AzTU-da Zəfər Gününə həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib Təhsil » AzTU 25 октября 2021 Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), tələbə-rektor və könüllü tələbələrinin birgə təşkilatçılığı ilə 8 noyabr -Zəfər Gününə həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.AzTU tələbələri arasında keçirilən yarışda 7 komanda iştirak edib. Gərgin və maraqlı keçən mübarizənin sonunda 1-ci yerin sahibi "Matador" komandası olub. 2-ci yerə "Könüllülər", 3-cü yerə isə "Labirint" komandası layiq görülüb.Qalib komandaların hər bir üzvünə sertifikat, medal və pul mükafatı təqdim olunub.Qeyd edək ki, qalib komandalar ali təhsil müəssisələri arasında keçiriləcək respublika bilik yarışında AzTU-nu təmsil etmək imkanı əldə edəcəklər.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.