ƏLƏSGƏR AĞBABALI (1962) AzTU, Turan, Qərbi Azərbaycan 19 февраля 2022 İstefada olan polkovnik-leytenant Ələsgər Hüseyn oğlu Vəliyev (Ağbabalı) -29 yanvar 1962-ci ildə Qərbi Azərbaycanda, indiki Ermənistanın Amasya rayonunda anadan olmuşdur.1976-cı ildə Amasya rayonunun Qoncalı kənd səkkizillik məktəbini və 1978-ci ildə İbiş kənd orta məktəbini Azərbaycan dilində, 1983-cü ildə Donetsk Ali Hərbi Siyasi məktəbini rus dilində, 2000-ci ildə Hərbi Akademiyanı türk dilində bitirib, ali hərbi təhsil almışdır. Otuz təqvim ili (1979-2009) Silahlı Qüvvələrdə xidmət etmişdir. Hazırda Azərbaycan Texniki Universitetinin (AzTU) Fövqalədə Hallar və Texniki Təhlükəsizlik şöbəsinin müdiri vəzifəsində çalışır. Ailəlidir, 2 qızı, 1 oğlu var.Ələsgər Hüseyn oğlu Vəliyev həm də poeziya vurğunudur, hələ gənclik illərindən bədii yaradıcılıqla da məşqul olur. 2019-cu ildə onun “İbrət” adlı kitabı işıqüzü görmüşdür (Bakı: “Qanun” nəşriyyatı, 2019, 256 səh. (16 səh., rəngli şəkil)).Kitab 1979-1992-ci illərdə Sovet Ordusunda və 1992-2009-cu illər də Azərbaycan Ordusunda hərbi xidmət keçmiş, istefada olan polkovnik-leytenant Vəliyev Ələsgər Hüseyn oğlunun peşəkar zabit kimi fəaliyyətindən, mübarizə dolu mənalı həyatından bəhs edir. Kitabda qeyd olunan məlumatlar (dostluq, məhəbbət, vətənpərvərlik, qarşılıqlı fədakarlıq, hərb sənəti, müharibə dramı, lirika və s. nümunələr) müəllifin həyat təsviri ilə çox mükəmməl uzlaşdığından, kitabı tərcümeyi-hal janrından publisistika janrına çevirir. Müəllif bizi keçmiş hadisələrə (Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar cərəyan edən ictimai-siyasi proseslərə) qaytarır, erməni xislətini və I Qarabağ müharibəsinin nəticələrini təhlil edir, yaranmış vəziyyətdən çıxış yolu axtarır, yaxşı tanıdığımız və ya tanımadığımız şəxslərin ləyaqətindən və çatışmazlıqlarından bəhs edir.Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrinin zabit və kursantlarının, həmçinin digər ali təhsil müəssisələrində oxuyan tələbələrin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında istifadə edilə bilər.Biz də Ələsgər Ağbabalıya yeni-yeni uğurlar arzuayır və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.AzZabitin arzularıİgid ərlər, addımlayın, yarıyolda dayanmayın,Alov saçın silahlardan, düşmənlər od tutub yansın.Əbədiyyət dünyasının ziyasından yayınmayın,Fəth eləyin zirvələri, bayrağımız dalğalansın!Ölüm sizi izləsə də, arxaya yol yoxdu daha,Mütəşəkkil həmlə edin, düşmənlərə zərbə vurun.Miras qalan qəhrəmanlıq daim olub candan baha,Yağı düşmən qarşısında yenilməyin, möhkəm durun.Azərbaycan səmasında şahin kimi qanad çalın,İşğaldakı dədə-baba torpağına nəzər salın,Hücumlarla yurdumuzu azad edib, yadda qalın,Cəngavərlik tarixinə möhür vurun, imza yazın.Vətən sizi tarix yazan bir yenilməz ər sayacaq,Mavi göyün ulduzları sinənizdə parlayacaq.Yolumuzu davam edib düşmənlərə məzar qazın,Qəhrəmanlıq dünyasına baş vuraraq dastan yazın.Yenə bizim yurdumuzda Mübarizlər doğulacaq,Qarabağı zəbt edənə dərin məzar qazılacaq.Yağı düşmən həmləmizlə oylağında məhv olacaq.Verdiyimiz şəhidlərə igidnamə yazılacaq.Hər an sənin arxandayam, möhkəm dayan, doğma Vətən.Daim sənə ünvanlanmış alovlu bir məhəbbətəm,Hüseynoğlu Ələsgərəm, keşiyində dayanmışam.Yaşa, yaşa, doğma vətən, şəfəqlərə boyanmışam!2018Şəhidin arzuları(Şeir, 2018-ci ildə Əzizağa Qənizadənin“Fədailər” mahnısına nəzirə olaraq yazılmışdır)Dayanmadan hücum edir düşmənlər müharibədə,Ölümlə üz-üzə qalıb, bölməmiz mühasirədə.Sağ qalmağa yoxdur şans, biz gedirik əbədiyyətə,Yetər ki, yaşa, Ana Vətən, təki sən yaşa, Vətən!Qayıtmasaq, şəhidlik olacaq bizim qismətimiz,Qaldığımız mövqelərdən nur saçacaq sifətimiz,Ərşə qalxıb ruhumuz, göydən baxacaq gözlərimiz,Yetər ki, yaşa, Ana Vətən, təki sən yaşa, Vətən!Həlak olsaq da döyüşlərdə, çəkilmədik geriyə,Sursat bitənədək, düşməni qoymadıq irəliyə.Şücaətimiz miras qaldı yeni gələn nəsillərə,Özümüzü qurban verib qovuşduq qərinələrə.Kədər dərin iz salsa da bizi sevən ürəklərdə,İgidliyimiz daim yaşayacaq xatirələrdə.İllər, qərinələr keçsə də, yaddaşlarda qalacıq,Ata-ana, qardaş-bacı yuxularına varacıq.Yolumuzu davam edib gedin bizim mövqelərə,Adımızı xatırlayın biz döyüşən səngərlərdə.Qaranlıq gecədə, əsgərlər getdikcə izlərimizlə,Ulduzlar baxacaq onlara bizim gözlərimizlə.Göydəyik, səmadayıq, uzaqdayıq, çox uzaqlarda,Asif, Qafqaz, Mübarizlər doğulacaq sonralar da.Şəhid ruhu qarşısında baş əyəcək hər əsgər də,Vəsf edəcək sizləri, sağ ikən şəhid Ələsgər də.Yazdım bu misraları birdən, bilmədən bədahətən.Biz şəhidik, biz qüruruq, biz hünərik, biz qeyrətik,Biz torpağıq, biz zirvəyik, biz səmayıq, biz günəşik.Səninləyik, Ana Vətən, təki sən yaşa, ey Vətən!Gənclərin vətən sevgisi çiçəklər tək təzə-tər,Bu gün qeyrət, hünərlə silahlanmış hər əsgər.Getmədi, getməyəcək boşa bu zəhmət, Vətən.Yetər ki, yaşa, Ana Vətən, təki sən yaşa, Vətən!ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.