Gənc şair Eltun Mehdioğlunun ilk kitabı işıqüzü görüb

Gənc şair Eltun Mehdioğlunun ilk kitabı işıqüzü görüb
Gənc şair Eltun Mehdioğlunun ilk kitabı işıqüzü görüb Təbrik edirik!..

Bu günlərdə
qonşu
Gürcüstanda -
qədim
Borçalı mahalında
yaşayıb-yaradan
gənc və istedadlı şair
Eltun Mehdioğlunun
“Ömür” adlı
ilk şeirlər kitabı
nəfis şəkildə
işıqüzü görüb.

Kitabın ilk təqdimatı Marneulidə keçirilib.






Tədbirdə Gürcüstan
parlamentinin deputatı
Ruslan Hacıyev

gənc şairi
ilk kitabının
nəşr olunması münasibətilə
təbrik edərək,
bütün gənclərə
yaradıcılıq sahəsində
uğurlar arzulayıb
və həmişə onlara
dəstək olacağını
bildirib.



Gənc şair Eltun Mehdioğlunun ilk kitabı işıqüzü görüb



Marneuli rayon
bələdiyyəsinin sədri
Amiran Giorqadze

öz çıxışında
Eltun Mehdioğlunu
ilk şeirlər kitabının
nəşri ilə bağlı
ürək sözlərini bildirib.







Gənc şair Eltun Mehdioğlunun ilk kitabı işıqüzü görüb
Azərbaycanın
Əməkdar Jurnalisti
Nizami Məmmədzadə

gənc şairə çətin və
şərəfli poeziya yolunda
uğurlar arzulayıb və
ümid etdiyini
bildirib ki,
Eltun Mehdioğlu
gələcəkdə də
yeni kitabları ilə
oxucuların görüşünə
gələcək.

Eltun Mehdioğlu
əslən Marneulinin
Əzizkənd kəndindəndir.


Gənc şair Eltun Mehdioğlunun ilk kitabı işıqüzü görüb Tədbirdə
həmin kənddə
fəaliyyət göstərən
məktəbin müəllimi
Fərman İbrahimov
keçmiş şagirdinin
gözəl məzmunlu
şeirlər müəllifi kimi
ictimaiyyət arasında
sevildiyini bildirib.





Gənc şair Eltun Mehdioğlunun ilk kitabı işıqüzü görüb Gənc şair Eltun Mehdioğlunun ilk kitabı işıqüzü görüb


Sonda aşıqlardan
Gülayət xanım,
Novruz, Şahid

saz havaları ilə
gənc şairin
şeirlərinə
bəstələnən
mahnıları
ifa ediblər.



Gənc şair Eltun Mehdioğlunun ilk kitabı işıqüzü görüb Gənc şair Eltun Mehdioğlunun ilk kitabı işıqüzü görüb Tədbirin sonunda
kitabının müəllifi
Eltun Mehdioğlu

kitabın
ərsəyə gəlməsində
və nəşr olunmasında
zəhməti
keçən
insanlara,
xüsusən
parlament deputatı
Ruslan Hacıyevə dərin təşəkkürünü bildirib.

Sonra o, özünün imzası ilə kitablarını oxuculara hədiyyə edib.



Gənc şair Eltun Mehdioğlunun ilk kitabı işıqüzü görüb REDAKSİYADAN:

Biz də fürsətdən istifadə edərək,
Borçalıda yaşayıb-yaradan
gənc və istedadlı şair Eltun Mehdioğlunu
“Ömür” adlı ilk şeirlər kitabının
nəfis şəkildə işıqüzü görməsi münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı,
yeni-yeni yaradıcılıq uğurları arzulayır
və aşağıda kitaba yazılmış "Ön söz"ü
və müəllifin bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.


Müşfiq BORÇALI,
ZiM.Az



ÖN SÖZ

Eltun müasir ədəbiyyatımızda öz dəsti-xətti ilə seçilən və maraqla izlədiyim az sayda şairərdən biridir, hətta birincilərdəndir. Onun daxili dünyası, düşüncə tərzi insanı düşünməyə vadar edir.
Qədim Türk diyarı, Azərbaycan yurdu Borçalımızın Türk oğlu Eltunun şeirlərində öz kəndindən tutmuş, Borçalıya, Azərbaycana, ümumi Türk dünyasına olan sevgi açıqca görünür.
Tarixdə ad qoyub "Boz Qurd"lar yurdu,
Hər zaman düşmanı gözündən vurdu,
Zəfərlər qazandı yenilməz ordu,
Çətin önünüzdə əyiləm, sınam!
Məni tanımırsan?
Borçalıdanam!
Eltunun öz doğuldu kəndə, elə, obaya bağlılığı isə onun saf hislərinin şeirlərində hiss edilməsində ən böyük səbəbdir. Vətən sevgisi ilə yanaşı öz doğmalarına və bütün insanlığıa olan saf duyğuları Eltunu fərqləndirən xüsusiyyətlərdən biridir.
Mən Eltunun şeirlərini oxuyanda ta Dədəm Qorquddan tutmuş Zəlimxana qədər, hətta min il də bundan sonraya qədər səyahət edə bilirəm. Mayadan bəhrələnərək fərqliliklər yaratmaq Eltunu fərqləndirməklə yanaşı, həm də doğmalaşdırır.

Dünyada heçkəsi ucada tutma,
Tək qadir Allahdı başın üstündə.
Birinin qəlbini qırmağa nə var?
Qurunun üstündə.. yaşın üstündə.

Eltunun şeirindəki fəlsəf ə ilə yanaşı axıcılığın səbəbi də elə yuxarıda sadaladıqlarımdır. Vətən, Yurd, İnsanlığa və Allaha sevgi ilə çulğayan ürəkdən gələn şeir dağların qoydundakı saf bulaqlardan süzülən dağ suyu qədər ləzzətli gəlir, oxuduqca insanın bütün bədəninə zövq bəxş edir, ruhunu oxayır.
Bunların hamısından daha önəmli zəhmətkeş şairdi Eltun. İnsanlara ev tikərək, yuva yaradaraq müqəddəs bir işlə məşğul olmaqla yanaşı öz sözü ilə də neçə dərdliyə, sevincliyə saraylar, taxtlar tikməyi bacarıb.
Eltun haqqında çox danışmaq olar. Hətta o qədər çox danışmaq olar ki, kitab belə həsr etmək olar. Sadəcə olaraq oxuyanları bezdirməmək üçün sözümü qısa kəsib oxuculara Eltunun şeirlərini oxumağı təklif edirəm.
Hərə özünü, öz dünyasını tapacaq, öz evgisini, öz sevincini, öz acısını tapacaq Eltunun şeirlərində.
Sonda onu qeyd edim ki, Eltunun şeirlərini oxuyanda Borçalı ləhçəsi ilə oxumağa çalışın. Onda alacağınız zövqə görə mənə təşəkkür edəcəksiniz.
İnanıram ki, bu Eltunun ilk kitabı olmaqla yanaşı, gələcəyin böyük şairinin ilk addımı kimi tarixdə öz layiqli yerini tapacaq.
Şair tər tökər , misrada,
İnci, naxış, zər misrada,
Səni sevdim hər misrada
Arzuma çatam, qoymurlar.
Yaxın gəlməz ölüm daha,
Səsim çatmaz göydə şaha,
Dərdim var dünyadan baha,
Ucuza satam, qoymurlar.
Nə yaş qaldı qocalmağa?
Vaxt olmadı ucalmağa,
Şeytanlar, Namaz qılmağa,
Qoymurlar Atam, qoymurlar.
Bu nə vərdiş? bu nə peşə,
Nə dağ gördüm, nə də meşə,
Axşam evə, səhər işə,
Qoymurlar yatam, qoymurlar.
Əlləşirəm, dərdlə-qəmlə,
Min ağrıyla, min vərəm lə,
Eltun, kağızla-qələmlə,
Başımı qatam.. qoymurlar.
Eltunun ən sevdiyim şeirlərindən biri bu şeirdir. “qoymollar, atam, qoymollar”. Eltunun gözəl şeirləri də məni qoymurlar onları oxumadan durum.

Rauf Qərib Alagöz,
Şair, Azərbaycan Yazıçılar Birliyini və Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Prezident təqaüdçüsü, “Qızıl Qələm” mükafatçısı

***

BORÇALIDANAM

Tarixdə ad qoyub "Boz Qurd"lar yurdu,
Hər zaman düşməni gözündən vurdu,
Zəfərlər qazandı yenilməz ordu,
Çətin önünüzdə əyiləm, sınam,
Məni tanımırsan?
Borçalıdanam!

Ömrümüz al-əlvan, çiçəkli-güllü,
Oğullar qeyrətli, qız şirin dilli,
Vallah, şöhrətimiz- şanımız bəlli,
Mən namərd deyiləm, əslimi danam,
Məni tanımırsan?
Borçalıdanam!

Gör bir əriyərmi dağların qarı?
Canlanır təbiət bahara sarı,
Həyadı, ismətdi dövlətim-varım,
Vətənsiz nəyim var? Bir quru canam,
Məni tanımırsan?
Borçalıdanam!

Sazdı, Şeiriyyatdı damarda, qanda,
Çox olub dahilər, Şair, Ozan da,
Ruhumuz titrəyir Saz çalınanda,
Quş tək pərvazlanıb dağlara qonam,
Məni tanımırsan?
Borçalıdanam!

Eltun Mehdioğlu yazar neçə bənd,
Sözləri xoş olar, sanki şəkər, qənd,
Yurdum "Qurd Çalası", mənimdir hər kənd.
Sanmayın bu yerdə ömrü viranam!
Məni tanımırsan?
Borçalıdanam!


GORARXINDA TAPARSAN

Tanrı bizə gözəlliyi pay verib,
“Dərdə dərman” Gorarxında taparsan.
Çəmən verib,çeşmə verib, çay verib,
“Gözəl məkan” Gorarxında taparsan.

İlahidi bu Ellərin dayağı,
Hər tərəfə yayılıbdır sorağı,
Əzizkəndin cana məlhəm bulağı,
“Şöhrətlə şan” Gorarxında taparsan.

Burda olub neçə Ağa, neçə Şah,
Burda olan bircə dəfə çəkməz ah,
Var eyləsin, bu elləri qoy Allah!
Çox “Paşa-Xan” Gorarxında taparsan.

Mehdioğlu, adın Elə bəllidir,
Şeirlərin çox dərdlərin həllidir,
Elin-oban çiçəklidi güllüdür
“Cənnət-rizvan” Gorarxında taparsan.


KƏNDİMİN

Çox olmuşam qürbət ellər qonağı,
Çox çəkmişəm həsrətini, kəndimin.
İxtiyarsız gözlərimə yaş dolub,
Soruşanda vəzyətini, kəndimin.
Yaz olunca yaşıllaşır çölləri,
Çöllərində al-əlvandı gülləri,
Yüz də gəzdim neçə-neçə elləri,
İtirmədim zəhmətini, kəndimin.
Mərd kişinin əyilərmi biləyi?
Körpəlikdən halal olub bələyi,
Xanımları yer üzünün mələyi.
Qorumuşuq cənnətini, kəndimin.
Mehdioğlu, qazandığın ad- elin,
Hey eşidim günlərini şad elin,
Dəyişmərəm, bir ilinə yad elin,
Bircə anlıq ləzzətini, kəndimin!


DARDADIR VƏTƏN

Yığışın bir yerə ey ulu Türküm,
Köməyə tələsin,dardadır vətən.
Biz yoxsaq vətəni qoruyacaq kim?
Düşünün, görün ki hardadır vətən!

Bizə hazırlanıb bu çətin sınaq,
Düşmanın önündə əyilək, sınaq?
Bizi gözləmirmi cənnət Qarabağ?
İnləyən kamanda, tardadır vətən.

Gəlibdir ey Türküm, vaxtı-zamanı,
Bütöv görmək üçün Azərbaycanı,
Tökəyin uğrunda hər damla qanı,
Harda qan tökülür...ordadır, vətən.


ŞÖHRƏTİM TÜRK, ŞANIM TÜRK!

İtirmişik rahatlığı, dincliyi.
Ağrıların, zədələrin əlindən.
Azadlıqa çıxmamışıq neçə il
Qorxuların, hədələrin əlindən.

Tanrı verib canı bizə, əmanət.
Qanımızda olub bizim, cəsarət,
Bircə dəfə edərmiyik şikayət
Keçən günün, vədələrin əlindən?!

Türk oğluyam damarımda qanım Türk,
Varlığım Türk, bu ruhum Türk, canım Türk,
Ucalığım, şöhrətim Türk, şanım Türk,
Əyilmərəm gədələrin əlindən!


BAŞKEÇİDİN DAĞLARI

Dost- tanışla qarış-qarış gəzmişik,
Olub mehman Başkeçidin dağları.
Birgün yenə dönəcəyəm mən sənə,
Könül açan Başkeçidin dağları.

Uca dağlar burda verib baş-başa,
Hər tərəfi gül-çiçəkli tamaşa,
Gəlib burda ömrü-günü xoş yaşa,
Cənnət məkan Başkeçidin dağları.

Çəmənliklər, buz bulaqlar burdadı,
Qış gələndə zirvələrin qardadı,
Qazanmısan əbədiyyən yurd adı,
Dərdə dərman Başkeçidin dağları.

Mehdioğlu gəlib oldu qonağın,
Hər tərəfdən gəlir səsin- sorağın,
İgidlərd-ərənlərdi dayağın,
A gülüstan Başkeçidin dağları.

Eltun MEHDİOĞLU,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Eltun Mehdioglu: ÇOXDU BORÇALIDA SƏFALI YERLƏR

Eltun Mehdioglu: ÇOXDU BORÇALIDA SƏFALI YERLƏR

Poeziya, Borçalı, Başkeçid, Müsabiqə
İSA MEHDİOĞLU

İSA MEHDİOĞLU

Bolus
Marneulidə “Qaranlıqdan aydınlığa” adlı kitabın təqdimatı keçirlib

Marneulidə “Qaranlıqdan aydınlığa” adlı kitabın təqdimatı keçirlib

Borçalı, Təbriklər
Şairin yeni kitabı çıxıb

Şairin yeni kitabı çıxıb

Yeni nəşrlər
Səxavət Ənvəroğlunun yeni kitabı çıxıb

Səxavət Ənvəroğlunun yeni kitabı çıxıb

Yeni nəşrlər
Ötərxan Eltacın “Qurd balası” kitabının təqdimatı keçirilib

Ötərxan Eltacın “Qurd balası” kitabının təqdimatı keçirilib

Azərbaycan, Publisistika
TÜRK DÜNYASININ ÖNCÜL OĞLU

TÜRK DÜNYASININ ÖNCÜL OĞLU

Azərbaycan, "Şərqin səsi", "XXI əsrin Ziyalıları", Borçalı, Darvaz
Unutsaq, unudularıq!

Unutsaq, unudularıq!

Sumqayıt
AD GÜNÜN MÜBARƏK, MURTUZ FƏRHADOĞLU!..

AD GÜNÜN MÜBARƏK, MURTUZ FƏRHADOĞLU!..

TDPİ-nin Azərbaycan bölməsi, Poeziya, Borçalı, Başkeçid, Təbriklər
Sona Abbasəliqızı:

Sona Abbasəliqızı: "Mənim ruhum bu torpağa bağlıdır..."

---
Vəkil OVÇUYEVin “Şərəfli ömür” adlı şeirlər kitabı işıqüzü görüb

Vəkil OVÇUYEVin “Şərəfli ömür” adlı şeirlər kitabı işıqüzü görüb

Yeni nəşrlər, "Şərqin səsi", Darvaz, Müsabiqə
Rustavidə əməkdaşımız GÜLLÜ TOMARLInın ilk kitabının təqdimatı

Rustavidə əməkdaşımız GÜLLÜ TOMARLInın ilk kitabının təqdimatı

Rustavi
ŞAİRƏ LEYLA VƏKİLQIZININ

ŞAİRƏ LEYLA VƏKİLQIZININ "YURDUM GƏYLİYƏNDİ, ELİM BORÇALI..." ADLI İLK ŞE ...

Başkeçid, Müşfiq Borçalı
Pərvanə Zalamlı:

Pərvanə Zalamlı: "QƏLƏBƏ BİZİMDİR"

"Mən Şirvanın səsiyəm", Müsabiqə
Şair Təbriz İmanın 50 illik yubileyi və “SABAHIN VİCDANI” adlı yeni kitabın ...

Şair Təbriz İmanın 50 illik yubileyi və “SABAHIN VİCDANI” adlı yeni kitabın ...

Yeni nəşrlər, Darvaz, Təbriklər, "Borçalı" Cəmiyyəti
Qüdrət BƏYTƏKƏRLİ (1963):

Qüdrət BƏYTƏKƏRLİ (1963): "DE Kİ, DARIXIRAM SƏNDƏN ARALI"

Bolus, Müşfiq Borçalı
Ad gününüz mübarək, hörmətli Sona xanım!..

Ad gününüz mübarək, hörmətli Sona xanım!..

"Şərqin səsi", Poeziya, Müsabiqə, Təbriklər, Qərbi Azərbaycan
SƏN TÜRK OĞLU OLAMMAZSAN!

SƏN TÜRK OĞLU OLAMMAZSAN!

Poeziya, Tiflis, "Borçalı" Cəmiyyəti, Turan
BUDAQ TƏHMƏZ (1938)

BUDAQ TƏHMƏZ (1938)

Naxçıvan, Müsabiqə
TƏBRİK EDİRİK, DƏYƏRLİ USTADIMIZ, ÇOX HÖRMƏTLİ PROFESSOR ŞURƏDDİN MƏMMƏDLİ! ...

TƏBRİK EDİRİK, DƏYƏRLİ USTADIMIZ, ÇOX HÖRMƏTLİ PROFESSOR ŞURƏDDİN MƏMMƏDLİ! ...

TDPİ-nin Azərbaycan bölməsi, Bolus, Təbriklər, Müşfiq Borçalı, Turan
Rəy yazın: