AzTU ilə “İdrak Texnoloji Transfer" MMC arasında əməkdaşlıq memorandumu imzalandı Təhsil » AzTU 22 сентября 2020 2020-ci il Sentyabrın 22-də Azərbaycan Texniki Universiteti (AzTU) ilə “İdrak Texnoloji Transfer" MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.Sənədi AzTU-nun rektoru Vilayət Vəliyev və MMC-nin prezidenti Hikmət Abdullayev imzalayıb. ğTərəflər “Ağıllı təhsil” proqramının layihələndirilməsi və tətbiqi, AzTU məzunlarının, həmçinin universitetin müxtəlif fakültələrinin bakalavr və magistr səviyyələrində təhsil alan tələbələlərinin şirkətdə işlə təmin edilməsi, birgə elmi-tədqiqat laboratoriyalarının yaradılması ilə bağlı razılığa gəliblər.Qeyd edək ki, AzTU-nun istedadlı tələbə və məzunlarının startap layihələri “İdrak Texnoloji Transfer" MMC tərəfindən dəstəklənir.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.