AzTU-da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb Təhsil » AzTU 11 декабря 2019 2019-cu il dekabrın 11-də Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib. Tədbir iştirakçıları universitetin foyesində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Tədbirdə Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Rektor Vilayət Vəliyev bildirib ki, Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarıdır. Azərbaycan təhsilinin hərtərəfli inkişafı da Ulu Öndərin adı ilə bağlıdır. Heydər Əliyev ölkənin və xalqın taleyində, uğurlar qazanmasında təhsilin rolunu və əhəmiyyətini hər zaman yüksək qiymətləndirib. Rektor qeyd edib ki, bu gün Azərbaycan təhsilində əldə olunan uğurlar, savadlı kadrların yetişməsi məhz Ulu Öndərin siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir. Hazırda Ümummilli liderin layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz inkişafının bütün istiqamətlərində böyük uğurlara imza atır.Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, Heydər Əliyev haqqında ilk doktorluq dissertasiyasının müəllifi İradə Hüseynova bildirib ki, məhz onun doktorluq dissertasiyasının müdafiəsi ilə elmin yeni istiqaməti – Əliyevşünaslıq elminin əsası qoyulub. O, Azərbaycanın bugünkü zəngin elmi, siyasi, iqtisadi, mədəni, kadr potensialının təməlində Heydər Əliyevin apardığı milli quruculuq işlərinin dayandığını vurğulayıb. Qeyd edib ki, Ulu Öndərin təhsil sahəsində apardığı islahatların əsas məqsədi dünya təhsil sisteminin standartlarına uyğun kadr hazırlığına nail olmaq idi. İradə Hüseynova Ümummilli liderin hakimiyyətdə olduğu illərdə Azərbaycanda bütün sahələrdə əldə olunan uğurlar barədə geniş məlumat verib.AzTU-nun “Xüsusi texnika və texnologiya” fakültəsinin tələbəsi Amin Məmmədov öz çıxışında gənclərin Ulu Öndərin ideyalarına sadiq olduqlarını bəyan edib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.