"DANIŞMAQ GÜMÜŞDÜRSƏ, SUSMAQ QIZILDIR..."

"DANIŞMAQ GÜMÜŞDÜRSƏ, SUSMAQ QIZILDIR..." Xalqı mahnılarının mətnləri üzərində savadsız şəkildə əməliyyat aparanlara, bu yöndə lazımi biliklərə malik olmadan fikir yürüdənlərə Xalq artisti, dəyərli sənətkarımız Lütfiyar İmanovun söylədikləri çox tutarlı olmaqla yanaşı, həm də tam məntiqiəuyğundur; o tip "insanlar"a qarşı dərindən düşünülmüş güclü bir əks-cavabdır.

Çox təəssüflər olsun ki, bu istiqamətdə alimlər, nə qədər ürəkağrıdıcı olsa belə qeyd edim ki, hətta professorlar səviyyəsində ciddi yanlışlıqlara yol verilir. Xalq yaradıcılığı nümunələri üzərində, əzizlərim, diqqətli olaq, bilmədiklərimiz haqqında fikir sərgiləməyək, qəlbimizin duymadığını, təfəkkürümüzün həzm edə bilmədiyini dilə gətirməyək.


Ulu əcdadlarımızın yadigarı, nişanəsi olmaqla bərabər, həm də həmin nümunələrdən dədə-babalarımızın nəfəsi duyulur. Xalqın yaratdıqları üzərində kortəbii şəkildə təhlillər aparmaq əcdadlarımızın ruhuna toxunmaq, onu incitmək anlamındadır. Güzgüyə baxıb, özümüzü çirkin və eybəcər gördüyümüz halda, gəlin güzgünü vurub-qırmayaq. Hər bir nümunəyə forma nöqteyi-nəzərindən yanaşmayaq. Unutmayaq ki, forma və məzmun vəhdəti bütövlük yaradır. Onun üçün də səylə çalışaq ki, ifadənin əsl mahiyyətini duya bilək, onun məntiqini dərk edə bilək, hər bir xalq yaradıcılığı nümunəsində özünə yurd-yuva salmış gizli hikmətləri aça bilək, forma ilə məzmuna dair sərhədi dəqiq müəyyənləşdirməyi bacaraq. Təbii ki, hər kəs bu mürəkkəb əməliyyatın öhdəsindən doğru-düzgün nəticə hasil edərək əsl həqiqətin qərar tutduğu məqamı fəth etmək iqtidarında olmur. Elədirsə, dostlar, bu zaman ən doğru olan yolu seçək: o da susmaqdır. Necə ki, müdriklərimiz də deyir: "danışmaq gümüşdürsə, susmaq qızıldır..."
Əziz dostlar, bu linki (https://www.facebook.com/watch/?v=1145446402499856) tıklayıb elə bu xüsusda xalq artisti, görkəmli sənətkarımız, gözəl pedaqoq Lütfiyar İmanovu dinləmək hər birimiz üçün faydalı olardı...


Həbib Mirzəyev
AzTU-nun “Humanitar fənlər” kafedrasının müdiri
filologiya üzrə fəlsəfə doktoru, dosent


ZiM.Az




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
GƏLİN XALQ YARADICILIĞI NÜMUNƏLƏRİNDƏN DÜZGÜN BƏHRƏLƏNƏK...

GƏLİN XALQ YARADICILIĞI NÜMUNƏLƏRİNDƏN DÜZGÜN BƏHRƏLƏNƏK...

AzTU
EFİR MƏKANIMIZIN TEZLİKLƏ İŞĞALDAN QURTULMASI ÜMİDİ İLƏ...

EFİR MƏKANIMIZIN TEZLİKLƏ İŞĞALDAN QURTULMASI ÜMİDİ İLƏ...

AzTU
“Xalqı xalq, milləti millət edən ana dilidir”

“Xalqı xalq, milləti millət edən ana dilidir”

AzTU, Köşə yazılar
Dostlar, gəlin dəstək olaq!..

Dostlar, gəlin dəstək olaq!..

Mədəniyyət, Elanlar
ALTMIŞDAN YÜZƏ DOĞRU...

ALTMIŞDAN YÜZƏ DOĞRU...

Humanitar elmlər, Təbriklər
Həmin mən - Zümrüd Məmmədova

Həmin mən - Zümrüd Məmmədova

Tv
İNGİLİS DİLİNİ ÖYRƏNMƏK İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ!..

İNGİLİS DİLİNİ ÖYRƏNMƏK İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ!..

Digər ali məktəblər, Məktəblər, Elanlar
İç dünyamızın səsi – ANA DİLİ

İç dünyamızın səsi – ANA DİLİ

Əsas xəbər, AzTU
HƏBİB MİRZƏYEV:

HƏBİB MİRZƏYEV: "QLOBALLAŞMA ŞƏRAİTİNDƏ AZƏRBAYCAN DÖVLƏTİNİN DİL SİYASƏTİ ...

AzTU, Köşə yazılar
İNGİLİS DİLİNİ ÖYRƏNMƏK İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ

İNGİLİS DİLİNİ ÖYRƏNMƏK İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ

Digər ali məktəblər, Məktəblər, Elanlar

"Küskün Mələyim" adlı klipin təqdimati

Şou
AzTU-nun təşkililatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş onlay ...

AzTU-nun təşkililatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş onlay ...

AzTU
Həbib Mirzəyev:

Həbib Mirzəyev: "Azərbaycan xalqı və ölkənin siyasi partiyaları yekdillikl ...

Qarabağ, AzTU
Dilimizi qoruyaq!..

Dilimizi qoruyaq!..

TDPİ-nin Azərbaycan bölməsi, Azərbaycan, Elm, Borçalı, Darvaz, Arxiv, Mədəd Çobanov
Atalar sözü və məsəllərin təlim-tərbiyəvi xüsusiyyətləri haqqında

Atalar sözü və məsəllərin təlim-tərbiyəvi xüsusiyyətləri haqqında

Elmi Məqalələr, Folklor, Ədəbiyyatşunaslıq
VƏTƏNİN DƏRDLƏRİNİ MİSRALARINA HOPDURAN ŞAİR                 (Həsən Mirzəni ...

VƏTƏNİN DƏRDLƏRİNİ MİSRALARINA HOPDURAN ŞAİR (Həsən Mirzəni ...

Elmi Məqalələr, AzTU, ADPU, Qərbi Azərbaycan
Gülşən Sadıxova:

Gülşən Sadıxova: "Bir daha estetik tərbiyənin rolu haqqında"

Gəncə, "Elm və Təhsil"
Ulu öndər Heydər Əliyevin Müdrik fikirləri

Ulu öndər Heydər Əliyevin Müdrik fikirləri

Azərbaycan
Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib

Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib

Təbriklər
AZƏRBAYCAN - TÜRKİYƏ ƏLAQƏLƏRİNƏ YENİ BİR TƏKANIN BARİZ NÜMUNƏSİ KİMİ...

AZƏRBAYCAN - TÜRKİYƏ ƏLAQƏLƏRİNƏ YENİ BİR TƏKANIN BARİZ NÜMUNƏSİ KİMİ...

YAP, AzTU
Rəy yazın: