Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunan şahmat yarışı keçirilib Təhsil » AzTU 3 декабря 2021 Azərbaycan Texniki Universitetində (AzTU) universitetin şəhid məzunu, Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunan şahmat yarışı keçirilib. AzTU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və İdman klubunun təşkilatçılığı ilə keçirilən yarışa universitetin 66 tələbəsi qatılıb.Yarışın gedişini AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin prorektorları izləyiblər.Yarışda ilk üç yerin qalibi medal və diplomla təltif olunub.Mükafatlandırılma mərasimində AzTU-nun İdman klubunun müdiri Aydın Ağəliyev, İdman klubunun müəllimi İsgəndər Rizayev və THİK-in sədri Mirməhəmməd Ələkbərli iştirak edib.Xatırladaq ki, Milli Qəhrəman Çingiz Qurbanovun doğum gününə həsr olunan şahmat yarışı hər il keçirilir.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.