AzTU-da yeni təyinat: Malik Qarayev magistratura və doktorantura şöbəsinin müdiri təyin olunub Təhsil » AzTU 24 января 2020 1761 TƏBRİK EDİRİK!..Azərbaycan Texniki Universitetində (AzTU) yeni təyinat olub.Texnika elmləri namizədi, dosent Malik Qarayev həmin universitetin magistratura və doktorantura şöbəsinin müdiri təyin olunub.O, yeni təyinata qədər Fövqəladə Hallar Nazirliyi Akademiyasının Tədris şöbəsinin rəisi vəzifəsində çalışıb. Ehtiyatda olan polkovnikdir.Malik Qarayev - 1990-cı ildə Azərbaycan Texniki Universitetini (keçmiş Azərbaycan Politexnik İnstitutunu) “05.02.08-Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib və gənc mütəxəssis kimi “Maşınqayırma texnologiyası” kafedrasında “tədris ustası” vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1991-1992-ci illərdə Moskva Dövlət Texnoloji Universitetində elmi stajor kimi təkmilləşdirmə kursunu bitirib. 1992-1995-ci illərdə həmin universitetdə məqsədli aspiranturada əyani təhsil alıb, 1995-1996-cı illərdə isə doktorantura qabağı elmi stajor kursunu keçib.1996-cı ildə Moskva Dövlət Texnoloji Universitetində namizədlik dissertasiyasını uğurla müdafiə edib, texnika elmləri namizədi elmi dərəcəsi alıb.M.F.Qarayev 1990-cı ildə, 1999-2000-ci illərdə AzTU-nun “Maşınqayırma texnologiyası” kafedrasında bir sıra ixtisas fənlərindən və digər təhsil müəssisələrində isə “Tətbiqi mexanika”, “Tərsimi həndəsə və mühəndis qrafikası” fənlərindən dərs deyib, 20 ildən çox elmi-pedaqoji fəaliyyətlə məşğul olub. M.F.Qarayev 1997-2005-ci illərdə Daxili İşlər Nazirliyinin və 2005-2012-ci illərdə Fövqəladə Hallar Nazirliyinin nəzdində baş müəllim, silsilə rəisi, Elmi-Təcrübə və İstehsalat Mərkəzinin rəis müavini və 2012-2019-cu illərdə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Tədris şöbəsinin rəisi vəzifələrində çalışıb. 2016-cı ildə dosent elmi adını alıb və 2019-cu ilin mart ayından əmək fəaliyyətini yenidən AzTU-nun “Maşınqayırma texnologiyası” kafedrasının dosenti vəzifəsində davam etdirib. İxtisaslar üzrə 1 dərsliyin, 1 metodik vəsaitin, 1 səmərələşdirici təklifin, 2 tədris-fənn proqramının, eləcə də, rəsmi təsdiq olunmuş 19 elmi məqalənin və tədris-metodiki işlərin müəllifidir. Təhsil aldığı və xidmət etdiyi dövrlərdə fəxri fərmanlar və döş nişanları ilə, eləcə də, "Qüsursuz xidmətlərə görə" və 5 yubiley medalı ilə təltif olunub.2018-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.Ailəlidir, bir oğlu, bir qızı, iki nəvəsi var. Qeyd edək ki, şöbənin bundan əvvəlki müdiri Elçin Rzayev universitetdə keçirilən dekan seçkisində iştirak edərək “Xüsusi texnika və texnologiya” fakültəsinin dekanı seçilib. O vaxtdan magistratura və doktorantura şöbəsinin müdiri vəzifəsi vakant olub.Biz də hörmətli Malik müəllimiyeni vəzifəyə təyin olunması münasibətiləürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.