AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ “DƏMİR YUMRUQ”-UN İDEOLOJİ ƏSASIDIR

AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ “DƏMİR YUMRUQ”-UN İDEOLOJİ ƏSASIDIR Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun müasir hərb tarixi üçün nümunə ola biləcək 44 günlük zəfər yürüşü nəticəsində əldə etdiyi mühtəşəm qələbə nəticəsində 30 ilə yaxın bir müddət ərzində erməni vandallarının işğalı altında olan torpaqlarımız azad edildi və cənubi Qafqazda yaranan yeni reallığı bəzi “ermənipərəst qüvvələr” istisna olmaqla dünya ictimaiyyatı qəbul etmişdir. Düşmənin təslim olmasını özündə əks etdirən 2020-ci il 10 noyabr tarixli birgə Bəyanat həm də beynəlxalq hüquqla tanınan sərhədlərimizin 1977-ci ildə təsdiq edilmiş xəritə ilə bərpasını nəzərdə tutur və bu proses hal hazırda müzəffər ordumuz tərəfindən həyata keçirilir. Tam məğlubiyyət psixozu yaşayan, seçkiöncəsi gərginliklər məngənəsində çabalayan Ermənistana nəzər salsaq görərik ki, bu ölkədə müstəqillik qazandıldığı zamana nisbətən vəziyyət daha dözülməzdir. Belə ki, bu gün Ermənistanın ordusu darmadağın edilmişdir. Ölkə davamlı siyasi böhran içindədir. Cəmiyyətdə inamsızlıq, ruh düşkünlüyü yaranıb, qarşılıqlı ittihamlaqr irəli sürülür.
Bəzi siyasi liderlərin, revanşist qüvvələrin ritorikası etik çərçivdən xeyli uzaqdır.


Ermənistana Azərbaycan ilə sərhədlərin mümkün qədər tez bir zamanda demarkasiya etməsinə çalışmaq əvəzinnə öz xislətinə sadiq qalaraq müxtəlif bəhanələrlə “provakasiya”lara cəhd göstərir, "stəkanda fırtına avantürası"na əl atır, KTMT-ya müraciət edir, ABŞ-a, Fransaya yalvarır.

Azərbaycanımız isə bu möhtəşəm qələbə sayəsində Xalqın öz Lideri ətrafında “DƏMİR YUMRUQ” kimi birləşə bilməsi kimi bütün dünya üçün nümunə ola biləcək model ortaya qoydu.
Bu qələbə həmçinin “DƏMİR YUMRUQ”-un ideoloji əsası olan Azərbaycançılıq məfkurəsinin Ermənistanda rəsmi dövlət ideologiyası səviyyəsinə qaldırılmış “tsexakron”-faşizm ideologiyası üzərində qələbəsdi idi.


Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən, milli ideologiyanın kopmponentlərini özündə sintez edən Azərbaycançılıq bir tərəfdən, Azərbaycanda vahid milli-dövlətçilik hissiyyatının formalaşmasını, milli-mənəvi dəyərləri, etnik-milli yetkinləşmə və bütövləşməni özündə əks etdirirsə, digər tərəfdən, Azərbaycan dilinin bir dövlət dili olaraq inkişafını və ölkə miqyasında, bütün fəaliyyət sahələrində mövqeyinin möhkəmlənməsini nəzərdə tutur.
Heydər Əliyev azərbaycançılığın bütün tərkib hissələrini milli ideologiyamızın strukturuna daxil etməklə mənəviyyat və dövlətçiliyin sintezindən çıxış edirdi. Ümummilli lider dövlətçiliyimizi və milli-mənəvi dəyərlərimizi Azərbaycançılığın əsas komponentləri kimi təqdim edirdi. Heydər Əliyevə görə, dövlətçilik ənənələri dövlətçilik ideologiyası, dövlətçilik psixologiyası və dövlətçilik praktikasının vəhdətindən yaranır.
Azərbaycançılıq ideologiyasaı dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycan dövlətinin qarşısında duran vəzifələri, onların Azərbaycan Respublikasına münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiya kimi nəzərdə tutulur.
Torpağımız ta qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olmuşdur. Azərbaycan dövlətinə, tarixinə və coğrafiyasına onların sadiqliyi bütün dünya üçün açıq olan mənəvi-mədəni dəyərlərimizin mahiyyətindən irəli gəlır. Azərbaycanın və “azərbaycançılığın” əzəməti bu müqəddəs diyarı öz vətəni hesab edən və onun adı ilə adlanmaqdan qürur duyan bütün insanların maddi və mənəvi gücündə, qüdrətindədir. Bu səbəbdən də “azərbaycançılığ”ın ortaq dəyər və sərvətlərə dayaqlanaraq doğuracağı potensialın təsir və miqyasını az-çox təsəvvür edəndə, yalnız xoş məram və niyyətlə sevinənlər deyil, narahatlıq duyanlar da həmişə olmuşdur.
Yalnız torpağımızda yaşayan müxtəlif etnik və dini mənsubiyyətli insanlara ünvanlanmaqla kifayətlənməyib, coğrafi sərhəd və məkanların ayrıldığı dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı da bizimlə bir ideya-fəlsəfi, mədəni məkanda bütövləşdirən qüvvə də məhz “azərbaycançılıq” ideologiyasıdır. Məhz bu ideologiya Möhtərəm prezidentimizin xalqımızın öz Lideri ətrafında sarsılmaz birliyinin rəmzi kimi ifadə etdiyi “DƏMİR YUMRUQ”-un ideoloji əsası oldu və qələbəmizi təmin etdi.

Eyyub Kerimov
Azərbaycan Texniki Universitetinin
“Humanitar fənlər” kafedrasının professoru


ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

İctimai elmlər, "Zirvə"
Vətən müharibəsində qələbə xalqımızın bir neçə yüzillik yüksəliş istiqamətl ...

Vətən müharibəsində qələbə xalqımızın bir neçə yüzillik yüksəliş istiqamətl ...

AzTU, Köşə yazılar
Heydər Əliyev - böyük Azərbaycanlı, güçlü lider, əvəzolunmaz ideoloq, dahi  ...

Heydər Əliyev - böyük Azərbaycanlı, güçlü lider, əvəzolunmaz ideoloq, dahi ...

YAP, Köşə yazılar
Heydər Əliyevin azərbaycançılıq ideologiyası Azərbaycanda əmin-amanlığın tə ...

Heydər Əliyevin azərbaycançılıq ideologiyası Azərbaycanda əmin-amanlığın tə ...

ADPU, Köşə yazılar
Azərbaycançılıq ideyası və milli-mənəvi inkişaf mövzusunda yeni layihənin i ...

Azərbaycançılıq ideyası və milli-mənəvi inkişaf mövzusunda yeni layihənin i ...

Azərbaycan
Azərbaycan Prezidenti İlham ƏLİYEVin Dünya Azərbaycanlılarına  MÜRACİƏTİ

Azərbaycan Prezidenti İlham ƏLİYEVin Dünya Azərbaycanlılarına MÜRACİƏTİ

Əsas xəbər, Rəsmi Xəbərlər
ADPU-da

ADPU-da "Azərbaycançılıq-milli ideologiyamız" mövzusunda ziyalılarla təl ...

ADPU, QHT
Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

AzTU
Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Müsabiqə, Köşə yazılar
“Müstəqilliyin 25 ili: Azərbaycançılıq ideyası və dil siyasəti” adlı kitab  ...

“Müstəqilliyin 25 ili: Azərbaycançılıq ideyası və dil siyasəti” adlı kitab ...

Azərbaycan
Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Azərbaycan, MEDİA
Texnologiya Universitetində “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mö ...

Texnologiya Universitetində “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mö ...

Gəncə, Digər ali məktəblər

"BİR OLAQ, HƏMRƏY OLAQ!"

Məktəblər

"Ədəbiyyatda və incəsənətdə multikulturalizm və tolerantlıq" mövzusunda e ...

Humanitar elmlər, İctimai elmlər, "Zirvə"
AMEA-da Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş

AMEA-da Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş "Müst ...

"Zirvə"
Akademik İsa Həbibbəyli: “Heydər Əliyev epoxası İlham Əliyev erası ilə uğur ...

Akademik İsa Həbibbəyli: “Heydər Əliyev epoxası İlham Əliyev erası ilə uğur ...

Əsas xəbər, Humanitar elmlər, "Zirvə"
Prezident İlham Əliyev Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması ha ...

Prezident İlham Əliyev Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması ha ...

Rəsmi Xəbərlər, Diaspora
“Borçalı söhbətləri: Azərbaycan-Gürcüstan dostluğu” adlı Layihənin icrasına ...

“Borçalı söhbətləri: Azərbaycan-Gürcüstan dostluğu” adlı Layihənin icrasına ...

Ədəbi əlaqələr, Gürcüstan
AMEA-nın Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib

AMEA-nın Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib

Humanitar elmlər
Çingiz Qənizadə: BAYRAĞIMIZ QÜRURUMUZDUR!

Çingiz Qənizadə: BAYRAĞIMIZ QÜRURUMUZDUR!

Köşə yazılar
Rəy yazın: