VAHİD ƏZİZ (1945) Tv, Poeziya, Müsabiqə 8 мая 2023 2061 100 1 2 3 4 5 VAHİD ƏZİZ Azərbaycan Respublikasının Xalq şairi (2019), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1978), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1974).Vahid Əziz (Vahid Əziz oğlu Cəfərov) -1945-ci il noyabrın 23-də Qərbi Azərbaycanda, qədim Dərələyəz mahalının Əzizbəyov rayonunun Əzizbəyov kəndində qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycanın Tərtər rayonuna köçdüklərindən orta məktəbi orada bitirmişdir (1963). Əmək fəaliyyətinə Əli Bayramlı şəhərində Şirvanneft trestində başlamışdır (1963–1964).Azərbaycan Politexnik İnstitutunu bitirmişdir (1971). "Xəbər Mətbuat Agentliyi"ndə müxbir (1971-1976), Bakı şəhər Partiya Komitəsində təbliğat və təşviqat şöbəsində təlimatçı (1976-1982), Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı, mətbuat bölməsinin müdiri (1982-1989), Azərbaycan Dövlət Mətbuat Komitəsində sədr müavini (1989-1991) vəzifələrində çalışmışdır.Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin katibi olmuşdur (1991-1997). Bakı şəhər İcra hakimiyyətinin Reklam və Şəhər tərtibatı Departamentində "Reklamların Azərbaycan dilində yazılışına nəzarət bölməsi"nin müdiri olmuşdur. Dağlıq Qarabağ üzrə respublika təşkilat komitəsinin üzvüdür (1989-cu ildən). İnqilabdan əvvəl görkəmli rus ədiblərinin erməni-Azərbaycan münasibətlərinə dair yazdıqları əsərlərin yenidən nəşrini bilavasitə təşkil etmişdir."Oğuz eli" ədəbi-publisistik qəzetin işıq üzü görməsinə ciddi köməyi olmuşdur. Bakıda keçirilən Beynəlxalq-biznes konqresinin təşkilat komitəsi qərargahının rəisi olmuşdur (1991). "Ergün" firmasını, eyni adlı nəşriyyatı təsis etmişdir. Burada bazar iqtisadiyyatı ilə sıx bağlı olan sorğu, lüğət kitablarını, müasir Avropa və Amerika iqtisadçılarının əsərlərini kütləvi tirajla nəşr etdirmişdir.Bədii yaradıcılığa 1967-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxan ilk şeirindən sonra başlamışdır. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edir. Son illər 200-dən çox publisistik məqaləsi və müsahibəsi dərc olunmuşdur. Yeni şeirlərlə vaxtaşırı çıxış etmişdir. Sözlərinə bəstələnmiş mahnıların diski buraxılmışdır. "Dözmək olmur" (1997) şeirlər kitabı rəğbətlə qarşılanmışdır. Bədii tərcümə ilə də məşğul olur. 40-dan çox mahnısına musiqi bəstələnmişdir. Azərbaycanın rəsmi nümayəndə heyətinin tərkibində dəfələrlə xarici ölkələrdə olmuşdur.24 may 2019-cu ildə "Azərbaycan Respublikasının xalq şairi" fəxri adına layiq görülmüşdür.Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif edilmişdir. Biz də sevimli şairimiz Vahid Əzizə yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.AzHEYDƏRDƏN ÖYRƏNDİM BU LƏYAQƏTİ...Torpaq vidalaşdı ağlamağıyla, uzaq səadətin ətri duyuldu, Heydəri xalqıma qaytarmağıyla tarix neçə-neçə günahı yudu.Polad iradəli, qərarı qəti – "Bakı-Ceyhan" adlı bir ümman axır, elə bir yenilməz Heydər qüdrəti əzablı yolların hayıfın çıxır.Sevincdən söz açdı üzü gülməyən, sel kimi çağlayan qanlar dayandı,illərlə sədası eşidilməyən xalqımın əbədi ulduzu yandı.Ölçüsü bilinməz bu səadətin, Öndərim, dünyaya vaxtında gəldin, var ol, Ulu Tanrım, var ol, Millətim, var ol ki, Heydəri qoruya bildin!Çağdaş Azərbaycan ölməz əsəri, Vətənə məhəbbət tək amalıydı. Heydər öz Yurdunun sadiq əsgəri, Həmdə ki qüdrətli Generalıydı! O qədər doğmadı xatirələri, sönməyən Günəşdi, odlu çıraqdı. Güc verər hər kəsə nurlu əlləri, Heydərin ruhu da xalqa dayaqdı.Satqınlıq, iftira, dost xəyanəti... Öndər bu dünyada nələr görmədi! Heydərdən öyrəndim bu ləyaqəti- namərd ayağına mərdi vermədi!“Respublika”, 10 may 2008-ci ilÖNDӘR...Gerçəyə çevrildi arzularımız, Ümidlər, istәklәr әrsәyә gәldi, Bütün qələbəlәr uğurlarımız Öndәr casәrәti, istәyiylәdi.Xalqımın әn ağır zor günlərindә, vulkan kükrəyişi oldu tәsәlli, qüdrət var Öndәrin qәdәmlәrindә- pәrişan torpaq da özünә gəldi.NƏQARӘT:Sən - Vәtәn bәxtinә pozulmaz yazı, sәrһәdlәr bilmәyәn ümmansan, Öndәr. dövranın saldığı Bayrağımızı yenidәn dirçәldib uçaldan Öndәr.Şәklinә baxıram - gülüşün çiçәk, Yeni Azәrbaycan һaqq mәһvәrindә, Heydəri yaradıb - Öndәri ötmәk,Böyük millәtimin daһiliyindә...11.02.2023“QAYIDANLAR” poemasından....Bir parız axşamı getmir gözümdәn, Şuşaya quşbaşı qar әlәnirdi.Babanın dağlara qonan sәsindәn Xankandi, Zəngәzur silkәlәnirdi!O vaxt Baba deyil, bir rәһbәr idi, Elә cavanlıqdan zәһmi ağırdı.Ermәni qorxudan dinә bilirdi? Susurdu - elә bil dәlә baxırdı!Vaqifdәn, Müşfiqdәn, Caviddan dedi, Tarixi gәtirib qoydu ortaya, Şimal da, Cәnub da, - dedi Vətəndi, Qoynunda qarışdı o tay, bu taya!Taleyi gәtirdi ərköyünlərin! Babasız şair dә ürәkli olmur. Böyuyün qәdrini bilmәyәnlәrin, Doyunca sevinci, çörəyi olmur!Bir nәslin taleyi һeç gәtirmәdi, Yadlar qan ağlatdı bu yurda, elə,Baba bir dәfә dә «susun», - demədi, Güldü, һәddimizi aşanda belә...Çavid tutulanda Müşfiq ağladı, Bu ki, әdalәtin göz yaşlarıydı! Körünür o zaman devran qanmadı Kimi nә güldürür, nə ağladırdı?!.1996.“Respublika”, 10 may 2008-ci ilO, MİLLӘT ADAMI, EL ATASIYDI...O, bir çanlı tarix, sönmәyәn atəş,xalqımın bәxtinә düşәn yazıydı, gəlişi yurduma yeni bir Günәş, gedişi - El qәmi, Millәt yasıydı.Adı - Müqәddәslәr ruһundan gәlәn, bizi sevdiyiçün özü sevilәn, hәr kәsin dilini, istәyin bilәn Millәt adamıydı, El atasıydı.İsmi dastan olub düşdü dillәrә, döndü tükәnmәyәn xatirәlәrә, dözdu әzablara bizlәrә görә- çünki, bəlalardan qurtarasıydı.Mәzarı üstündә һәr açan çiçək, Müqəddəs ruһundan xәbәrdi kerçәk, etiraf etməkdә - cavan, aqbirçәk! "Bu Yurd dağılardı o, olmasaydı!",Sәnsiz, ulu Öndәr, keçər ömür-gün, dualar edərik cәnnәtin üçün, övlad varisliyin әn doğru seçim- İlһam Qarabağı qaytarasıydı... Heydәr-һeyrәt idi, el atasıydı...06.XI.2022ŞUŞAMIZ...Qәlbimizdir zirvәlәrdә döyünәn- uça dağlar başındı Şuşamız.Bir kubardır dәbә uyğun geyinәn-yayındadı, qışındadı Şuşamız.Hökmün duydu xaqanların, şahların, Hәm şirinli, hәm acılı çağların, Vәsmә kimi, sürmә kimi dağların kipriyindә, qaşındadı Şuşamız.Qonşusudur Qubadlının, Laçının, dostu olmaz hәr qapısın açanın, neçə-neçә didәrginin, qaçqının, gözlәrinin yaşındadı Şuşamız.Ətәyində şәn buludlar sürünәr, Gah şәfәqә, gah dumana bürünәr, Eyvanından Dәrәlәyәz körünәr- İrəvanın tuşundadı Şuşamız.Taleyinin çiskinləri dağıldı, Sevdikləri oçağına yığıldı, bir heyrətdi, möcüzәdi, nağıldı- cәngavәrlik yaşındadı Şuşamız.21.07.2022.QƏRİBƏ TALEYLİ ŞƏHƏRDİ ŞUŞA…Qəribə taleyli şəhərdi Şuşa,Səkkizi getmişdi,Səkkizi gəldi,Coşdu “Xarı bülbül” laləylə qoşa,Süsəni,sünbülü,nərgizi gəldi.Hər daşı,çiçəyi nəğmə-şeirdi,Sınağa çəkəni”xeyirlə”,”şərdi”,Qürbətdə lal olub qəribsəyirdi,Özünə bülbülün nəğməsi gəldi.Qiyamət gününün vaxtı yetişdi,Hər əsgər düşmənlə şirtək döyüşdü,Yürda son baharın ayağı düşdü,Zəfər nəğməsinin nəfəsi gəldi.Şiş qaya üstündə Xan şəhəridi,Yurdun incisidi,can şəhəridi,Xalqın alın təri,qan şəhəridi;Şuşa silinməyən xatirələrdi.Şuşamız əbədi bizə qalacaq,Hələ çox qisaslar Vətən alacaq,Dünya çöhrəsinə heyran olacaq,İlhamlı yeni bir əsərdi Şuşa,Qəribə taleyli şəhərdi Şuşa… SEVGİNİN YOLUNDA...Titrətdi könlümün sәtirlәrini, bir al parçasıdır-köylәrdәn düşüb, nә şeyda bülbüllar lәһcәlәrini, Nə "İsa bulağı" dadın dәyişib.Sübһәdәk qoynunda ketmişdim huşa- Bu gecəm o, uzaq gecәlәr kimi, Bizləri sınağa çәkirmiş Şuşa, Yarını sınağa çәkәnlәr kimi.Duydum-istәyinә yetişdi, çatdı, vurdular, qırdılar... cücәrdik, bitdik, nә Şuşa bizləri unudub-atdı, nә biz Şuşamıza xәyanәt etdik.Qәtiyәn sındırmaz bu dərd millәti;Yox, axan qanlar da getmәdi һәdәr; bizim xislәtimiz kişi adәti- sevginin yolunda can qurban gedər...DİLİMİZYeni minillik pozur dilimizin rəngini Əyilməyən qəddini, yenilməyən şəstini,Sındırıb şil-küt edir kövrək "Şikəstəsini". Ulular dilindəki - "Dükanlar" - "Market" - olub, "Gül daməti"-deyərdik, bükülüb - "Buket"-olub,Çoxdan – “Səmərəli”yə - "Efektivlik" - deyirik,"Faali" - "Aktiv" edib, Laylaların ətrini dilimizdən silirik!Yabançı kəlmələrə yaman həvəslənmişik, dilini bilməyəni hətta - "Kübar" - bilmişik.Ulular əmanəti dili unuduruqsa - demək, pis...Min dəfə alim olsun, “xariclərdə oxumuş”, unutmasın-babalar bənzərsiz dilimizi İlahi boyalarla sevə-sevə toxumuş. Her kəs Ana dilini mükəmməl bilməlidir; oğruluq edən əllər kəsilməyə də bilər, dilini bilməyənin dili kəsilməlidir... 24.03.2022ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.