AzTU ilə Mingəçevir Dövlət Universiteti arasında memorandum imzalanıb Təhsil » AzTU 29 ноября 2019 Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilatçılığı ilə 2019-cu il noyabrın 29-da Mingəçevirdə “Sosial-iqtisadi inkişafın dayanıqlı enerji təminatı: universitet–sənaye işbirliyi və innovativ kadr hazırlığı” mövzusunda 1-ci regional elmi-texniki konfrans keçirilib.Konfransda Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, “AzərEnerji” ASC-nin vitse-prezidentinin müavini Vüqar Şahmuradov, “Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi” MMC-nin, “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin rəhbər şəxsləri, həmçinin hər iki ali təhsil müəssisəsinin professor-müəllim və tələbə heyəti iştirak ediblər.Konfransda BMT-nin üzvü olan dövlətlərin 2015-ci ilin 25-27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində təsdiqlənmiş və BMT Baş Assambleyasının müvafiq qətnaməsi ilə qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn çağırışlara dair nəzəri və praktiki müzakirələr aparılıb.Çıxış edənlər universitet – sənaye işbirliyinin daha da inkişaf etdirilməsi, enerji sektoru üçün peşəkar kadrların hazırlanmasının vacibliyini vurğulayıblar.2020-ci il oktyabrın 20-də energetiklərin peşə bayramı münasibətilə Mingəçevirdə beynəlxalq konfransın keçirilməsi qərara alınıb.Tədbir çərçivəsində Mingəçevir Dövlət Universiteti və AzTU arasında energetika və elm–təhsil üzrə potensialın artırılması sahəsində Anlaşma Memorandumu imzalanıb.Daha sonra “Azərbaycan İES” MMC və “Mingəçevir SES” MMC-yə səfər edən professor-müəllim və tələbə heyəti üzvləri istehsal prosesi ilə yaxından tanış olublar.Konfransın işində fəal iştirak edən hər iki universitetin tələbələrinə sertifikatlar təqdim olunub.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.