BAYRAM QARALOV (1955) Yeni nəşrlər, Poeziya, Başkeçid 22 марта 2024 2020 100 1 2 3 4 5 Bayram Həmid oğlu Qaralov - 24 may 1955-ci ildə qədim Borçalı mahalının Başkeçid elindəki (indiki Gürcüstan Respublikasının Dmanisi rayonundakı) Ormeşən kəndində anadan olub. 1972-1976-gi illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutun riyaziyyat fakültəsini bitirib. Təyinatla Sabirabad rayonuna göndərilib. İki il burada müəllim işlədikdən sonra doğma kəndlərinə qayıdıb və buradakı məktəbdə müəllim işləyib. 1990-cı illərdə Borçalıda baş vermiş məlum olaylardan, sonsuz təqib və təzyiqlərdən sonra minlərlə soydaşımız kimi Bayram Qaralov da məcburən doğma Odlar Yurdu Azərbaycana pənah gətirib. Hazırda Bakı şəhərində yaşayıb-yaratsa da, qəlbi daim Borçalı ilə, Başkeçidlə döyünür, yaradıcılığının əsas qayəsini də elə Borçalı, Başkeçid mövzusu təşkil edir...1980-ci illərdən poeziya yaradıcılığına maraq göstərən Bayram Qaralovun şeirlərindən nümunələr "Trialeti", "Sovet Gürcüstanı" (indiki "Gürcüstan"), "Təhsil", "Elm və Təhsil", "Ziya", "Borçalı", "Səs", “Şərqin səsi” və s. qəzetlərdə, "Dan ulduzu" (1987), “Addımlar” (1995, 1996), “Zirvə” (2015-2022), “Zirvəyə ucalanlar”, “Zəfər”, “Zəfəri qazananlar”, “Vətən”, “Canım Azərbaycanım”, “Odlar yurdu Azərbaycan”, “Qara Arxac” (2020-2023), və s. poeziya antologiyalarında və ədəbi məcmuələrində işıqüzü görüb. 2013-cü ildə “Bülbülü gülə tapşırın” adlı ilk şeirlər kitabı nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib. Kitabın məsləhətçisi: Rüstəm Kamal, Redaktoru: Ehtiram İlham, Rəssamı və ön sözün müəllifi: Məmməd Dəmirçioğlu, Nəşrə hazırlayanı isə: Ramiz Hümmətovdur.Kitabda müəllifin müəllif illərində qələmə aldığı şeirlərlə yanaşı, publisistik yazılarından nümunələr də toplanıb. Bayram Qaralovun oxucularla ilk görüşü - “Bülbülü gülə tapşırın” adlı kitabı oxucular tərəfindən maraqla qarşılanıb.Bu günlərdə isə qələm dostumuz Bayram Qaralovun “Təki sağlıq olsun” adlı ikinci kitabı çapdan çıxıb. (Kitabın nəşrə hazırlayanı: Rəfail İncəyurd, Redaktoru: Ehtiram İlham, Rəssamı: Nevai Metindir.) Bu kitabın da oxucular tərəfindən böyük maraqla qarşılanacağına əminik.Biz də dəyərli qələm dostumuz Bayram Qaralovu yeni kitabının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir, ona yeni-yeni uğurlar arzulayırıq. Aşağıda isə Məmməd Dəmirçioğlunun və Rəfail İncəyurdun həmin kitablara yazdıqları "Ön söz"ləri və şairin bir neçə şeirini dəyərli oxucularımıza ərmağan edirik.Müşfiq BORÇALI,ZiM.Az BİR AZ SEVGİ, BİR AZ İŞIQ...Ön sözGöz görüb, könül duya bilsə, dünyada xəlq olunan canlı və cansız hesab etdiyimiz hər nəsnədən, hər varlıqdan bir poeziya işığı axır. İnsan əlinin yaratdığı ən xırdaca əşya belə yaradıcılıq işidir əslində. Əgər ora bir az sevgi, bir az işıq qatılıbsa.Yalnız könül pıçıltılarını qələmə alan uca ruh və könül sa-hiblərinin də şeirlərində bir ürək döyünür, hər misrasından şeiriyyət işığı boylanır. Bir gün utana-utana, SÖZÜN xofundan çəkinə-çəkinə, duyğularını, qayğılarını, ağrılarını Bayram müəl-lim qoşma-gəraylı adlı dədə-baba odalarımıza yığmaq istədi. Onun riyaziyyatçı məntiqi sözün məntiqi qarşısında duruş gətirə bilmədi...Gözəl, əlim dəyən o məxmər donla, Daranıb, bəzənib tellənəndə gəl. “Nə vaxt açılacaq qızımın bəxti?”-Ananın arzusu dillənəndə gəl.Ürək sözlərimi özün bilirsən, Tərif yazmağıma hərdən gülürsən,Cavab gözləyirəm nə gec gəlirsən?Bulağın ətrafı güllənəndə gəl.Deyirlər hər kitab bir övladdır. Bu belədir. Amma mən elə hesab edirəm ki, Bayram müəllimin ən böyük yaradıcılıq uğuru, gənc olmasına baxmayaraq millətimizin dəyərli oğulu, artıq mət-buatda imzası ilə seçilən, davranışı, əxlaqı ilə hamımızın sayqı və sevgimizi qazanmış olan Həmid Ormanlıdır.Bayram müəllim bülbülü gülə tapşırdığı kimi, Həmidi də bizə tapşırıb. Və bu yerdə səmimi etiraf edim ki, Həmidin sevib əziz-lədiyi, içi mən qarışıq bir neçə şairin şeirlərini Həmid kimi gənc, qədir bilən bir adama tapşırmalıyıq... Özünün dediyi kimi;Ulu Tanrımızdan arzum budur ki,Bülbülü çəmənə, gülə tapşırın.Ümumən götürsək, hər bir yazı-pozu adamının yazdıqları onun özünə oxşayır. Həmidin təbirincə desək, ədəbiyyatda heç bir iddiası olmayan Bayram müəllimin yazdıqlarıyla sadəcə sevdiyi təbiəti, dağı, otu, suyu, gülü və eyni zamanda könlünə yatan insanları tərənnüm etmişdir. Şeirləri oxuyarkən gözümü tutan, dilimə yatan, ruhumu oxşayan bu misralar yadıma düşdü:Görmüşəm həyatın boran, qarını,Zəhmətlə dərmişəm payız barını, Bələyə bükülmüş arzularımı,Həyata qatmamış ölən deyiləm.Mübarək kitabına söz yazmaq məsuliyyəti mənim boynuma düşdü. Mənə elə gəlir ki, İşıq üzü görən hər kitab, pərvazlanaraq yuvasını tərk edən bir quş balasına bənzəyir və uça-uça hər könüldə bir yuva qururlar.Bayram müəllim bülbülü gülə tapşıran kimi, onun kitabını da qədirbilən, söztanıyan oxuculara tapşırıram. Allah yarınız-yar-dımçınız olsun!Məmməd DƏMİRÇİOĞLUMƏNƏVİ EHTİYACYaşına görə ağırtaxtalı, ağıllı, milli, şirin dilli Həmid Ormanlını (elə qardaşı Gündüzün də tanınma çevrəsi bütün parametrlərinə görə onunkundan heç də çəkərək deyil!) yetirən ailənin təhər-tövrünü bilmək istəyəndə atası Bayram müəllim haqqında aralıdan-aralıya eşitmişdim, bir-iki dəfə qaçaraq rastlaşmışdıq da. Günlərin bir günü (bu yaxınlarda) zəngləşib görüşdük, evlərinə getdim. Borçalı xanım-xatını, gülər üzlü, mehriban ömür həmdəmi Humay xanımı da yaxından tanıdım. Təəssüratım bütövləşdi.Cənnətlik Məmməd Dəmirçoğlunun urvatladığı ilk (elə bunu kimicə yığcam) kitabını da onda gördüm. Yeri gəlmişkən, bu kitabönü girişindən sonra Məmmədin o kitaba yazdığı ön sözü də heç nəyinə toxunmadan təkrar təqdim edirik. "Bülbülü gülə tapşırin" adlı kitabını bir daha varaqlamadan öncə bir xeyli arandan-dağdan danışıb özümüzün könül dünyamızı, könül kitabımızı varaqladıq. Və çox yaxışı anladıq ki, biz kimik- hardan gəlib, hara gedirik. Akif Səmədlə dostluğundan, xatirələrindən ağızdolusu danışanda bildim ki, gənc Həmidin Akiflə yazışmalarının və fanatik əqidə bağlantısının bünövrəsi hardan gəlir!Bayram müəllimin - Bayram Qaralovun qısa ömürlük fraqmentini kitabın arxa üzündə vermişik.Təkrarlamadan deyim ki, o, bütün varlığınnan, düşüncəsi, əxlaqı, həyat tərzinnən Borçalı aşiqidi və elə-obaya çox bağlıdı. Özü Bakıda olsa da xəyalı, düşüncəsi daim oralardadı - Ormeşəndədi. İstedadlı adamdı, ünsiyyətcil, söhbətcil adamdı. Şeiri də ona görə yazır ki, şeir yaza bilir və yaddaşında, həyatında olan kimsələri, nəsələri şeirə gətirmək ehtiyacından qaça bilmir. Şeirinin qəhrəmanları tanıdığı, sevdiyi və ömrünün bir parçası olan insanlardı, yuxusundan çıxmayan yerlərdi. Onlardan yazır və şirincə də yazır. Özündən müştəbeh, iddialı bir xeyli şairlərdən nəyi əskikdi ki?! Şeirlərindən nümunə göstərmirəm ki, mövzular bölmələrdə ayrı-ayrı sıralanıb və özünü oxudan bu balaca kitabı əminəm ki, özünüz oxuyacaqsınız.Bayram müəllimin texniki təhsili, savadı, gerçək ziyalılığı da görüntülüdü. Bu fikir kitabda az bir qismi verilsə də, dövrü mətbuatda geniş çap olunmuş çoxsaylı publisistik və elmi məqalələrində boy göstərir, təsdiq olunur.Və bir də onu bilirəm ki, Bayram müəllim də bütün yaxşı adamlar kimi xatirələr yaşadır və xatirələrdə yaşamaq amacındadı. Bu kitab da elə onnan ötrüdü. Amma yazılası çox şey qalır və hamımız Bayram müəllimdən yeni yazılacaqlar gözləyirik.Təki, sağlıq olsun!Rəfail İNCƏYURD BORÇALI Tarixi əzəldi, təbiəti xoş,Axarlı-baxarlı eldi Borçalı.Dövranlar adlayıb, zamanlar keçib,Əmrahın sazında dindi Borçalı.Saraclı Söyünü dillər əzbəri,Ustad Kamandarı sazın gövhəri,Dolaşır şöhrəti Təbrizdən bəri,Ulu ozanlara yöndü Borçalı.Ölməz Şaiqi var, Nərimanı var,Zəlimxan Yaqub tək fenomeni var,Hələ yazılmamış dastanları var,Dərin dəryalarda gildi Borçalı.Alimi bəllidi - Zahid Xəlilov,Baş nazir olubdu - Həsən Seyidov,Naşiri məşhurdu - Müşfiq Çobanov,Bir az "kövrəlibdir" indi Borçalı.Yenilməz əvvəlki əzəmət, qürur,Bilin, ellərimiz yerində durur,Cavanlar yenidən yurd-yuva qurur,Gözümün yaşını sildi Borçalı.Başkeçid dağları baş-başa durur,Sarvanda gözəllər min büsat qurur,Alın yazısıdır-əzəmət, qürur,Açılan sabaha dandı Borçalı.Sərin bulaqları var qoşa-qoşa,İçdikcə adamı gətirir cuşa,Bir cüt göz istərəm edə tamaşa –Geniş dünyamızda güldü Borçalı.Ayrılmaq çətindi, qəriblik dərddi,Namərdi olmayıb, həmişə mərddi,Qiblədi, səcdədi, pirdi, məbəddi,Sevən ürəklərə dindi Borçalı.Ormeşən qoynunda bir cənnət guşə,Darvazın dörd yanı yamyaşıl meşə,Bayramın könlünü gətirir cuşa,Canında ömürlük candı Borçalı.A DAĞLARƏləsgər babamın tərifi, sözü, Məclisə bəzəkdi, bilin, a dağlar. Vurğunun dastanı ürəklərdədi, Sevinin, a dağlar, gülün, a dağlar.Qoynunda göz açdım bu yurda, elə, Dağların oğluyam, qoy dünya bilə. Hüsnünü vəsf edib, gəlirəm dilə, Nə xoşdur hər ayın, ilin, a dağlar.Biçinçinin səsi, gülün nəşəsi, Açılsın səhərin parlaq şöləsi, Məst edər qonağın olan hər kəsi, Şirindi, şəkərdi dilin, a dağlar.AY BAHARƏn əziz günümüz Novruz gəlibdi,Mənim də üzümü güldür, ay bahar.Ramazan ayıdı arzular çatırSevinci gizlətmə, bildir, ay bahar.Başımız ucalıb tonqallar yanır,Çərşənbə günüdü torpaq oyanır,Uzaqdan bir gözəl bizə boylanır,Sazın tellərini dindir, ay bahar.Hər tərəf geyinir yaşıl paltarıBulaqda gözləyir utancaq yarıBayramın dağlara düşər güzarıKəhəri yəhərlə mindir, ay bahar.20.03.2024MƏDƏD MÜƏLLIMƏ Akademik Mədəd ÇobanovaTuran ellərində sevilən alim, Uğurlu kitablar yazıbdı Mədəd. Keçilməz yollarda izini salıb, Qələmlə dərinlik qazıbdı Mədəd.Maşallah, dağ kimi ucada durur, Xeyriyyə işinə fondunu qurur. Silahı əlində ovluğu vurur, Yüksək adlarını qazanıb Mədəd.Yelkənli gəmidi, dəryada üzür. Qartal kimi qalxıb səmada süzür. Daha sıx birləşək, xəritə düzür, Dərin dəryalarda üzübdü Mədəd.BULAQDADIR Bir inci saflığı, könül xoşluğu,Gündüzlər-gecələr bil budaqdadır.Axtarsan taparsan könül sevəni,Xəbərlər, zarafat, dil budaqdadır.Sözləşmə, gözləşmə, nə bilim nələr...Dolanıb aləmi mələklər gəzər;Ceyranlar su içər, quzular mələr,Oyan, ay “dilbilməz”, gül budaqdadır.Şırıl-şırıl axır, geriyə baxmır,İldırım ötüşüb, şimşək də çaxmır,Göy qurşağı yerə tökülüb axmır,Aylar günə dönür, il budaqdadır.ŞAİR Xalq şairi Zəlimxan Yaqubun Yaradıcılıq gecəsinəBaşda rəhbər gülə-gülə,Gözəl məclis quran şair.Saz götürüb, əsər yazan,Telə sığal vuran şair.Oxudu Dədə Kamandar,Sərxanımdan gətirdi qar,Koroğlunun nişanı var,Bığlarını buran şair.Bayram sevər haqq işini,Yada salar keçmişini,Allah saxlar nər kişini,Xalqa arxa duran şair.ÇƏKİR Müşfiq Borçalıya həsr edirəmYazıb yaratmağa ilham gələndə,Fikir toxum olur, söz-sözü çəkir.Bulaqlar qaynayır, sular durulur,Baxışlar toqquşur, göz-gözü çəkir.İşıq tutanımız Müşfiq Çobanlı,Hər qələm əhlinə olub amanlı.Cavanca bir dağdır - başı dumanlı,Ocağı çatdıqca köz-közü çəkir.Nizami Saraclı sayğısın deyib,Şairdi, hərbiçi libasın geyib,Doğma Borçalıda duz-çörək yeyib,Ana torpağına od özü çəkir.Xıdır Orucoğlu söz xiridarı,“Müşfiq!” - şeiridir dövləti, varı,İstedadla zəhmət yarıbayarı,İdeya, qafiyə yüz-yüzü çəkir.Abbas Cəbrayıllı murada yetdi,İlk kitablarına dualar etdi,Hamı mərd igidin yanına getdi,Bayram, bu minvalla düz-düzü çəkir.ŞAİRXaqani Qayıblının 60 illik yubileyinə!Qazaxda bərkiyib, sözdən yapışdı,Qaraçöp ruhunda danışan şair.Turan ellərində atını çapıb,Yaxşı adamlara qarışan şair.Veteran gələndə canlı görüşdük,Sevinib bir yerdə deyib, gülüşdük,Qələbə ətrini belə bölüşdük,Toya çağır deyib, çalışan şair.Sazına-sözünə vuruldum mən də,İbrahim oxudu, Qorxmazım dindi.Həmidin məclisi belə şirindi,Gündüzüm keçikir barışan şair.11.03.2024***İctimai xadim yaradıb-yazır,Vacib əməllərə olur müntəzir.Ad günü Bakıda vüqarla gəzir,Ədalət eşqinə alışan şair.Cənubi Qafqazın əsas sərvəti,Orta Dəhlizin də işləri qəti,Xoşbəxt görmək istər bu məmləkəti,Turanın yolunda vuruşan şair.14 .03.2024İLKNURATU-nun əlaçı tələbəsi, qrup nümayəndəsi İlknur Nofəl qızınaYüksək balla qəbul oldu,Gözəllərin gözü İlknur.Hər bir işdə lider olur,El-obanın sözü İlknur.Gecə yağan qar kimidir,Bar gətirən nar kimidir.Zəngin bilik,var kimidir,Bacarandı özü İlknur.Milli rəqsi ifa edir,Vaxt tapanda məşqə gedir.İstəyinə asan yetər,Gur ocağın közü İlknur.Həkim kimi hey çalışır,Əməliyyata alışır.Konsilyuma qarışır,Açıqlayır düzü İlknur.Tələbələr deyib-gülür,Kitabları əzbər bilir,Ancaq faktı deyib dinir,Dönməz olur üzü İlknur.İlk nurumuz işıq saçır,İbn Sinadan söhbət açır.İdman vaxtı öndə qaçır,Sağlamlığın izi İlknur.Hər kəsin dilini bilir,Mehribandı,şirin gülür.Danışanda dürr tökülür,Sevindirir bizi İlknur,Qoy haqlasın yüzü İlknur.27.10.2023ZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.