ZİRVƏDƏ YAŞANAN ÖMÜRƏ QISA BAXIŞ Sumqayıt, Təbriklər 3 февраля 2017 Sumqayıtın İcra Hakimiyyəti Başçısı Zakir Fərəcov şəhərin inkişafı üçün əlindən gələni əsirgəmir. Artıq, Sumaqyıtda aparılan abadlıq və quruculuq işlərinin miqyası saya və ölçüyəgəlməzdir. Şəhərin siması büsbütün yeniləşmiş, gözəlləşmişdir. Bir sözlə, Sumqayıtda əməli işlər görülüb və görülməkdə davam edir. Bu barədə dəfələrlə yazılıb və oxucular dərin məlumatlıdır. Bu yazını isə lokanikliyə tapınaraq qələmə alıram.Zakir Fərəcov sağlam dünyagörüşə, mənəvi zənginliyə malik sumqayıtlıların qarşıya çıxan çətinliyi aşaraq sabaha ümidlə baxmalarına şərait yaradır. O qeyd edir ki, sumqayıtlılar qədirbiləndirlər.Bəli, Sumqayıt sakinləri Vətənə, mənsub olduqları xalqa, onun adət-ənənələrinə, dilinə, dininə məhəbbət və hörmət ruhunda yaşamağa israrlıdır. Sumqayıt artıq nəinki Azərbaycanın, eləcə də dünyanın ən nümunəvi şəhəri kimi öz layiqli adını ucaltmaqdaqdır!Xüsusilə qeyd edim ki, heç bir titulunu sadalamadan, sözün həqiqi mənasında, gözəl insan, xeyirxah rəhbər, dəyərli ziyalı, layiqli və nümunəvi ailə başçısı kimi nüfuz qazanmış Zakir Fərəcov haqqında qələmə aldığım bu kişik yazı bir neçə günlük və ya bir neçə saatlıq düşüncəmin məhsulu deyil. Zakir müəllimi işgüzar bir insan kimi hələ tələbə olduğum illərdən tanıyıram. O zamanlar həmişə yüksək mənəviyyatı, vətənpərvərliyi, xeyirxahlığı, eyni zamanda, əqidəliliyi, prinsipiallığı, əməksevərliyi və əzmkarlığı ilə sayılıb-seçilən bir insan kimi təsəvvür etmişəm. Sonralar tale elə gətirib ki, jurnalist fəaliyyətimlə əlaqədar Zakir müəllimi daha yaxından tanımış və ondakı yüksək insani dəyərlərin canlı şahidi olmuşam. Xəyali təsəvvürlərim reallıqla üst-üstə düşdüyündən, bu, mənim üçün olduqca sevindirici və qürurverici olub.Zakir müəllim xalqımızın zəngin milli-mənəvi, əxlaqi dəyərlərinə yaxından bələd olan, məzmunlu, çoxşaxəli həyat yolu keçmiş və zirvələşən ömrünü şərəflə yaşayan məmurlarımızdandır. O, bir icra hakimiyyəti başçısı kimi Azərbaycan cəmiyyətinin və ölkə icimaiyyətinin böyük etimadını qazanıb. Yüksək təşkilatçılıq, idarəçilik keyfiyyətləri və xeyir-duası sayəsində yüzlərlə insan bu gün cəmiyyətimizdə öz layiqli yerini tutub. Belə mənalı, maraqlı ömür yaşamaq hər insanın taleyinə, qismətinə yazılmır. Zakir müəllimin ömür yolu xüsusilə qeyd edim ki, indiki və gələcək nəsillər üçün əsl örnəkdir.O, hər şeydən öncə gözəl bir vətəndaşdır. Onun vətəndaşlıq mövqeyindən danışarkən, xatırlatmaq yerinə düşər ki, o, həm də dövlətçilik ənənələrinin qorunmasında fəal rol oynayan müasirlərimizdəndir. Onun sadəliyi, səmimiliyi, alicənablığı, təvazökarlığı və aliliyi hər zaman diqqət kəsb edib.Fevralın 3-ü hörmətli İcra hakimiyyəti başçımız Zakir Fərəcovun doğum günüdür. Bu münasibətlə onu ürəkdən təbrik edirəm və Ona ən xoş arzularımı bildirirəm! Həmişə var olun, Zakir müəllim!..İLHAMƏ MƏHƏMMƏDQIZI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.