QAFQAZ UNIVERSITETINDƏ AICT-2016 10-cu Beynəlxalq Konfransın AÇILIŞI OLUB

QAFQAZ UNIVERSITETINDƏ AICT-2016 10-cu Beynəlxalq Konfransın AÇILIŞI OLUB QAFQAZ UNIVERSITETINDƏ AICT-2016 10-cu Beynəlxalq Konfransın AÇILIŞI OLUB QAFQAZ UNIVERSITETINDƏ AICT-2016 10-cu Beynəlxalq Konfransın AÇILIŞI OLUB QAFQAZ UNIVERSITETINDƏ AICT-2016 10-cu Beynəlxalq Konfransın AÇILIŞI OLUB AICT-2016 10-cu Beynəlxalq Konfransı bu gün - oktyabrın 12-də Qafqaz Universitetində öz işinə başlayıb.

AICT-2016 konfransı Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialı, Azərbaycan Texniki Universiteti, Malaysia Sabah Universiteti, AMEA İnformasiya Texnologiyaları İnstitutu, AMEA İdarəetmə Sistemləri İnstitutu, UNESCO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutu, İktisadi Əməkdaşlıq Elm Fondu (ECOSF), Nar Mobile və DELL EMC şirkətləri sponsorluğu, IEEE Azərbaycan şöbəsi və Elektrotexnika və Elektronika Mühəndislər İnstitutunun (ABŞ) texniki dəstəyi ilə keçirilir.

Qafqaz Universitetinin rektoru, professor Havar Məmmədov konfrans iştirakçılarını salamladı və konfransın işinə uğurlar arzuladı. Rektor qeyd etdi ki, konfransa gələn xarici qonaqlarla birlikdə konfrans iştirakçıları fəxri xiyabanda Umummilli Liderimiz Heydər Əliyevin qəbrini ziyarət edib, ölkəmizin qurucusu Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyub və gül dəstələri düzüblər.

Konfransın əhəmiyyətinə diqqət çəkən rektor qeyd etdi ki, 22 ölkədən 80-dən çox alim konfransda iştirak üçün Azərbaycana gəlib.
Professor Havar Məmmədov bu sahəyə dövlətin diqqət və qayğısından geniş danışaraq, illər üzrə Möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycanda İT-nin inkişafı üçün qəbul etdiyi proqramlardan və sərəncamlardan danışdı, onların ölkəmizin inkişafındakı rolunu diqqətə çatdırdı.

İngilis dilində təşkil olunan konfransın keçirilməsinin Ali məktəblər üçün çox faydalı oluğunu diqqətə çatdıran rektor Qafqaz Universitetində İT sahəsinin yüksək səviyyədə olduğunu, universitetin tamamilə elektronlaşdığını və burada təhsil alan tələbələrin 60 %-dən çoxunun mütəxəsis kimi ingilis dilində hazırlandığını bildirdi.

BDU–nun rektoru akademik Abel Məhərrəmov 10-cu dəfə keçirilən beynəlxalq konfransın ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi. Akademik bildirdi ki belə konfransları o ölkələrdə keçirirlərki həmin sahə orada yüksək səviyyədə inkişaf eütmiş olsun. Konfransların əhəmiyyəti ondan ibarət olurki burada canlı dialoq olur və bu da elmi cəmiyyətin formalaşmasına xidmət edir. Qafqaz Universitetinin özünəməxsus tarixi var. Bu universitet az vaxtda ölkəmizdə elmin inkişafına önəmli töhvə oldu.

Azərbaycan Respublikası Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəliyev konfrans iştirakçılarına Azərbaycan Respublikası Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin salamını çatdırdı. O qeyd etdi ki, ölkəmizin bu konfransa ev sahibliyi etməsi bizim üçün çox əhəmiyyətlidir. Çünki bütün sahələrdə çevik inkişafı təmin etmək üçün İKT –nin tətbiqi və yeniliklərinin öyrənilməsi çox vacibdir. Nazir müavini Möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikası Yüksək Texnologiyalar Naziriliyinin bu sahədə gördükləri işləri konfrans iştirakçılarının diqqətinə çardırıb.

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, professor Rasim Əliquliyev AMEA –nın prezidenti Akademik Akif Əlizadənin salamlarını çatdırdı və bildirdi ki, AMEA ilə Qafqaz Universiteti arasında əməkdaşlıq həmişə yüksək səviyyədə olub.
Konfransın aktual məslələrə həsr edilməsi və konfransa təqdim olunan məruzələrin ABŞ-da qeydiyyatda olan elektron kitabxanalara yerləşdirilməsi konfransın nə qədər səviyyəli və əhəmiyyətli olduğunu göstərir.

AICT-2016 Beynəlxalq Konfransı İKT-nin təhsildə və təlimdə, elm və tədqiqatlarda, idarəetmədə, təhlükəsizlikdə, səhiyyə sistemində, dövlət strukturlarında, kommunikasiya və rabitə sahələrində yeni və keyfiyyətli tədqiqatlar aparan elm adamlarını bir araya gətirəcəkdir. Konfransın əsas məqsədi ümumi maraq və problemlər ətrafında birləşmiş, dünyanın müxtəlif guşələrindən olan elm adamları və mühəndisləri eyni coğrafi məkana toplamaqdır. Bu konfrans adı çəkilən sahələrdə çalışan və ya təhsil alan insanlara öz elmi işlərini geniş auditoriyada təqdim etmək, geniş dairəli məsələlərin optimal həllərini tapmaq imkanı verən ən məşhur elmi konfranslardan biri olacaqdır. Azərbaycan, Özbəkistan, Gürcüstan, Qazaxıstan və Rusiyada keçirilmiş konfransların uğurlarına əsaslanaraq, AICT2016 Azərbaycanda İKT konfrans tarixində təşkilat səviyyəsinə və iştirakçı sayına görə əvəzsiz və maraqlısı olacağını deyə bilərik.
Beynəlxalq Konfransın 10 illik yubileyi münasibətilə, AICT-2016 çərçivəsində bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

AICT2016 Beynəlxalq Konfransının əsas mövzuları aşağıdakılardır: Böyük verilərin idarə edilməsi və tətbiqi, Verilənlərin Emalı və Verilənlər Mühəndisliyi, Kiber təhlükəsizlik problemləri, İKT tətbiqində müasir nailiyyətlər, Kommunikasiya, şəbəkə və avadanlıqlar,Biznes, idarəetmə və iqtisadiyyatda İKT, Dövlət xidmətlərində İKT, Elm, təhsil, sosial və humanitar tədqiqatlarda İKT , Tibb və səhiyyədə İKT.








QAFQAZ UNIVERSITETINDƏ AICT-2016 10-cu Beynəlxalq Konfransın AÇILIŞI OLUBQAFQAZ UNIVERSITETINDƏ AICT-2016 10-cu Beynəlxalq Konfransın AÇILIŞI OLUB QAFQAZ UNIVERSITETINDƏ AICT-2016 10-cu Beynəlxalq Konfransın AÇILIŞI OLUB * * *
10.13.2016-cı il tarixdə Qafqaz Universitetində keçirilən xarici vətəndaşların Beynəlxalq elmi konfransı seksiyalara bölünərək bir hissəsi Azərbaycan Texniki Universitetində keçirildi.
Konfransda dörd istiqamətdə məruzələr dinlənilmişdir:


1. Network, Communication and Hardware
2. ITC in Goverance Business Administration, Finance
3. ITC in Education Humanite Sosial Sciences and Research
4. İCT in Medican and Health care
Konfransda dinlənilən mövzular müxtəlif xarici dillərdə olduğundan kömək məqsədilə tərcümə bacarığı olan SABAH tələbələri iştirak edərək iştirakçılara lazımi köməkliklərinin göstərmişdirlər.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Qafqaz Universitetində AİCT-2016 konfransına hazırlıq iclası keçirilib

Qafqaz Universitetində AİCT-2016 konfransına hazırlıq iclası keçirilib

BMU
“Maşınqayırma və energetika: yeni konsepsiyalar və texnologiyalar” mövzusun ...

“Maşınqayırma və energetika: yeni konsepsiyalar və texnologiyalar” mövzusun ...

AzTU
Nar mobile şirkətinin Azərbaycan Texniki Universitetində tələbələr ilə görü ...

Nar mobile şirkətinin Azərbaycan Texniki Universitetində tələbələr ilə görü ...

AzTU, QHT
AzTU-da “İnformasiya və kommunikasiya texnologiyalarının müasir vəziyyəti v ...

AzTU-da “İnformasiya və kommunikasiya texnologiyalarının müasir vəziyyəti v ...

AzTU
AzTU-da Beynəlxalq elmi-texniki konfrans keçirilib

AzTU-da Beynəlxalq elmi-texniki konfrans keçirilib

AzTU
AzTU-da “Təhlükəsiz infotelekommunikasiya sistemləri: nəzəriyyədən tətbiqə” ...

AzTU-da “Təhlükəsiz infotelekommunikasiya sistemləri: nəzəriyyədən tətbiqə” ...

AzTU
“Maşınqayırmada intellektual texnologiyalar” mövzusunda Beynəlxalq elmi-tex ...

“Maşınqayırmada intellektual texnologiyalar” mövzusunda Beynəlxalq elmi-tex ...

AzTU, Elanlar
Azərbaycanda NATO-nun dəstəyi ilə beynəlxalq konfrans keçirilir

Azərbaycanda NATO-nun dəstəyi ilə beynəlxalq konfrans keçirilir

Digər bölmələr
ATU-da Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr edilmiş beynəlx ...

ATU-da Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr edilmiş beynəlx ...

Gəncə, Nazirlik
AzTU-da “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Be ...

AzTU-da “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Be ...

AzTU
AzTU-da “Gənclər və elmi innovasiyalar” mövzusunda respublika elmi-texniki  ...

AzTU-da “Gənclər və elmi innovasiyalar” mövzusunda respublika elmi-texniki ...

AzTU
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
BDU-da BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANS

BDU-da BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANS

BDU, "Elm və Təhsil", Hüquq
AzTU-da “Rəqəmsal Azərbaycan-2025” mövzusunda konfrans keçirilib

AzTU-da “Rəqəmsal Azərbaycan-2025” mövzusunda konfrans keçirilib

AzTU
AzTU-nun professoru Bayram İbrahimov beynəlxalq konfransın bölmə sədri təyi ...

AzTU-nun professoru Bayram İbrahimov beynəlxalq konfransın bölmə sədri təyi ...

AzTU
AzMİU-da beynəlxalq konfrans işinə başlayıb

AzMİU-da beynəlxalq konfrans işinə başlayıb

Digər ali məktəblər
Qafqaz Universitetində ənənəvi görüş keçirilib

Qafqaz Universitetində ənənəvi görüş keçirilib

BMU
AzTU-da tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövz ...

AzTU-da tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövz ...

AzTU
AzTU-da “Təhsil-tədqiqat-istehsalat mexanizminin qurulması” mövzusunda Resp ...

AzTU-da “Təhsil-tədqiqat-istehsalat mexanizminin qurulması” mövzusunda Resp ...

AzTU
SDU-da Magistrantların XVI Respublika Elmi Konfransı keçirilib

SDU-da Magistrantların XVI Respublika Elmi Konfransı keçirilib

Sumqayıt
Rəy yazın: