YÜKSƏK AMAL SAHİBİ

YÜKSƏK AMAL SAHİBİ Bakı şəhərində yerləşən 286 saylı tam orta məktəbin tarix müəllimi öz dərin zəkası, istedadı, biliyi və təfəfkkürü ilə məktəb kollektivi və şagirdlər tərəfindən böyük məhəbbətlə sevilən Təranə müəllimin adı ziyalılardan söz düşəndə həmişə qabaqcıllar sırasında çəkilir. Bu həyatsevər insanın qayəsi dürüst, amalı aydın, ideyası vətənpərvər şagirdlər yetişdirib, ölkədə dövlətçilik ənənəsinə xidmət etməkdir. Onun ən xoşbəxt dəqiqələri şagirdləri arasında olmasıdır. Fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın gələcəyini düşünür, mənəvi, əxlaqi dəyərləri önə çəkməklə, şagirdlərin savadlı, vətənpərvər böyüməsinə səy göstərir. Məktəbdə hamı Təranə müəllimin adını uca, əziz tutur. Deyirlər ki, kollektivdə öz yeri, üslubu var, peşəsinə vurğunluğu əvəzedilməzdir.Ən əsası onda sənətlə şəxsiyyətin harmoniyası adam da heyrət yaradır. Odur ki, tədris etdiyi farix fənninə şagirdlər arasında maraq daha çoxdur. Təranə Salahova hər bir mövzu haqqında ssenari qurmağı da bacarır və məktəbdə müxtəlif tədbirlərin keçirilməsində xüsusi səy göstərir, əlindən gələn köməyi edir.

Oktyabrın 5-də keçirilən Müəllimlər günü münasibətilə də xüsusi ssenari hazırlamışdır. Lakin, ssenarini oxuculara təqdim etməzdən öncə, bu bayramın yaranma tarixinə qısa nəzər salaq, sonra isə Təranə Salahovanın şagirdlərini bu əziz bayrama necə hazırladığı ilə tanış olarıq.

Məlumdur ki, hər il ənənəvi şəkildə qeyd edilən müəllim günü 1965-ci il SSRİ Ali Sovetinin 29 sentyabr tarixli qərarından sonra keçirilir. Müstəqillik qazandıqdan sonra isə bu peşə bayramı hər il oktyabr ayının ilk bazar günü qeydedilir.təqvimdə rəsmi bayram günü kimi qeyd edilməsə də, müəllim ordusu üçün bu gün elə əsl bayramdır. Bu bayram bu gün də var, sabah da olacaq. Çünki, Azərbaycan cəmiyyətində müəllim peşəsi həmişə hörmətli peşələrdən biri olmuşdur. Gənc nəslin müstəqil həyata hazırlanması, onun dünyagörüşünün formalaşması, yəni gələcək mütəxəssisin ilk hazırlığı orta məktəb illərindən başladığı üçün hər bir valideyn məktəb yaşına çatmış övladını müəllimə etibar edir.

Müəllim günü ölkəmizdə müstəqillik qazandıqdan sonra isə oktyabrın ilk bazar günü daha geniş qeyd edilir. Bu gün müəllimlər öz peşə bayramlarını keçirirlər. Bu gün hər kəs özünün ibtidai məktəbdə, birinci sinifdə oxuduğu illəri xoş xatirə kimi anır və bu xatirələrdə ən əziz yeri, əlbəttə ki, ona sevgi və qayğıilə qələm tutmağı, yazı yazmağı, kitab oxumağı öyrədən müəllim tutur. Müəllimlik dünyada ən çətin, eynin zamanda ən şərəfli və ən gözəl peşə olduğundan insanlar həmişə müəllimə hörmətlə yanaşmışlar. Müxtəlif dövrlərdə minlərlə müəllim əməyi milləti cəhalətdən qurtarmış, müharibələrin qarşısı alınmış, insanlar elm və texnikanın gücü ilə texnika əsrinə gəlib çatmışdır. Müəllimlər şagirdlərin dərin və hərətəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşür. Bu əməyin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir.

Ümummilli liderimiz Heydər Əliyev də həmişə müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini həmişə minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Onun ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimlərimiz diqqət mərkəzində olmuş. Onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır.

Aqillər deyib ki, uşaq beyni ağ vərəqə bənzəyir. Oraya nə yazılsa əbədi qalar. Demək sağlam fikirli, aydın düşüncəli, cəmiyyət üçün gərəkli övladlar böyütmək üçün o ağ vərəqə dəyərli amillər, xeyirxahlıq, vətənpərvərlik, saflıq-paklıq, səmimiyyət bildirən hissləri hopdurmalı, düşüncələrinə ağı-qaradan seçməyi yazdırmalıyıq. Bu gün təmiz beyinlərə elə “toxum” səpməliyik ki, sabah özümüz utanmayaq. Bütün nbunları öyrənmək üçün isə bir insan var-müəllim! Bu günün müəllimlər dədaima şagirdlərinə vətənpərvərlik, xeyirxahlıq, hörmət və bu kimi insani xüsusiyyətləri aşılamalıdır.

XIX əsrin birinci yarısına qədər Azərbaycanda yalnız mollaxanalar və mədrəsələr var idi. Bu məktəblərin də xüsusi bir dərs rejimi var idi. Əsas etibarı ilə bu tipli məktəblər Azərbaycan uşaqlarını öz ana dilindən uzaqlaşdırırdı, burada nə Azərbaycan, nə də başqa dillərdə heç bir fənn tədris olunmurdu. Lakin, Bakıda XIX əsrdə ilk məktəblər açılması, müəllim ordusunun artması ilə ana dilimizin inkişafına da təkan verdi. Ölkədə cəhalətə demək olar ki, son qoyuldu. Müəllim gününün qeyd edilməsinə dair isə ilk dəfə olaraq qərar 1966-cı ildə YUNESKO-nun qərarı ilə verilib.

Hər bir vətəndaşın yaddaşında həkk olunan məktəb bu gün də hər kəs tərəfində kövrək notlarla yad edilir. Bu gün də həmən günlərdən biridir. Şagirdlərin sevimli müəllimləri haqqında dedikləri xoş sözlər, maraqlı şeirlər hər kəs tərəfindən sevilə-sevilə dinlənildi.

Himn səslənir.

Himdən sonra şagird Ağazadə Əsmər “Müəllimə hədiyyə” adlı şeiri söyləyir.

Gəlin bir şəkil çəkək,
Şəkildə çiçək çəkək,
Çiçək üstə kəpənək,
Qanadını çil çəkək.

Sonra gözəl rəngləyək,
Müəllimə pay verək.

Şeir bitdikdən sonra manitorda “Məktəb illəri” mahnısının sədaları altında slayd göstərilir. Şagird Abbasova Almaz:

Saflığa bələnib hər müdrik sözü,
Bizə ömür boyu dayaq olubdur.

İşıqlı zəkası, ağıllı sözü,
Ömür yolumuza mayak olubdur - şeirini söyləyir.

Şagird Acalov Kamal: salam əziz uşaqlar, hörmətli qonaqlar. Müəllimlər hər zaman övladları bildiyi şagirdlərininin sevincinə sevinib, kədərinə kədərlənən müəllim ömrü bizlərə əsl örnəkdir. O, elmin fəzilətini şagirdlərinə daddıran bir insandır. Adi insandan fərqi isə şagirdlərinə qəlbində daşıdığı sevgisidir. Bu sevgini isə nə qədər paylaşsa da tükənməz. Uca müəllim, adına ləkə gətirən əməllərdən kənar olar.

(Səhnədə uşaqlar görünür)

Şagirdlərin hər biri sevimli müəllimlərə həsr olunmuş çıxışlara başladılar.

Bəhrəmli İlahə: Müəllim - ana kimi şəfqətli, ata kimi güvənli, üstün əxlaqlı, dərin düşüncəli, həssas qəlbli, həlim davranışlı bir insandır, elmin sirr ünvanını düzgün biləndir.Müəllim - həqiqətin içərisinə varan, orada ucalan, orada yüksələn, bilgisi düz, sözü düz, mərifəti düz olan, elmin qapısını düz tanıyıb, oradan elmin şəhərinə-xəzinələr sarayına varandır.

Bayramova Əfruz: Müəllim - sinəsi xəzinə, baxış pəncərəsi qəlbin gözü, seyr etdiyi məkan yüksəkliklər, dayağı fərasət olan, yerdən aləmlərə nur yayan, mərifətə aparan düz yol, qanad, inam taxtında əyləşdirən böyüklükdür. Müəllim - sevgini yaşayan-sevgini öyrədən sevdalı, zülməti yaran ziya, cəhaləti elmin qılıncıyla yox edən, elmi üstün olan, qəlbiylə insanlara yaxınlaşan, böyük örnəkdir.

Cəbrayılov Çingiz: Müəllim - insanlara elm öyrətməklə həyatını şam kimi əridən, qəlblərdə əbədi həyat quran şəxsiyyət, hikkədən kənar, qürurdan uzaq, bar

verən ağac kimi başıaşağı, gülüşü təbəssüm, millətin, xalqın yükünü zərif çiyinlərində çəkən fədaidir. Müəllim-adi söz olmayıb,müqəddəs peşədir.Əsl müəllim bir günəşdir. Ürəyinin istisini, beyninin odunu heç kəsdən əsirgəməyən bir günəş. Sənətə bütün sənətlərdən üstündür

Datayeva Səbinə: Müəllim - Bizə hərf öyrədir, danışmaq öyrədir, söz öyrədir. Gözlərdə ifadə olunan hissləri duyan, sədanı eşidən müəllim ömrünə alqış. Bir ömür sinif otaqlarında dərs dedikcə heçə dönmür, daim təzələnir. Canlı ulduz olub daima müxtəlif bölgələrimizdə parlayaraq, yerindən asılı olmayaraq hər şagirdə eyni yanaşırlar.

Əhmədzadə Nigar: Uşaqlar, dövlət xadimindən tutmuş hər bir sənət sahibi müəllimlərə borcludur. Çünki, hər birimizə qələm tutub hərf yazmağı müəllimimiz öyrətmişdir. Ona görə də onları incitməməliyik. Dərslərimizi yaxşı oxumalıyıq ki, gələcəkdə onların zəhmətləri hədər getməsin. Onlar bizə təkcə müəllim deyil, həm də ana qayğısı göstərir, balaları kimi sevirlər.

Yenə musiqi səslənir.

Şagirdlər növbə ilə şeir söyləyirlər.
Əfəndiyev Nicat:
Üç insan əzizdir mənə dünyada,
Anam, müəllimim, bir də ustadım.
Hər an baş əyirəm sizdəki, ada,
Anam, müəllimim, bir də ustadım.

Hüseynova Leyla:
Bütün qazandığım uğurlar üçün,
Sizlərə borcluyam, sizlərə bütün.
Ruhən yanımdasız hər saat, hər gün,
Anam, müəllimim, bir də ustadım.

Həmidov Əlsəf:
Nə qədər böyüyüb, yaşlansam da mən,
Sizin qarşınızda uşağam həmən.
Sizə baş əyirəm qəlbən, ürəkdən,
Anam, müəllimim, bir də ustadım.

Hüseynova Nigar:
Ən parlaq ulduzdu, nur saçan aydı
Dalğalı dənizdi, ləpəli çaydı.
Ömrü ömürlərə paylanan paydı,
Safdı, müqəddəsdi müəllim ömrü.

Rəhimzadə Mədinə:
Həlimlik gözünün qarasındadır,
Əzizlik qəlbinin parasındadır.
Hər an şagirdlərin arasındadır,
Kövrəlmiş bir səsdi müəllim ömrü.

Quliyeva Vəzifə:
Günəş hərarətli, dağ vüqarlıdır,
Saçları dalğındı, bəyaz qarlıdı,
Övladlı, nəvəli, gözəl yarlıdı
Mehriban bir kəsdir müəllim ömrü.

Müəllimlərə dahi şəxsiyyətlər tərəfindən verilən ictimai qiymət şagirdlər tərəfindən növbə ilə səsləndirildi.

Muxtarova Fidan: “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi, müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir”. Gələcək gənclərin, gənclər isə Müəllimlərin əsəridir!!! Heydər Əliyev.

Məmmədova Leyla: Görkəmli xadim Nəriman Nərimanov xalq müəllimlərinə verdiyi tövsiyələrindən birində yazırdı: “...vətənin xoşbəxtliyi onun cavanlarının yaxşı tərbiyəsi ilə bağlıdır. Yaxşı tərbiyə isə insanın əqlini və əxlağını gözəl, pak şeylər əxz etməyi öyrətməkdən, ürəyini və vicdanını pisliklərdən çəkindirməkdən ibarətdir.

Yenə musiqi sədaları ucaldı.

Nağıyev Əli: Əgər məndən soruşsalar ki, ən şərəfli sənət hansıdır, mən o zaman iftixarla belə deyərdim: Müəllimlik! - Həsənbəy Zərdabi.

Novruzov Dəniz: Müəllimin evi kitabxanadır. Dövləti kiçik şagirdlərdir, mükəlləfiyyatı isə qara məktəb mizləridir, sazı və nəğməsi məktəb şagirdlərinin sədasıdır, istirahəti dəftərlərin təshihi, qazancı isə millətin məhəbbət və etibarıdır. - Sultan Məcid Qənizadə.

Osmanlı Nihad: Müəllimlik ən çətin və ən məsuliyyətli peşədir. O gələcəyi yaradır. - Q. Bereqovoy.

Şəfiyev Elvin: Müəllimin sözlərini təkrarlamaq-onun davametdiricisi olmaq deməkdir. – D. İ. Psarev.

Teymurova Nərmin: Ölkəmiz müstəqillik əldə etdikdən sonra təhsil sahəsində müəllimə münasibət köklü surətdə dəyişdi. Onlara dövlət tərəfindən göstərilən diqqət və qayğı artırıldı. Dövlət Başçısı cənab İlham Əliyevin sərəncamı ilə bir neçə ildir ki, “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı məktəbi” müsabiqələri keçirilir. Bu da maddi cəhətdən müəllimlərin vəziyyətinin yaxşılaşdırılmsına, məktəblərin maddi-tədris bazasının möhkəmləndirilməsinə kömək edir.

Talıblı Orxan: Bu gün biz də qəlbimizin hərarətinin tər çiçəklər kimi bütün müəllimlərə veririk, onlara ömürlük fərəh arzulayırıq. Sevimli müəllimlər! Peşə bayramınız mübarək. Hər birimizin sizə ehtiyacımız var. Bizlər sizin əlinizin bərəkəti ilə kamala doluruq. Biz böyüyürük, siz yaşlanlrslz. Amma nə qədər böyüsək də yaddaşımızda əlimizdən tutub bizə yazmağı öyrədən müəllim kimi əbədi qalmısınız. Sizin şagirdləriniz, sizin sərvətinizdir. Həmişə şagirdlərinizin xoş sorağını alasınız.

Bununla da tədbirimiz bağlı elan olunur və şagirdlərimizin sizin üçün hazırladıqları rəqsi sizlərə təqdim edirik! Rəqs havası səslənir.

Güllü NEMƏTQIZI
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-nun rektoru Vilayət Vəliyevin  Beynəlxalq Müəllimlər Günü münasibətilə ...

AzTU-nun rektoru Vilayət Vəliyevin Beynəlxalq Müəllimlər Günü münasibətilə ...

Əsas xəbər, AzTU
5 oktyabr - Beynəlxalq müəllimlər günüdür!..

5 oktyabr - Beynəlxalq müəllimlər günüdür!..

Məktəblər, Təbriklər
32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il!

32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il!

Regionlar, Məktəblər
DİQQƏT, QAYĞI VƏ ALİ MƏQSƏDLƏRƏ DOĞRU

DİQQƏT, QAYĞI VƏ ALİ MƏQSƏDLƏRƏ DOĞRU

Regionlar, Məktəblər
TƏHSİL ORDUMUZUN ŞƏRƏFLİ ƏSGƏRLƏRİ, DƏYƏRLİ MÜƏLLİMLƏRİMİZ, PEDAQOQLARIMIZ

TƏHSİL ORDUMUZUN ŞƏRƏFLİ ƏSGƏRLƏRİ, DƏYƏRLİ MÜƏLLİMLƏRİMİZ, PEDAQOQLARIMIZ

Məktəblər, "Elm və Təhsil", Köşə yazılar
Müəllimlik şərəfli, müqəddəs və bir o qədər də çətin peşədir!..

Müəllimlik şərəfli, müqəddəs və bir o qədər də çətin peşədir!..

Regionlar, Məktəblər
Ömrün 75-ci baharı

Ömrün 75-ci baharı

Bakı, Məktəblər, "Elm və Təhsil", "Şərqin səsi", "XXI əsrin Ziyalıları"
MÜƏLLİM PEŞƏSİ VƏ YA ŞƏRƏFLİ ÖMÜR

MÜƏLLİM PEŞƏSİ VƏ YA ŞƏRƏFLİ ÖMÜR

Məktəblər, "Elm və Təhsil"
ŞİRVANIN QABAQCIL  MÜƏLLİMLƏRİ

ŞİRVANIN QABAQCIL MÜƏLLİMLƏRİ

Məktəblər, "Mən Şirvanın səsiyəm"
XƏYALLARINIZDAKI MƏKTƏB BUDUR

XƏYALLARINIZDAKI MƏKTƏB BUDUR

Məktəblər
Şagirdlərin sevimlisi  - Elza Xəlilova

Şagirdlərin sevimlisi - Elza Xəlilova

Məktəblər, "Elm və Təhsil"
Ata yolunun layiqli davamçısı - Səkinə Niftaliyeva

Ata yolunun layiqli davamçısı - Səkinə Niftaliyeva

Məktəblər, "Elm və Təhsil"
MAYA RÜSTƏM QIZI HACIYEVA (1959)

MAYA RÜSTƏM QIZI HACIYEVA (1959)

"Elm və Təhsil", "XXI əsrin Ziyalıları", Başkeçid
İZİ, SÖZÜ VƏ ƏMƏLLƏRİ İLƏ YAŞAYAN MÜƏLLİM - ƏBDÜL BAYRAMOV

İZİ, SÖZÜ VƏ ƏMƏLLƏRİ İLƏ YAŞAYAN MÜƏLLİM - ƏBDÜL BAYRAMOV

Darvaz
PEŞƏYƏ MƏHƏBBƏT OLANDA

PEŞƏYƏ MƏHƏBBƏT OLANDA

Regionlar, Məktəblər
Həmişə yetirmələrinin uğurlarına sevinəsən Həsən müəllim!..

Həmişə yetirmələrinin uğurlarına sevinəsən Həsən müəllim!..

Regionlar, Məktəblər
ŞƏRƏFLİ   PEDAQOQ  ÖMRÜ

ŞƏRƏFLİ PEDAQOQ ÖMRÜ

Regionlar, UNUTSAQ, UNUDULARIQ!....
Qaranlığa işıq saçan müəllim ailəsi

Qaranlığa işıq saçan müəllim ailəsi

"Elm və Təhsil", "XXI əsrin Ziyalıları"
Tələbə sözü:

Tələbə sözü: "Əzmlə çalışacağam!..."

AzTU
Müəllim, həmişə ucadır adın!..

Müəllim, həmişə ucadır adın!..

Məktəblər
Rəy yazın: