Qazi Universitetinin professorları AzTU-ya səfər edib AzTU, Turan 6 апреля 2022 Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Qazi Universitetinin əməkdaşlığı çərçivəsində Qazi Universitetinin Texnologiya fakültəsinin dekanı, professor Süleyman Tekeli və Kompüter mühəndisliyi kafedrasının müdiri, professor Ayhan Erdem AzTU-ya səfər edib.Səfər zamanı 1999-cu ildən Türkiyənin Ankara Şəhər Bələdiyyəsi və Qazi Universitetinin icra etdiyi BELTEK (bələdiyyə texniki təhsil kursları) texniki peşə təlimləri layihəsi ilə bağlı məlumatlandırma sessiyası keçirilib.Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, universitetin nümayəndələri, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə heyəti sədrinin müavini Cəmaləddin Quliyev, agentliyin nümayəndələri, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşı Zaur Əliyev iştirak edib.Qonaqları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev BELTEK layihəsinin mahiyyəti, Azərbaycan üçün faydaları və ömürboyu təhsillə bağlı əhəmiyyətindən danışıb.Qazi Universitetinin Texnologiya fakültəsinin dekanı, professor Süleyman Tekeli BELTEK haqqında geniş təqdimatla çıxış edib. O, proqramın tərkibi, əhatə dairəsi, qısamüddətli peşə təlimləri vasitəsilə əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığı və digər məsələlərlə bağlı məlumat verib.Qazi Universiteti Kompüter müəndisliyi kafedrasının müdiri, professor Ayhan Erdem AzTU-nun Kompüter texnologiyaları və kibertəhlükəsizlik kafedrasının professor-müəllim heyəti və tələbələri qarşısında təqdimatla çıxış edib, daha sonra kafedranın fəaliyyəti ilə tanış olub. Səfər çərçivəsində iki universitet arasında imzalanan ikili diplom proqramı haqqında müqavilənin icrası ilə bağlı müzakirələr də aparılıb. Həmçinin elektrik və elektronika mühəndisliyi, metallurgiya mühəndisliyi və maşın mühəndisliyi ixtisasları üzrə tədrisin maddi-texniki bazasının inkişaf etdirilməsi üçün təklif və təqdimatlar müvafiq fakültə dekanları və kafedra müdirləri ilə müzakirə edilib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.