AzMİU ilə “AzerGold” QSC arasında əməkdaşlıq memorandumu imzalanıb Təhsil » Digər ali məktəblər 8 ноября 2017 Bu gün - 2017-ci il noyabrın 8-də Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında əməkdaşlıq memorandumu imzalanıb. AzMİU-dan ZiM.Az-a bildiriblər ki, İmzalanma mərasimində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov, cəmiyyətin əməkdaşları, AzMİU-nun professor-müəllim heyəti, tələbələr, eləcə də media nümayəndələri iştirak edib.AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tədbir iştirakçılarını salamlayaraq cəmiyyətin rəhbəri başda olmaqla “AzerGold”-un əməkdaşlarını universitetdə görməkdən məmnun olduğunu bildirib. Təhsilin inkişafının dövlətin təhsil siyasətinin prioriteti olduğunu vurğulayan G.Məmmədova ali məktəblərin istehsalat müəssisələri ilə əməkdaşlığının bu inkişafa dəstəyin təsiqi kimi qiymətləndirib. O, bugünkü görüşün , cəmiyyətlə əməkdaşlığın hər iki tərəfə böyük xeyir verəcəyinə ümidvar olduğunu bildirib, onun həm universitet, eləcə də tələbələr üçün böyük əhəmiyyət daşıdığını deyib. Tələbələrin nəzəri biliklərinin praktikada möhkəmlənməsi, inkişaf etdirilməsi, eyni zamanda karyera qurmaq istiqamətində axtarışlarına təkan verməsi baxımından dəyərləndirib. “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov da tədbir iştirakçılarını salamlayıb, vurğulayıb ki, ölkəmizin ali təhsil müəssisələri içərisində müasir baxışları və tədrisin keyfiyyətiylə seçilən universitetlə əməkdaşlıqda maraqlıdırlar. Eyni zamanda istehsalat müəssisəsi olaraq istehsalat üçün kadrlar hazırlayan universitetlərdə təhsilə və elmi-texniki inkişafa, tələbələrin istehsalatla əlaqələrinin möhkəmləndirilməsinə dəstək olmaq istəyirlər. O qeyd edib ki, bu əməkdaşlığın məqsədi gələcək mütəxəssislərin ixtisas biliklərinin artırılması, istiqamətləndirilmiş təhsil, elm, istehsalat və birgə təhsil proqramları sahəsində qarşılıqlı maraq doğuran fəaliyyətin yaradılmasıdır. Z.İbrahimov ümidvar olduğunu bildirib ki, bu əməkdaşlıq hər iki tərəf üçün əhəmiyyətli olduğu qədər ölkədə dağ-mədən hasilatı sahəsinin inkişafına da müsbət təsir göstərəcək. Z.İbrahimov memorandumun müddəalarından danışıb. Məlum olub ki, razılaşmaya əsasən, AzMİU cəmiyyət üçün mədənçıxarma sənayesinin inkişafına və bu sənaye ilə əlaqədar infrastruktur layihələrin icrasına cəlb olunacaq müasir tələblərə cavab verən ixtisaslı mütəxəssislərin hazırlanmasına dəstək göstərəcək. Bunun üçün universitetin təhsil prosesinə QSC mütəxəssislərinin cəlb edilməsi, birgə simpozium və konfransların təşkil edilməsi, müvafiq ixtisas üzrə təhsil alan 2 və 4-cü kurs tələbələrinin “yay məktəbi” proqramı çərçivəsində AzerGold ASC-də təlimlər keçmələri və s. nəzərdə tutulub.Daha sonra Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq memorandumu imzalanıb. Tərəflər bir-birinə gələcək fəaliyyətlərində nailiyyətlər diləyib, əməkdaşlığın hər iki tərəfə uğurlar gətirməsini arzulayıblar.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.