"Gənc İstedadlar" Liseyində 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub BDU, Hüquq 18 января 2016 Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc İstedadlar” liseyində 20 Yanvar şəhidlərinin xatirəsini anma mərasimi keçirilib.Tədbir iştirakçıları əvvəlcə şəhidlərin əziz xatirsəini 1 dəqiqəlik sükutla yad ediblər.Tədbirdə liseyin direktoru, professor Qasım Hüseynov 20 Yanvar faciəsinin Azərbaycan xalqının qan yaddaşına yazılmış qəhrəmanlıq salnaməsi olduğunu, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusunun ölkəmizdə qanlı cinayətlər törətdiyini bildirib, o müdhiş yanvar gecəsində Azərbaycan xalqının öz azadlığı, müstəqilliyi uğrunda apardığı mübarizənin dəhşətlərindən bəhs edib.Sonra BDU-nun dosenti Nuru Məmmədovun 20 Yanvarla bağlı məruzəsi dinlənilib. Tarixçinin maraqlı məruzəsindən məlum olub ki, son arxiv araşdırmalara görə, yanvar olaylarında əslində 147 respublika vətəndaşı şəhid olub.Daha sonar liseyin 7 A sinif şagirdləri Abbas Cavidan, Ləman İsmayılova, Məsmə Fərhadova və b. 20 Yanvar hadisəsi ilə bağlı şeirlər söyləyiblər.Aytac MƏDƏDLİ,BDU-nun Hüquq fakültəsinin II kurs tələbəsi,"Gənc istedadlar" Liseyinin məzunu.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.