“Qazilər” kitabının təqdimat mərasimi keçirilib Yeni nəşrlər 13 сентября 2021 Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin ideoloji işlər üzrə müşaviri, AYB və AJB-nin üzvü, tanınmış şairə və jurnalist Nəsibə İsrafilqızının təşəbbüsüylə AVMVİB Səbail rayon şöbəsinin Akt zalında Sara Göyçəlinin “Qazilər” kitabının təqdimat mərasimi keçirilib.Şairə-publisist Nəsibə İsrafilqızı dəfələrlə 44 günlük Vətən müharibəsi iştirakçıları ilə bağlı belə tədbirlərin keçirilməsinin təşəbbüskarı olub.Mərasimin əvvəlində Qarabağ torpaqlarının azadlığı uğrunda döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Mərasimdə “Qazilər” kitabının müəllifi Sara Göyçəli çıxış edərək qələmə aldığı kitab üzərindəki yaradıcılıq prosesindən bəhs edib.Qeyd edək ki, yeni çapdan çıxan “Qazilər” kitabında ağır, əzablı və rəşadətli döyüş yolu keçən Vətən müharibəsinin 64 iştirakçısı haqqında söhbət açılır.Mərasimdə şairə Nəsibə İsrafilqızı bildirib ki, bundan sonra da bu istiqamətdə təşəbbüslərini davam etdirəcək.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.