Azərbaycan Universitetində Axısqa türkləri ilə görüş keçirilib Digər ali məktəblər, Turan 31 мая 2018 Axısqa türkləri ölkəmizin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edirlərAzərbaycan Universitetindən ZiM.Az-a bildiriblər ki, tədbirdə Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Ülviyyə Rəhimova türk xalqları arasında mənəvi bağların, həmrəylik və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin və inkişafının zəruruliyindən danışıb.Kafedranın professoru Asif Hacıyev Axısqa türklərinin tarixi və onların Azərbaycanda məskunlaşmaları haqqında məlumat verib. Bildirib ki, Axısqa türkləri qədim türk etnoslarındandır. İkinci Dünya müharibəsi dövründə sovet hökuməti tərəfindən Gürcüstandan Orta Asiya və Sibirə sürgün edilmələrinin üzərindən 74 il keçməsinə baxmayaraq, sistemli şəkildə öz tarixi torpaqlarına qayıda bilməyiblər. Onların bir qismi keçən əsrin 50-ci illərinin ortalarında Azərbaycanda məskunlaşıb. Həmin dövrdən başlayaraq ölkəmizin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edirlər.Professor Məhərrəm Qasımlı Axısqa türklərinin öz doğma torpaqlarına qayıtmaq uğrunda apardıqları mübarizədən söz açıb. Alim keçən əsrin 80-ci illərində Qazaxıstanda elmi ekspedisiyada olarkən görüşdüyü Axısqa türkləri ilə bağlı xatirələrini bölüşüb.Tədbirdə çıxış edənlər Axısqa türklərinin tarixi, etno-mədəni dəyərləri, məişəti, sürgündəki fəaliyyətləri, öz torpaqlarına qayıtmaq uğrunda apardıqları mübarizə, ədəbi yaradıcılıqları, digər xalqlarla ədəbi-mədəni əlaqələri, folkloru, adət-ənənələri haqqında məlumat veriblər.Aygül ÇOBANOVA,AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantıZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.