Gürcüstandan gələn səslər: - VƏTƏN TALEYINƏ ÖLÇÜLMÜŞ İNSAN ÖMRÜ

Gürcüstandan gələn səslər: - VƏTƏN TALEYINƏ ÖLÇÜLMÜŞ İNSAN ÖMRÜ
Dünya azərbaycanlılarının ümumimilli lideri,
əbədi-yaşar Prezidenti
Heydər Əlirza oğlu Əliyevin
anadan olmasının 93 illiyi münasibətilə

Arif və aqil ziyalılar dəfələrlə qeyd ediblər ki, adətən, adamlar haqqında yazmaq iki halda çətin olur.
Bir onlar haqqında heç bir məlumat olmayanda, bir də çox az yazılanda.
Siyasətçilər haqqında yazmaq isə həmişə çətin olur.
Çünki, insanların baxış bucağı zəkadan, təfəkkür süzgəcindən, ziyalının ziyalılıq səviyyəsindən, vicdan mühakiməsinin tutumundan asılı olaraq fərqli olur.
Elə bu fərqlilik də siyasətcinin-dövlət xadimini sevənlər və sevməyənlər təsnifatına bölür.
Amma bir həqiqət də danılmazdır: Torpaq, Vətən, millət, dövlət və milli-mənəvi dövlətçilik, müstəqillik, azadlıq kimi müqəddəs anlayışları sevib, əməlinlə bu sevgini təsdiqlədinsə, ürəkdən seviləcəksən və heç bir zaman unudulmayacaqsan!
Tarixdə millət taleyi, vətən taleyi, dövlət və torpaq (ərazi) taleyi tamah əsrinə mübtəla olmuş böyük imperiyaların və qonşuluğu bacarmayan iblis niyyətli dövlətlərin qəddar əməlləri yaşadığımız bu günlərdə də təkrarlanır. Münaqişələr, soyuq müharibə planları, hərbi əməkdaşlığın sosial yardım əməkdaşlığına çevrilməsi, müstəmləkəçilik və hegemonluq dövlət ideologiyası günü-gündən genişlənməkdədir. Tarixi gedişat göstərir ki, etnik separatçılıq milli ayrı seçgilik, dini ziddiyətlərin yaradılması böyük təcavüzkar dövlətlərin keçmiş “ parçala höküm sür” siyasəti təcrübə metodudur.
Deməli, faşizm ölməyib. Faşizm ideologiyası və mənəviyyatı-rəzalətli siyasəti həndəsi silsilələrlə boy atmaqdadır. Bu isə insanlığı məhvə aparır, bəşəriyyətin mənəvi dəyərlər zənginliyinə aparan yollarını bağlayır. Birgə yaşayış mühitinin qaniçən dovlət başçılarının separatçılıq niyyətləriyilə alt-üst edir. Ona görə də bu gün dünya xalqları III dünya müharibəsi qorxusu altında yaşayır. Bu qorxu mənəvi və coğrafi, fiziki cəhətdən eklogiyanın çirklənməsinə səbəb olur. Bir sıra tibbi xəstəliklərin yaranması baş alıb gedir.
Deyirlər həyat bal ilə zəhərin qovuşmasından yaranıb. Pislər olmasa yaxşıların qədri bilinməz.
Günümüzün qəddarlıqları, münaqişələrin baş verməsi XX əsrin son on ilində yuxarıda deyilənlərin ilk hədəf nöqtəsi Fenomen ölkə Azərbaycan və onun dilbər guşəsi Qarabağ oldu.
Bu fenomen ölkənin düşmən toxmağı isə dünya miqyaslı nüfuza malik azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi diplomatiya elminin, siyasət incəsənətinin bütün incəliklərinə bələd Heydər Əlirza oğlu Əliyev oldu.
Məlum faktdır ki, tarixdə vətən taleyi, dövlət, ərazi (torpaq) taleyi zamanın hökmü ilə əlaqədar münaqişələrə, amansız işgəncələrə, qəddar üsullara məruz qalıb. Yaşadığımız bu illər deyilənlərin təsdiqidir. Ulu Tanrı insanları və onun məskunlaşdığı torpağı, ana vətənini işğal edən, qəddarlıqla işgəncələrə məruz qalan millətə siyasət təbiblərini ezam edir.
93 il bundan əvvəl baharın xoş müjdəli günlərindən biri- may ayının 10-da Əlirza babanın və İzzət nənənin ocağında sivilizasiyaların məşhur məskəni sayılan sivil ocaq- abidələr məkanı “nəqşi cahanda” – Naxçıvanda azərbaycan xalqının bu gün şahidləri olan bizlərə - yeraltı və yerüstü təbii sərvətlərimizə, ərazi, torpaq möhtəkirləri – bədnam erməni qonşuların millət savaşına, qaniçən siyasətinə, qəddar qəsbkarlıqlarına qarşı tarixi sərkərdə milli siyasət xadimi kimi İlahinin ezam edəcəyi Heydər dünyaya göz açdı.
26 yaşından ömrünün sonunadək Naxçıvan, Bakı, Moskva və Moskva, Bakı, Naxçıvan daha sonra Naxçıvan, Bakı istiqamətində ictimai-siyasi vəzifələrdə sıravi siyasi əməakdaşlıqdan keçmiş sovetlər ittifaqının ən böyük rəhbərlərdən birinə yüksələn Heydər Əlirza oğlu Əliyevin körpəlik, uşaqlıq, gənclik, nəhayət, kamillik, müdriklik illəri sadə, sıravi adamlardan dünya şöhrətli insanlara qədər həyat və siyasi yaradıcılıq fəaliyyəti tam təfərruatı ilə məlumdur.
1990-cı ildən başlayaraq çökməkdə olan sovetlər birliyinin rəhbəri Mixail Qorbaçovun təkidiylə Azərbaycanda dövlət və azəri türklərinə qarşı aparılan soyqırımları və onun böyük oğlu Heydər Əliyevə qarşı aparılan siyasi oyunlar paralel aparılırdı.
Paralellik təşkil edən bu oyunların cürbəcür fəsadları ilə nə xalqımızı, nə də ki, onun cəsur və cəsarətli, qorxmaz, hər şeydən öncə, alnına müdriklik- tanrı vergisi yazılmış oğlunu sarsıda bilmədi Heydər Əliyevin müstəqillik- təkcə sərvətlərə, ölkənin iqliminə sahibkarlıq kimi deyil, eyni zamanda, milli ana dilimizə, dini adət-ənənələrimizə, milli qeyrətə, milli mənəvi dəyərlərimizə xidmət edən ədəbiyyata, incəsənətə, mədəniyyətə malik olmaq cəhətindən dəyəri mənəvi sərvətdir. Müstəqillik, azadlıq gözəl mənəvi nemətdir. Bu eşqə qovuşan xalq xoşbəxtdir. Çünki, bu anlayışlar eşqlərin ən ülvisidir. Zirvəli bir tacdır millət üçün. Mustafa Kamal Atatürkün təbirincə: “Müstəqilliyi olmayan millət başqa bir millətə nökərlik etməlidir” Heydər Əliyevin azərbaycanın mili-mənəvi dəyərlərinə, siyasi-iqtisadi müstəqilliyi naminə apardığı mübarizədə sərf etdiyi əsəbi gərginlikləri, sarsıntıları, ölum hədələri-terror aktlarını nəzərə alsaq onun tükəmməz səbrə, dözümə malik olduğunu, hər işi səmtinə görməyi bacaran, bütün məqamlarda unikal şəxsiyyət, Pompey qüvvəsiylə çiyninə götürdüyü ağır yükü, məngənəyə salınmış Azərbaycan ərazisinin işğalına qarşı mübarizəsi və “ Neft Azəarbaycanın sərvətidir, təkcə bizim deyil, həm də nəvələrimizin və onlardan sonra gələnlərin sərvətidir. Gələcək nəsillərimiz barədə düşünməmək olarmı?!”missiyasının müdrikliklə həlli yollarını, Azərbaycanı xarici və daxili düşmənlərdən siyasəti mümkünlük sənəti kimi işlədərək xaoslar içərisindən xilas edib, nizam-intizam yoluna istiqamətləndirə bilmək bacarığını dəqiqliklə təhlil edə bilərik.
Müdriklər deyiblər: “Deyilən söz yadigardır, görülən iş abidədir” .

... 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda amansızlığına görə dəhşətli olan dinc əhalinin kütləvi surətdə qırılmasına gətirib çıxaran cinayətkarlıq hərəkətinə görə Moskvada Azərbaycan nümayəndəliyinə gələn Heydər Əliyev demişdir: “ Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin dövründə, üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqıma tapşırmışam və xalqın ifadəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm...”
... 26 ildən də artıq bir dövrdə deyilmiş tarixin daim yaddaşından silinməyəcək bu ifadələrin məzmununa diqqət verin!!
Düşmən qüvvələrin- Mixail Qorbaçov kompaniyasının əli ilə Azərbaycanda törədiləcək faşizm əməllərinin təxirə salınmadan yerinə yetirilməsi ilə əlaqədar öz xalqı ilə qırılmaz tellərlə bağlandığına, qətiyyətinə, dönməzliyinə, başlıcası isə haqq-ədalət uğrunda mübariz olduğunu diqqət mərkəzində saxlayanlar Heydər Əliyevin Vətəninə qayıtmasına əngəl törətməsinə baxmayaraq öz bütövlük, daxili mənəvi tarazlığını saxlamaq qabilyyətinə mailk Azərbaycançılığın Kişilik mücəssəməsi titulunu saxlayaraq bütün vəzifələrdən təcrid edilsə də qorxmadan igidliklə dediyi ifadələr onun Cəsarətli Ürək Sahibi olduğunu təsdiqləyir.
Yüksək dairələrdən edilən hədələr, “ xəbərdarlıqlar Azərbaycanın SƏDAQƏTLİ OĞLUNU Düşmən TOXMAĞINI Onu VƏTƏN, XALQ sevgisindən yayındıra bilmədi.
Heydər Əliyev 1990-cı il iyul ayının 20-də təyyarə ilə Bakıya, iki gün sonra isə Naxçıvana gəlmişdir. Bu QAYIDIŞ Azərbaycan adlı bir ölkənin həqiqətlərinin itdiyi tarixi-siyasi və fəlsəfi mahiyyətinin dolaşığa salındığı, ərazisinin bölüm-bölüm parçalanıb kiçildiyi, ola da bilərdi ki, ən nəhayət, Azərbaycan adlı Respublikanın bədxah niyyətlilər tərəfindən ləğv edilib, quberniyalar adıyla əvəzlənəcək təhlükələri ərəfədə olan qayıdışı idi. Fəal və təxirə salınmaz qayıdışı!
Çünki, məhz Heydər Əliyevin ürəyində Azərbaycan adlı ölkənin və onun xalqının bütöv taleyi yerləşmişdi...
... Ulu Tanrı nə insanı, nə milləti haqq yolunda yalqız qoymasın! O dövrdə Naxçıvan adada tənha qalmış gəmiyə bənzər bir mənzərəni xatırladırdı. Insanların çöhrəsi qəm-qüssə ilə dolu idi. Naxçıvanın quldur dəstəsindən azad edilməsi, çətinliyə düşən xalqın ərzaq qıtlığı, yanacaq və işiğin olmadığı günlərdə. İrandan və Türkiyədən maddi yardımın alınması Heydər Əliyev şəxsiyyətinin dünyəvi nüfuzunun, diplomatik səriştə bacarığının nəticəsi kimi Azərbaycanın tarixi elm, incəsənət, mədəniyyət mərkəzi, Naxçıvan tarixində əlamətdar səhifələrdən biridir.
Muxtar Respublikanın muxtariyyətinə əl atan daxili, gəldi-gedər, sadəlövh və cılız “rəhbərlər”in sərsəm əməllərinə qarşı Heydər Əlirza oğlunun gərgin milliliyə sevgidən irəli gələn əsəbi sarsıntıları tarıma çəkən əvəzsiz fövqəl milli-bəşəri dəyərlərə malik zəhməti Naxçıvandakı fəaliyyət xidmətlərinin fövqündə durur.
Naxçıvanda işlədiyi illərdə, “Sosialist”, “Sovet” ifadələrinin silinməsi, 20 yanvar faciəsinə qiymət verilməsi, Şərqə açılan qapı “Həsrət” körpüsünun inşası-31 Dekabr Dünya azərbaycanlılarının həmrəylik gününün təsis edilməsi (Naxçıvan MR Ali Məclisinin 16 dekabr 1991-ci il tarixi qərar) bu diyarda son dərəcədə mürəkkəb dövrdə Naxçıvanın ermənilər tərəfindən işğal təhlükəsi qarşısında qaldığı bir zamanda xalqına qarşı olan mənəvi cazibənin qüvvəsi, sonsuz inam və məhəbbətin təzahürü kimi dəyərləndirilməlidir.
... 1993-cü ilin iyun çağırışı ilə əlaqədar millətin harayına yetən Heydər Əliyev çox qısa zaman ərzində Azərbaycanı yeni siyasi yola-Konstitusiyalı Azərbaycan Respublikasına yönəldə bildi,
Heydər Əliyevin 1993-cü il 15 iyun tarixli Azərbaycana Hakimiyyət sükanı arxasına qayıdışı çox maneələrlə qarşılaşsa da, xalqın tələb və təkidi bütün maneələrə qalib gəldi.
Həyat faktları təstiqləyib ki, bədxahlıqlarla mübarizədə sağlam mənəviyyatlı xeyirxah əməllərin, məfkurəli ideyalarla zəngin tədbirlərin, zorakılığın, həddini aşmış silahlanmanın qarşısının alınması üçün yeni dünya qaydası – yeni siyasi təfəkkürün ideyaları vastəsi ilə mümkündür.
1990-cı illərdə Ulu Qafqazın ərazisinə səpilən nifaq toxumunun cücərdiyi bir ərəfədə Heydər Əliyev və Eduard Şevardnadze Azərbaycan və Gürcüstan dərd-sərlərini aradan qaldırmaq, iki ölkə arasında qardaşlıq, qonşuluq əlaqələrini möhkəmləndirmək məqsədiylə 1996-cı ilin mart ayında Tbilisidə “Qafqazda sülh” adlı bəyannamə imzaladılar.
20 sentyabr 1994-cü ildə dünyanın tanınmış neft şirkətləri arasında “Əsrin müqaviləsi”-nin imzalanması, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının icrası ilə Azərbaycana investisya axını, dinamik iqtisadi inkişafı sürətləndirdi.
20 sentyabır 1994-cü ildə tək Azərbaycan üçün deyil, region və Avropa ölkələri üçün əlamətdar olan “Əsrin müqaviləsi” imzalandı.
Vaxtilə əfsanə sayılan Bakı-Tbilisi-Ceyhan qaz kəməri indi uğurla işləyir. Bakı-Tbilisi-Qars dəmir yolunun həyata keçirilməsində Bakı-Tbilisi-Ceyhan və Bakı-Tblisi-Ərzurum neft –qaz kəmərlərinin də rolu böyükdür.
Bu layihələrin həyata keçirilməsi Qafqazda sabitliyin, əmin-amanlığın, təhlükəsizliyin və rifahın bərqərar olmasının təminatçısı funksiyasını ifadə edir.
Tarixi reallıqdır ki, bü gün həmin kəmərlər və nəqliyyat dəhlizi XXI əsrin əvvələrində Cənubi Qafqaz dövlətlərinin mövcudluğunun arteriya damarlarıdır.
Heydər Əliyevin neft stradegiyasına aid proqram və layihələri Böyük İpək Yolunun dirçəldiməsi – Qərblə Şərqin (qızıl körpüdür Azərbaycanla Gürcüstan bu iki qitə arasında) donmuş yollarının bərpasında (işləməyən yol – damarda donmuş qana bənzəyir) bütün dünyada ölkələrin və onun xalqlarının sabitliyni, birləşməsini yaradır, “Dünya vahid bir orqanizimdir” mənəviyyatının impulsunu yaradır və gücləndirir, siyasəti bu mənəvi prizmadan keçməyə təhrik edir.
Azərbaycan prezidenti, əbədiyaşar ümumimilli siyasət lideri Heydər Əliyevin Yeni Azərbaycanın milli-mənəvi-siyasi-iqtisadi dövlətçiliyinə xidmət edən Yeni Azərbaycan Partiyasının milli ideologiya prinsipləri – Azərbaycan Respublikası Konstitusiyasının və milli idieologiyasının da əsasında AZƏRBAYCANÇILIQ məfkurəsinin, ideyasının, amalının durduğu yurdsevər, milli-mənəvi dəyərlərə sadiq hər bir azəri türkünün harada yaşamasından aslı olmayaraq damarında axan qanın mənəvi və bioloji tərkib hissəsi olmalıdır.
Ulu öndərmiz, əbədiyaşar siyasi liderimiz Heydər Əliyev milli mənəvi dəyərləri tapdalayan, təhqirlərə məruz qalan böyük imperyanın işğalçılıq siyasətindən irəli gələn Azərbaycanda etnik zəmində “bölgələr” yaratmaq “qardaş qırğını” nifaq yaratmaq niyyətlərini məhz “Azərbaycançılıq” idealogiyası aradan qaldırdı.
Bu idealogiya təkcə “Azərbaycan” adlı ölkədə parçalanmanın, nifaqın qardaş qırğınının qarşısının alınmasında deyil, bir çox yerlərində qəriblikdə məskunlaşan azəri övladlarının birliyinə, əqidə, məslək biriliyinə xidmət edən Diaspora təşkilatlarının, cəmiyyətlərinin yaranmasına səbəb oldu. Milli-mənəvi ruh verdi. Əksəriyyət ölkələrin regionlarında bu ideologiyaya xidmət Azərbaycanlıların mədəniyyət mərkəzləri yaradıldı.
26 yaşından içtimai-siyasi fəaliyyətdə olan Heydər Əlirza oğlunun yaradıcılıq laboratoriyası milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə əlaqələndirilməsi məqsədlərinə xidmət etmişdir. Onun böyük siyasətdə Sovetlər Birliyi dövründə də apardığı siyasətə ətrafınada olan hər bir millətin nümayəndəsi və dünyanın dövlət xadimləri qibtəylə yanaşmışlar. Bu da səbəbsiz deyil!...
Məlum həqiqətidr ki, mənəvi baxımdan təmiz olan hər bir xidməti fəaliyyət, xüsusilə, siyasət məğlub edilməzdir.
Elin gücünə və qüdrətinə, saf və təmiz vicdanına arxalanan Heydər Əliyev siyasəti, gücü, cəsarəti, qeyrəti, qüvvəti sevdiyi xalqdan alırdı!.
Deyirlər insanın böyüklüyü onun nə vəzifə titulundan, nə də ölkəsinin böyük-kiçikliyindən asılıdır. Böyük vəzifədə işləməklə kiçik, kiçik vəzifədə işləməklə böyüklük adına layiq görülənlər tarixin mərhələlərində olub və olacaq!
Özünə daim hesabat verən, məsuliyyət hissinin, vəzifə borcunun sadiq, nümunəvi, mənəvi, əxlaqi sərvətlər zənginliyinə, mənəvi dəyərlərin ən ləziz “vitaminlərindən” ibarət müdriklik “həb”nin təsiri və onun ilahi qüvvəli işıq şöləsinə malik Heydər Əliyevin Azərbaycan adlı fenomen ölkədə apardığı siyasi yaradıcılıq xidmətləri Amerika Birləşmiş Ştatlarını yaradan Amerikanın yeni Konstitusiyasını təsis etdirən (o, ən böyük uğurlarını 1775-ci ilin iyun ayından 1797-ci ilin martınadək yerinə yetirib), Amerikanın birinci prezidenti Corc Vaşinqton ABŞ-nı dünya şöhrətli dəniz flotiliyasını yaradan, Rus – Yapon müharibəsinin yatırılmasına vastəçilik etməklə ABŞ-ni qlobal siyasətə qaytaran, Panama kanalının çəkilişinin müəllifi Teodor Ruzvelt (27 oktyabr 1985-ci 6 yanvar 1919-cu il), Hindistanın İngilis müstəmləkəçiliyindən qurtuluşunun müəllifi Mahatma Qandi, Afrikanın Avropa müstəmləkəçiliyindən azad edilməsinin müəllifi Kinqin xidmətləri ilə müqayisə edilə bilər.
Dünya siyasət korifeylərinə məxsus dəmir məntiqə, analitik ağıla, sutka ərzində 18-20 saat işləmək dözümünə malik milli-mənəvi hisslərin qoruyucusu, ürəyini millətə, vətən, torpaq kimi müqəddəs anlayışlara məşəl kimi yandıran sərkərdədir.
Danılmaz həqiqətdir ki, torpaq ona namusla xidmət edənləri ucaldır, yüksəldir, dərdlərinə dərman olur, xəyanət edənləri isə alçaldır, gec-tez vəci vəziyyətə salır. Ona görə də hamı torpağa övlad məhəbbəti ilə yanaşmalıdır.

Yaralı sinəsindən boylanan Anamız Vətənin ürəyi öz böyük Övladı üçün göynəyirdisə, O, böyük Övladın da vətən üçün ürəyi göynəyirdi.
Bu göynərtini ovundurmaqda bir təsəllimiz var: Milli-mənəvi dəyərlərmizin təssüübkeş lideri Heydər Əlirza oğlu sağlığında deyirdi: “İnanıram ki, Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyniz və dəstəynizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümüdlər bəsləyirəm”.
Xalq şairi Bəxtiyar Vahabzadənin müdrik ifadəsini yada salaq! “Könül dillə birləşəndə xarabalıq vətən olur. Könül dillə birləşəndə xalq millət olur”.
Azərbaycan ərazi bütövlüyünün tezliklə həlli məsələsində, düşmənin məkrli niyyətlərinin puç edilməsi naminə ulu öndərmiz Heydər Əlirza oğlunun vəsiyyətində “sizin köməyniz və dəstəynizlə” ifadəsi hər bir azəri övladının-insanın anamız torpağa və onun ağırlığını çiyinlərində daşıyan vətəninə sadiq və saf xidmətinə işarədir. Bu isə Yeni Azərbaycan Kursunun ilhamlı və etibarlı davamçısı İlham Heydər oğlunun milli-mənəvi dövlətçilik quruculuğu yolunda apardığı mürəkəb və çətin, lakin olduqca müqəddəs və şərəfli xidmətlərinə böyük dəstəkdir!
Heydər Əliyev siyasətə elm və əxlaqın mənbəyi kimi yanaşırdı. O, siyasəti mənəviyyatın idraka söykənən emosiyalar, ilahi hiss və duyğuların üzərində qururdu. Bu yolda səmimiyyətə, məhəbbətə daha çox istinad edirdi.
O, geniş və məzmunlu, məntiqli, həmişə ədalətə xidmət edən siyasi təcürbəsindən yəqin etmişdi ki, elmsiz, biliksiz həqiqət yoxdur. Həqiqət olmayan yerdə isə inkişaf, tərəqqi də yoxdur.

Bu deyilənlərə zəngin mənəvi-əxlaqi dəyərlərə və bu dəyərlərin ümumbəşəri dəyərlərlə genetik əlaqəsinə əsaslanan siyasət elminə daima, fasiləsiz, mütəmadi olaraq mütaliə yoluyla nail olan Heydər Əlirza oğlu ZİYALILIQ nümunəsidir, nitq mədəniyyətinə, natiqlik məharətinə malik bir ZİYALI Şəxsiyyətdir.
Ulu Tanrı Bu xeyirxah İnsana mənəvi-psixoloji ölçülərin gözəliklərini zəngiliklə bəxş edib. 39 yaşlı Əlirza baba və (Əlirza 8-ci İmamın adıdır) İzzət nənə xalqımız üçün dünyaya gələn övladına Heydər adını seçəndə bilmədilər ki, Tanrı bu adı onlara diqət edib: Heydər ərəbcədən tərcümədə ASLAN, ŞİR, CƏSUR, mənasındadır. Bu məqamda İSTİQLALİYYƏT şairimiz, əbədilik təcəssümü Xəlil Rza Ulutürkün təbirincə deyilmiş bir ifadəni təkrarlamaq məqsədəuyğunluq kimi təqdirəlayiqdir!

“Millətinə məhəbbətində Günəş kimi qızğın və hərəkətverici, düşmənə nifrətində aslan təki cəsur, qurub-yaratmaq elmində memar məharətli, diplomatiya fənində bütün dövlət xadimlərindən uzaqgörən və müdrik, dostluq, ülfətdə hədsiz həssas, diqətli ülvi Heydər Əlirza oğlu Atatürkümüzü müşahidə etdim”.
Təbəssüm və sərtliyi sintez edən simaya malik Heydər Əlirza oğlu tarixin nizamını təmin edən təfəkkür sahibi, özünüdərketmə adlı mənəviyyatın yüksək zirvələrini fəth etmiş Tanrı vergili siyasət lideri olaraq Azərbaycanın milli-mənəvi-iqtisadi-siyasi dövlət quruculuğunda – dövlət idarəçiliyinin sarsılmaz baş xətti AZƏRBAYCANÇILIQ təlimini, Azərbaycanın təbii sərvətlərinin insan kapitalına çevrilməsi ideyalarnı davam etdirməyi vahid Azərbaycan xalqı ailəsinin üzvlərinin hər birini – Azərbaycan adlı fenomen, müstəqil dövlətin Prezidenti, İlham Heydər oğlu Əliyev ətrafında sağlam mənəviyyatla sıx birləşib taleyüklü vətən məsələlərini başa çatdırmağı tövsiyyə etmişdir.

İctimai-siyasi fəaliyyətinin 1988-ci ildən Sovetlər Birliyinin M.Qorbaçov avanturist siyasətinin dəstəyilə süqutundan sonra Azərbaycan ölkəsinin və onunu xalqının yaddaş yaralarının mənəvi-siyasi cəmiyyət xəstəliklərinin, bəlalarının təbib siyasət lideri Heydər Əliyev bu dünyaya Azərbaycan xalqı üçün, böyük ərməğanlar vermək, xalqını ruhən Allaha ucaltmaqdan ötrü dünyaya gəlmişdir. Ürəyi xalqın, vətənin torpağın sevgisiylə dolu olan, taleyi Vətən taleyinə ölçülmüş, yumruq boyda ürəyini, Vətən həcmli ürəyə çevirən Heydər Əlirza oğlu Əliyevin sağlam RUHU Tanrı dərgahında dolaşsın! Onun sağlam RUHU daima bizimlədir, gələcək nəsillərimizin mənəviyyat dünyasında dolaşmaqdadır!

Əhməd Səfərov,
Marneuli rayonu, Şulaveri 2 saylı içtimai
məktəbinin kimya müəllimi,
“Qızıl Qələm” mükafatı laureatı.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Əsrin müqaviləsi

Əsrin müqaviləsi

Qarayazı, Tarix, Sosial
Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

İctimai elmlər, "Zirvə"
Heydər Əliyev - böyük Azərbaycanlı, güçlü lider, əvəzolunmaz ideoloq, dahi  ...

Heydər Əliyev - böyük Azərbaycanlı, güçlü lider, əvəzolunmaz ideoloq, dahi ...

YAP, Köşə yazılar
Ümummilli lider

Ümummilli lider

Prezident
Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ...

Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ...

Əsas xəbər, Azərbaycan, "Şərqin səsi"
XALQIMIZIN MÜSTƏQİLLİK ARZUSUNU ULU ÖNDƏR HEYDƏR ƏLİYEV GERÇƏKLƏŞDİRDİ

XALQIMIZIN MÜSTƏQİLLİK ARZUSUNU ULU ÖNDƏR HEYDƏR ƏLİYEV GERÇƏKLƏŞDİRDİ

Siyasət
Ümummilli lider Heydər Əliyevin anım günü Tbilisidə keçirilib

Ümummilli lider Heydər Əliyevin anım günü Tbilisidə keçirilib

Tiflis
AzTU-da

AzTU-da "Ulu öndər Heydər Əliyev müasir Azərbaycan Respublikasının banisid ...

Əsas xəbər, AzTU
Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur

Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur

Köşə yazılar
Çingiz Qənizadə: BAYRAĞIMIZ QÜRURUMUZDUR!

Çingiz Qənizadə: BAYRAĞIMIZ QÜRURUMUZDUR!

Köşə yazılar
Azərbaycan Prezidenti İlham ƏLİYEVin Dünya Azərbaycanlılarına  MÜRACİƏTİ

Azərbaycan Prezidenti İlham ƏLİYEVin Dünya Azərbaycanlılarına MÜRACİƏTİ

Əsas xəbər, Rəsmi Xəbərlər
Azərbaycan elminin yeni inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin a ...

Azərbaycan elminin yeni inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin a ...

Elm, "Zirvə"
İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Əsas xəbər
Şikar QASIMOV:

Şikar QASIMOV: "Ulu öndər Heydər Əliyevin bənzərsiz ömür yolu, tariximizin ...

YAP, AzTU
Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

AzTU
BDU-nun Şərqşünaslıq fakültəsində növbəti elmi seminarı keçirilib

BDU-nun Şərqşünaslıq fakültəsində növbəti elmi seminarı keçirilib

BDU, QHT
İLHAM ƏLİYEVİN BAYRAM TƏBRİKİ

İLHAM ƏLİYEVİN BAYRAM TƏBRİKİ

Rəsmi Xəbərlər
Gürcüstanın Bolnisi rayonunda Heydər Əliyevin 100 illik yubileyi münasibəti ...

Gürcüstanın Bolnisi rayonunda Heydər Əliyevin 100 illik yubileyi münasibəti ...

Bolus
AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ “DƏMİR YUMRUQ”-UN İDEOLOJİ ƏSASIDIR

AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ “DƏMİR YUMRUQ”-UN İDEOLOJİ ƏSASIDIR

AzTU

"Ümummilli Lider Heydər Əliyev milli neft strategiyasının yaradıcısıdır" ...

Bakı, Məktəblər
Rəy yazın: