Dənizçi-şair Səxavət Ənvəroğlunun beşinci kitabı Yeni nəşrlər 24 мая 2021 Səxavət Ənvəroğlu (Seyidməmmədov) dənizçi-şairdir. O,1964-cü ildə respublikamızın dilbər guşələrindən olan Quba rayonun Qımıl kəndində anadan olub. 1981-ci ildə orta məktəbi, 1984-cü ildə Azərbaycan Dənizçilik Akademiyasının (keçmiş Qafur Məmmədov adına Bakı Dəniz yolları məktəbi) Gəmi güc qurğularının istismarı şöbəsini mexanika ixtisası üzrə bitirib.Hələ gənc yaşlarından bədii yaradıcılıqla məşğul olan S.Ənvəroğlu peşəsi ilə əlaqədar olaraq ömrünün 40 ilə yaxın dövrünü qürbətdə- Sakit, Atlantik və Hind okeanlarının sularında üzməklə keçirib. Təsadüfi deyildir ki, “Munbay”, “Camnaqar-Badi” (Hindistan), “Süveys” (Qırmızı dəniz), “Riyeka”, “Poçeta” (Xorvatiya), “Messaiye” (Qətər),”Amsterdam”, “Rotterdam” (Hollandiya), “Xerson” (Ukrayna), “Hayfa” (İsrail), “Becaiyə” (Əlcəzair), “Steningsund” (İsveç), “Yalta” (Qara dəniz), “Kolombo” (Şri-Lanka), “Batumi” (Gürcüstan), “İstanbul”, “İskəndərun” (Türkiyə), “Somarinda” (İndoneziya), “Vilhelmshafen” (Almaniya), “Riqa” (Latviya), “Məkkə”, “Malakka boğazı”, “la-Manş boğazı” , “Ədən körfəzi”, “Bosfor boğazı” və s. yerlər onun şeirlərinin doğum ünvanlarıdır.“Gedirəm...” şairin “Ürək məndən inciyibdir”(2006), “Sən olacaqsan”(2014), “Dünyanın işindən baş açmaq olmur” (2017) və “Sətir-sətir oxu məni” (2018) kitablarından sonra oxucularla növbəti-beşinci görüşüdür.Sonuncu iki kitabın redaktoru – Bakı Dövlət Universitetinin dosenti, şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin üzvi Anar Məmmədov Səxavət Ənvəroğluya və yaradıcılığına yüksək qiymət verərək yazmışdır: “S.Ənvəroğlu yaradıcılığı ilə tanış olduqda, şeirlərinin məhz üzdüyü sonsuz ümmanlardan, göy ləpələrdən ruhlanaraq yazıldığına əsla şübhə yeri qalmır. Şair dənizi özünün beşiyi, sahilləri isə bəxtinin aynası hesab edir. Şairin ömrünün böyük bir hissəsi qürbətdə,sularda üzməklə keçib. Lakin hara üz tutubsa qəlbində, ruhunda Azərbaycan sevgisini aparıb və dalğalar sahilə can atan kimi o da həmişə geriyə-Vətənə can atıb, ürəyi vətən eşqi ilə alışıb-yanıb”.Bəli, son dövr ədəbiyyatımızın mövzu, həmçinin janr müxtəlifliyinin önündə, bunların qarşılıqlı əlaqəsində diqqətəlayiq cəhətlər çoxdur. Bu isə birinci növbədə şeirimizin yaşlı və orta nəslinin adı ilə bağlıdır. Bu sırada Qubada fəaliyyət göstərən A.A.Bakıxanov adına “Gülüstan” elmi-ədəbi məclisinin fəal üzvlərindən biri Səxavət Ənvəroğlunun özünəməxsus yeri vardır. S.Ənvəroğlu bir sıra dəyərli poeziya nümunələri ilə ədəbiyyatımıza yeni motivlər,orijinal obrazlar gətirmişdir. “Gedirəm...” kitabındakı şeirlərinin mövzusu maraqlı və rəngarəngdir: vətəndaşlıq qürurundan qidalanan insan ləyaqəti, yurd-yuvasına bağlılıq, xalqa məhəbbət, ana təbiətə məftunluq, zəhmət adamlarına hörmət, xeyirxahlıq tərənnümü, dostluq, ana-ata müqəddəsliyi, daxili-psixoloji hadisələrin təsviri, mərdanəliyi, bədii cəhətdən diqqəti cəlb edən şeirləri ilə poeziyamızın zənginləşməsinə çalışan S.Ənvəroğlu bu gün də eyni əhvali-ruhiyyə, eyni gənclik eşqi ilə yaşayır, xalqımızın bədii salnaməsinə solmaz incilər bəxş edir. Bütövlük, əyilməzlik psixologiyasına malik olan S.Ənvəroğlunun öz mənəvi xüsusiyyətlərindən irəli gələn mərdlik, xalqa bağlılıq kimi duyğuları qələmindən çıxan bütün şeirlərdə bədii boyalarla hopdurur.Təsadüfi deyildir ki, nəğməkar şairimizin xeyli sayda şeirlərin Məryəm Səhər, Nərgiz Mahmudzadə, Zamiq Cənublu, Seymur Cəlilabadlı və başqa müğənnilərimiz tərəfindən sevə-sevə ifa olunur.Qürbətin ağrı-acısını yemiş şairin Türkiyənin İskəndurun limanında olarkən yazdığı “Yarımadın” şeirində dediyi sözlər sınmış bir qəlbin xoşbəxt günlər barədə pıçıltı fəryadıdır:Zaman qəlbimizi nə yaman əydi,Nələrə tuş gəldik, nələr yaşadıq.Qəfil qapımızı ayrılıq döydü,Sevinci duymadan kədər daşıdıq. Mövzunun tragik xarakteri kədərli hisslərin təsvirinə səbəb olur. Qürbət kədəri şairi xarici səfərlərin elə ilk illəri çulğalamışdı. Bəli, “ömrə gilə-gilə sızan ayrılıq” onu “dağlara, daşlara salır”. Şri-lankanın Kolombo sahillərində gecələdiyi günlərin birində boya-başa çatdığı doğma Qımıl kəndi yada düşür, onun buz bulaqları, Qudyalçayın həzin zümzüməsi, tarixi rəvayətlərlə bağlı qayaları üçün burnunun ucu göynəyir :Xəyanət önündə alınmaz qala,Baş əyər gələndə dosta, qonağa.Aldanmaz yalançı şöhrətə, vara,Özəyi vəfadan quran kəndimiz. Səxavət Ənvəroğlu yaradıcılığında poetik ölçü hissi onun özünün təkrarlamasının qarşısını alan ilkin və ümdə səbəblərdəndir. Odur ki, onun poeziyasına yüksək və səmimi hisslər hakimdir :Səxavətəm, qorxum yoxdur fələkdən,Hər sözümü keçirdərəm ələkdən.Torpağına fəda olub ürəkdən,Qovuşaram sənin üçün, ey Vətən! “Ey vətən” S.Ənvəroğlu vətəndaş bir şairdir. O, bu adla həmişə fəxr edir. Vətəndaşlıq hər şeydən uca şan və şöhrət işidir. Bu keyfiyyətlər S.Ənvəroğlu yaradıcılığının əsas qayəsini təşkil edir. Səxavət yaxşı bilir ki, şair hər şeydən əvvəl vətəndaşdır, xalqın, vərənin oğludur. O, dövrümüzün, yaşayışımızın hər bir çalarına zamanın gözü ilə baxmağı, hadisələri təsvir etməyi bacarmalıdır. Şairin ürəyindən qopub gələn misralara diqqət yetirək :Mərdlər diyarıdır yurdum,ocağım,Qürur mənbəyidir üçrəng bayrağım.Sevgiylə ucalıb vətən torpağım,Arzudur, meyardır Azərbaycanım.Vətən qibləgahım, andım, imanım,Alovlar məskəni ulu məkanım.Eşqiylə qaynayır damarda qanım,Şərqdə bir bahardır Azərbaycanım. “Azərbaycanım” İstedadlı şair Səxavət Ənvəroğlu yaradıcılığının yeni inkişaf mərhələsindədir. İnanırıq ki, onun “Gedirəm...” kitabı da uğurlu bir sənət addımı kimi qarşılanacaqdır.Şixəmməd Seyidməmmədov,ADPU-nun Quba filialının “Təbiət fənnləri və onun tədrisi metodikası” kafedrasının baş müəllimi,Qubada fəaliyyət göstərən “Gülüstan” elmi-ədəbi məclisinin sədri,Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.