Şair Bəhram Mehdinin öz ifasında şeirləri Tv, Poeziya, Borçalı 17 января 2017 Dəyərli ZiM.Az-sevərlər!..Hörmətli qələm dostumuz Mirzə Məmmədoğlu vaxtilə Gürcüstan Radiosunda işləyərkən Borçalıda yaşayıb-yaradan şairlərin öz ifalarında şeirlərini lentə almağı bir qayda olaraq özünə borc bilmişdi. O, 1999-cu ildə Ulu Borçalımızın tanınmış şairlərindən olan Bəhram Mehdinin də öz ifasında bir neçə şeirini lentə almışdı. Həmin şeirlər “Poeziya dəqiqələri” silsiləsindən dəfələrlə efirdə səslənib. Poeziya həvəskarlarının marağını nəzərə alaraq Mirzə müəllimin şəxsi arxivində qoruyub saxladığı həmin lent yazısını aşağıda ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik.Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.