AzTU-nun nümayəndə heyəti Ukraynada beynəlxalq konfransda iştirak edib Təhsil » AzTU 28 октября 2021 Avropa İttifaqının maliyyələşdirdiyi Erasmus+ proqramı çərçivəsində “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” layihəsi (UniClaD) üzrə tərəfdaş universitetlərin iştirakı ilə beynəlxalq konfrans və idarəedici heyətin növbəti görüşü keçirilib.Ukraynanın Bila Tserkva Milli Aqrar Universitetində təşkil edilən tədbirdə Azərbaycan Texniki Universitetini (AzTU) beynəlxalq əlaqələr üzrə prorektor Sübhan Namazov, rektorun elmi-tədqiqat məsələləri üzrə müşaviri Fariz Məmmədov, layihələr və mübadilə proqramları üzrə baş mütəxəssis Mətanət Paşayeva təmsil edib. Görüşlər və konfrans zamanı layihə çərçivəsində “universitetlərin aqrar sektorda klasterləşməyə töhfəsi”, “layihələrin yerinə yetirilməsi zamanı komanda işində fərqlər: fürsətlər və maneələr”, “tətbiqi tədqiqatdan innovasiya və sahibkarlığa: onu necə yerinə yetirilməli?” və digər mövzularda təlim proqramları və kurslarının işlənməsində səriştələr üzrə istiqamətlər müzakirə olunub. Konfrans işini oktyabrın 29-da yekunlaşdırıb.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.