dedim zəhərdən acı,
Bağışla qəlbinə dəymişəm əgər.

Sənsən qəlbimin şahı, sultanı,
Ağası, bəyi, həm də xanı.
Sənin həsrətinə gəzdim dünyanı,
Bağışla qəlbinə dəymişəm əgər.

Bil ki, sən verdin bu ömrü mənə,
Bir can borcum var həyatda sənə.
Bir daha yalvarıb, deyirəm yenə,
Bağışla qəlbinə dəymişəm əgər.

Canımdan can istə, əsirgəməm,
Ömrümü istəsən sənə verərəm.
Gözümü istəsən yenə verərəm.
Bağışla qəlbinə dəymişəm əgər.

Sənsən həyatda ilham pərim ,
Arzum, amalım, sevgi diləyim.
Sənə qurban olsun canım, ürəyim,
Bağışla qəlbinə dəymişəm əgər.


Vicdanım çox incidir məni

İstəməm kimsənin qəlbinə dəyəm,
Ya ürəyə toxunan bir söz deyəm.
Kimdən küsəm, ya giley eyləyəm,
Vicdanım çox incidir məni.

O, mənim içimdə böyük bir qüvvə,
Ondan uca deyil, nə dağ, nə zirvə.
Ey insan oğlu çalış günaha girmə,
Vicdanım çox incidir məni.

Gecə də, gündüz də hesab verirəm,
Yaxşını, pisdən seçib, ələyirəm.
Haqqın yolunu doğruda görürəm,
Vicdanım çox incidir məni.

Elə bil içimdə böyük yüküm var,
O, məni cəhənnəm oduna atar.
Namusu yeyib, qeyrəti də satar,
Vicdanım çox incidir məni.

Qorxum var böyük olan Allahdan,
Bir də içimdə gizli gəzən haqdan.
Bir kəsin haqqına girməm nahaqdan,
Vicdanım çox incidir məni.


Bir can istədim

Dəli könlümdən bir sevda keçdi,
Bir sevgi istədim, bir can istədim.
Eşqin şərbətindən bir damla içdi,
Bir vüsal istədim, bir can istədim.

Yandırdı canımı hey için, için,
Doğradı bağrımı hey biçim, biçim.
Gəzib bu dünyanı eylədim seçim,
Bir vüsal istədim, bir can istədim.

Gəl eyləyim sənə canımı fəda,
Qoy səndən gəlsin mınə dərd-qada.
Gəlsin ruhumuz gözəl bir dada,
Bir vüsal istədim, bir can istədim.

Oyandı hisslərim, qalxdı göylərə,
Mənə zülüm etmə, sən də bir belə.
Ahımdan az qala göy ensin yerə,
Bir vüsal istədim, bir can istədim.

Yıxdı can evimi hicranın əli,
Bu sevdan məni eyləyir dəli.
Qalmayıb gönün daha hünəri,
Bir vüsal istədim, bir can istədim.


ANAM ÇAĞIRIB MƏLAHƏT QULİYEVA: "Sənsən qəlbimin sultanı, xanı..."

Gedirəm kəndimizə anam çağırıb,
Bilmirəm çağırışa səbəb nə olub.
Xeyli vaxtdır anam kənddə tək qalıb,
Bəlkə gözləməkdən anam yorulub.

Gəldim kəndimizə anamı gördüm,
Onu qucaqlayıb bir az kövrəldim.
İsti nəfəsindən təsəlli aldım,
Anamı sağlam görüb, sakit oldum.

Anam qocalmışdı indi bir qədər,
Gözlərində vardı qüssə, qəm, kədər.
Anamın sağ olması dünyaya dəyər,
Anasız ömrümüz tez gedər hədər.

Çağırışın səbəbin ondan soruşdum,
Anam sualımdan bir az da şaşdı.
Onun baxışından mən başa düşdüm,
Anam bizim üçün çox darıxmışdı.

Anadır həyatın uca zirvəsi,
Anasız etməsin Tanrı heç kəsi.
Min nazı, nemətdir ana süfrəsi,
Nə gözəl səslənir Ana kəlməsi.


YANĞINSÖNDÜRƏN

Alovu ram edib, odu söndürən,
Atəşin, alovun bağrını dələn,
Yanğın səngərində odla sürünən,
Nə çətin peşədir yanğınsöndürən.

Həyəcan çağırışı verilən zaman,
Döyüşə hazırdı onlar, hər bir an.
Elə həmin anda köməyə gələn,
Ən çevik əsgərdir yanğınsöndürən.

Qoruyur xalqın varın, sərvətin
Keşiyində durur hər an dövlətin,
Ürəyi Vətənlə, xalqla döyünən,
Çox vətənsevərdir yanğınsöndürən.

Alovla vuruşur qorxu bilmədən,
Döyüşə atılır heç çəkinmədən,
Xalqı xilas edir oddan, tüstüdən,
Cəsur xilaskardır yanğınsöndürən.

Bir anda alovu, odu söndürən,
Lazım gələn yerdə canını verən,
Hər zaman ölümlə üz-üzə gələn,
İgid qəhrəmandır yanğınsöndürən.

Olubdur həyatın qurban da verən,
Ağrıdan naləsi göyə yüksələn,
Xatirəyə düşüb, tarixə dönən,
Ucalan abidədir yanğınsöndürən.

Vətəni uğrunda canından keçən,
Alovla döyüşən, həm də ki, ölən,
Şəhid zirvəsinə bir an yüksələn,
Milli qəhrəmandır yanğınsöndürən.

Bu işi sevmişəm mən əzəl gündən,
Bir arzu keçib hər an qəlbimdən,
Vətənə xidmət edib, şərəflə ölən,
Daim peşem olsun yanğınsöndürən.

Sevirəm xalqımı, Vətənimi mən,
Ailəmdə olub yanğınsöndürən,
Fəxr eyləyirəm sənətimlə mən,
Şərəfli peşədir yanğınsöndürən.


SEVGİ

Sevgiyə oğurluq yaraşmır əsla,
Müqəddəs eşqini qəlbində bəslə.
Şirin xəyalları səni incitsə,
Həzin nəğmə dinlə, astaca səslə.

Sevgidə oğurluq xəyanət demək,
Xəyanət olan yerde sevgi ne demək?!
Sevgidə eşq oduna yanasan gərək,
Döyünə, çırpına sinəndə ürək.

Sevgidi hər kəsi yaşadan ancaq,
Sevgisiz insan dəvətsiz qonaq.
Sevgisiz yaşamaq qəlbinə yamaq,
Sanki dünyaya gəlib-getdi nahaq.


ÖLDÜR MƏNİ

Könül verməm səndən başqa birinə.
Qəlbim sənin olmasa, gəl öldür məni.
Huri mələklər yığılıb gəlsə də yenə,
Dönüb baxsam əgər, sən öldür məni.

Ceyrana bənzəyir qamətin, boyun,
Sən bu sevdami sanma bir oyun.
Həyatda heç kimə əymərəm boyun.
Əyilsəm bir kimsəyə, gəl öldür məni.

Eşqinlə yanaraq, keçərəm candan,
Ürəyin nə istərsə çəkinmə məndən.
Usanmaram, yorulmaram bil ki, səndən,
Usansam səndən əgər, sən öldür məni.

Mələk kimi cəmalın, üzün qəmzəli,
Divanə könlümün sənsən əzəli.
Sevmərəm səndən başka gözəli,
Sevərəmsə əgər, sən öldür məni.

Gözəl nəğmələr yazdım hər an adına,
Gece də, gündüz də yandım oduna.
Bir diləyim var, qovuşmaq vüsalına,
Vüsalım sən olmasan, gəl öldür məni.


***

Odlama qəlbimi odsuz, alovsuz,
Yandırma eşqinlə, dəryada susuz.
Gündüzüm qərarsız, gecəm yuxusuz,
Sənsiz sinəm də yanır duyğusuz.

Mən, səni qoxladım tər çiçək kimi,
Özgə xəyallarla qırma qəlbimi.
Sevə bilmərəm mən bir özgıni,
Heç kəs verə bilməz sənin yerini.
.
Duydum ətrini ilk əzəl gündən.
Mən ilham aldım məhəbbətindən.
Az qalır ürəyim də çıxsın yerindən,
Ayrıla bilmərəm bircə an səndən.


KEÇİR QƏLBİMDƏN

Xoşbəxt deyildir hər üzü gülən,
Kim bilir nə keçir, kimin qəlbindən .
Dostum olmayıb hər yoldan ötən,
Dəli bir ağlamaq keçir qəlbimdən.

Nə üçün ağlayıram bilə, bilmirəm,
Onsuzda yoxdur göz yaşım silən.
Köksünü qoparıb, bağrını dələn,
Dəli bir ağlamaq keçir qəlbimdən.

Yox, bir kimsə dərdim bölüşəm,
Elə bil dünyaya tənha gəlmişəm.
Bağı xəzan olmuş mən bir güləm,
Dəli bir ağlamaq keçir qəlbimdən.

Qəlbimə çöküb həm duman, həm çən,
Bir eşqə düşmüşəm özüm bilmədən.
Coşub, çağlayıram bilmirəm nədən,
Dəli bir ağlamaq keçir qəlbimdən.

Bəxtim də yazlıb qara əzəldən,
Vəfa da gözləmə hər bir gözəldən.
Anlaya bilmirəm nə üçün hərdən,
Dəli bir ağlamaq keçir qəlbimdən.


MƏHƏBBƏT NƏDİ

Sankı, məhəbbətim uca zirvədi,
Bağladım bir kəsə qədrin bilmədi.
Yandırdı qəlbimi, sinəm göynədi,
Axı, o bilməyir məhəbbət nədi.

Məhəbbəti özünə əyləncə bildi,
Kimə necə gəldi könüldə verdi.
Güllü bağçamızı xəzan eylədi,
Axı, o bilməyir məhəbbət nədi.

Bəzən o, zirvəni əymək istədi,
Böhtana əl atıb, şərdə söylədi.
Yəqin, düşündü həyat boyledi,
Axı, o bilməyir məhəbbət nədi.

Təmiz məhəbbət uca zirvədi,
Nə üçün vəfasız onu görmədi?
Sonra başa düşüb, peşman elədi,
Axı, o bilməyir məhəbbət nədi.


BİNƏVA BÜLBÜLƏM...

Əzrayıl deyiləm canını alam,
Səni min dərdə, bəlaya salam.
Dərya da deyiləm coşub-çağlayam,
Kimsəsiz sahilləri qoynuma alam.

Mən bulud deyiləm dolub, ağlıyam,
Qərib məzarlara nəmli iz salam.
Külək də deyiləm qopub yel olam,
Zərif qönçələrin ləçəyin yolam.

Mən fələk deyiləm, insafa gələm,
Biçarə dərdlərin dərmanın verim.
Binəva bülbüləm, qəmdən ölürəm,
Eşq oduna yanıb, dağlanıb sinəm.


GİRMƏ QƏSDİMƏ

Nakam mehebbetden söz açma mene,
Od vurma bir daha derdli sineme.
Bilmirsen? Alışıb, yanaram yene,
Eller de yığışıb - geler tüstüme.

Nakam mehebbetin ateşi çoxdur,
Çaresiz derdlerin dermanı yoxdur.
Yarama toxundun yene qan axdı,
Keder de qem çelengin serer üstüme.

Tekce mehebbetim deyildir nakam,
Yetmedim arzuya heç bir zaman.
Onsuz da heyatım olubdur viran,
Cellad deyilsen, girme qestime.


OLUB

Gecələr sübhədək yata bilmirəm,
Ele bil, yatağıma boran, qar dolub.
Könül sirdaşımı tapa bilmirəm
Şirin yuxularım da zəhrimar olub.

Yanib, külə dönüb odum, ocağım,
Sınıb, parçalanıb tale çırağım,
Soyuq buza dönüb isti qucağım,
Sanki, ilk gəncliyim tarimar olub.

Yox imiş taleyim əzəldən demək,
Əsir vücudumda bir soyuq külək,
Baxıb, lezzet alır o, zalım felek,
Bütün heyatım da qalma-qal olub.

İnana bilmirem heç bir kimseye,
Eşqin bağçasından bir gül üzmeye,
Menim de haqqım var sevib-sevilmeye,
Ne üçün qismetim ahu-zar olub.

Sönüb məhəbbatim, qırılıb qəlbim,
Dağların buzudu, soyuqu yerim.
Bilmirem bu sirri mən kime deyim.
Bu qəmli günlerim intizar olub.

Qızmayıb, heç zaman soyuq yatağım,
Hasretin çekmişem isti ocağın,
Yayılıb aleme xoşbext sorağım,
Sanıblar həyatım ilk bahar olub.

Tək mən deyilem hayatda bele,
Demeye sözlerim varımdı hele,
Belke o, zalım fələk insafa gələ,
Bes eder, bu qeder zülümkar olub.

Məlahət, bu qeder coşub, çağlama,
Sızlayıb, göynəyib, gizli ağlama.
Tale qismetindi, keder baglama,
Xar olmuş gülüstan gülbahar olub.


AL CANIMI QURTARSIN...

Vaxtsız ecel ne baxırsan qapımdan,
Keç içeri, al canımı qurtarsın.
Düşür meni xesteliyin atından,
Cismi, cesedimi seller aparsın.

Ömür yaşayıram men zerre, zerre,
Odlanıb, yanıram günde min kere.
Men nece yalvarım zalım feleye,
Bu ağrı, acını yeller aparsın.

Bir de geri dönmez ömür karvanım,
Artıq ötüb, keçib genclik devranım,
Cismimde canım yox, nebzde qanım,
Qoy meni mezara eller aparsın.


QARABAĞIN MƏN QIZIYAM

Qarabağın mən qızıyam,
Göydə yanan ulduzuyam.
Könüllərdə bir arzuyam,
Qarabağın mən qızıyam.

Bir cənnətdir Qarabağım,
Həm aranım, həm də dağım.
Hər yandan gəlir sorağım,
Qarabağın mən qızıyam.

Ağdamdı bil doğma yurdum,
Ağcabədidə yurd saldım.
Bərdədə mən qonaq oldum,
Qarabağın mən qızıyam.

Nə gözəldi ana Vətən,
Dörd bir yanı yaşlı çəmən.
Bağ-bağatı tər yasəmən,
Qarabağın mən qızıyam.

Gəzdim eli oymaq-oymaq,
Hər obada oldum qonaq.
Gözəllikdən olmaz doymaq,
Qarabağın mən qızıyam.

Şuşanın cıdır düzündə,
Xarıbülbülün özündə.
İsabulağın gözündə,
Qarabağın mən qızıyam.

Gözəldi Vətəndə hər yan,
Meşələrdə maral, ceyran.
Mən ölkəmə oldum heyran,
Qarabağın mən qızıyam.

Canlar alır aran-dağı,
Hər yan tərlanlar oylağı.
Ucalır göyə bayrağım,
Qarabağın mən qızıyam.

Dərdə dərmandı havası,
Yaraşıqdı el-obası.
Gözəldir göllər sonası,
Qarabağın mən qızıyam.

Vətənimdi qədim Şuşa,
Hər qarışı bir tamaşa.
Könlüm yenə gəldi coşa,
Qarabağın mən qızıyam.

Zəngəzur ana yurdumdu,
Xan babam Mehdiquludu.
Bil soyköküm Xan oğludu,
Qarabağın mən qızıyam.

Qaçaq Nəbi nəsilliyəm,
Tarix yazan bir elliyəm.
Nəsil-kökdən mən bəlliyəm,
Qarabağın mən qızıyam.

Qarabağım bol sərvətdi,
Torpaqları bərəkətdi.
Yazdıqlarım həqiqətdi,
Qarabağın mən qızıyam.



MƏLAHƏT QULİYEVA: "Sənsən qəlbimin sultanı, xanı..."
ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: