“Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika” adlı dərs vəsaiti çapdan çıxıb

“Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika” adlı dərs vəsaiti çapdan çıxıb Bakı Dövlət Universitetinin dosenti Fikrət Şiriyevin “Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika” (Bakı-“Nurlar” nəşriyyatı-2014) adlı ali məktəblər üçün dərs vəsaiti çapdan çıxıb.

Son illər Azərbaycanda Nitq mədəniyyəti fənni üzrə ardıcıl araşdırmalar aparılır.
Prezident İlham Əliyevin 23 may 2012-ci ildə imzaladığı Sərəncamda və bununla bağlı qəbul edilmiş Dövlət Proqramında nitq mədəniyyəti məsələləri xüsusi diqqət mərkəzində saxlanır. Avropanın əksər ölkələrində orta məktəb proqramlarına daxil edilən “Nitq mədəniyyəti” fənni nəticədə xalqın səlis və rəvan danışmasına, hər kəsin öz fikirlərini çətinlik çəkmədən ifadə etməsinə gətirib çıxarır. Bu qədər zəngin lüğət tərkibinə və leksik imkanlara malik Azərbaycan dilində bəzən fikirlərin ifadəsi zamanı rastlaşdığımız xoşagəlməz hallar, fikir büdrəmələri, yersiz təkrarlar, lazımsız ifadələr və s. hər bir ziyalını narahat edir.
Digər tərəfdən, bu gün gözəl Azərbaycan dilinin imkanlarından məharətlə yararlanıb fikirlərini dürüst və ifadəli çatdıran, cəlbedici nitqi ilə auditoriyanı valeh edib özünə bağlayan istedadlı natiqlər vardır.
Belə təcrübələrin yayılması, həmin nümunələrin timsalında daha yaxşı danışıq vərdişlərinin kütləviləşdirilməsi universitet auditoriyalarından keçir.

BDU-nun Mətbuat və informasiya şöbəsindən bildiriblər ki, Ali məktəblərdə, hətta orta məktəblərdə nitq mədəniyyəti vərdişlərinin aşılanması, gənclərə düzgün və səviyyəli danışıq qaydalarının öyrədilməsi günün tələbinə çevrilib. Klassik ritorikanın banisi hesab edilən Aristotelin dediyi - “şair və rəssamdan fərqli olaraq natiq doğulmurlar, bilik, ağıl və təcrübə hər kəsi natiq edə bilər”,- kimi dəyərli fikirləri nəzərə alsaq, onda fənnin geniş tədrisi mübahisəsizdir.

Dos. F.A.Şiriyevin hazırladığı 9 fəsildən ibarət dərs vəsaiti bu baxımdan çox dəyərli və gərəklidir.
Burada həm ritorika elminin 3000 illik yolu, klassik Yunan və Roma məktəbləri haqda məlumat verilir, həm də Şərq ritorikasının ilk nümunələri olan “Kəlilə və Dimnə”, “Qabusnamə” kimi qədim əsərlərdən müqayisəli parçalar, Azərbaycan nitq mədəniyyəti tarixi barədə məlumat verilir.
Kitabda Nitq mədəniyyəti fənninin nəzəri müddəaları əksini tapıb, bu müddəalar Azərbaycan ədəbiyyatından verilmiş nümunələrlə əsaslandırılıb.
Dərs vəsaitində həmçinin ümumritorik qanunlar, nitqin texnikası, şifahi ünsiyyət ustalığı, mübahisə qaydaları, mədəni və işgüzar nitq, nitq normaları və s. haqda nəzəri və praktik tövsiyələr əksini tapıb. Dərs vəsaitində nitq mədəniyyətinə, söz ustalığına aid maraqlı nümunələr verilib, nitq terminləri lüğəti təqdim edilib.

Dünya şöhrətli akademik Vasim Məmmədəliyevin və tanınmış professor Sənubər Abdullayevanın
elmi redaktorluğu ilə ərsəyə gələn, zəngin ədəbiyyatdan istifadə edilməklə və beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanan, maraqlı nümunələr verilən bu kitab təkcə ali məktəb tələbələri üçün deyil, həm də Azərbaycan dilində səlis danışmaq arzusunda olan bütün insanlar üçün dəyərli mənbə olacaqdır.

Aytac MƏDƏDLİ,
ZiM.Az

"ŞƏRQİN SƏSİ" qəzeti, N: 68 (298),
Oktyabr, 2014-cü il, səh.6.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Dilçilik İnstitutu illik hesabat verib

Dilçilik İnstitutu illik hesabat verib

Humanitar elmlər
ALİMİN YENİ UĞURU

ALİMİN YENİ UĞURU

AzTU
Professor Mədəd Çobanovun orta məktəblərin yuxarı sinifləri üçün yazdığı

Professor Mədəd Çobanovun orta məktəblərin yuxarı sinifləri üçün yazdığı " ...

Yeni nəşrlər, Tiflis, Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov
Psixologiya elminə yeni töhfə

Psixologiya elminə yeni töhfə

Sumqayıt
Səadət Şahpələngova: ”MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARDA NİTQ İNKİŞAFININ  FORMAL ...

Səadət Şahpələngova: ”MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARDA NİTQ İNKİŞAFININ FORMAL ...

Elmi Məqalələr, Uşaq bağçaları
Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Təbriklər
SAMİRƏ SEYİDOVA:

SAMİRƏ SEYİDOVA: "MƏNİM ANA DİLİM, MƏNİM ÖZ DİLİM!"

Məktəblər, Köşə yazılar
Professor Nadir Məmmədlinin 65 yaşı tamam olur

Professor Nadir Məmmədlinin 65 yaşı tamam olur

Humanitar elmlər, "XXI əsrin Ziyalıları", Təbriklər
Azərbaycanlı professor  Asif Hacıyev Rusiya ali təhsil müssisələrinin tələb ...

Azərbaycanlı professor Asif Hacıyev Rusiya ali təhsil müssisələrinin tələb ...

Yeni nəşrlər, Digər ali məktəblər, Borçalı, Rusiya
Saytların dili ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb

Saytların dili ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb

Humanitar elmlər
FƏRQANƏ MƏHYƏDDİNQIZI:

FƏRQANƏ MƏHYƏDDİNQIZI: "Təlimdə şifahi nitq, bacarıq və vərdishlərin inkiş ...

Elmi Məqalələr, Müsabiqə
BDU-da aztəminatlı ailələrdən olan tələbələrə yardım edilib

BDU-da aztəminatlı ailələrdən olan tələbələrə yardım edilib

BDU, Hüquq
Tiflisdə Azərbaycan Mədəniyyəti Muzeyi

Tiflisdə Azərbaycan Mədəniyyəti Muzeyi

M.F.Axundzadə adına Muzey, Tiflis
Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis

"AZƏRBAYCAN DİLİNİN ORFOFONİYA LÜĞƏTİ"

Yeni nəşrlər, Humanitar elmlər
Pərixanım Mikayılqızı:

Pərixanım Mikayılqızı: "AZƏRBAYCAN MƏDƏNİYYƏTİNDƏ DİL MƏSƏLƏSİ"

"Elm və Təhsil", Köşə yazılar
PƏRVİN ABDULLABƏYOVA:

PƏRVİN ABDULLABƏYOVA: "HEYDƏR ƏLİYEV NİTQİNİN ÜSLUBİ İMKANLARI"

AzTU, Köşə yazılar

"İmadəddin Nəsimi dili və üslubu"

Yeni nəşrlər, Humanitar elmlər
Albaniya Prezidenti V Qlobal Bakı Forumunda iştirak edəcək

Albaniya Prezidenti V Qlobal Bakı Forumunda iştirak edəcək

Diaspora
“Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda konfra ...

“Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda konfra ...

Humanitar elmlər, Mədəniyyət
Rəy yazın: