Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirinin müavini AzTU-nun qonağı olub AzTU, Avropa 30 декабря 2021 Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinin müavini Heiko Schwarzın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) işgüzar görüşdə olublar.Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev, prorektorlar, kafedra müdirləri, həmçinin Almaniya Azərbaycanlıları Alyansının sədri Yaşar Musayev, Frayberq Dağ-Mədən və Metallurgiya Akademiyasının dosenti Rezo Əliyev iştirak edib.Rektor Vilayət Vəliyev AzTU-nun Almaniya universitetləri ilə uzunmüddətli səmərəli əməkdaşlığından danışıb. Həmçinin Almaniya Akademik Mübadilə Xidmətinin (DAAD) Azərbaycanda fəaliyyətinin AzTU-nun inkişafındakı rolu və perspektiv imkanlar barədə fikirlərini bildirib. Səfirin müavini Heiko Schwarz mühəndis hazırlığı sahəsində Almaniya tərəfinin AzTU ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.Görüşdə bir sıra əməkdaşlıq məsələləri, o cümlədən DAAD ofisinin AzTU-da fəaliyyətinin bərpa olunması, Branderburq Texniki Universiteti ilə uğurlu əməkdaşlığı nəzərə alaraq magistr hazırlığı istiqamətində ikili diplom proqramı haqqında müqavilənin imzalanması, birgə tədqiqatların aparıması və layihələrin yerinə yetirilməsi məsələləri də müzakirə olunub. ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.