AzTU-da 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirilib Təhsil » AzTU 1 марта 2022 2022-ci il Martın 1-də Azərbaycan Texniki Universitetində (AzTU) 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə universitetin əməkdaşları və tələbələri iştirak edib. AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Kamran Rəsulov bildirib ki, Azərbaycan 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatının üzvüdür və onun bütün tədbirlərində fəal iştirak edir. Kamran Rəsulov qeyd edib ki, ölkəmizdə mülki müdafiənin başlıca vəzifəsi əhalinin mühafizəsi və təhlükəsizliyidir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün sahələr kimi, mülki müdafiə sahəsinə də daim diqqət və qayğı göstərir. Ölkəmizdə Fövqəladə Hallar Nazirliyi sözügedən istiqamətdə mühüm işlər həyata keçirir. Prorektor onu da bildirib ki, AzTU-da tələbələrin mülki müdafiə sahəsində maariflənməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilir.Daha sonra AzTU-nun Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsinin müdiri Ələsgər Vəliyev və şöbənin aparıcı mühəndisi İslam Hüseynov ölkədə, eləcə də universitetdə mülki müdafiə sahəsində görülən işlər barədə ətraflı məlumat veriblər.Tədbirə AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Kamran Rəsulov yekun vurub.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.