Professor Abdulla Sofiyev adı dünyanın ən nüfuzlu elm adamları siyahısına daxil edilib

Professor Abdulla Sofiyev adı dünyanın ən nüfuzlu elm adamları siyahısına daxil edilibAzərbaycanlı elm adamlarının adları Hollandiyanın elmi, texniki və tibbi məzmunda ixtisaslaşmış “Elsevier” nəşriyyat şirkəti tərəfindən dərc edilən “Dünyanın ən nüfuzlu alimləri”nin son siyahısına daxil edilib.
Siyahı ABŞ-ın Stenford Universitetinin alimləri tərəfindən tərtib olunub.


“Karyera boyu təsir” və “İllik təsir” kateqoriyaları üzrə hazırlanan siyahıda alimlərin ixtisaslı nəşrlərinin sayı, bu məqalələrin dərc olunduğu mətbu orqanın dünyada vacibliyi, alimlər tərəfindən alınan patentlərin miqdarı kimi bir çox amillər əsas götürülüb.


İlk dəfə olaraq öz sahəsində dünyanın ən nüfuzlu yüz alimi sırasına həmyerlimiz, Türkiyənin Süleyman Dəmirəl Universitetinin professoru Abdulla Sofiyevin adı daxil edilib.

Qeyd edək ki, Abdulla Heydǝr oğlu Sofiyev 1 iyul 1961-ci ildə Qazax rayonunun Daş Salahlı kǝndindǝ anadan olub. 1985-1996-ci illǝrdǝ Azǝrbaycan Texniki Universitetinin (AzTU) Nǝzǝri mexanika kafedrasının aspirantı, assistenti, baş müǝllimi vǝ dosenti vǝzifələrində işlǝyib.

2003-2004-cü illǝrdǝ dünyada ilk dǝfǝ funksional dǝrǝcǝlǝnmiş materiallardan hazırlanmış silindir vǝ konus şǝklindǝki örtüklǝrin dinamik stabilitǝ probleminin hǝllinǝ nail olub. 2006-2014-ci illǝrdǝ fǝrqli nǝzǝriyyǝlǝrdǝn istifadǝ edǝrǝk yeni nǝsil kompozitlǝrdǝn hazırlanmış tabakalı vǝ sendviç örtüklǝrin bütöv mühitdǝ stabilitǝ vǝ titrǝşim problemlǝrinin hǝll yolunu tapıb. Bu nǝticǝlǝr peyklǝrdǝ, raketlǝrdǝ, kosmik gǝmilǝrdǝ vǝ nüvə reaktorlarında geniş istifadǝ edilir.

Abdulla Sofiyev 200 dǝn çox fundamental elmi mǝqalǝnin müǝllifidir. Bu mǝqalǝlǝrdǝn 120-dǝn çoxu mötǝbǝr beynǝlxalq jurnallarda çap edilib.


Professor Abdulla Sofiyev hazırda Türkiyənin Süleyman Dǝmirǝl Universitetinin İnşaat mühǝndisliyi bölümünün Mexanika kafedrasının müdiridir.

Biz də Abdulla müəllimə yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
GDU-nun kafedra müdiri Bəhram Mustafayev vəfat edib

GDU-nun kafedra müdiri Bəhram Mustafayev vəfat edib

Gəncə, Qarayazı, Nekroloqlar
AzTU-nun professoru xarici elmi nəşrin redaksiya heyətinin üzvü seçilib

AzTU-nun professoru xarici elmi nəşrin redaksiya heyətinin üzvü seçilib

AzTU
Professor Məhəd Sofiyev (1932-2013)

Professor Məhəd Sofiyev (1932-2013)

BDU, Qarayazı
Vüqar MEHRABOV - 50

Vüqar MEHRABOV - 50

BDU, "Elm və Təhsil", Bolus, Təbriklər
AzTU-da “Thomson Reuters” beynəlxalq agentliyinin təqdimatı olub

AzTU-da “Thomson Reuters” beynəlxalq agentliyinin təqdimatı olub

AzTU
Dünyanın Nüfuzlu Tomson media kompaniyası AzTU-da aparılan tədqiqat işinə m ...

Dünyanın Nüfuzlu Tomson media kompaniyası AzTU-da aparılan tədqiqat işinə m ...

AzTU
AzTU-da IV Beynəlxalq elmi konfrans

AzTU-da IV Beynəlxalq elmi konfrans

ADNSU, AzTU
Dünyanın ən zənginləri məlum oldu — SİYAHIda 3 azərbaycanlı da var

Dünyanın ən zənginləri məlum oldu — SİYAHIda 3 azərbaycanlı da var

Dünya, İqtisadiyyat
Kamal Abdulla  “Şöhrət” ordeni ilə  təltif edilmişdir

Kamal Abdulla “Şöhrət” ordeni ilə təltif edilmişdir

Rəsmi Xəbərlər, BSU, "Zirvə"
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Elmi Əsərləri” nəşr ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Elmi Əsərləri” nəşr ...

Yeni nəşrlər, Biologiya və tibb elmləri
Akademik Kamal Abdulla “Qızıl Delviq” mükafatına layiq görülüb

Akademik Kamal Abdulla “Qızıl Delviq” mükafatına layiq görülüb

"Zirvə", Təbriklər
“Acta Botanica Caucasica” elmi jurnalının təqdimatı olub

“Acta Botanica Caucasica” elmi jurnalının təqdimatı olub

Biologiya və tibb elmləri
ALLAH RƏHMƏT ELƏSİN, ABDULLA MEHRABOV!..

ALLAH RƏHMƏT ELƏSİN, ABDULLA MEHRABOV!..

Borçalı, Bolus, Nekroloqlar
TƏBRİK EDİRİK!.. BDU-nun rektoru Rusiya Elmlər Akademiyasının həqiqi üzvü s ...

TƏBRİK EDİRİK!.. BDU-nun rektoru Rusiya Elmlər Akademiyasının həqiqi üzvü s ...

BDU, Təbriklər
İlham Əliyev əslən Gürcüstandan olan alimləri də təltif edib

İlham Əliyev əslən Gürcüstandan olan alimləri də təltif edib

Rəsmi Xəbərlər, Gürcüstan, Borçalı, Başkeçid, Bolus
Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Yeni nəşrlər, Digər ali məktəblər, Rusiya
AzTU-nun professoru İslam İslamovun monoqrafiyası “Springer” nəşriyyatında  ...

AzTU-nun professoru İslam İslamovun monoqrafiyası “Springer” nəşriyyatında ...

Yeni nəşrlər, AzTU
AzTU ilə ABŞ-ın Kaliforniya Ştatında yerləşən Berkli Universiteti arasında  ...

AzTU ilə ABŞ-ın Kaliforniya Ştatında yerləşən Berkli Universiteti arasında ...

AzTU, Amerika
Natəvan Dəmirçioğlunun Yaradıcılıq Gecəsi keçirilib

Natəvan Dəmirçioğlunun Yaradıcılıq Gecəsi keçirilib

Mədəniyyət
Professor BAYRAM İBRAHİMOV

Professor BAYRAM İBRAHİMOV

AzTU, "XXI əsrin Ziyalıları"
Rəy yazın: