“Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsi

“Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsi “Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsi “Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsi “Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsi “Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsi “Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsi “Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsi “Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsi 2017-ci il yanvar ayının 24 və 25 tarixlərində İsmayıllı şəhəri 1 saylı tam orta məktəbində yeniyetmə və gənclər arasında bədii və elmi ədəbiyyata marağın artırılması çərçivəsində ixtisaslaşmış təlimlər keçirilmişdir.

10 noyabr 2016-cı il tarixindən etibarən 3 ay müddətində fərdi şəxs qismində Gülnar İlham qızı Yunusova Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun təşkilati dəstəyi ilə İsmayıllı rayonunda “Gənclər elmi və bədii ədəbiyyat işığında” adlı layihənin icrasını həyata keçirir. Layihənin həyata keçirilməsində məqsəd məktəblilərin elmi və bədii təfəkkürünün inkişafına yönəlməklə onların elmi və bədii ədəbiyyatın müxtəlif sahələrində olan potensiallarının təyin olunması məqsədilə sorğu-anket, təlim, müsabiqə, sərgi və digər mədəni tədbirləri həyata keçirilməsi idi. Layihənin göstərilmiş fəaliyyətlərinin pilot olaraq üç məktəbdə - İsmayıllı şəhəri 1 saylı tam orta məktəb, İsmayıllı rayonu Təzəkənd kənd tam orta məktəb, İsmayıllı rayonu Topçu kənd tam orta məktəblərində keçirilməsi nəzərdə tutulmuşdur ki, 11-12 yanvar 2017-ci il tarixlərində adı çəkilən məktəblərin VIII-X sinif şagirdləri arasında sorğu-anket keçirilmişdir.
Toplam olaraq 300 şagird tərəfindən doldurulan məlumat sorğu blankına əsasən ədəbiyyata xüsusi marağı olan, bədii yaradıcılıq qabiliyyətli 60 nəfər müəyyənləşdirilərək ixtisaslaşmış təlimlərə cəlb olunmuşdur. 24 yanvar 2017-ci il tarixində Təzəkənd kənd tam orta məktəbinin 16 nəfər şagirdi və ədəbiyyat müəllimləri, Topçu kənd tam orta məktəbinin 14 nəfər şagirdi və ədəbiyyat müəllimləri AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Bəsirə Əzizəliyevanın ixtisaslaşmış təlimində iştirak etmişdirlər. 25 yanvar 2017-ci il tarixində isə eyni sistemli təlimdə İsmayıllı şəhər 1 saylı tam orta məktəbin 30 nəfər şagirdi və müəllim kollektivi iştirak etmişdir.
Təlimləri giriş sözü ilə açan layihə rəhbəri Gülnar Yunusova layihənin qısa şəkildə məqsədini izah edərək, məktəblilərə təlimdə və müsabiqədə uğurlar arzulayıb. Sonra isə hər bir işdə əsas məqsədimizin Azərbaycançılıq məfkurəsi olmasını qeyd edən layihə rəhbəri təlimdə iştirak edən iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini söyləməyə dəvət edib.
Daha sonra təlimi fil.ü.f.d., dos. Bəsirə Əzizəliyeva davam etdirərək, təlim iştirakçılarına ədəbiyyat - elmi və bədii ədəbiyyat haqqında geniş məlumat vermiş, bədii yaradıcılığın mühüm atributları, bədii yaradıcılığı zənginləşdirən amillər, bədii yaradıcılığın inkişafına yardım edən elm sahələrindən danışmışdır. Azərbaycan ədəbiyyatı tarixinə nəzər salınmış, məktəblilərlə birlikdə bədii nümunələr təhlil olunmuşdur. Eyni zamanda, bədii yaradıcılıq qabiliyyəti olan şagirdlər öz bədii nümunələrini səsləndirmişdirlər. Məktəblərimizdə gənc ədəbiyyatşünasların hazırlanması sahəsində görülməli işlər də B.Əzizəliyevanın təlimində əsas istiqamətlərdən olmuşdur.
Sonda təlimlərdə şagirdləri ilə birgə iştirak edən ədəbiyyat müəllimləri layihənin əhəmiyyətini vurğulayaraq, layihənin məhz İsmayıllı rayonunda keçirdiyi üçün layihə rəhbərinə və təlimçiyə dərin minnətdarlıqlarını ifadə etmişdirlər.
Təlimin qısa davamı olaraq təlim iştirakçıları onlar üçün layihə rəhbəri tərəfindən təşkil olunmuş çay süfrəsində şirin söhbətlərini davam etdirmişlər.
Təlim iştirakçılarının sertifikatlarla təltif olunması, verilmiş mövzular üzrə yazılmış inşa müsabiqəsinin qaliblərinin elanı və mükafatlandırılması, ədəbiyyat üzrə təməl kitabların sərgisinin təşkili və digər mədəni tədbirlərin isə 4 fevral 2017-ci il tarixində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli və digər rəsmilərin iştirakı ilə irimiqyaslı şəkildə rayon mərkəzindəki “Mədəniyyət sarayı”nda təşkil olunması planlaşdırılır.


Layih rəhbəri: Gülnar Yunusova
Tel: +99450 582 0860
e-mail: [email protected]


.


Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsinə yekun vurulub

“Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsinə yekun vurulub

Regionlar, Humanitar elmlər, "Zirvə"
“Regionlarda dil situasiyası: İsmayıllı”

“Regionlarda dil situasiyası: İsmayıllı”

Regionlar, Humanitar elmlər

"Kür-Xəzər" yeni layihənin icrasına başlayıb

QHT
Samuxda gənc analar üçün təlim keçirilib

Samuxda gənc analar üçün təlim keçirilib

Regionlar
“QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə”

“QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə”

AzTU, QHT, GVİİM
Şagirdlərdə ədəbiyyat dərsinə, bədii əsərlərə sevgini artmaq üçün...

Şagirdlərdə ədəbiyyat dərsinə, bədii əsərlərə sevgini artmaq üçün...

Məktəblər
AD GÜNÜNÜZ MÜBARƏK, ZEMFİRA MÜƏLLİMƏ!..

AD GÜNÜNÜZ MÜBARƏK, ZEMFİRA MÜƏLLİMƏ!..

TDPİ-nin Azərbaycan bölməsi, Məktəblər, Bolus, Təbriklər
İsmayıllı şəhərində inklüziv turizm mövzusunda təlimlər keçilib

İsmayıllı şəhərində inklüziv turizm mövzusunda təlimlər keçilib

Azərbaycan, Mədəniyyət
Gülnar Səma “İlin gənc alimi” seçilib

Gülnar Səma “İlin gənc alimi” seçilib

Humanitar elmlər
Gülnar Səma şöbə müdiri təyin edilib

Gülnar Səma şöbə müdiri təyin edilib

Humanitar elmlər
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
“I Bədii Yaradıcılıq Olimpiadası” layihəsinə start verilib

“I Bədii Yaradıcılıq Olimpiadası” layihəsinə start verilib

QHT
BOLNİSİDƏ BİLİK YARIŞI KEÇİRİLİB

BOLNİSİDƏ BİLİK YARIŞI KEÇİRİLİB

Bolus
“Mənim gəncliyim, mənim gələcəyim” layihəsi çərçivəsində ilk təlimlərə başl ...

“Mənim gəncliyim, mənim gələcəyim” layihəsi çərçivəsində ilk təlimlərə başl ...

Regionlar, QHT
“STEM Azərbaycanda 2018” Müəllim Konfransı keçirilib

“STEM Azərbaycanda 2018” Müəllim Konfransı keçirilib

Sumqayıt, Məktəblər
“STEM Azərbaycanda 2018” Müəllim Konfransı keçirilib

“STEM Azərbaycanda 2018” Müəllim Konfransı keçirilib

Sumqayıt, Məktəblər
“İsmayıllı rayonu meşə bitkilərinin çöl bələdçi kitabı”nın təqdimatı keçiri ...

“İsmayıllı rayonu meşə bitkilərinin çöl bələdçi kitabı”nın təqdimatı keçiri ...

Biologiya və tibb elmləri
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kit ...

Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kit ...

Yeni nəşrlər, Humanitar elmlər
“Təbiətlə dost olaq!” layihəsinin icrasına start verildi

“Təbiətlə dost olaq!” layihəsinin icrasına start verildi

QHT
“Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi yeni bir layihəyə start v ...

“Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi yeni bir layihəyə start v ...

QHT
Rəy yazın: