Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələr qurmuş və bu günə kimi müxtəlif sahələrdə inkişaf etdirmişdir.
Azərbaycanın regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması ölkəni Avropa İttifaqı üçün cəlbedici edən faktorlardandır.


44 günlük Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması prosesinə Avropa İttifaqı da qoşulmuşdur. 2021-ci il 14 dekabr tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirildi. Görüşün nəticəsi olaraq Avropa İttifaqı rəhbərinin səsləndirdiyi bəyanatda açıq şəkildə Rusiyada imzalanmış 2020-ci ilin 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatları sadalanır, həmin sənədlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulandı. Avropa İttifaqı hər iki ölkəni hərtərəfli sülh müqaviləsi imzalamağa çağırmaqla qalmamış, son abzasda “Cənubi Qafqazda, xüsusən, Ermənistanla Azərbaycan arasında ölkələrin suverenliyinə hörmətlə yanaşmaq şərtilə” kommunikasiya infrastrukturlarının bərpasının əhəmiyyəti vurğulanmışdır. Şarl Mişel regionda komunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında uzlaşmanı təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib, hətta Aİ-nin iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyini bildirib.
2022-ci 6 aprel tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə növbəti görüşü baş tutdu. İkinci üçtərəfli görüşdən sonra yayılan bəyanatda qeyd olundu ki, liderlər 2021-ci ilin dekabrında Brüsseldə keçirdikləri son görüşdən və 2022-ci ilin fevralında Fransa Prezidenti Emmanuel Makronla videokonfransdan sonra baş verənləri qiymətləndirdilər. Həmçinin liderlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına tam əməl olunmasının zəruriliyini bildirdilər.
Son olaraq 2022-ci ilin mayın 22-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü olub. Görüşdə Prezident İlham Əliyev Şarl Mişelin Ermənistan ilə Azərbaycan arasında Sülh müqaviləsinin hazırlanması, iki ölkənin münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan 5 prinsipin təqdim olunduğunu qeyd etdi və bu prinsiplərin sülh müqaviləsinin hazırlanmasında əsas rol oynadığını vurğuladı.

Prezident İlham Əliyev bu il aprelin 6-da Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında keçirilmiş görüşün nəticələrinə uyğun olaraq, Azərbaycanın aprelin sonunda sülh müqaviləsi üzrə danışıqlara başlamaq üçün İşçi Qrupunun tərkibini, həmçinin sərhədlərin delimitasiyası üzrə milli komissiyanın tərkibini müəyyənləşdirdiyini və bu xüsusda danışıqlara hazır olduğunu bir daha qeyd etdi , həmçinin işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsinin vacibliyini bir daha vurğuladı.
Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Babacan ZƏKİYEV,
Qusar rayonundakı
Sərvər Abdulkərimov adına
Balaqusar kənd tam orta məktəbin
direktoru

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Azərbaycanlı jurnalist Zeynab Kazimovanın Fransada məqaləsi nəşr olunub

Azərbaycanlı jurnalist Zeynab Kazimovanın Fransada məqaləsi nəşr olunub

Dünya, Avropa
Azerbaycanlilar Brusselde etiraz aksiyasi kecirib

Azerbaycanlilar Brusselde etiraz aksiyasi kecirib

Avropa, Diaspora
Brüsseldə -  Avropa Komissiyasının binası önündə Xocalı soyqırımı mitinqi k ...

Brüsseldə - Avropa Komissiyasının binası önündə Xocalı soyqırımı mitinqi k ...

Qarabağ, Elanlar, Diaspora
Avropa Azərbaycanlıları Konqresi ÜAK-ın ləğvi cəhdləri ilə bağlı bəyanat ya ...

Avropa Azərbaycanlıları Konqresi ÜAK-ın ləğvi cəhdləri ilə bağlı bəyanat ya ...

Avropa, Rusiya, Diaspora
PRİNSİPSİZLİYƏ QARŞI  AZƏRBAYCAN PRİNSİPİALLIĞI

PRİNSİPSİZLİYƏ QARŞI AZƏRBAYCAN PRİNSİPİALLIĞI

Zalqa, Siyasət, Köşə yazılar
Gömrük Akademiyasının əməkdaşının məqaləsi Türkiyənin rəsmi xəbər agentliyi ...

Gömrük Akademiyasının əməkdaşının məqaləsi Türkiyənin rəsmi xəbər agentliyi ...

Yeni nəşrlər, Turan
Pərvin Abdullayeva:

Pərvin Abdullayeva: "Sülhü və beynəlxalq hüququ rədd edən Ermənistan"

Qarabağ, AzTU
Mayın 23 də Gürcüstanda “Avropa Kafeləri” turu başladı

Mayın 23 də Gürcüstanda “Avropa Kafeləri” turu başladı

Borçalı
Şəhid ailəsinə mənzil verilib

Şəhid ailəsinə mənzil verilib

Qarabağ
İlham Əliyevin qardaş Türkiyəyə işgüzar səfəri

İlham Əliyevin qardaş Türkiyəyə işgüzar səfəri

Əsas xəbər, Azərbaycan, Rəsmi Xəbərlər
İsa HƏBİBBƏYLİ : Avropa oyunlarının Azərbaycan standartı

İsa HƏBİBBƏYLİ : Avropa oyunlarının Azərbaycan standartı

Əsas xəbər, Azərbaycan, "Zirvə"
Azərbaycanlı alimlər Brüsseldə keçirilən tədbirdə iştirak ediblər

Azərbaycanlı alimlər Brüsseldə keçirilən tədbirdə iştirak ediblər

Biologiya və tibb elmləri, Digər bölmələr, Dünya, Avropa
Novruzəli Aslanov: “3+3 əməkdaşlıq platforması regional əlaqələrin inkişafı ...

Novruzəli Aslanov: “3+3 əməkdaşlıq platforması regional əlaqələrin inkişafı ...

"Mən Şirvanın səsiyəm", Siyasət
Fransa nümayəndə heyəti Fransız-Azərbaycan Universitetində olub

Fransa nümayəndə heyəti Fransız-Azərbaycan Universitetində olub

Nazirlik, ADNSU
Arzu XƏLİLOVA: Məzun sözü

Arzu XƏLİLOVA: Məzun sözü

AzTU
Şuşa bəyannaməsi  Azərbaycan –Türkiyə qardaşlığını  sübut edən hüquqi sənəd ...

Şuşa bəyannaməsi Azərbaycan –Türkiyə qardaşlığını sübut edən hüquqi sənəd ...

Köşə yazılar
İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

Əsas xəbər, Azərbaycan, Ədəbi əlaqələr, Gürcüstan
Azərbaycan Prezidenti İlham ƏLİYEVin Dünya Azərbaycanlılarına  MÜRACİƏTİ

Azərbaycan Prezidenti İlham ƏLİYEVin Dünya Azərbaycanlılarına MÜRACİƏTİ

Əsas xəbər, Rəsmi Xəbərlər
Müşfiq Əmirov Respublika Nəqliyyat, Rabitə və Yuksək Texnologiya İşçiləri H ...

Müşfiq Əmirov Respublika Nəqliyyat, Rabitə və Yuksək Texnologiya İşçiləri H ...

Təbriklər, QHT
AzTU-da Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi qeyd olunu ...

AzTU-da Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi qeyd olunu ...

AzTU, Turan
Rəy yazın: