Professor Asif Hacıyevin kitabı haqqında Rusiyada resenziya dərc olunub

Professor Asif Hacıyevin kitabı haqqında Rusiyada resenziya dərc olunub Azərbaycan Universitetinin professoru Asif Hacıyevin Almaniyanın LAP LAMBERT Academic Publishing beynəlxalq nəşriyyatı tərəfindən dərc edilmiş “Rus nəsrinin mifopoetikası. XX əsrin ikinci yarısı” (2018) adlı monoqrafiyası haqqında Rusiyanın nüfuzlu “Nauçnıy dialoq” (Научный диалог) jurnalında müsbət resenziya dərc olunub. Resenziyanın müəllifi Rusiya Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının professoru, filologiya elmləri doktoru Darya Borisovna Tereşkinadır.

Rusiyalı professor XX əsrin ikinci yarısı rus nəsrinin mifoloji poetikasına həsr olunmuş monoqrafiyada bu məsələnin nəzəri və praktik məsələlərinin vəhdətdə tədqiq edildiyini qeyd edərək, bildirir ki, Asif Hacıyev bədii obraz, müəllif, kompozisiya, süjet, xronotop, janr kimi nəzəri anlayışları və Vasiliy Şukşin, Vasliy Belov, Valentin Rasputin, Vladimir Makanin, Anatoli Kim, Çingiz Aytmatov, Timur Pulatov və digər rus və rusdilli yazıçıların əsərlərini mifopoetika baxımından araşdırmış, şəxsi elmi qənaətini təqdim etmişdir.

ZiM.Az xəbər verir ki, rəydə təcrübəli alim-müəllim tərəfindən yazılmış monoqrafiyanın elmi-nəzəri dəyəri ilə yanaşı, tədris üçün də əhəmiyyəti qeyd olunur, tədqiqatın poetika məsələləri ilə bərabər, həm də XX əsrin ikinci yarısında rus yazıçılarını narahat edən mənəvi məsələləri əhatə etdiyi bildirilir. Rusiyalı professor vurğulayır ki, monoqrafiyada janr, personaj, süjet və kompozisiya kimi ilk baxışda sırf nəzəri anlayışların təhlili də mənəvi məsələlərin məhvərində aparılır, bu poetik anlayışların semantik mənaları aşkarlanaraq şərh edilir. Bu baxımdan rəyçi Asif Hacıyevin V. Şukşin, V. Astafyev, V.Rasputin kimi yazıçıların əsərlərinin mifoloji poetikası, qəhrəmanları, arxetip mənaları, kompozisiya, topika, bədii zaman və məkan xüsusiyyətləri haqqında mülahizələrini və qənaətini elmi tapıntı adlandırır.

Professor D.B.Tereşkina azərbaycanlı alim tərəfindən aparıcı rus yazıçılarının əsərlərində sovet nəsrinin “avtoritar” xəttindən fərqli, rus xəlqi dünyagörüşünə, dünya mənzərəsinə və xalq fəlsəfəsinə əsaslanan semantik məsələlərin tədqiqinə önəm verir, bir sıra anlayışların, eləcə də xronotop və digər poetik məfhumların mifopoetika baxımından məhz nəzəri tədqiqini xüsusilə vacib sayır.

Professor D.B.Tereşkina monoqrafiyanın rus ədəbiyyatına aid tədqiqatlarda nadir hallarda işıqlandırılan məsələnin – rus ədəbiyyatında digər xalqların, ilk növbədə türk xalqlarının nümayəndələrinin rus dilində yazılmış əsərlərinin rus ədəbiyyatına gətirdiyi üslublara həsr olunmuş fəslini də xüsusi əhəmiyyəti olan hissə kimi dəyərləndiri. Yekunda rusiyalı alim professor Asif Hacıyevin monoqrafiyasını rus ədəbiyyatının əbədi problemlərinə yeni baxışı ifadə edən dəyərli tədqiqat kimi yüksək qiymətləndirir.

Resenziyaya buradan keçid etmək olar:

[url=http://nauka-dialog.ru/assets/userfiles/5646/270-273_Tereshkina__ND_2019_1.pdf


ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Professor Asif Hacıyevin Rusiyada  yeni dərs vəsaitləri dərc edilib

Professor Asif Hacıyevin Rusiyada yeni dərs vəsaitləri dərc edilib

Yeni nəşrlər, Digər ali məktəblər, Rusiya
Azərbaycan aliminin monoqrafiyası Almaniyada dərc olunub

Azərbaycan aliminin monoqrafiyası Almaniyada dərc olunub

Yeni nəşrlər, Digər ali məktəblər, Borçalı, Avropa
Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Yeni nəşrlər, Digər ali məktəblər, Rusiya
Professor Asif Hacılının yeni monoqrafiyası dərc olunub

Professor Asif Hacılının yeni monoqrafiyası dərc olunub

Yeni nəşrlər, Digər ali məktəblər
Azərbaycanlı professor  Asif Hacıyev Rusiya ali təhsil müssisələrinin tələb ...

Azərbaycanlı professor Asif Hacıyev Rusiya ali təhsil müssisələrinin tələb ...

Yeni nəşrlər, Digər ali məktəblər, Borçalı, Rusiya
Azərbaycan Universitetinin professoru Asif Hacıyevin kitabları “Amazon”da s ...

Azərbaycan Universitetinin professoru Asif Hacıyevin kitabları “Amazon”da s ...

Yeni nəşrlər, Digər ali məktəblər, "Elm və Təhsil", Turan
Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” kitabının təqdima ...

Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” kitabının təqdima ...

Yeni nəşrlər, Digər ali məktəblər, Borçalı
Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” adlı yeni kitabı  ...

Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” adlı yeni kitabı ...

Yeni nəşrlər, Digər ali məktəblər, Borçalı
MÜŞFİQ BORÇALININ DİSSERTASİYASI BİTKİN, ORİJİNAL, ELMİ-NƏZƏRİ VƏ PRAKTİK Ə ...

MÜŞFİQ BORÇALININ DİSSERTASİYASI BİTKİN, ORİJİNAL, ELMİ-NƏZƏRİ VƏ PRAKTİK Ə ...

Humanitar elmlər, Elmi Məqalələr, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Professor Asif Hacıyevə BAŞSAĞLIĞI

Professor Asif Hacıyevə BAŞSAĞLIĞI

Nekroloqlar
“Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)”

“Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)”

Yeni nəşrlər, Humanitar elmlər, "Elm və Təhsil"
Bakı Slavyan Universitetinin rektoru A.S.Puşkin medalı ilə təltif edilib

Bakı Slavyan Universitetinin rektoru A.S.Puşkin medalı ilə təltif edilib

BSU, Təbriklər
Professorumuz Asif Hacıyev Türkiyənin Erciyəs Universitetində səfərdə olub

Professorumuz Asif Hacıyev Türkiyənin Erciyəs Universitetində səfərdə olub

Digər ali məktəblər, Turan
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Yeni nəşrlər
Doğum gününüz mübarək, hörmətli professor ASİF HACIYEV!..

Doğum gününüz mübarək, hörmətli professor ASİF HACIYEV!..

Borçalı, Təbriklər
Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası çap ...

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası çap ...

Yeni nəşrlər, Humanitar elmlər, TDPİ-nin Azərbaycan bölməsi
Azərbaycanlı alimlər Volqoqradda keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi  ...

Azərbaycanlı alimlər Volqoqradda keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi ...

Digər ali məktəblər, Rusiya
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ASİF MÜƏLLİM!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ASİF MÜƏLLİM!..

Təbriklər
AZƏRBAYCAN DRAMATURGİYASINDA “ATALAR VƏ OĞULLAR” PROBLEMİ İLƏ BAĞLI MONOQRA ...

AZƏRBAYCAN DRAMATURGİYASINDA “ATALAR VƏ OĞULLAR” PROBLEMİ İLƏ BAĞLI MONOQRA ...

Yeni nəşrlər, BDU
AzTU-nun professoru xarici elmi nəşrin redaksiya heyətinin üzvü seçilib

AzTU-nun professoru xarici elmi nəşrin redaksiya heyətinin üzvü seçilib

AzTU
Rəy yazın: