AzTU-nun tələbəsi Avrasiya çempionu oldu AzTU, İdman 24 февраля 2020 2020-ci l 22-23 fevral tarixlərində Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan juboksinq citsu üzrə Avrasiya çempionatı keçirilib.Çempionatda Azərbaycan, Türkiyə, Pakistan, Qazaxıstan, Rusiya və İranı təmsil edən idmançılar iştirak edib. Ölkəmizi 55 kq çəki dərəcəsində təmsil edən Azərbaycan Texniki Universitetinin (AzTU) "Maşınqayırma və robototexnika" fakültəsinin III kurs tələbəsi Əli Hacıyev bütün rəqiblərinə qalib gəlib.Çempionatın qızıl medalı və kəməri ilə mükafatlandırılan Əli Hacıyev Avrasiya çempionu adını qazanıb. Rektor Vilayət Vəliyev Əli Hacıyevi və onun məşqçisi Hikmət Mahmudovu qəbul edib. Qələbə münasibətilə təbriklərini çatdıran rektor, qarşıdakı yarışlarda tələbəmizə uğurlar arzulayıb.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.