Məktəb direktorlarının işə qəbulu başlayıb

Məktəb direktorlarının işə qəbulu başlayıb Məktəb direktorlarının işə qəbulu başlayıb Məktəb direktorlarının işə qəbulu başlayıb Məktəb direktorlarının işə qəbulu başlayıb Martın 18-də Təhsil Nazirliyində ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə yeni qaydaların təsdiqi ilə bağlı mətbuat konfransı keçirilib.

Mətbuat konfransında bildirilib ki, təsdiq olunan yeni qaydalara əsasən, ümumi təhsil müəssisələrinin vakant olan direktor vəzifələrinin tutulması üçün Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə keçiriləcək. 4 mərhələdən ibarət olan müsabiqə mart-aprel ayları ərzində baş tutacaq.
Yeni qaydalarda direktorların işə qəbulu və iş yerinin dəyişdirilməsi üzrə bir sıra yeniliklər nəzərdə tutulub.
Belə ki, direktor vəzifəsinin tutulması üzrə müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili olan, azı 5 il pedaqoji staja malik hər bir şəxs iştirak edə biləcək.
Qeyd olunan göstəricilərə malik olan istənilən şəxs müsabiqədə iştirak üçün qeydiyyatda olduğu və ya faktiki yaşadığı rayon (şəhər) məktəblərinin vakant olan direktor vəzifəsini seçə bilər.
Qeydiyyatdan keçmək istəyən şəxslər bu səhifəyə daxil olmalıdırlar.

Əlavə olaraq, “Ümumi təhsil müəssisələrində rəhbər vəzifələrə namizədlərin müəyyənləşdirilməsi üzrə təlim kursları”nın əhatə etdiyi rayon və şəhərlərdə direktorların işə qəbulu üzrə müsabiqəyə bu kursları bitirərək “Uğur sertifikatı” əldə etmiş şəxslər müsabiqənin üçüncü mərhələsindən (imtahan) azad edilərək, birbaşa dördüncü mərhələyə (müsahibə) keçirlər.

Direktor olmaq istəyən şəxslərdən əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi, maliyyə və statistika sahəsində test tapşırıqlarını cavablandırmaqla yanaşı, həm də əvvəlcədən təqdim olunmuş mövzu üzrə esse yazmaq tələb olunur.

Mətbuat konfransında həmçinin bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin, “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Sərəncamına uyğun olaraq, müəyyən edilmiş aylıq vəzifə maaşları aprelin 1-dən orta hesabla 10 faiz artırılıb.

Sonda jurnalistlərin çoxsaylı sualları cavablandırılıb.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Təhsil Nazirliyində yeni seçilmiş məktəb direktorlarının iştirakı ilə müşav ...

Təhsil Nazirliyində yeni seçilmiş məktəb direktorlarının iştirakı ilə müşav ...

Əsas xəbər, Nazirlik
Təhsil Nazirliyində növbəti mətbuat konfransı keçirilib

Təhsil Nazirliyində növbəti mətbuat konfransı keçirilib

Nazirlik
Təhsil Nazirliyində onlayn mətbuat konfransı

Təhsil Nazirliyində onlayn mətbuat konfransı

Nazirlik, MEDİA
Prezidentin qayğısı məsuliyyətimizi daha da artırır

Prezidentin qayğısı məsuliyyətimizi daha da artırır

Regionlar, ADPU, Məktəblər
Deputat: Gürcüstan hökumətinin yeni qərarı milli azlıqların cəmiyyətə inteq ...

Deputat: Gürcüstan hökumətinin yeni qərarı milli azlıqların cəmiyyətə inteq ...

Borçalı
Gürcü dili üzrə mütəxəssis xidmətləri tələb olunur

Gürcü dili üzrə mütəxəssis xidmətləri tələb olunur

Təhsil, Gürcüstan, Elanlar
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Nazirlik
X Beynəlxalq Təhsil Sərgisinə həsr olunan mətbuat konfransı keçirilib

X Beynəlxalq Təhsil Sərgisinə həsr olunan mətbuat konfransı keçirilib

Təhsil, Nazirlik
Peşə və ali təhsil müəssisələri üçün elan edilmiş təqaüd proqramlarının qal ...

Peşə və ali təhsil müəssisələri üçün elan edilmiş təqaüd proqramlarının qal ...

Əsas xəbər, Nazirlik, AzTU
Beynəlxalq təcrübəyə istinad etmək, onu olduğu kimi “kopiyalamaq” demək dey ...

Beynəlxalq təcrübəyə istinad etmək, onu olduğu kimi “kopiyalamaq” demək dey ...

Köşə yazılar
Müsabiqə qalibləri mükafatlandırılıb

Müsabiqə qalibləri mükafatlandırılıb

Nazirlik, Kolleclər
“Sabahın alimləri” V Respublika Müsabiqəsinə start verilib

“Sabahın alimləri” V Respublika Müsabiqəsinə start verilib

Əsas xəbər, Nazirlik, "Zirvə"
Təhsil Nazirliyində kollegiya iclası

Təhsil Nazirliyində kollegiya iclası

---
Təhsil Nazirliyində kollegiya iclası

Təhsil Nazirliyində kollegiya iclası

Əsas xəbər, Nazirlik
Təhsil naziri rektorlarla videokonfrans keçirib

Təhsil naziri rektorlarla videokonfrans keçirib

Əsas xəbər, Nazirlik, AzTU
AzTU-da Sosial Layihələr Müsabiqəsinin təqdimatı keçirilib

AzTU-da Sosial Layihələr Müsabiqəsinin təqdimatı keçirilib

AzTU
“Ana dilimiz milli varlığımızdır” müsabiqəsinin ilkin mərhələsi keçirilib

“Ana dilimiz milli varlığımızdır” müsabiqəsinin ilkin mərhələsi keçirilib

Humanitar elmlər
Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

Humanitar elmlər
“Mənim ailəmin hekayəsindən” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Mənim ailəmin hekayəsindən” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, Nazirlik, Məktəblər
Mətbuat Şurasının sədri: Jurnalistika fakültələrinə qəbulda qabiliyyət test ...

Mətbuat Şurasının sədri: Jurnalistika fakültələrinə qəbulda qabiliyyət test ...

Milli Məclis, MEDİA
Rəy yazın: