MƏKTƏB VƏ MƏSCİD

MƏKTƏB VƏ MƏSCİD Etibar ƏLİYEV

HƏYACAN TƏBİLİ!

“Əgər dini əxlaqla birləşdirməsən, onda din şəfqət diləməyə çevrilir.” İ. Kant


Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Sovetski”də iki məscidlə bağlı yaranmış vəziyyətə aydınlıq gətirib: “Bizdə “Heydər məscidi” və digər bu kimi mötəbər məscidlər fəaliyyət göstərir. Suyu bulandırmaq, ümumi işə ziyan vurmaq istəyənlər hay-küy salırlar. Bu adamların mömin insanlarla heç bir əlaqəsi yoxdur”.


Suyu bulandıranlar varsa, bu, yaxşı hal deyil. Mötəbər məscidlər varsa, bu, yaxşı haldır. Ancaq məscidlər nə qədər mötəbər olsa belə, onların təbliğatına yol verilməməlidir.


Bizdə mötəbər məscidlərlə yanaşı mötəbər orta məktəblər də inşa olunub. Mötəbər kitabxana da var: Axundov kitabxanası. İndi gəlin görək, bu mötəbərliyin əhatə dairəsi nə qədərdir? Sumqayıt və Gəncə kimi iri şəhərlərdə demək olar ki, kitabxana yoxdur. 6 və 23 saylı məktəblərə bənzər məktəb tapmaq olar? Mötəbər məscidlə yanaşı, Qaraçuxurda da məscid fəaliyyət göstərir. Sırf qaramatdır. Bu məscidin ətrafında 10-a yaxın məktəb və uşaq bağçası var. Uşaqlar bu məscidin yanından keçəndə ürkürlər. Mübariz Qurbanlı və onun ətrafı bu barədə hələlik heç nə demir.


Böyük Kant yazır: “Həm uşaqlara, həm də özümüzə diqqətli olmalıyıq ki, Allahın adından tez-tez sui-istifadə olunmasın. Əgər onun adını hətta xeyirxah məqsədlə səadət arzulayanda işlədirlərsə, bunun özü də, düzünə qalsa, sui-istifadədir. Allah haqqında anlam hər dəfə onun adı çəkiləndə insanın qəlbini ehtiram hissi ilə doldurmalıdır. İnsan onun adını nadir hallarda çəkməlidir, özü də heç zaman düşüncəsiz şəkildə dilə gətirməməlidir. Uşaq Allaha, birincisi, həyatın və bütün dünyanın sahibi, ikincisi, insanları yaradan ilahi qüvvə, nəhayət üçüncüsü, hakimi-mütləq kimi ehtiram hiss etməlidir”.


Bu fikirlər uşaqlara təlqin olunmalıdır. Biz gündəlik həyatda uşaqların yeri gəldi-gəlmədi Allahın adından sui-istifadə etmələrinə rast gəlirik. Onlara bunu etməmək istiqamətində işlər aparılmır. Əgər məktəb bunu bacara bilsə, uşaqları dinlə bağlı irrasionallıqdan xilas edə bilər. Çox təəssüflər olsun ki, müəllimlərin də böyük əksəriyyətinin dinlə bağlı təsəvvürləri yanlışdır.


Bu gün məscidlərin sayını artırıb-azaltmaq gündəmdə olmamalıdır. Əsas məsələ uşaqların dini tərbiyəsini düzgün qurmaq lazımdır. Hələ özlərini tanımayan cavanlara ilahiyyatı öyrətmək olarmı? Yenə də Kanta müraciət edirəm: “Yalnız ilahiyyata əsaslanan din heç bir əxlaqı ehtiva edə bilməz. Belə bir din bir tərəfdən qorxu, digər tərəfdən isə inkarçılığı təlqin edə bilər ki, bu isə yalnız mövhumi itaətkarlıq doğurur. Beləliklə, mənəviyyat əvvəl gəlməlidir, ilahiyyat onu izləməlidir. Din elə bunun özüdür”.


Gündəlik həyatda çox vaxt bunun əksi ilə rastlaşırıq. Bizdə çox yaxşı örnəklər var.


Onlardan birini misal çəkim: Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti, akademik Mir Əsədulla Mirqasımovun atası Mir Ələsgər mədrəsədə ərəb, fars dillərindən və ilahiyyatdan dərs deyib. O istəyirdi ki, oğlu dini savad alsın, şeyxülislamlıq mərtəbəsinədək yüksəlsin. Bu səbəbdən oğlunun rus gimnaziyasında oxumasına razılıq vermirdi. Bunları yaxşı başa düşən 13 yaşlı Mirəsədulla atasından xəlvət gimnaziyaya gedib. Tezliklə rus dilində danışmağı, yazmağı da öyrənib. Orada dərs deyən alman pastorunun köməyi ilə gimnaziyaya daxil olub. Bu qərarının ailəsi, qohumları tərəfindən kəskin etirazla qarşılanacağını, atasının bəlkə ən sərt tədbirlərə əl atacağını anlayıb, ancaq fikrindən dönməyib.


O, evdən gimnazist geyimində çıxa bilməzdi. Ona görə də bir dükançı ilə danışıb. Dükançı ona bir az pul verib. Hər gün mədrəsədən çıxanda dükanda gimnazist paltarını geyinib, furajkasını başına qoyub gimnaziyaya gedib. Qayıdanda yenə dükana baş çəkib, paltarını dəyişib. Bir müddət belə davam edib. Ancaq bir gün sirrin üstü açılıb. Onu təsadüfən küçədə gimnazist geyimində görən əmisi bu xəbəri Mirələsgər ağaya yetirib. Gələcəyinə ümidlə baxdığı, böyük din xadimi olacağına inandığı oğlunun bu hərəkəti ata üçün zərbə olub. «Mənim bundan sonra Mirəsədulla adlı oğlum yoxdur, o, kafirdir» deyib. Rus gimnaziyasında oxumaqla onun prinsiplərinə qarşı çıxan oğlunu cəzalandırıb, onu evdən qovub. Həkim olmaq arzusu ilə Rusiyaya yollanan Mirəsədulla 1908-ci ildə Odessada Novorossiysk Universitetinin tibb fakültəsinə daxil olub.


Akademik Mirqasımovun iradəsi indiki uşaqlara örnək olmalıdır. O, xarakteri və mənəviyyatı ilə tibb elminin ən yüksək zirvəsini fəth etmişdir. Sekulyar cəmiyyət üçün ən yaxşı təsisat məktəbdir. Məscidlər isə məktəbdən xeyli aralı olmalıdır.


azpolitika.info
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Ulu öndər Heydər Əliyev təhsil haqqında

Ulu öndər Heydər Əliyev təhsil haqqında

Azərbaycan, Prezident, Təhsil
2 Aprel - Beynəlxalq Autizm Marifləndirmə Günüdür!..

2 Aprel - Beynəlxalq Autizm Marifləndirmə Günüdür!..

Səhiyyə
AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Ramazan bayramı münasibətil ...

AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Ramazan bayramı münasibətil ...

Elm, Humanitar elmlər, "Zirvə"
Müəllimlik şərəfli, müqəddəs və bir o qədər də çətin peşədir!..

Müəllimlik şərəfli, müqəddəs və bir o qədər də çətin peşədir!..

Regionlar, Məktəblər
XƏYALLARINIZDAKI MƏKTƏB BUDUR

XƏYALLARINIZDAKI MƏKTƏB BUDUR

Məktəblər
Ekstermal situasiyalarda müəllim nə etməlidir? – ekspertlər yol göstərir

Ekstermal situasiyalarda müəllim nə etməlidir? – ekspertlər yol göstərir

Köşə yazılar
Azərbaycan dilinin tədrisi tarixində mühüm bir dövr: = Tiflis ziyalı mühiti ...

Azərbaycan dilinin tədrisi tarixində mühüm bir dövr: = Tiflis ziyalı mühiti ...

Tiflis, Köşə yazılar
Qafqaz Universitetində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri ilə ...

Qafqaz Universitetində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri ilə ...

BMU
Dini-mənəvi mühitin qorunub saxlanılmasında  peşəkar kadrlara ehtiyac var…

Dini-mənəvi mühitin qorunub saxlanılmasında peşəkar kadrlara ehtiyac var…

Köşə yazılar
Gürcüstanda dini azınlıqların problemləri

Gürcüstanda dini azınlıqların problemləri

Gürcüstan
Gürcüstan azərbaycanlılarının musiqi təhsili varmı?

Gürcüstan azərbaycanlılarının musiqi təhsili varmı?

Rustavi, Borçalı, Bolus, Qarayazı
SAMİRƏ SEYİDOVA:

SAMİRƏ SEYİDOVA: "MƏNİM ANA DİLİM, MƏNİM ÖZ DİLİM!"

Məktəblər, Köşə yazılar
Azərbaycanın və Gürcüstanın dini qurumları arasında çox yaxşı münasibətlər  ...

Azərbaycanın və Gürcüstanın dini qurumları arasında çox yaxşı münasibətlər ...

Tiflis, Diaspora
YAP-dan olan Millət vəkilləri Türkiyənin Azərbaycandakı səfirliyində olub,  ...

YAP-dan olan Millət vəkilləri Türkiyənin Azərbaycandakı səfirliyində olub, ...

YAP, Nekroloqlar, Turan
Səadət Şahpələngova:

Səadət Şahpələngova: "UŞAQ ŞƏXSİYYƏTİNİN İNKİŞAFINDA OYUNLARIN ROLU"

Elmi Məqalələr, Uşaq bağçaları
BÖYÜK İLAHİYYATÇI ALİM ŞEYX QƏLƏM AXUND

BÖYÜK İLAHİYYATÇI ALİM ŞEYX QƏLƏM AXUND

Regionlar, Tarix
O, DAİMA QƏLBİMİZDƏ YAŞAYARAQ SIRALARIMIZDA HİSS OLUNUR...

O, DAİMA QƏLBİMİZDƏ YAŞAYARAQ SIRALARIMIZDA HİSS OLUNUR...

Regionlar, Uşaq bağçaları, UNUTSAQ, UNUDULARIQ!....
Diqqət, diqqət!.. BƏLKƏ MƏN SƏHV EDİRƏM?!..

Diqqət, diqqət!.. BƏLKƏ MƏN SƏHV EDİRƏM?!..

Təhsil, Gürcüstan, Borçalı, Darvaz, Müşfiq Borçalı, Köşə yazılar
Orta məktəb təhsili haqqında bəzi  qeydlər...

Orta məktəb təhsili haqqında bəzi qeydlər...

Bakı, Məktəblər
DİQQƏT, QAYĞI VƏ ALİ MƏQSƏDLƏRƏ DOĞRU

DİQQƏT, QAYĞI VƏ ALİ MƏQSƏDLƏRƏ DOĞRU

Regionlar, Məktəblər
Rəy yazın: