ARZU GÖYTÜRK: BİR AZ DƏLİ QADINAM Sumqayıt, Poeziya, Müsabiqə 15 ноября 2016 ARZU GÖYTÜRK - (Arzu Ramiz qızı Dadaşova) - 1981-ci ildə Qobustan şəhərində (Şamaxının keçmiş Mərəzə qəsəbəsində) dünyaya göz açıb. 1998-ci ildə H.Z.Tağıyev qəsəbəsindəki 6 saylı orta məktəbi bitirib. Həmin il Sumqayıt Pedaqoji Seminariyasına qəbul olub. 2001-ci ildə Seminariyanı orta məktəbdə ibtidai sinif müəlliməsi ixtisası üzrə bitirib. Hazırda Sumqayıt şəhər "Məktəbdənkənar tərbiyyə işi" mərkəzində müəllimə işləyir. Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsində yaşayır. Ailəlidir, iki övladı var.BİR AZ DƏLİ QADINAMİncik, küskün sözümü,Bəlkə də naz bilirsən.Sənə ömrümü verdim,Yenə də az bilirsən.Məni tanı, mən eşqsizYoxam, ölü qadına.Bir az dəlisov qadın, Bir az dəli qadınam.Qəlbim ərköyün uşaq,Bunu gözəl bilirsən.Ağlayıram küsəndə Dəli deyib, gülürsən.Gül, doyunca gül mənəMən gülməli qadınam.Bir az dəlisov qadın, Bir az dəli qadınam.Bilirəm gedəcəksən, Qəlbimin həsrətisən.Mən niyə sevdim səni?Sən özgə qismətisənHəyat öldürər məni,Mən ölməli qadınam.Bir az dəlisov qadın, Bir az dəli qadınamELƏ DARIXIRAM KİYığmışam məhəbbətin, Qəmini ürəyimə.Salmışam sənin kimi,Dəlini ürəyimə.Sən gedəli yollara, O qədər baxmışam ki.Qurban olum geri dön!Elə darıxmışam ki.Bu dopdolu dünyadaMən sənsiz tənha, qərib.Tanrı səni ömrümü,Çürütməkçün göndərib?Sənsiz həyat yox imiş, Sənsiz mən yoxmuşam ki.Qurban olum geri dön! Elə darıxmışam ki.Nəfəsinin, ətrinin Qoxusuna həsrətəm.Gecənin rahat, şirinYuxusuna həsrətəm.Zülmət, səssiz gecədən O qədər qorxuşam ki.Qurban olum geri dön! Elə darıxmışam ki.Elə darıxmışam ki...DEMƏK SEVİRSƏNƏlimə toxunanda, Əyər əlin əsirsə,Ürəyin daha möhkəm,Vurursa, tələsirsəDemək məni sevirsən.Qüsurumu görməyib, Düzümü görürsənsə.Yerdə, göydə hər yerdəÜzümü görürsənsəDemək məni sevirsən.Bir ümid alırsansa, Telefonun səsindən.Mən sənə doğmayamsa, Özündən, nəfəsindən Demək məni sevirsən.Qəlbin alovlanırsa, Sən, məni görən kimiƏn şaxtalı qış belə, Üşütmürsə qəlbiniDemək məni sevirsən.Adi baxışım belə, Səninçün özəldisə,Gözündə əl-ayağım,Gülüşüm gözəldisə ,Demək məni sevirsən.Məni qısqanan kimiDəliyə dönürsənsə, Unutdum! Bitdi artıq!Sevmirəm! DeyirsənsəDemək məni sevirsən.ÜRƏYİMİN EVİÜrəyimin evini, Eylədi talan eşqin.Başına dəysin səninYalançı,yalan eşqin!Gözlərinə düz baxan, Gözümdən utan barı.Riyakar eşqin üçün, Özündən utan barı..Daha sənə yoxdu yerBu evdə, bu ocaqda! Ağac xarab meyvəni, Saxlamayır budaqda!Yaxın durma,toxunma! İstəmirəm sevgini, Çürük məhəbbətinlə, Çürüdərsən qəlbimi.... Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.