ƏSGƏRƏ MƏKTUB! Digər ali məktəblər, Köşə yazılar 21 декабря 2021 Əziz və çox dəyərli Azərbaycan əsgəri!!! Canımıza can, ruhumuza ruh qatan müzəffər Azərbaycan ordusu!!! Keçmişimizi yaşadan, bu günumüzə qol-qanad verən, gələcəyimizə mayak tutan şanlı igidlərimiz!!! Qanları ilə tarix yazan, tariximizi yaşadan, şəhadətləri ilə müstəqilliyimizi qoruyan, möhtəşəm Azərbaycanımızı aydın və işıqlı sabahlara aparan şahidlərimiz - şəhidlərimiz!!!Bu gün həqiqətən də, sözün əsl mənasında müqəddəs Azərbaycanımızın ayrılmaz tərkib hissəsi olan qara bağrımız-Qarabağımız, alınmaz qalamız, ürəyimizin şüşəsi, gözəllər gözəli Şuşamız, hər daşında tarix yatan Azıx mağaramız, hər daşından yüzlərlə günahsız şəhidlərimizin ruhu boylanan, hələ neçə-neçə rayonumuzun, kəndimizin haqq səsinin hayqırdığı meşələr, dağlar, dərələr yolunuzu gözləyir, əziz Azərbaycan əsgəri. Bu şərəfli və mətanətli adın qarşısında hamımız baş əyirik. Bu adın qarşısında əsgər atası da, əsgər övladı da, əsgər xanımı da baş əyir. Lakin, unutmayın, hər bir əsgər özündə bir neçə missiya daşıya bilsə də, bunlardan ən güclü daha birisi də vardır ki, onu heç nə ilə əvəz eləmək olmaz. Onun adı vətən övladı olmaqdır. Azərbaycan əsgəri, həm də, ulu, müqəddəs, anamız Azərbaycanın övladıdır. Azərbaycan əsgəri, bu gün siz həqiqətən də çox-çox böyük, şərəfli bir yola çıxmısınız. Bu yol daşlı-kəsəkli, odlu-alovlu bir yoldur. Bu yolda başınız daşdan-daşa dəysə də, gözünüz od-alov görsə də, sonunda öz şirin canından keçərək şəhadətlik şərəfinə nail olaraq əlçatmaz bir zirvəyə ucalmaq da durur. Bundan şərəfli nə ola bilər ki?Siz günü-gündən çiçəklənən, imzalar içində imzası, bayraqlar içində bayrağı olan anamız Azərbaycanımızın bütövlüyü yolunda sinənizi sipər, qollarınızı çəpər etmisiniz. Bir anlıq günahsız tökülən körpə qanlarını, haqsız axıdılan göz yaşlarını, dünyada analoqu olmayan Xocalı adlı göyüm-göyüm göynəyən yaramızı, ağaclara sarıdılaraq alışdırılan ağsaqqallarımızın fəryadını, sinəsinə süngü taxılan ağbirçəklərimizin, hamilə qadınlarımızın tükürpədici naləsini xatırlayın!!! Nifrətiniz daim coşub çağlasın, qan yaddaşınız daim təzələnsin.İgid və sarsılmaz Azərbaycan əsgəri, mətin və rəşadətli müzəffər ordumuz, sizin xoşbəxtliyiniz həm də odur ki, arxanızda sizinlə daim fəxr edən, yumruq kimi birləşmiş xalqımız və dövlətimiz, öz ağlı, məntiqi, şücaəti ilə tarixlər tarixi yazan, yenilməz rəhbəriniz, cənab İlham Əliyev kimi qüdrətli sərkərdəniz vardır. Tarix boyu yağılara meydan, öz sərvəti özünə qənim olan, başıbəlalı xalqımızın firavan və xoş gələcəyi sizə əmanətdir. Üçrəngli bayrağı, gerbi, himni sizə əmanətdir. Biz inanırıq ki, bu əmanətə heç vaxt xəyanət olmayacaqdır. Zaman-zaman Babəklər, Cavanşirlər, Xətailər yetirən xalqımız, yeni tarix yazan Mübariz kimi, Polad kimi igidləri ilə daim fəxr etmişlər və edəcəklər. “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir və biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır” Yaşasın bu sözləri böyük ilham və inamla bəyan edən, tarixlər yazan dahi sərkərdəmiz cənab İlham Əliyev. Yaşasın müqəddəs və yenilməz Azərbaycan ordusu!!! Leyla Fərhadqızı Məmmədəliyeva AU-nun əməkdaşı, publisistZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.