Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib TƏBRİK EDİRİK!..

Azərbaycan Universitetinin professoru,
tanınmış ədəbiyyatşünas-alim Asif Hacıyevin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (МГУ) Asiya və Afrika Ölkələri İnstitutunun keçirdiyi ənənəvi “Dmitriyev oxuları” XXVII Beynəlxalq konfransına təqdim etdiyi “Ahıska türklərinin sürgün folklorunun folklor-ədəbiyyat sinkretizmi və janr tipologiyası” mövzusunda geniş həcmli məqaləsi bu tədbirin materiallarını əhatə edən “Türk filologiyası məsələləri” məcmuəsinin XIII buraxılışında dərc edilib.

Müxtəlif ölkələrdən türkoloq alimlərin iştirak etdiyi bu beynəlxalq elmi tədbirə konfrans təşkilatçılarının şəxsi dəvəti ilə qatılmış Asif Hacıyevin məqaləsində türk sürgün folkloru və ədəbiyyatı xüsusi ədəbi-estetik anlayış və aktual elmi məsələ kimi ilk dəfə irəli sürülərək əsaslandırılıb.
Ahıska türklərinin sürgün folklorunun tarixi-siyasi və ədəbi-estetik qaynaqları, funksional, semantik, struktur xüsusiyyətləri, janr tipologiyası, mövzu və məzmun, təhkiyə və üslub özünəməxsusluğu araşdırılıb.


Məqalədə, Ahıska türklərinin etnik mədəniyyəti və folkloru haqqında ilk məqalə və kitabların müəllifi olan professor Asif Hacıyevin 1980-ci illərin ortalarından başlayaraq topladığı Ahıska türklərinin folklor və ədəbi mətnləri təhlil edilib. Məruzəçi göstərib ki, 1944-cü ildə sovet rejimi tərəfindən öz vətənlərindən deportasiya edilmiş, hazırda dünyanın ondan çox ölkəsində məskunlaşmış Ahıska türklərinin sürgün folkloru bu toplumun milli kimlik şüurunun, tarixi yaddaşının, etnik mədəniyyətinin qorunmasında həlledici rol oynayır. Lakin deportasiya şəraitində folklorda köklü evristik, funksional, tipoloji, poetik dəyişikliklər baş verib, şifahi və yazılı yaradıcılıq, folklor və ədəbiyyat meyarları qovuşub, xalq yaradıcılığının ədəbi-estetik, sosial-psixoloji, etnik-mədəni, etnik-pedaqoji və digər funksiyaları xeyli genişlənib. Azərbaycanda yaşayan Ahıska türklərinin xalq yaradıcılığında sürgün reallıqları ilə yanaşı, Azərbaycan gerçəkliyi, xüsusən Qarabağ savaşı ilə bağlı mövzular, Azərbaycan ədəbiyyatını təsiri də əhəmiyyətli yer tutub. Ahıska türklərinin sürgün folklorunun funksional aspektlərini, poetik özəlliyini, ideya-tematik, janr, üslub, təhkiyə, kompozisiya xüsusiyyətlərini təhlil və təsnif edən müəllif, deportasiyaya məruz qalmış digər türk xalqlarının, o cümlədən Azərbaycan və Krım türklərinin, qaraçay və balkarların, urumların oxşar mətnlərinin müqayisəli tədqiqi üçün nəzəri-metodoloji müddəalar təqdim edib.

ZiM.AZ

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Azərbaycan Universitetinin professoru Asif Hacıyevin kitabları “Amazon”da s ...

Azərbaycan Universitetinin professoru Asif Hacıyevin kitabları “Amazon”da s ...

Yeni nəşrlər, Digər ali məktəblər, "Elm və Təhsil", Turan
Beynəlxalq simpoziumda “Ahıska türkləri Azərbaycanda” mövzusunda məruzə din ...

Beynəlxalq simpoziumda “Ahıska türkləri Azərbaycanda” mövzusunda məruzə din ...

Turan
Professor Asif Hacıyevin Rusiyada  yeni dərs vəsaitləri dərc edilib

Professor Asif Hacıyevin Rusiyada yeni dərs vəsaitləri dərc edilib

Yeni nəşrlər, Digər ali məktəblər, Rusiya
Azərbaycan Universitetində Axısqa türkləri ilə görüş keçirilib

Azərbaycan Universitetində Axısqa türkləri ilə görüş keçirilib

Digər ali məktəblər, Turan
Professor Asif Hacılının yeni monoqrafiyası dərc olunub

Professor Asif Hacılının yeni monoqrafiyası dərc olunub

Yeni nəşrlər, Digər ali məktəblər
Professor Asif Hacıyevin kitabı haqqında Rusiyada resenziya dərc olunub

Professor Asif Hacıyevin kitabı haqqında Rusiyada resenziya dərc olunub

Yeni nəşrlər, Digər ali məktəblər, Borçalı, Dünya, Rusiya
Doğum gününüz mübarək, hörmətli professor ASİF HACIYEV!..

Doğum gününüz mübarək, hörmətli professor ASİF HACIYEV!..

Borçalı, Təbriklər
Azərbaycan aliminin monoqrafiyası Almaniyada dərc olunub

Azərbaycan aliminin monoqrafiyası Almaniyada dərc olunub

Yeni nəşrlər, Digər ali məktəblər, Borçalı, Avropa
Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” kitabının təqdima ...

Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” kitabının təqdima ...

Yeni nəşrlər, Digər ali məktəblər, Borçalı
Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” adlı yeni kitabı  ...

Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” adlı yeni kitabı ...

Yeni nəşrlər, Digər ali məktəblər, Borçalı
Salidə Şərifova: Azərbaycan ədəbiyyatşünaslığı: əsas tədqiq obyektləri və t ...

Salidə Şərifova: Azərbaycan ədəbiyyatşünaslığı: əsas tədqiq obyektləri və t ...

Ədəbiyyat, Ədəbiyyatşunaslıq
AMEA-nın müxbir üzvü Muxtar İmanov - 60

AMEA-nın müxbir üzvü Muxtar İmanov - 60

Elm, "Zirvə", Təbriklər
Professorumuz Asif Hacıyev Türkiyənin Erciyəs Universitetində səfərdə olub

Professorumuz Asif Hacıyev Türkiyənin Erciyəs Universitetində səfərdə olub

Digər ali məktəblər, Turan
AMEA-da

AMEA-da "Azərbaycan folklorunun funksional strukturunun multidissiplinar p ...

"Zirvə", Folklor
Professor Yeganə İsmayılovanın tərtibatı ilə “Koroğlu” dastanının Vəli Xulu ...

Professor Yeganə İsmayılovanın tərtibatı ilə “Koroğlu” dastanının Vəli Xulu ...

Humanitar elmlər, BDU, Folklor, Ədəbiyyatşunaslıq
Azərbaycanlı professor  Asif Hacıyev Rusiya ali təhsil müssisələrinin tələb ...

Azərbaycanlı professor Asif Hacıyev Rusiya ali təhsil müssisələrinin tələb ...

Yeni nəşrlər, Digər ali məktəblər, Borçalı, Rusiya
Gənc alimin məqaləsi “Kardaşlık” jurnalında dərc olunub

Gənc alimin məqaləsi “Kardaşlık” jurnalında dərc olunub

Naxçıvan, Folklor, Turan
Elmar Həsənov: Gürcüstanın Xocalı soyqırımını tanınmasına siyasi şərait yar ...

Elmar Həsənov: Gürcüstanın Xocalı soyqırımını tanınmasına siyasi şərait yar ...

"Borçalı" Cəmiyyəti
Filologiya Problemləri üzrə Elmi Şuranın iclasında 18 dissertsiya mövzusu t ...

Filologiya Problemləri üzrə Elmi Şuranın iclasında 18 dissertsiya mövzusu t ...

Humanitar elmlər
Bakı Slavyan Universitetinin rektoru A.S.Puşkin medalı ilə təltif edilib

Bakı Slavyan Universitetinin rektoru A.S.Puşkin medalı ilə təltif edilib

BSU, Təbriklər
Rəy yazın: