AzTU-nun əcnəbi tələbələri milli rəqslərimizi ifa etdilər Təhsil » AzTU 29 декабря 2019 Hər il olduğu kimi, bu il də, Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alan əcnəbi tələbələr 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təntənəli bayram tədbiri keçiriblər.Tədbirdə AzTU-nun Azərbaycan, rus və ingilis bölmələrində təhsil alan əcnəbi tələbələri və onlara dərs deyən müəllimlər iştirak ediblər.Bayram tədbirinin əsas iştirakçıları isə Azərbaycanımızda ilk dəfə bizimlə birlikdə bayramlarımızın sevincini bölüşən əcnəbi tələbələrimiz olublar. Onların sevinci və həyəcanı gözlərindən oxunurdu.Bayram tədbirini giriş sözü ilə AzTU-nun əcnəbi tələbələrin təhsili şöbəsinin müdiri dosent Elçin Mustafayev açaraq, başda universitetimizin rektoru, professor Vilayət Vəliyev olmaqla, bütün professor-müəllim heyətini və çoxminli tələbə kollektivini, xüsusən də, əcnəbi tələbələrimizi ürəkdən təbrik edib, onlara yeni ildə yeni-yeni təhsil uğurları arzulayıb.Sonra universitetin "Azərbaycan dili və pedaqogika" kafedrasının müəllimlərinin əcnəbi tələbələrin iştirakı ilə hazırladıqları ədəbi-bədii kompozisiya təqdim olunub.Şənlikdə bir-birindən maraqlı şeirlər oxunub, xalq mahnılarımız səslənib, milli rəqslərimiz ifa olunub. Əcnəbi tələbələrin Azərbaycan dilində oxuduğu “Ay bəri bax” Azərbaycan xalq mahnısı böyük maraqla qarşılanıb. Milli geyimli əcnəbi oğlan və qızların “Naz eləmə” Azərbaycan milli rəqsini ifa etmələri də bayram şənliyinə xüsusi rəng qatıb.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.