MEK-də Sona Vəliyevanın “İşığa gedən yol”kitabının təqdimatı keçirilib

MEK-də Sona Vəliyevanın “İşığa gedən yol”kitabının təqdimatı keçirilib MEK-də Sona Vəliyevanın “İşığa gedən yol”kitabının təqdimatı keçirilib MEK-də Sona Vəliyevanın “İşığa gedən yol”kitabının təqdimatı keçirilib 2017-ci il martın 10-da
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü, şairə, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın
“İşığa gedən yol” kitabının təqdimatı keçirilib.


Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova tarixən kitabxana və mətbuatın ümumi ənənlərinin, ortaq maraqlarının olduğunu deyib.
L.İmanova tarixi gerçəkliklərin çatdırılmasında Sona Vəliyevanın kitablarının mühüm önəmə malik olduğunu söyləyib.
O, bu kitabların MEK-in elektron kataloquna, o cümlədən Milli Rəqəmsal Yaddaş bazasına daxil edildiyini dilə gətirib.

AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli ilk əvvəl kitabın tərtibatına diqqət çəkərək onu yüksək qiymətləndirib. O, kitabın olduqca maraqlı bir dövrü əhatə etdiyini və bu tərtibatın da rəmzi məna daşıdığını deyıb. Tarixi və ədəbi dəyərlər arasında bədii körpü yaratmaq baxımından kitabın önəmli missiyası daşımasının, əhatə etdiyi dövrün müasirlərinin olduqca canlı əks etdirməsinin, obrazların canlı təqdim edilməsinin müəllifin yaradıcılıq qabiliyyətindən irəli gəldiyini vurğulayıb. Professor kitabın rəmzi mənasını İstiqlala gedən yol kimi xarakterizə edərək, Həsən bəy Zərdabi yaradıcılığının cəhalətlə savaş olduğunu deyib: “Həsən bəy Zərdabi zəkasının Azərbaycan elminin zəkası ilə bağlı olması poetik bədii baxımdan kitabda kərpic-kərpic ucaldılan Zərdabi obrazı ilə eyniləşdirilir. Bu isə əsəri daha tarixi və dolğun edir. Bütün bunlar hamısı Sona Vəliyevanın təfəkkürünün məhsuludur”.

AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Millət vəkili Yaqub Mahmudov bir xalq kimi xaricdən gələn təsirlərin qarşısında ancaq milli- mənəvi dəyərlərimizə, keçmişimizə sahiblənərək, tarixi şəxsiyyətlərimizi təbliğ edərək mübarizə apara biləcəyimizi bildirib. Tarixi tarixçilərdən çox ədəbiyyatçıların yaşatdığını söyləyən çıxışçı Sona Vəliyevanın bu kitabı ərsəyə gətirməsində göstərdiyi həssaslığa toxunub: “Yalnız əsərləri ilə deyil təhsil sisteminə verdiyi töhfələr ilə də Sona Vəliyeva Həsən bəy Zərdabinin davamçısıdır”.

MEK-də Sona Vəliyevanın “İşığa gedən yol”kitabının təqdimatı keçirilib "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Millət vəkili
Hikmət Babaoğlu

çıxış edərək
Sona Vəliyevanın yolunu təkcə ədəbiyyatçı, publisist kimi deyil eyni zamanda sosial mühəndis kimi də incələdiyini və ərsəyə gətirdiyi “İşığa gedən yol” kitabının modern tarixi romançılığının ən gözəl nümunəsi olduğunu söyləyib.

MEK-də Sona Vəliyevanın “İşığa gedən yol”kitabının təqdimatı keçirilib MEK-də Sona Vəliyevanın “İşığa gedən yol”kitabının təqdimatı keçirilib MEK-də Sona Vəliyevanın “İşığa gedən yol”kitabının təqdimatı keçirilib Mətbuat Şurasının sədri, Millət vəkili Əflatun Amaşov xalqın xalq olmasında şəxsiyyətlərin roluna diqqət çəkərək Mirzə Fətəli Axundovla başlayan axının Həsən bəy Zərdabi ilə davam etdiyini söyləyib:
“Bu axını bu gün Sona xanım davam etdirir. Ümid edirəm ki, bu kitab Azərbaycan jurnalistlərinin stolüstü kitabına çevriləcək”.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Həsən bəy Zərdabinin təkçə qəzetçi kimi deyil maarifçi kimliyini də daşıdığını, kitabda isə bunun aydın göstərildiyini deyib. O, müəllifə belə bir nəşri ərsəyə gətirməsinə görə minnətdarlığını bildirib.

BDU-nun Jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli tarixin ədəbiyyatda yaşaması fikrinin “İşığa gedən yol” kitabında daha real şahidi olduğumuza diqqət çəkib.

Xalq şairi Sabir Rüstəmxanlı Sona Vəliyevanı təkcə araşdırmaçı deyil, həm də Savalan ruhlu şeirlərin müəllifi, Məhsətidən axıb gələn böyük şairə nəslinin ən laiqli davamçısı kimi qiymətləndirib.

Əməkdar jurnalist Flora Xəlilzadə bildirib ki, Vətən aşiqliyinə, milli sevgiyə əsaslanaraq yazılan tarixi roman faktlara söykəndiyindən Azərbaycan tarixində rol oynamış bütün şəxsiyyətlərin obrazı kitabda əks olunub. “Bu isə mətbuat tariximizi öyrənməkdə önəmli addımdır” – deyə o əlavə edib.

Nazirlər Kabinetinin mətbuat mərkəzinin rəhbəri, yazıçı-publisist Akif Əli “Əkinçi” qəzetinin mədəniyyətin bütün sahələrinə bu ad altında toxunduğunu vurğulayıb: “Sona Vəliyevanın qələmə aldığı kitabın fərqliliyi onun həmin dövrün yeniliklərini mədəniyyətimizə qazandırmasıdır”.

“Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan Əhməd Ağaoğlunun Həsən bəy Zərdabinin torpağa tapşırılarkən dediyi “Bakının məğrib qapısından Zərdabi yola düşür, amma o qapıdan var dövlət gəlir. Bu var dövlət isə lal cəvahir deyil, elm mədəniyyətdir” ifadəsini xatırladaraq millətin formalaşmasında bu kimi ziyalılarımızdan bəhrələndiyimiz üçün heç bir yad təsir təhlükəsinin bizə bata bilməyəcəyini söyləyib. Daha sonra o, kitabın üstünlüklərindən bəhs edib.

M.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov deyib ki, kitab Həsən bəy Zərdabinin ömür yoluna həsr edilsə də bu kitab həm də onun müasirlərinin yaddaşımızda abidələrini yaradır.

Millət vəkili Elman Nəsirov Sona Vəliyevanı “söz adamı” kimi tanınmasının təsadüfü olmadığını vurğulayıb. O, Nizamilər, Füzulilər yolunda Zərdabi bulağının olduğunu, onun davamçısının isə Sona Vəliyeva kimi ziyalılar ola biləcəyini dilə gətirib.

Yazıçı-publisist Yunus Oğuz kitabın mənfi mental təfəkkürü dağıdaraq Zərdabi irsinin yeni yol açdığını söyləyib.

“İki Sahil” qəzetinin baş redaktoru, Vüqar Rəhimzadə kitabda çoxşaxəli fəaliyyətin yığcam şəkildə oxucuya təqdim olunmasının əhəmiyyətindən danışıb.

Ədəbi tənqidçi Vaqif Yusifli romanda Həsən bəy Zərdabinin təkçə tarixi şəxsiyyət kimi yox, həm də xalqını sevən, xeyirxah insan kimi təsvir edildiyini, əsərin bədii təxəyyülünün güclü olduğunu bildirib.

MEK-də Sona Vəliyevanın “İşığa gedən yol”kitabının təqdimatı keçirilib MEK-də Sona Vəliyevanın “İşığa gedən yol”kitabının təqdimatı keçirilib Əsərin müəllifi, fəlsəfə doktoru Sona Vəliyeva təbrik və xoş sözlərə görə qonaqlara minnətdarlıq bildirərək indiyə qədər nəzm yazmadığını qeyd edib: “Lakin mətbuat tarixini araşdırarkən, Həsən bəy Zərdabiyə duyduğum doğmalıq, heyranlıq, ruh əkizliyi məni bu əsəri yazmağa sövq etdi”.

S.Vəliyeva Zərdabinin millətinə olan təmənnasız sevgisinin, yorulmaz maarifpərvər fəaliyyətinin diqqətini cəlb etdiyini, keçdiyi məşəqqətli yolların özündə də bu sevgini aşıladığını qeyd edib. Görkəmli ziyalının simasında xalqımızın güc-qüvvət topladığını, Bakı Dumasında təkbaşına apardığı mübarizə zamanı iflic olduğunu və başqa faktların poetik dillə əsərdə təsvir edildiyini deyib.

S.Vəliyeva romana başlamazdan öncə, maraqlı və yeni obrazlarla əsəri zənginləşdirdiyini, Zərdabinin mütərəqqi ideyalarını dövrünün müasirlərinə də aşıladığını söyləyib. Müəllif təqdimat zamanı söylənilən fikirlərin onu bu sahədə çalışmalara davam etməyə həvəsləndirdiyini xüsusi vurğulayıb.
S.Vəliyeva fikrində bu istiqamətdə bir neçə ideyanın olduğunu, onları gələcəkdə reallaşdırmağa çalışacağını açıqlayıb.

Sonda müəllif avtoqraf yazaraq yeni kitabını tədbir iştirakçılarına təqdim edib.

Aytac MƏDƏDLİ,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Təbrik edirik, Sona xanım VƏLİYEVA!..

Təbrik edirik, Sona xanım VƏLİYEVA!..

Azərbaycan, Təbriklər
Məhşur teatr və kino aktyoru Əhməd Anatollunun kitabının təqdimatı keçirili ...

Məhşur teatr və kino aktyoru Əhməd Anatollunun kitabının təqdimatı keçirili ...

Yeni nəşrlər, Humanitar elmlər, UNUTSAQ, UNUDULARIQ!....

"İnformasiya təminatında mövcud durum: media və kitabxana əməkdaşlığı" mö ...

MEDİA, "Zirvə"
Yazıçılar Birliyində

Yazıçılar Birliyində "İçərişəhərin əbədi sakini" kitabının təqdimatı olmu ...

"Şərqin səsi"
Cümhuriyyətin 100 illiyinə həsr olunan kitabın təqdimatı keçirilib

Cümhuriyyətin 100 illiyinə həsr olunan kitabın təqdimatı keçirilib

Yeni nəşrlər, Elm, Humanitar elmlər, İctimai elmlər, "Zirvə"
Kamilə Abdulla qızı Vəliyevanın 80 illik yubileyi qeyd olunub

Kamilə Abdulla qızı Vəliyevanın 80 illik yubileyi qeyd olunub

Humanitar elmlər
Ədəbiyyat İnstitutunda Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanının təqdima ...

Ədəbiyyat İnstitutunda Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanının təqdima ...

"Zirvə"
Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” kitabının təqdima ...

Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” kitabının təqdima ...

Yeni nəşrlər, Digər ali məktəblər, Borçalı
AMEA-da 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan tədbir keçirilib

AMEA-da 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan tədbir keçirilib

Digər bölmələr
“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin təqdimatı olub

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin təqdimatı olub

Humanitar elmlər, Digər bölmələr, "Zirvə", Tv
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

"Zirvə"
“Heydər Əliyev və Azərbaycanın milli qəhrəmanları” kitabının təqdimat məras ...

“Heydər Əliyev və Azərbaycanın milli qəhrəmanları” kitabının təqdimat məras ...

"Şərqin səsi"
Tbilisidə Azərbaycan–Gürcüstan münasibətlərindən bəhs edən kitabın təqdimat ...

Tbilisidə Azərbaycan–Gürcüstan münasibətlərindən bəhs edən kitabın təqdimat ...

Tiflis
“Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” elmi kitab-albomunun təqdimatı k ...

“Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” elmi kitab-albomunun təqdimatı k ...

Bakı, Humanitar elmlər, Turan
“Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı təqdim edildi

“Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı təqdim edildi

Naxçıvan, "Zirvə"

"Məktəbli ömrünün Səməd Vurğunu" adlı kitabın təqdimatı keçirilib

Yeni nəşrlər
Ədəbiyyat İnstitutunda Pərixanım Mikayılqızının kitablarının təqdimat-müzak ...

Ədəbiyyat İnstitutunda Pərixanım Mikayılqızının kitablarının təqdimat-müzak ...

Humanitar elmlər
Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Elm, "Zirvə"
Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı o ...

Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı o ...

MEDİA, Ədəbi əlaqələr, Tiflis, Qarayazı
Tiflisdə “Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı tədbir keçirilib

Tiflisdə “Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı tədbir keçirilib

Tiflis, QHT
Rəy yazın: